Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-219/2025 11.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: Maddi və mənəvi ziyanın ödənilməsi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(063)-714/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 3000 manat maddi ziyanın və 1000 manat mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 məxsus "Mersedes Benz 190 minik" markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 12 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində Göyçay şəhərindən Ucar rayonu istiqamətində hərəkətdə olan zaman "Potu alaqapısı" adlanan yerə çatarkən sonuncudan arxada hərəkətdə olan "Mercedes Benz C180 minik" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yəni, cavabdeh idarə etdiyi avtomobillə onların olduqları avtomobili arxa sol tərəfdən vurmuşdur. Hadisə zamanı o, xəsarət almış və hal- hazırda da aldığı xəsarətlərdən əziyyət çəkir. Bununla bağlı Göyçay rayon Polis şöbəsində araşdırma aparılmış, lakin RPŞ-nin 22 noyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, "Cavabdeh 12 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində sürücülük vəsiqəsi və etibarnaməsi olmaqla ayıq vəziyyətdə idarə etdiyi "Mercedes Benz C180 minik" markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində Ucar rayonu istiqamətində hərəkətdə olan zaman ara məsafəsini gözləmədiyindən ondan qarşıda hərəkətdə olan sürücü X1 vəsiqəsi olmaqla, ayıq vəziyyətdə idarə etdiyi "Mersedes Benz 190 minik" markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol tərəfdən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində o, yəni, İddiaçı dərəcəsi təyin edilmədiyi üçün sağlamlığına zərər vurmayan xəsarət almışdır. Hadisə Cavabdeh təqsiri ucbatından baş vermişdir. Baş vermiş hadisədən sonra onda kəllədaxili beyin silkələnməsi baş vermiş və hazırda da bununla bağlı Bakı şəhərində mütəmadi müalicə alır. Cavabdeh təqsiri sübuta yetirilməsinə baxmayaraq sonuncu ona heç bir maddi və mənəvi olaraq yardım göstərməmişdir. Qeyd olunan hadisədən sonra aldığı travma səbəbindən müalicə olunmaqdan ötrü tez-tez Bakı şəhərinə getmək məcburiyyətində qalmışdır ( bununla bağlı iddia ərizəsinə əlavə olunmuş həkim reseptləri və qəbzlər mövcuddur). Belə ki, 12 noyabr 2023-cü il tarixdən bu günə kimi onun müalicə olunmağına ümumilikdə 3000 manat xərci çıxmışdır. Həmçinin, sözügedən hadisə ilə bağlı rayon polis şöbəsinə dəvət olunarkən mənəvi sartıntılara məruz qalmış, elə cə, cavabdehin bütün bu olanlara laqeydlik göstərməsi onun sarsıntılarını daha da artırmışdır. Məhz cavabdehin səhlənkarlığı və nəzarətsizliyi səbəbindən yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş həm maddi, həm də, mənəvi zərər cavabdehdən onun xeyrinə tutulmalıdır. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almasını və bununla bağlı maddi və mənəvi ziyana düşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, hadisə zamanı Ayna heç bir xəsarət almayıb. Dedikləri yalan olmaqla şər və böhtan xarakteri daşıyır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(063)-714/2024 nömrəli qətnaməsi ilə (hakim X.Bədəlov), iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə sonuncunun müayinə və müalicəsi üçün çəkilmiş xərc 1374,12 (bir min üç yüz yetmiş dörd manat on iki qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pul və iddiaçının ödəməkdən azad edildiyi 60 (altmış) manat dövlət rüsumunun 63,68 %i, yəni 38,21 (otuz səkkiz manat iyirmi bir qəpik) manatının tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh idarə etdiyi "Mercedes Benz C180 minik" markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə 12 noyabr 2023cü il tarixdə, saat 12:00 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində Ucar rayonu istiqamətində hərəkətdə olarkən ara məsafəsini gözləmədiyindən ondan qarşıda hərəkətdə olan X5 idarə etdiyi "Mersedes Benz 190 minik" markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol tərəfdən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində "Mersedes Benz 190 minik" markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobildə sərniş qismində əyləşmiş İddiaçı dərəcəsi təyin edilmədiyi üçün sağlamlığına zərər vurmayan xəsarət almışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Göyçay RPŞ-nin 14 sentyabr 2024-cü il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolu əsasında Göyçay Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 3(046)-857/2024 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsi və həmin qərarı mübahisələndirməyərək tətbiq edilmiş cəriməni 01 oktyabr 2024-cü il tarixdə ödəməsi 12 noyabr 2023-cü il tarixə baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində təqsirkar şəxsin məhz Cavabdeh olmasına dəlalət edir və bu hal işin mübahisələndirilməyən halı sayılır.
8. Məhkəmə işin mübahisələndirilən halına münasibətdə isə onu qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddianı sübut etmək vəzifəsi daşıyır.
9. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından və təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində çəkdiyi xərcləri qismən sübuta yetirə bilmişdir. Çəkilən xərclərin sübuta yetirilən hissəsi, həm məhkəməyə təqdim edilmiş qəbzlərlə (ödəniş qəbzləri), həm də məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapır. Ona görə də məhkəmə iddianın sübuta yetirilən hissəsi ilə bağlı iddianın qismən əsaslılığı qənaətinə gəlmişdir.
10. Məhkəmə iddianın mənəvi zərər hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı məhz baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarət və həmin xəsarət nəticəsində çəkdiyi xərci qismən sübuta yetirə bildiyindən çəkdiyi mənəvi iztirab da qismən sübuta yetirilmiş sayılır.
11. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə sonuncunun müayinə və müalicəsi üçün çəkilmiş xərc 1374,12 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat pul və iddiaçının ödəməkdən azad edildiyi 60 manat dövlət rüsumunun 63,68 %-i, yəni 38,21 manatı tutulmalıdır. Həmçinin, maddi zərərin “qalıq məbləğə” dair hissəsinə münasibətdə qeyd edilmişdir ki, tələb bu hissədə iddiaçı tərəfindən tam müdafiə edilmədiyindən, eləcə də sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 21.1, 1096, 1097.1, 1108.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 77.1, 78.1, 88, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir əsaslı araşdırma aparmadan, iş üzrə hər hansı əsaslı sübut olmamasına baxmayaraq iddia tələbini təmin etmişdir. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq eləməklə və lazımi əsaslandırılmadan qəbul edilmiş, işin faktiki halları, tərəflərindən təqdim edilmiş sübutlar nəzərə alınmamış, prosesual hüquq normasının tələbləri kobud şəkildə pozulmaqla iddiaçı tərəfindən heç bir əsaslı sübut təqdim edilmədiyi halda iddia tələbi təmin edilmişdir. İş materiallarına nəzər saldıqda məhkəmə tərəfindən prosesual hüquq normasının tələblərinin pozulduğu görünür.
15. Məhkəmə heç bir sübut olmadan işə qərəzli yanaşmış, iş üzrə heç bir obyektiv araşdırma aparmadan iddia tələbin qismən də olsa təmin etmişdir. Halbuki iddiaçı məhkəmə iclasında aldığı xəsarətlər ilə bağlı dəymiş maddi və mənəvi ziyanın yolnəqliyyat hadisəsi ilə bağlı olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
16. Odur ki, Ucar Rayon Məhkəməsinin 2(063)-714/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(063)-714/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyasına göndərdiyi teleqramında 11 fevral tarixində Bakı Hərbi Hospitalına müalicə ilə bağlı gedəcəyindən məhkəmə iclasının növbəti vaxta keçirilməsini xahiş etmişdir. Lakin Cavabdeh səhhətinin vəziyyətinin məhkəmə iclasında iştirakını istisna edəcək hər hansı bir tibbi sənədi məhkəmə kollegiyasına göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.[776] 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
22. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsiSübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
27. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. Cavabdeh Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(063)- 714/2024 nömrəli qətnaməsinin tam şəkildə ləğv olunmasını xahiş etsə də, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddianın təmin edilmiş 107 manata aid hissəsində birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun olmamış, iddianın təmin edilmiş həmin hissəsində mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırması təmin edilməmiş, işin faktiki halları araşdırılmamış, iş materiallarında olan sübutlar və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmamışdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi "Mercedes Benz C180 minik" markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə 12 noyabr 2023cü il tarixdə, saat 12:00 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində Ucar rayonu istiqamətində hərəkətdə olarkən ara məsafəsini gözləmədiyindən ondan qarşıda hərəkətdə olan X5 idarə etdiyi "Mersedes Benz 190 minik" markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol tərəfdən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində "Mersedes Benz 190 minik" markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobildə sərniş qismində əyləşmiş İddiaçı dərəcəsi təyin edilmədiyi üçün sağlamlığına zərər vurmayan xəsarət almışdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri 107 manat istisna olmaqla qətnamənin iddianın təmin edilmiş digər hissələrində də ləğvi üçün əsas təşkil etmirlər.
33. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının məhkəmə iclasında aldığı xəsarətlər ilə bağlı dəymiş maddi və mənəvi ziyanın yol-nəqliyyat hadisəsi ilə bağlı olduğunu təsdiq edən hər hansı sübutu təqdim etməməsi, məhkəmənin heç bir əsaslı araşdırma aparmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Göyçay Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 3(046)- 857/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş və həmin cərimə məbləğini 01 oktyabr 2024-cü il tarixdə ödəmişdir.
34. İşdə olan müayinə sənədlərindən və həkim reseptlərdən görünür ki, İddiaçı 12 noyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra mütəmadi olaraq müalicələr almışdır.
35. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı dərman xərclərinə görə 19 yanvar 2024-cü il tarixdə 140 manat, 30 aprel 2024-cü il tarixdə, 101,40 manat və 9,59 manat məbləğində ödəniş etmişdir.
36. İşdə olan Rezonans Klinikası tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli, 00034 nömrəli göndərişin surətindən görünür ki, İddiaçı həmin tarixdə “Boyun MRT” müayinəsindən keçmək üçün 130 manat məbləğində ödəniş etmişdir.
37. İşdə olan Bakı Elmi Tədqiqat X8 tərəfindən verilmiş 05 aprel 2024- cü il tarixli ödəniş məlumatından görünür ki, İddiaçı dərman xərclərinə görə 14,39 manat və 11,74 manat məbləğində ödəniş etmişdir.
38. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yaşayır, boş vaxtlarında isə müştəri olanda ödəniş qarşılığında aparır. İddiaçı təxminən 10 il olar ki, tanıyır. Sonuncu ilə eyni qəsəbədə yaşayır və 2023-cü ilin noyabr ayında Ayna avtoqəza keçirdiyi zaman xəsarət aldığından sonuncunu Göyçay Rayon Şöbəsinə və Göyçay Mərkəzi xəstəxanasına mütamadi olaraq aparıb gətirmişdir. İddiaçı qəza keçirdikdən sonra müxtəlif vaxtlarda təxminən 6-7 dəfə aparıb gətirmiş, sonuncu da hər dəfə aparıb gətirmək müqabilində ona 40 manat ödəniş etmişdir. (bununla bağlı yazılı şəkildə təqdim etdiyi ərizəsində isə cəmi 4 dəfə apardığını və ümumilikdə 160 manat ödəniş edildiyini bildirmişdir).
39. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yaşayır, boş vaxtlarında isə Bakı şəhərinə ödəniş qarşılığında müştəri aparır. İddiaçı ilə eyni qəsəbədə yaşayır və 2023-cü ilin noyabr ayında Ayna avtoqəza keçirdiyi zaman xəsarət aldığından sonuncunu Bakı şəhərinə 5 dəfə aparıb gətirmiş, sonuncu da hər dəfə aparıb gətirmək müqabilində ona 140 manat, cəmi 700 manat ödəniş etmişdir (bununla bağlı yazılı şəkildə təqdim etdiyi ərizəsi də vardır).
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəfindən təqdim edilmiş sübutların nəzərə alınmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materialları öyrənilərkən cavabdeh tərəfindən iddia tələbinə etirazını əsaslandıra biləcək, həmçinin iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi sübutları təkzib edəcək hər hansı bir dəlil təqdim etməsi halı müəyyən edilməmişdir.
41. Belə ki, Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş materiallarına nəzər saldıqda məhkəmə tərəfindən prosesual hüquq normasının tələblərinin pozulmasının görünməsinə dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, iş materiallarında olan sübutlar öyrənilərkən iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə cavabdehin hərəkəti nəticəsində ona cəmi 1267,12 manat maddi zərərin vurulması barədə sübutların təqdim edilməsinin müəyyən edildiyi halda birinci instansiya məhkəməsi ayrı-ayrı zərər məbləğlərini toplayarkən riyazi hesablamada səhvə yol vermiş, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin cəmi 1374,12 manat təşkil etməsi qənaətinə gəlmişdir.
44. Yəni birinci instansiya məhkəməsi 1267,12 manatdan əlavə olaraq iddianın təmin edilmiş 107 manata aid hissəsində iddia tələbinin təmininə əsas verə biləcək hər hansı bir sübuta istinad etməmişdir.
45. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iddianın təmin edilmiş 107 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir.
46. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(063)-714/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş Cavabdeh İddiaçı xeyrinə sonuncunun müayinə və müalicəsi üçün çəkilmiş 107 manat xərcə aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul qəbul edilməli, Cavabdeh İddiaçı xeyrinə 107 manat maddi ziyanın tutulması hissəsində də iddia tələbi rədd edilməli, Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(063)-714/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(063)-714/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş Cavabdeh İddiaçı xeyrinə sonuncunun müayinə və müalicəsi üçün çəkilmiş 107 manat xərcə aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul qəbul edilsin. Cavabdeh İddiaçı xeyrinə 107 manat maddi ziyanın tutulması hissəsində də iddia tələbi rədd edilsin. Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(063)-714/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.