Məhkəmə qərarları › İş №2(107)-2156/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2156/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2156/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 oğluna qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Baki Şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim E.Məmmədli) 25 avqust 2021-ci il tarixli, 2(003)-2964/2021 nömrəli qərardadına əsasən "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdehlərədən X5 12.03.2015-ci il tarixdə “prostat vəzinin xərçəngi”ndən ölmüş, iddiaçı isə mövcud iddia ərizəsi ilə 23.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehlərdən X2 qeydiyyat ünvanı üzrə iddia verdiyindən, lakin idiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi zaman artıq X5 ölmüş olduğundan, fiziki şəxs kimi ona qarşı iddia qaldırıla bilmədiyindən, hazırki iddia tələbinə digər cavabdehlərin qeydiyyat ünvanı üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. İş materiallarından görünür ki, X1 və Cavabdeh1 Ağsu rayonu Qəşəd kəndində qeydiyyatdadırlar. Ağsu Rayon Məhkəməsinin (hаkim A.Əsgərov) 23 sentyabr 2021-ci il tarixli, 2(016)- 1109/2021 nömrəli qərаrdаdı ilə ilə mülki iş üzrə ərazi aidiyyəti məsələsinə baxılması üçün iş Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq belə hesab edir ki, Ağsu Rayon Məhkəməsi 23 sentyabr 2021-ci il tarixli, 2(016)-1109/2021 nömrəli qərardadı ilə ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün işi Şəki Apellyasiya Məhkəməsinə göndərməkdə düzgün nəticəyə gəlməmişdir. Kollegiya belə qənaətə gəlir ki, mülki işə ərazi aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarının təhlilindən belə nəticəyə gəlinir ki, iş üzrə cavabdehlərdən biri olan X5 Bakı şəhəri Xəzər rayonunun ərazisində qeydiyyatda olduğu göstərilsə də, həmin cavabdeh iddia verilməmişdən xeyli əvvəl, yəni 12.03.2015-ci il tarixdə vəfat etmişdir (i/m səh. 84). İddiaçı isə mövcud iddia ərizəsi ilə 23.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Digər iki cavabdeh X1 və Cavabdeh1 isə Ağsu rayonu Qəşəd kəndində qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehlərdən birinin, X2 qeydiyyat ünvanı üzrə iddia versə də, həmin cavabdeh məhkəməyə müraciət edilməmişdən xeyli əvvəl vəfat etmişdir. Belə olan halda kollegiya hesab edir ki, fiziki şəxs kimi ölmüş şəxsə iddia qaldırıla bilmədiyindən, hazırki iddia tələbinə digər cavabdehlərin qeydiyyat ünvanı üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, tərəflərin, xüsusən də cavabdehin harada yaşamasından və qeydiyyatda olmasından asılı olmayaraq Mülki Prosessual Məcəllənin yuxarıda şərh olunan maddəsi işlərin düzgün və vaxtında həlli üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxılması ilə əlaqədar maksimum dərəcədə əlverişli şərait yaradılması, eləcə də işin hərtərəfli və obyektiv həli edilməsi üçün iddia tələbinə Ağsu Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Hakim Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar