Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2164/2020 03.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)- 24/2020 nömrəli qərardadından iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Cavabdeh nümayəndəsi Vəkil2 Göyçay Rayon Məhkəməsinin 2(046)-24/2020 saylı xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsindən apelyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-24/2020 saylı xx.xx.2020-cu il tarixli qiyabi qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh həmin qiyabi qətnaməni imza etməklə xx.xx.2020-ci il tarixdə almışdır. Cavabdeh həmin qiyabi qətnamədən xx.xx.2020-ci il tarixdə qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizə ilə müraciət etmiş, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 həmin qərardaddan şikayət vermiş, X2 xx.xx.2020-ci il tarixli qərardadına əsasən verilmiş şikayət təmin edilməmişdir. Bundan sonra Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsindən apelyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli (hakim İ.Fəttahov) qərardadına əsasən Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)- 24/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti, şikayət verilmə müddəti buraxıldığından geri qaytarılmışdır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qərardadını ləğv edib apelyasiya şikayətinə baxılması üçün işi Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-24/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qiyabi qətnaməsinin ləğvi üçün ərizə vermiş və ona baxılması müddəti bitdikdən sonra həmin qiyabi qətnamədən apelyasiya şikayəti vermişdir. Belə olan halda hesab edir ki, Cavabdeh tərəfindən qiyabi qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Ona görə də hesab edir ki, Göyçay rayon Məhkəməsinin 2(046)-24/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, Göyçay rayon Məhkəməsinin 2(046)- 24/2020-saylı, xx xxxxxx 2020-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Novruz oğlu tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilməli və həmin apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin icraatına qəbul edilməlidir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh şikayəti müdafiə edərək bildirmişdir ki, o birinci instansiya məhkəməsinin qiyabi qətnaməsini ləğvi ilə bağlı məhkəməyə müraciət etsə də, sonda şikayəti təmin olunmamış, bundan sonra apelyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Odur ki, şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən qərardadı qəbul edərkən prosessual qanunvericiliyin normalarını düzgün təfsir etməmişdir. Belə ki, qiyabi qətnamədən apelyasiya şikayəti, onun ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra verilə bilər. Hesab edir ki, apelyasiya şikayəti ilə bağlı müddət ötürülməmişdir. Odur ki, şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf və üçüncü şəxs X4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini cavabdeh tərəfin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 24/2020 saylı xx.xx.2020-cu il tarixli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh həmin qiyabi qətnaməni imza etməklə xx.xx.2020-ci il tarixdə almış, bundan sonra həmin qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, sonda ərizəsi təmin edilməmişdir. Bundan sonra Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsindən apelyasiya şikayəti vermişdir. İşə baxan birinci instansiya məhkəməsinin qərardadına əsasən Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-24/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti, şikayət verilmə müddəti buraxılması səbəbi ilə geri qaytarılmışdır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qərardadından narazı qalan cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək həmin qərardadın ləğv edilməsini və apelyasiya şikayətinə baxılması üçün işi Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apelyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. X5 Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Mülki Prosessual Məcəllənin 252-ci maddəsinə əsasən qiyabi qətnamə həmin Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. Həmin Məcəllənin 253-cü maddəsinin tələbinə əsasən; 253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər: 253.2.1. bu Məcəllənin 241.5-ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə; 253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə; 253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi Cavabdeh məhkəmənin mübahisələndirilən qiyabi qətnaməsini xx.xx.2020-ci il tarixdə almış, bundan sonra qanunvericiliklə müəyyən olunmuş qaydada və vaxtda qiyabi qətnamənin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin sonda məhkəmə çəkişmələrindən sonra qiyabi qətnamənin ləğvi ilə bağlı müraciəti təmin olunmamış, bundan sonra cavabdeh öz hüquqlarından istifadə edərək qeyd olunan qiyabi qətnamədən apelyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Göründüyü kimi cavabdeh qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra apelyasiya şikayəti vermişdir ki, bu da MPM-in 253.3cü maddəsinin tələbinə uyğundur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsi səbəbi ilə apelyasiya şikayətini geri qaytarmaqda haqlı olmamış, apelyasiya şikayətini geri qaytarakən prosessual normanın tələblərini düzgün təfsir etməmişdir. Kollegiya sonda qeyd edir ki, apelyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-24/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən vermiş olduğu apelyasiya şikayəti apelyasiya icraatına qəbul edilməli və Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-24/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən vermiş olduğu apelyasiya şikayəti apelyasiya icraatına qəbul edilsin və Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2164/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2164/2020
03.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver