Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2162/2020 03.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 və Cavabdeh iştirakı ilə İddiaçı Muradov Hacıömər İbrahim oğlunun Cavabdeh qarşı qeyri-yaşayış binasından çıxarılma tələbi barədə iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-30/2020 nömrəli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə, Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı və X1 tərəfindən verilmiş xx.xx.2005ci il tarixli, 72 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Zaqatala şəhəri Vidadi küçəsi 3-də yerləşən faydalı sahəsi 465 kv.m. olan hamam binası, yeməkxana, məişət binası, qazanxana binasına və MH seriyalı ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanında 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m. ümumi, 85 kv.m. əsas, 414 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinə (mağaza) olan istifadə hüququna xitam verilməsi və cavabdehin həmin binalardan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Zaqatala şəhəri Vidadi küçəsi 3-də yerləşən faydalı sahəsi 465 kv.m olan hamam binası, yeməkxana, məişət xidməti, qazanxana binasını və İ.Şamil küçəsi ünvanında 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi, 85 kv.m əsas, 414 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini (Mağaza) 10 ildən çoxdur ki, Cavabdeh aralarında şifahi bağlanmış icarə müqaviləsinə və razılaşmaya əsasən istifadə etmək üçün vermişdir. Həmin binaların onun mülkiyyətində olmasını sübut edən Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının qeydiyyatı və X1 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 72 nömrəli Qeydiyyat vəsiqəsi və MH seriyalı ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış vardır. Bir müddətdən sonra cavabdeh obyektlərdən istifadə edir. O dəfələrlə ona icarə haqqını ödəməyi, əks halda obyektləri boşaltmağı barədə xəbərdarlıq etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək icarə haqqını ödəməkdən və obyektləri boşaltmaqdan boyun qaçırır. Mövcud şəraitdə o nə pulunu ala bilmir, nə özü istifadə edə bilmir, nə də həmin obyektləri başqasına icarəyə verə bilmir. Bu hal gələcəkdə arzuolunmaz nəticələrin baş verməsinə səbəb ola bilər. Halhazırki iddia tələbi cavabdehin ona məxsus hamam binası, yeməkxana, məişət xidməti, qazanxana binasından və əmlak kompleksindən (Mağaza) istifadə hüququna xitam verməklə həmin binalardan çıxarılmasıdır. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-692/2019 nömrəli xx xxxx 2019-cu il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı X2rşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılacaq qətnamə (qərar) qanuni qüvvəsini alanadək hazırda Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-692/2019 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-953/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı X2rşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması və iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh mülkiyyətində olan ünvan 2 3 ünvanında yerləşən qeyri-yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) çıxarılması barədə qətnamə qəbul edilməsini, işin dayandırılmasına səbəb olmuş halların aradan qalxmasını nəzərə alaraq məhkəmənin icraatında olan 2(033)-30/2020 nömrəli mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-30/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən Zaqatala Rayon Məhkəməsinin mülki iş üzrə icraatın dayandırılması haqqında xx xxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş və mülki iş üzrə icraat təzələnərək, mülki işə mahiyyəti üzrə baxılması xx xxxxxxx 2020-ci il tarixə saat 14:30-a təyin edilmişdir. İddiaçı məhkəməyə iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2005-ci il tarixli, 72 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Zaqatala şəhəri, Vidadi küçəsi, döngə 3 ünvanında yerləşən qeyri yaşayış binasına (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) yekun məhkəmə qərarı qəbul olunanadək daxil olmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-30/2020 nömrəli (hakim T.Həsənov) qərardadı ilə iddianı təmin etmə tədbirinin görülməsinə dair İddiaçı ərizəsi təmin edilərək hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh Zaqatala şəhəri Vidadi küçəsi 3-də yerləşən qeyri yaşayış binasına (hamam binası, yeməkxana, məişət binası, qazanxana binası) daxil olması qadağan edilmişdir. Qərardaddan Cavabdehşikayət verərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-30/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-30/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh şikayəti müdafiə edərək bildirdi ki, qeyd olunan əmlak hazırda iddiaçının mülkiyyətində olmasına baxmayaraq, əvvəlki mülkiyyətçi tərəfindən həmin əmlakın əldə olunmasında onun da xərci çıxmışdır.Ona görə də iş mahiyyəti üzrə baxılıb yekunlaşana qədər qərardadın ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-30/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddianın məzmunundan da görünür ki, iddiaçı məhz mübahisə olunan əmlakla bağlı məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, ümumiyyətlə iddianı təmin etmək tədbirləri iddianın məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş və çevik vasitəsi olduğuna görə bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də işdə iştirak edən şəxsin iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi məhkəməyə daxil olduqda, onun pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutların təqdim olunması iddianı təmin etmək haqqında tədbirlərin görülməsi üçün kifayətdir. Yuxarıda şərh olunan mülki prosessual qanunvericiliyin normalarının mənasından da göründüyü kimi iddianın təmin tədbiri qətnamənin icrasını gələcəkdə qeyri-mümkün edə biləcək halların qarşısının alınmasına yönəlmiş müvəqqəti xarakterli prosessual tədbir kimi tətbiq edilir. Həmin tədbirlər işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Məhz bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-30/2020 nömrəli qərardadıdəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-30/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2162/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2162/2020
03.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver