Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-22/2024 01.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X20 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin qismən, 1700 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin qismən, 1700 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi, preyudisiallıq) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı hüquqi varisi X3 vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə1 və Cavabdeh2 nümayəndəsi, həmçinin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X20 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin qismən, 1700 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-552/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və X17 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X20 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 20 fevral 2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydin və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən-0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X16, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Həmin 0.36 ha pay torpaq sahəsinə JN 1862 saylı KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X27 verilmişdir. X19 və Cavabdeh2 onlara verilmiş 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsini istifadə edə bilmədiklərinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiklərini bildirmişlər. 23 iyul 1999-cu ildə X19 və onun həyat yoldaşı Cavabdeh2 şahidlərin iştirakı ilə Balakən rayon Mahamalar kənd sovetində yazılı əqd bağlayaraq onlara məxsus olan 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.17 ha torpaq sahəsini İddiaçı satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Həmin tarixdən sonra torpaq sahəsi İddiaçı qanuni sahibliyində və istifadəsində olmuşdur. 2006-cı ildə hazırki iş üzrə cavabdehlər olan Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həmin torpaq sahəsindən çıxarılmağını xahiş etmişlər. Eyni zamanda İddiaçı da həmin şəxslərə qarşı iddia ərizəsi ilə müraciət edərək, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 1862 saylı Dövlət Aktında göstərilmiş 0.36 ha torpaq sahəsindən 0.17 ha torpaq sahəsinin 23 iyul 1999-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. İşə Zaqatala Rayon Məhkəməsində baxılaraq, Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə (hakim S.Seyfullayev) iddiaçılar Cavabdeh2 və Cavabdeh3 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı iddia tələbi təmin edilmiş, Cavabdeh2 və Cavabdeh3 qarşı 1700 kv.m torpaq sahəsi üzərindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. xx.xx.2021-ci ildə İddiaçı iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi qanuni qüvvəsini aldığından həmin qətnamənin icraya yönəldilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsi 13 iyul 2021-ci il tarixdə 13 iyul 2006-cı iİ tarixli, 2-212/2006 nömrəli qətnaməsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə icra edilməsi üçün göndərmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndis, rəisi vəzifəsini icra edən Fərman Hacıyev tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərilən 1700 kv.m torpaq sahəsi üzərindəki 20 topa fındıq bağ sahəsinin 3557,57 kv.m torpaq sahəsinin hansı hissəni əhatə etməsi qeyri-müəyyən olmaqla, həmin hissəni müəyyən edən plan cizgi və ya ayrıc aktı, yaxud bölgü planı qətnaməyə əlavə edilməmişdir. Bu səbəbdən qətnamənin icra edilməsi mümkün deyildir. Ona görə də Zaqatala Rayon Məhkəməsi 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsini qismən – qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)-1841/2021 nömrəli qərardadı ilə Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(107)-1841/2021 nömrəli qərardadı ləğv edilərək, iş apellyasiya baxışından çıxarılmış, mülki iş Mülki Prosessual Məcəllənin 364.2ci maddəsinin tələbləri yerinə yetirilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmışdır. Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-212/2006 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 qarşı mübahisəli torpaq sahəsindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndisi, rəisi vəzifəsini icra edən Fərman Hacıyevin verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilməmişdir. 2022-ci ilin aprel ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İddiaçı bildirmişdir ki, mübahisələndirilən 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 fevral 2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş, həmin torpaq sahəsinin 0.20 ha hissəsi xx.xx.2014-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda Cavabdeh3 və Cavabdeh2 tərəfindən 1000 (min) manata X1. Hazırda cavabdehlər İddiaçı qanuni sahibliyində və istifadəsində olan 0.17 ha torpaq sahəsindən onu çıxarmaq və torpaq sahəsini başqa şəxslərə satmaq istəyir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 20 fevral 2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən həmin torpaq sahəsinin İddiaçı qanuni sahibliyində və istifadəsində olmasını və cavabdehlərlə həmin torpaq sahəsinin 0.17 ha hissəsinin alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını nəzərə almamışlar. Hazırda İddiaçı qanuni sahibliyində və istifadəsində olan 0.17 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmir. Hesab edir ki, 1700 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə İddiaçı arasında alqısatqısı bağlanmış hesab edildiyindən və Cavabdeh3 və Qədirova (Əhmədova) Təhminə İsgəndər qızının torpaq sahəsinə mülkiyyət hüquqlarını itirdiklərindən reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin 0.17 ha torpaq sahəsinə dair hissəsi ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin (hakim: Z.Tahirov) 13 sentyabr 2022-ci il tarixli, 2(019)-552/2022 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014-cü il tarixdə verilmiş Cavabdeh3 və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeyd və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən-0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Qədirova (Əhmədova) Gülər Hacı qızından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X20 18 saylı Zaqatala Ərazi İdarəsindən müştərək qaydada alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X16, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Həmin 0.36 ha pay torpaq sahəsinə JN KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X27 verilmişdir. X19 və Cavabdeh2 onlara verilmiş 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsini istifadə edə bilmədiklərinə və təcili pula ehtiyacı olduqlarına görə satmaq istədiklərini bildirmişlər. 23 iyul 1999-cu il tarixdə X19 və onun həyat yoldaşı Cavabdeh2 şahidlərin iştirakı ilə Balakən rayon Mahamalar kənd sovetində yazılı əqd bağlayaraq onlara məxsus olan 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.17 ha torpaq sahəsini İddiaçı satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Həmin tarixdən sonra torpaq sahəsi İddiaçı qanuni sahibliyində və istifadəsində olmuşdur. Lakin sonradan X19 öldüyü üçün həmin 0.17 ha torpaq sahəsinin alqı-satqısı notarial qaydada rəsmiləşdirilməmişdir. X4 mirasını həmçinin onun vərəsəsi Qədirova (Əhmədova) Gülər Hacı qızı qəbul etmişdir. 2006-cı ildə hazırki iş üzrə cavabdehlər olan Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişlər. Eyni zamanda İddiaçı da həmin şəxslərə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 1862 saylı Dövlət Aktında göstərilmiş 0.36 ha torpaq sahəsindən 0.17 ha torpaq sahəsinin 23 iyul 1999-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə (hakim S.Seyfullayev) iddiaçılar Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızının ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddiası təmin edilmiş, X19 və Cavabdeh2 ilə İddiaçı arasında 1700 kv.m torpaq sahəsi üzərindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. xx.xx.2021-ci ildə İddiaçı iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi qanuni qüvvəsini aldığından həmin qətnamənin icraya yönəldilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsi 13 iyul 2021-ci il tarixdə 13 iyul 2006-cı iİ tarixli, 2- 212/2006 nömrəli qətnaməsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə icra edilməsi üçün göndərmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndis, rəisi vəzifəsini icra edən Fərman Hacıyev tərəfindən Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Zaqatala Rayon Məhkəməsi 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsinin qismən – qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)-1841/2021 nömrəli qərardadı ilə Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(107)-1841 /2021 nömrəli qərardadı ləğv edilərək, iş apellyasiya baxışından çıxarılmış, mülki iş Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2- 212/2006 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçılar Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızının ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılma tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh, ilk iddia üzrə iddiaçılar Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı mübahisəli torpaq sahəsindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndisi, rəisi vəzifəsini icra edən Fərman Hacıyevin verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilməmişdir. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. 2022-ci ilin aprel ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İddiaçı bildirmişdir ki, mübahisələndirilən 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 fevral 2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş, həmin torpaq sahəsinin 0.20 ha hissəsi xx.xx.2014-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda Qədirova (Əhmədova) Gülər Hacı qızı və Cavabdeh2 tərəfindən 1000 (min) manata X1. Hazırda cavabdehlər İddiaçı qanuni sahibliyində və istifadəsində olan 0.17 ha torpaq sahəsindən onu çıxarmaq və həmin torpaq sahəsini başqa şəxslərə satmaq istəyirlər. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 20 fevral 2014-cü il tarixdə Qədirova (Əhmədova) Gülər Hacı qızı və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən həmin 0.17 ha torpaq sahəsinin İddiaçı qanuni sahibliyində və istifadəsində olmasını və cavabdehlərlə 0.17 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını nəzərə almamışdır. Hazırda İddiaçı qanuni sahibliyində və istifadəsində olan 0.17 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmir. Ona görə də iddiaçı 1700 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edildiyindən və Qədirova (Əhmədova) Gülər Hacı qızının və Cavabdeh2 həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını itirdiklərindən reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin 0.17 ha torpaq sahəsinə dair hissəsinin ləğv edilməsi haqqında hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İşdəki sübutlarla müəyyən olunur ki, JN-1862 KOD-40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X27 əsasında Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X16, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsi 23 iyul 1999-cu il tarixdə sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsi əsasında Qədirova (Əhmədova) Gülər Hacı qızının atası X19 və anası Cavabdeh2 tərəfindən İddiaçı satılmış, bu barədə tərəflər arasında şahidlərin iştirakı ilə sabiq Balakən rayonu Mahamalar kənd sovetində təsdiq olunmuş 23 iyul 1999-cu il tarixli sadə yazılı müqavilə bağlanmış və torpaq sahəsinin satış pulu ödənildikdən sonra həmin 0.17 ha torpaq sahəsi İddiaçı titul sahibliyinə, yəni faktiki sahibliyinə verilmişdir. X10 öldüyündən tərəflər bu sadə yazılı formada bağlanmış alqı-satqı əqdini notarial qaydada rəsmiləşdirə bilməmişlər. Eyni zamanda X19 öldüyü üçün onun mirası (hüquqları və vəzifələri: miras aktivi və miras passivi) onun arvadı Cavabdeh2 və qızı Qədirova (Əhmədova) Gülər Hacı qızına keçmişdir. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı 1700 kv.metr (0.17 ha) torpaq sahəsi üzərində 20 topa fındıq bağ sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qarşılıqlı iddiası araşdırılmış, qiymətləndirilmiş, qarşılıqlı iddia tələbinin predmetinə aid olaraq X19 və Cavabdeh2 ilə İddiaçı arasında 1700 kv.metr (0.17 ha) torpaq sahəsi üzərində 20 topa fındıq bağ sahəsinin alqı-satqı müqaviləsi bağlanmış, yəni etibarlı hesab edilmişdir. Həmin qarşılıqlı iddia üzrə mülki işdə X4 qızı Qədirova (Əhmədova) Gülər Hacı qızı və arvadı Cavabdeh2 cavabdeh qismində iştirak etmiş və məhkəmə həmin cavabdehlərə irəli sürülmüş qarşılıqlı iddia tələbini işin müəyyən olunmuş halları əsasında hüquqi cəhətdən qiymətləndirib bu qətnaməni qəbul etmişdir. Belə olan halda qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş 0.36 ha torpaq sahəsinə aid 0.17 ha torpaq (bağ) sahəsinin İddiaçı satılması ilə bağlı X19 və Cavabdeh2 ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmasına (etibarlılığına) dair fakt hazırki tərəflər üçün preyudisial, yəni məcburi əhəmiyyət daşıyır və onun hazırki iş üzrə yenidən sübut edilməsinə ehtiyac yoxdur. Belə olan halda qanunvericiliyin tələbinə əsasən həmin 0.17 ha torpaq sahəsinin İddiaçı titul sahibliyinə verilməsi, faktiki sahiblik və istifadəsində olması onun həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqi fakt kimi çıxış etmişdir və edir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının həmin 0.17 ha torpaq sahəsinə hüquqları yaranmışdır və həmin qətnamə də bu hüquqların qeydə alınması üçün qanuni əsasdır. Lakin daşınmaz əmlakın dövlət reyestri orqanı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş bu faktoloji və hüquqi əsasları nəzərə almadan cavabdehlərin hər birinə 1/2 hissə olmaqla həmin 0.36 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə almış və sözügedən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vermişdir ki, bununla da iddiaçının həmin 0.17 ha torpaq sahəsinə yaranmış hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab etmişdir ki, qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi ilə mübahisə predmeti olan yerləşən 1700 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçı ilə cavabdeh tərəf arasında alqı-satqı müqaviləsi etibarlı hesab edildiyindən və bununla da Qədirova (Əhmədova) Gülər Hacı qızı və Cavabdeh2 həmin 0.17 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını itirdiklərindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014-cü il tarixdə verilmiş Cavabdeh3 və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeyd və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən – 0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməlidir. Həmçinin iddia təmin edildiyindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Qədirova (Əhmədova) Gülər Hacı qızından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X20 18 saylı Zaqatala Ərazi İdarəsindən müştərək qaydada alınıb İddiaçı ödənilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X12 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsi, “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3, 19, 139.1, 139.3, 146.1, 146.2, 152.1, 152.2, 152.3, 152.5, 213.1, 213.2, 213.6, 214.1, 238.1, 238.3, 239.2, 157.8, 164.1, 164.2, 165.1, 165.2, 1133.1, 1151.1, 1157-1.1, 1159.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1159.1.5, 1159.1.2, 1243.2, 1243.3, 1255, 1321.1, 1321.2, 141.1, 141.2, 141.3, 146.8, 149.2, 352-ci maddələri, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1, 8, 8.0.4, 2.3, 2.4, 16.3, 16.4 və 16.5-ci maddələri, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 76.1, 76.2, 78.1, 78.1.1, 77.1, 80, 81, 88, 89.1, 89.3, 106.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 28 fevral 2014-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olmuş torpaq sahəsi ilə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 20 topa fındıq bağının heç bir əlaqəsi yoxdur. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi icrası mümkün olmayan qətnamədir. Qətnamədə mübahisəli torpaq sahəsinə dair plan cizgi və ya ayrıc aktı, yaxud bölgü planı əlavə edilməmişdir. Belə olan halda İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yoxdur. Bundan başqa, iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə ki, iddiaçının cavabdehlərə qarşı iddiası olsaydı, altı il müddətində məhkəməyə müraciət etmiş olardı. Balakən rayonu Qasbinə kəndində yerləşən ümumi sahəsi 0,3557 ha olan çoxillik əkmələr məqsədi istifadə növlü torpaq sahəsinin 0,20 hissəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh2 tərəfindən notarial qaydada X1. Məhkəmə işə baxarkən vicdanlı alıcı X8 mülkiyyət hüquqlarını pozmuşdur. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən çıxarış “JN-1862 KOD-40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X27ndan görünür ki, Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X16, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Ona görə də hazırkı iddia ərizəsinə inzibati məhkəmədə baxılmalıdır. Qeyd olunanlara əsasən, Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(019)-552/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(019)-552/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hüquqi varisi X3 vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(019)-552/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X20 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və Qədirova (Əhmədova) Gülər Hacı qızı məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlkdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3-cü maddəsinə əsasən mülki hüquq və vəzifələri müəyyən edən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyrinormativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.3, 2.4, 16.3, 16.4 və 16.5-ci maddələrinə istinadən həmin normaların məzmunu aşağıdakı kimidir: Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. (2.3-cü maddə) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(019)-552/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(019)-552/2022 sаylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə apellyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(019)- 552/2022 saylı qətnaməsi cavabdehlər Cavabdeh2 və X13 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X16, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Həmin 0.36 ha pay torpaq sahəsinə JN KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X27 verilmişdir. X19 və Cavabdeh2 onlara verilmiş 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsini istifadə edə bilmədiklərinə və təcili pula ehtiyacı olduqlarına görə satmaq istədiklərini bildirmişlər. 23 iyul 1999-cu il tarixdə X19 və onun həyat yoldaşı Cavabdeh2 şahidlərin iştirakı ilə Balakən rayon Mahamalar kənd sovetində yazılı əqd bağlayaraq onlara məxsus olan 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.17 ha torpaq sahəsini İddiaçı satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Həmin tarixdən sonra torpaq sahəsi İddiaçı qanuni sahibliyində və istifadəsində olmuşdur. Lakin sonradan X19 öldüyü üçün həmin 0.17 ha torpaq sahəsinin alqı-satqısı notarial qaydada rəsmiləşdirilməmişdir. 2006-cı ildə hazırki iş üzrə cavabdehlər olan Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişlər. Eyni zamanda İddiaçı da həmin şəxslərə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN-1862 saylı Dövlət Aktında göstərilmiş 0.36 ha torpaq sahəsindən 0.17 ha torpaq sahəsinin 23 iyul 1999-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızının ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddiası təmin edilmiş, X19 və Cavabdeh2 ilə İddiaçı arasında 1700 kv.m torpaq sahəsi üzərindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. xx.xx.2021-ci ildə İddiaçı iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi qanuni qüvvəsini aldığından həmin qətnamənin icraya yönəldilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsi 13 iyul 2021-ci il tarixdə 13 iyul 2006-cı iİ tarixli, 2- 212/2006 nömrəli qətnaməsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə icra edilməsi üçün göndərmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndis, rəisi vəzifəsini icra edən Fərman Hacıyev tərəfindən Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Zaqatala Rayon Məhkəməsi 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsinin qismən – qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)-1841/2021 nömrəli qərardadı ilə Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(107)-1841/2021 nömrəli qərardadı ləğv edilərək, iş apellyasiya baxışından çıxarılmış, mülki iş Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-212/2006 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçılar Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızının ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılma tələbinə dair ilk, cavabdeh İddiaçılar Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı mübahisəli torpaq sahəsindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndisi, rəisi vəzifəsini icra edən Fərman Hacıyevin verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilməmişdir. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. 2022-ci ilin aprel ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İddiaçı bildirmişdir ki, mübahisələndirilən 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 fevral 2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş, həmin torpaq sahəsinin 0.20 ha hissəsi xx.xx.2014-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda Qədirova (Əhmədova) Gülər Hacı qızı və Cavabdeh2 tərəfindən 1000 (min) manata X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 20 fevral 2014-cü il tarixdə Qədirova (Əhmədova) Gülər Hacı qızı və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən həmin 0.17 ha torpaq sahəsinin İddiaçı qanuni sahibliyində və istifadəsində olmasını və cavabdehlərlə 0.17 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını nəzərə almamışdır. Hazırda İddiaçı qanuni sahibliyində və istifadəsində olan 0.17 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmir. Ona görə də iddiaçı 1700 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edildiyindən və Qədirova (Əhmədova) Gülər Hacı qızının və Cavabdeh2 həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını itirdiklərindən reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin 0.17 ha torpaq sahəsinə dair hissəsinin ləğv edilməsi haqqında hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, 28 fevral 2014-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olmuş torpaq sahəsi ilə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 20 topa fındıq bağının heç bir əlaqəsi yoxdur. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi icrası mümkün olmayan qətnamədir. Qətnamədə mübahisəli torpaq sahəsinə dair plan cizgi və ya ayrıc aktı, yaxud bölgü planı əlavə edilməmişdir. Belə olan halda İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası şikayətin bu dəlilini əsassız sayır. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı 1700 kv.metr (0.17 ha) torpaq sahəsi üzərində 20 topa fındıq bağ sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qarşılıqlı iddiası araşdırılmış, qiymətləndirilmiş, qarşılıqlı iddia tələbinin predmetinə aid olaraq X19 və Cavabdeh2 ilə İddiaçı arasında 1700 kv.metr (0.17 ha) torpaq sahəsi üzərində 20 topa fındıq bağ sahəsinin alqı-satqı müqaviləsi bağlanmış, yəni etibarlı hesab edilmişdir. Həmin qarşılıqlı iddia üzrə mülki işdə X4 qızı Qədirova (Əhmədova) Gülər Hacı qızı və arvadı Cavabdeh2 cavabdeh qismində iştirak etmiş və məhkəmə həmin cavabdehlərə irəli sürülmüş qarşılıqlı iddia tələbini işin müəyyən olunmuş halları əsasında hüquqi cəhətdən qiymətləndirib bu qətnaməni qəbul etmişdir. Belə olan halda qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş 0.36 ha torpaq sahəsinə aid 0.17 ha torpaq (bağ) sahəsinin İddiaçı satılması ilə bağlı X19 və Cavabdeh2 ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmasına (etibarlılığına) dair fakt hazırki tərəflər üçün preyudisial, yəni məcburi əhəmiyyət daşıyır və onun hazırki iş üzrə yenidən sübut edilməsinə ehtiyac yoxdur. Belə olan halda qanunvericiliyin tələbinə əsasən həmin 0.17 ha torpaq sahəsinin İddiaçı titul sahibliyinə verilməsi, faktiki sahiblik və istifadəsində olması onun həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqi fakt kimi çıxış etmişdir və edir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının həmin 0.17 ha torpaq sahəsinə hüquqları yaranmışdır və həmin qətnamə də bu hüquqların qeydə alınması üçün qanuni əsasdır. Lakin daşınmaz əmlakın dövlət reyestri orqanı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş bu faktoloji və hüquqi əsasları nəzərə almadan cavabdehlərin hər birinə 1/2 hissə olmaqla həmin 0.36 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə almış və sözügedən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vermişdir ki, bununla da iddiaçının həmin 0.17 ha torpaq sahəsinə yaranmış hüquqlarını pozmuşdur. Bundan başqa, kollegiya qeyd etməyi lazım bilir ki, İddiaçı cavabdehlər Cavabdeh2, X7 və Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. Şəki Apellyasiya Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(107)-126/2023 saylı qərardadı ilə hazırkı işin icraatı dayandırılmışdır. Balakən Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, e-2(019)-45/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu X7 tərəfindən verilmiş 2V-48 nömrəli, 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. Cavabdehlər Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızının nümayəndəsi və vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 may 2024-cü il tarixli, 2(107)- 662/2024 qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, e- 2(019)-45/2024 saylı qətnаməsinin baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 may 2024-cü il tarixli, 2(107)- 662/2024 qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra mülki işin icraatı təzələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılımış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kollegiyanın qənaətinə görə reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu X7 tərəfindən verilmiş 2V-48 nömrəli, 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verildiyindən və həmin şəhadətnamə də Balakən Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, e-2(019)- 45/2024 saylı qətnaməsi ilə ləğv edildiyindən və qətnamə qanuni qüvvəsini aldığından şikayət təmin edilə bilməz. Bundan başqa, kollegiya qeyd etməyi lazım bilir ki, Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsində mübahisəli torpaq sahəsinə dair plan cizgi və ya ayrıc aktın, yaxud bölgü planının olmaması hazırkı qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Çünki həmin qətnamə qəbul edilərkən tələb tərəflər arasında olan müqavilənin bağlanmış hesab edilməsi ilə bağlı olmuşdur. Yəni iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmuşdur. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə ki, iddiaçının cavabdehlərə qarşı iddiası olsaydı, altı il müddətində məhkəməyə müraciət etmiş olardı. Kollegiya şikayətin bu dəlilini də əsassız hesab edir. Kollegiya iddia müddəti ilə bağlı qeyd edir ki, İddiaçı iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin predmeti daşınmaz əmlaka dair müqavilə tələbi deyil, Cavabdeh3 və Cavabdeh2 adına verilmiş reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlıdır. Yəni iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, ümumi sahəsi 0,3557 ha olan çoxillik əkmələr məqsədli istifadə növlü torpaq sahəsinin 0,20 hissəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh2 tərəfindən notarial qaydada X1. Məhkəmə işə baxarkən vicdanlı alıcı X8 mülkiyyət hüquqlarını pozmuşdur. Kollegiya şikayətin bu hissəsini də əsassız sayır. İş materiallarından görünür ki, Balakən rayonu Qasbinə kəndində yerləşən, ümumi sahəsi 0.3557 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.20 ha hissəsi xx.xx.2014-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda Qədirova (Əhmədova) Gülər Hacı qızı və Cavabdeh2 tərəfindən 1000 (min) manata X9 öz paylarından düşən torpaq sahəsini satılmışlar. JN-1862 KOD-40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X27 əsasında Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X16, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsi 23 iyul 1999-cu il tarixdə sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsi əsasında Qədirova (Əhmədova) Gülər Hacı qızının atası X19 və anası Cavabdeh2 tərəfindən İddiaçı satılmışdır. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı 1700 kv.metr (0.17 ha) torpaq sahəsi üzərində 20 topa fındıq bağ sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qarşılıqlı iddiası araşdırılmış, qiymətləndirilmiş, qarşılıqlı iddia tələbinin predmetinə aid olaraq X19 və Cavabdeh2 ilə İddiaçı arasında 1700 kv.metr (0.17 ha) torpaq sahəsi üzərində 20 topa fındıq bağ sahəsinin alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi qət edilmişdir. Kollegiya hesab edir ki, torpaq sahəsinin 1700 kv.metr (0.17 ha) hissəsi hazırkı iş üzrə iddiaçı olan İddiaçı satılmışdır. Digər 0.20 ha hissəsi isə X1. Kollegiya hesab edir ki, hazırkı mübahisə X2 torpağın 0.20 ha hissəsi ilə bağlı yox, İddiaçı satılmış 0.17 ha hissəsi ilə bağlıdır. X6 hazırkı mübahisə üzrə vicdanlı alıcı kimi tanına bilməz. Çünki mübahisə predmeti olan torpaq sahəsi X2 0.20 ha torpaq sahəsi deyil, İddiaçı satılmış 1700 kv.metr (0.17 ha) torpaq sahəsi ilə bağlıdır. Şikayətin sonuncu dəlili ondan ibarətdir ki, mübahisələndirilən çıxarış “JN-1862 KOD- 40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X27 ilə Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X16, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Ona görə də hazırkı iddia ərizəsinə inzibati məhkəmədə baxılmalıdır. Kollegiya şikayətin bu dəlilini də əsassız hesab edir. Əvvəla kollegiya qeyd edir ki, mübahisələndirilən çıxarış Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu X7 tərəfindən verilmiş 2V-48 nömrəli, 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarının 5.1 və 7.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən,torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili də əsassızdır. Sonda, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı, bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə, məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(019)- 552/2022 saylı qətnaməsi cavabdehlər Cavabdeh2 və X13 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh2 və X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(019)-552/2022 saylı qətnaməsi cavabdehlər Cavabdeh2 və X13 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-22/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-22/2024
01.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver