Məhkəmə qərarları › İş №2(107)-220/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-220/2020

18.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-220/2020 18.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «qızıl-zinət və cehiz əşyası» tələbinə dаir mülki iş üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-1031/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Aran qəsəbəsi 2-də yaşayan Cavabdeh 12,5 qram çəkidə olan komplekt (sırğa və üzük) - 1500 manat; 4 qram çəkidə olan badam üzük - 300 manat; 5,5 qram çəkidə olan, brilliant qaşlı nişan üzüyü - 700 manat dəyərində olan qızılzinət əşyalarının və ya onların dəyərinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, Yevlax rayonu Aran qəsəbəsi 2-də yaşayan Cavabdeh 12,5 qram çəkidə olan komplekt (sırğa və üzük) - 1500 manat; 4 qram çəkidə olan badam üzük - 300 manat; 5,5 qram çəkidə olan, brilliant qaşlı nişan üzüyü - 700 manat dəyərində olan qızıl-zinət əşyalarının; 10 ədəd yastıq - 250 manat (biri 25 manat olmaqla); 3 ədəd yorğan - 90 manat (biri 30 manat olmaqla); 3 ədəd döşək - 195 manat (biri 65 olmaqla); 1 ədəd taxt döşəyi - 100 manat; 1 ədəd taxt yorğanı - 40 manat; 1 ədəd qalın ədyal - 50 manat; 1 ədəd nazik ədyal - 30 manat; 1 ədəd taxt üçün silkon yorğan - 50 manat; 2 ədəd pakraval - 180 manat (hər biri 100 və 80 manat olmaqla); 3 ədəd gəbə - 750 manat (biri 250 manat olmaqla); 1 ədəd mebel dəsti (stenka) - 500 manat; 1 ədəd açılıb bağlanan kravat (raskladuşka) - 50 manat; 1 ədəd sandıq - 35 manat; 1 ədəd stol, 8 ədəd stul - 400 manat; 1 ədəd divan, 2 ədəd kreslo - 500 manat; 10 ədəd böyük məhrəba - 100 manat; 10 ədəd kiçik məhrəba 80 manat; 12 ədəd çay dəsmalı - 50 manat; 12 ədəd əl dəsmalı - 30 manat; 4 dəst süfrə 40 manat; 1 dəst süfrə (çamadanda) - 30 manat; 5 dəst tək çexol-prostina - 100 manat; 5 dəst qoşa çexol-prostina - 300 manat; 1 ədəd yekə güldan - 15 manat; 1 ədəd xrustal balaca güldan - 50 manat; 6 ədəd meyvə vazı - 150 manat; 2 ədəd üçmərtə vaz - 50 manat; 10 dəst bakal - 200 manat; 3 ədəd bagema (1 böyük, 2 balaca) - 100 manat; 10 ədəd qənd qabı - 150 manat; 2 ədəd mürəbbə qabı - 30 manat; 12 ədəd xrustal araq rumkası - 80 manat; 2 ədəd xrustal vaz - 60 manat; 12 ədəd razetka - 20 manat; 3 ədəd fincan (çaşka) dəsti - 100 manat; 5 dəst xrustal çay stəkanı - 100 manat; 24 ədəd zərli nəlbəki - 80 manat; 2 ədəd xrustal şirniyyat üçün vaz - 60 manat; 2 ədəd ləpə qabı - 20 manat; 1 ədəd tort üçün padnus (6 ədəd boşqabı ilə birlikdə) - 30 manat; 4 ədəd kül qabı (2 ədəd xrustal, 2 ədəd sadə) - 80 manat; 2 ədəd zərli salfetka qabı - 30 manat; 1 ədəd güllü qrafinka (6 ədəd bakalı ilə birlikdə) - 30 manat; 1 ədəd çirnel rəng qrafinka (6 ədəd bakalı ilə birlikdə) - 50 manat; 50 ədəd çəngəl - 60 manat; 50 ədəd qaşıq - 60 manat; 50 ədəd çay qaşığı - 50 manat; 5 ədəd yekə qaşıq - 50 manat; 12 ədəd duz qabı - 20 manat; 50 ədəd yemək boşqabı - 100 manat; 12 ədəd bulud - 50 manat; 12 ədəd armudu stəkannəlbəki - 20 manat; 12 ədəd kofe fincanı - 30 manat; 1 ədəd qaşıq-çəngəl dəsti (çamadanda) - 60 manat; 6 ədəd su qruşkası - 50 manat; 3 dəst qalın qazan - 300 manat; 3 ədəd rəngli balaca qazan - 30 manat; 3 ədəd tava - 50 manat; 3 ədəd çaynik - 40 manat; 1 ədəd yekə çaydan - 50 manat; 4 ədəd padnus - 50 manat; 1 ədəd yekə tefal - 60 manat; 1 ədəd yekə şirəçəkən maşın - 60 manat; 1 ədəd ütü - 50 manat; 1 ədəd ət maşını (tokla işləyən) - 50 manat; 1 ədəd yekə soba (tfofka) - 100 manat; 1 ədəd balaca soba (tfofka) - 70 manat; 1 ədəd su ilə işləyən tozsoran - 120 manat; 1 ədəd tokla işləyən bilender - 50 manat; 1 ədəd paltaryuyan maşın - 150 manat; 24 ədəd yekə kasa - 50 manat; 24 ədəd balaca kasa - 30 manat; 3 ədəd vanna - 30 manat; 2 ədəd tuj vedrə - 50 manat; 10 ədəd ayı kuklası (1 ədəd böyük, 9 ədəd kiçik) - 200 manat, 1 ədəd soyuducu 700 manat olan əşyaların və ya onların dəyərinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin yenidən artırılması barədə ərizə ünvanlayaraq, Yevlax rayonu Aran qəsəbəsi 2-də yaşayan Cavabdeh çəkisi 14 qram, əyarı 750 olan bir ədəd qadın üçün komplekt (sırğa üzük dəsti, İtaliya istehsalı) 1850 manat; çəkisi 8 qram, əyarı 750 olan, bir ədəd badam formalı qadın üçün üzük (brilliant qaşlı, İtaliya istehsalı) 700 manat; çəkisi 7 qram, əyarı 750 olan bir ədəd qadın üçün nişan üzüyü (brilliant qaşlı, İtaliya istehsalı) 1100 manat dəyərində olan qızıl-zinət əşyalarının; 10 ədəd yastıq - 250 manat (biri 25 manat olmaqla); 3 ədəd yorğan - 90 manat (biri 30 manat olmaqla); 3 ədəd döşək - 195 manat (biri 65 olmaqla); 1 ədəd taxt döşəyi - 100 manat; 1 ədəd taxt yorğanı - 40 manat; 1 ədəd qalın ədyal - 50 manat; 1 ədəd nazik ədyal - 30 manat; 1 ədəd taxt üçün silkon yorğan - 50 manat; 2 ədəd pakraval - 180 manat (hər biri 100 və 80 manat olmaqla); 3 ədəd gəbə - 750 manat (biri 250 manat olmaqla); 1 ədəd mebel dəsti (stenka) - 500 manat; 1 ədəd açılıb bağlanan kravat (raskladuşka) - 50 manat; 1 ədəd sandıq - 35 manat; 1 ədəd stol, 8 ədəd stul - 400 manat; 1 ədəd divan, 2 ədəd kreslo - 500 manat; 10 ədəd böyük məhrəba - 100 manat; 10 ədəd kiçik məhrəba - 80 manat; 12 ədəd çay dəsmalı - 50 manat; 12 ədəd əl dəsmalı - 30 manat; 4 dəst süfrə - 40 manat; 1 dəst süfrə (çamadanda) - 30 manat; 5 dəst tək çexol-prostina - 100 manat; 5 dəst qoşa çexolprostina - 300 manat; 1 ədəd yekə güldan - 15 manat; 1 ədəd xrustal balaca güldan - 50 manat; 6 ədəd meyvə vazı - 150 manat; 2 ədəd üçmərtə vaz - 50 manat; 10 dəst bakal 200 manat; 3 ədəd bagema (1 böyük, 2 balaca) - 100 manat; 10 ədəd qənd qabı - 150 manat; 2 ədəd mürəbbə qabı - 30 manat; 12 ədəd xrustal araq rumkası - 80 manat; 2 ədəd xrustal vaz - 60 manat; 12 ədəd razetka - 20 manat; 3 ədəd fincan (çaşka) dəsti 100 manat; 5 dəst xrustal çay stəkanı - 100 manat; 24 ədəd zərli nəlbəki - 80 manat; 2 ədəd xrustal şirniyyat üçün vaz - 60 manat; 2 ədəd ləpə qabı - 20 manat; 1 ədəd tort üçün padnus (6 ədəd boşqabı ilə birlikdə) - 30 manat; 4 ədəd kül qabı (2 ədəd xrustal, 2 ədəd sadə) - 80 manat; 2 ədəd zərli salfetka qabı - 30 manat; 1 ədəd güllü qrafinka (6 ədəd bakalı ilə birlikdə) - 30 manat; 1 ədəd çirnel rəng qrafinka (6 ədəd bakalı ilə birlikdə) - 50 manat; 50 ədəd çəngəl - 60 manat; 50 ədəd qaşıq - 60 manat; 50 ədəd çay qaşığı - 50 manat; 5 ədəd yekə qaşıq - 50 manat; 12 ədəd duz qabı - 20 manat; 50 ədəd yemək boşqabı - 100 manat; 12 ədəd bulud - 50 manat; 12 ədəd armudu stəkannəlbəki - 20 manat; 12 ədəd kofe fincanı - 30 manat; 1 ədəd qaşıq-çəngəl dəsti (çamadanda) - 60 manat; 6 ədəd su qruşkası - 50 manat; 3 dəst qalın qazan - 300 manat; 3 ədəd rəngli balaca qazan - 30 manat; 3 ədəd tava - 50 manat; 3 ədəd çaynik - 40 manat; 1 ədəd yekə çaydan - 50 manat; 4 ədəd padnus - 50 manat; 1 ədəd yekə tefal - 60 manat; 1 ədəd yekə şirəçəkən maşın - 60 manat; 1 ədəd ütü - 50 manat; 1 ədəd ət maşını (tokla işləyən) - 50 manat; 1 ədəd yekə soba (tfofka) - 100 manat; 1 ədəd balaca soba (tfofka) - 70 manat; 1 ədəd su ilə işləyən tozsoran - 120 manat; 1 ədəd tokla işləyən bilender - 50 manat; 1 ədəd paltaryuyan maşın - 150 manat; 24 ədəd yekə kasa - 50 manat; 24 ədəd balaca kasa - 30 manat; 3 ədəd vanna - 30 manat; 2 ədəd tuj vedrə - 50 manat; 10 ədəd ayı kuklası (1 ədəd böyük, 9 ədəd kiçik) - 200 manat, 1 ədəd soyuducu 700 manat olan əşyaların və ya onların dəyərinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-1031/2019 nömrəli (hakim R.Əlizadə) qətnaməsilə iddia qismən təmin edilmiş, Cavabdeh 10 ədəd yastıq - 250 manat (biri 25 manat olmaqla); 3 ədəd yorğan - 90 manat (biri 30 manat olmaqla); 3 ədəd döşək - 195 manat (biri 65 olmaqla); 1 ədəd taxt döşəyi - 100 manat; 1 ədəd taxt yorğanı - 40 manat; 1 ədəd qalın ədyal - 50 manat; 1 ədəd nazik ədyal - 30 manat; 1 ədəd taxt üçün silkon yorğan - 50 manat; 2 ədəd pakraval - 180 manat (hər biri 100 və 80 manat olmaqla); 3 ədəd gəbə - 750 manat (biri 250 manat olmaqla); 1 ədəd mebel dəsti (stenka) - 500 manat; 1 ədəd açılıb bağlanan kravat (raskladuşka) - 50 manat; 1 ədəd sandıq - 35 manat; 1 ədəd stol, 8 ədəd stul - 400 manat; 1 ədəd divan, 2 ədəd kreslo - 500 manat; 10 ədəd böyük məhrəba - 100 manat; 10 ədəd kiçik məhrəba - 80 manat; 12 ədəd çay dəsmalı - 50 manat; 12 ədəd əl dəsmalı - 30 manat; 4 dəst süfrə - 40 manat; 1 dəst süfrə (çamadanda) - 30 manat; 5 dəst tək çexol-prostina - 100 manat; 5 dəst qoşa çexolprostina - 300 manat; 1 ədəd yekə güldan - 15 manat; 1 ədəd xrustal balaca güldan - 50 manat; 6 ədəd meyvə vazı - 150 manat; 2 ədəd üçmərtə vaz - 50 manat; 10 dəst bakal 200 manat; 3 ədəd bagema (1 böyük, 2 balaca) - 100 manat; 10 ədəd qənd qabı - 150 manat; 2 ədəd mürəbbə qabı - 30 manat; 12 ədəd xrustal araq rumkası - 80 manat; 2 ədəd xrustal vaz - 60 manat; 12 ədəd razetka - 20 manat; 3 ədəd fincan (çaşka) dəsti 100 manat; 5 dəst xrustal çay stəkanı - 100 manat; 24 ədəd zərli nəlbəki - 80 manat; 2 ədəd xrustal şirniyyat üçün vaz - 60 manat; 2 ədəd ləpə qabı - 20 manat; 1 ədəd tort üçün padnus (6 ədəd boşqabı ilə birlikdə) - 30 manat; 4 ədəd kül qabı (2 ədəd xrustal, 2 ədəd sadə) - 80 manat; 2 ədəd zərli salfetka qabı - 30 manat; 1 ədəd güllü qrafinka (6 ədəd bakalı ilə birlikdə) - 30 manat; 1 ədəd çirnel rəng qrafinka (6 ədəd bakalı ilə birlikdə) - 50 manat; 50 ədəd çəngəl - 60 manat; 50 ədəd qaşıq - 60 manat; 50 ədəd çay qaşığı - 50 manat; 5 ədəd yekə qaşıq - 50 manat; 12 ədəd duz qabı - 20 manat; 50 ədəd yemək boşqabı - 100 manat; 12 ədəd bulud - 50 manat; 12 ədəd armudu stəkan-nəlbəki - 20 manat; 12 ədəd kofe fincanı - 30 manat; 1 ədəd qaşıq-çəngəl dəsti (çamadanda) - 60 manat; 6 ədəd su qruşkası - 50 manat; 3 dəst qalın qazan - 300 manat; 3 ədəd rəngli balaca qazan - 30 manat; 3 ədəd tava - 50 manat; 3 ədəd çaynik - 40 manat; 1 ədəd yekə çaydan - 50 manat; 4 ədəd padnus - 50 manat; 1 ədəd yekə tefal - 60 manat; 1 ədəd yekə şirəçəkən maşın - 60 manat; 1 ədəd ütü - 50 manat; 1 ədəd ət maşını (tokla işləyən) - 50 manat; 1 ədəd yekə soba (tfofka) - 100 manat; 1 ədəd balaca soba (tfofka) - 70 manat; 1 ədəd su ilə işləyən tozsoran - 120 manat; 1 ədəd tokla işləyən bilender - 50 manat; 1 ədəd paltaryuyan maşın - 150 manat; 24 ədəd yekə kasa - 50 manat; 24 ədəd balaca kasa - 30 manat; 3 ədəd vanna - 30 manat; 2 ədəd tuj vedrə - 50 manat; 10 ədəd ayı kuklası (1 ədəd böyük, 9 ədəd kiçik) - 200 manat, 1 ədəd soyuducu 700 manat dəyərində əmlaklar, əşyalar mövcud olmadıqda onların dəyəri və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-1031/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək, həmin qətnamənin cehiz əşyasına münasibətdə ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2007-ci ildə Yevlax rayonu Aran qəsəbə sakini (cavabdehin oğlu) X1 ilə ailə quraraq onun valideynlərinə məxsus olan evə gəlin köçmüşdür. xx xxxxx 2008-ci ildə aralarında nikah bağlanmışdır. Onlar bir müddət qaynatasına məxsus olan evdə yaşadıqdan sonra 2013-cü ildə müvəqqəti olaraq kirayə evə çıxmışlar, daha sonra isə Aran qəsəbəsində ev alaraq ora köçmüşlər. xx xxxx 2018-ci ildə mərhum əri Samir İsmayılov intihar edərək vəfat etmişdir. Evdən çıxarkən aralarında mübahisə olmuşdur və bu səbəbdən də evdən heç bir əmlakını götürə bilməmişdir. Evdən çıxdığı vaxtdan da, həmin evə qayıtmamışdır. Ona görə də, bütün cehiz əşyaları həmin evdə qalmışdır. Evdən çıxmazdan bir müddət əvvəl, qaynatası əməliyyat olunmağı üçün pul lazım olduğundan qaynanası onun qızıllarını banka girov qoymaq məqsədi ilə almışdır. Hazırda cavabdeh qızıllarını və əmlaklarını qeyri qaytarmır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla, heç bir sübutlara əsaslanmadan əsassız qətnamə qəbul etmişdir. Belə ki, qətnamənin cehiz əşyaları tələbinə dair hissəsi ilə qətiyyən razı deyil. Çünki iddiaçı oğlu ilə uzun illər ailə münasibətlərində yaşamışlar və gətirdiyi cehiz əşyaları həmin müddət ərzində özləri tərəfindən istifadə edilmişdir. Həmin müddət ərzində iddiaçının gətirdiyi cehiz əşyalarının istifadə edilən zaman sınması, qırılması mümkündür. Lakin iddiaçı onları nəzərə almadan bütün cehiz əmlakını yenidən yazmışdır. İddiaçının tələb etdiyi bütün cehiz əşyalarının mövcud olması mümkün deyildir. Bu səbəblərdən Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-1031/2019 nömrəli qətnaməsi cehiz əşyalarına aid hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (apelyator) Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçı onun mərhum oğlunun arvadıdır. İddiaçının mübahisələndirdiyi cehiz əşyalarının əksəriyyəti evdədir və istənilən vaxt həmin əşayaları apara bilər. Lakin iddiaçı qeyd olunan cehiz əşyalarının bəzilərini süni şəkildə çoxaltmışdır. Halbuki həmin cehiz əşyaları iddia ərizəsində və qətnamədə qeyd olunan kimi deyil. Cehiz əşyalarının miqdarı əslində apelyasiya şikayətində qeyd olunan saydadır. Apelyasiya şikayətində təkcə soyuducunu yazmamışdır ki, həmin soyuducunun da qiyməti 300-350 manat olmaqla hazırda kimə verildiyini bilir. Həmin soyuducunu da verməyə hazırdır. Çünki həmin əşytalar ona lazım deyil. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, apelyasiya şikayətində qeyd olunanlara uyğun yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apelyasiya şikayətində qeyd olunan cehiz əşyaları hazırda cavabdehə məxsus olan evdədir. Lakin hazırda həmin əşyaları evdən götürmək istəmir. O, yalnız özünə məxsus olan əşyaları tələb edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-1031/2019 nömrəli qətnaməsi ləğv edilməli və apelyasiya icraatı zamanı araşdırılmış hallar üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüququ qiymət verməmişdir. Bu baxımdan tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli cehiz əşyalarının araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə isə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Eləcə də, Mülki Məcəllənin 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1-ci maddəyə əsasən ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Qeyd olunan Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi mövqeyi ilə razılaşmır və qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbinin dəlillərinə məhz iddiaçı tərəfin iddianın əsası kimi istinad edilən halları üzrə, onun mənayefinə uyğun hüquqi qiymət verməyə çalışsa da cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara diqqət yetirməmiş, sübutları birtərəfli qiymətləndirmiş, qəbul etdiyi qətnaməsində işin hallarının araşdırılmasını və araşdırılmasının nəticəsi kimi işin hansı faktiki hallarını müəyyən etməsini göstərməmişdir Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verərkən məhz hansı mötəbər sübuta istinad etməsi iş materiallarından görünmür. İddiaçının özünün izahatına münasibətdə isə kollegiya qeyd edir ki, həmin izahat MPM-nin 106.1-ci maddəsinə əsasən digər sübutlarla birlikdə qiymətləndirilməli və yoxlanılmalıdır. Belə olan vəziyyətdə, apelyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehin bu hissədə, yəni cehiz əşyalarından bəzilərinin (çox hissəsinin) etiraf etməsi ilə əlaqədar sübuta yetirilmişdir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas olsa da, iddia tələbinin tam rədd olunması üçün əsasa deyil və apelyasiya şikayətinə uyğun iddianın təmin edilməsi üçün əsasdır. Əvvəla ona görə ki, apelyasiya şikayətinin dəlillərindən göründüyü kimi, cavabdeh qətnamənin ləğv olunmasını tələb etməklə yanaşı, apelyasiya şikayətində qeyd olunan cehiz əşyalarına münasibətdə iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilməmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, аpelyаsiyа şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbinin cavabdehin etirafı hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-1031/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Cavabdeh- 10 ədəd yastıq-250 manat (biri 25 manat olmaqla), 2 ədəd yorğan-60 manat, 2 ədəd döşək-130 manat, 1 ədəd taxt döşəyi-100 manat, 1 ədəd taxt yorğanı-40 manat, 1 ədəd qalın ədyal-50 manat, 1 ədəd nazik ədyal-30 manat, 1 ədəd taxt üçün silkon yorğan- 50 manat, 1ədəd pakraval (hər biri 100 və 80 manat olmaqla) -180 manat, 1 ədəd taxt üçün silkon yorğan-50 manat, 2 ədəd gəbə-500 manat (biri 250 manat olmaqla), 1 ədəd mebel dəsti (stenka)-500 manat, 1 ədəd açılıb bağlanan krovat (raskladuşka)-50 manat, 1 ədəd stol, 8 ədəd stul-400 manat, 1 ədəd divan, 2 ədəd kreslo-500 manat, 4 ədəd böyük məhrəba-40 manat, 7 ədəd kiçik məlırəba-56 manat, 4 ədəd çay dəsmalı, 12 ədəd əl dəsmalı-30 manat, 3 dəst süfrə-30 manat, 5 dəst tək çexol-prostina-100 manat, 2 dəst qoşa çexol-prostina-120 manat, 1 ədəd yekə güldan-15 manat, 1 ədəd xrııstal balaca güldan-50 manat, 2 ədəd üç mərtəbə vaz-50 manat, 10 dəst bakal-200 manat, 2 ədəd bagema (1 böyük, 1 balaca)-100 manat, 10 ədəd qənd qabı-150 manat, 2 ədəd mürəbbə qabı-30 manat, 6 ədəd xrııstal araq rumkası-40 manat, 1 ədəd xrustal vaz-30 manat, 6 ədəd razetka-10 manat, 2 ədəd fincan (çaşka) dəsti-100 manat, 4 dəst xrustal çay stəkanı- 80 manat, 6 ədəd zərli nəlbəki- 80 manat, 2 ədəd xrustal şirniyyat üçün vaz-60 manat, 1 ədəd tort üçün padnus (6 ədəd boşqabı ilə birlikdə)-30 manat, 2 ədəd kül qabı (1 ədəd xrustal, 1 ədəd sadə)-40 manat, 2 ədəd zərli salfetka qabı-30 manat, 1 ədəd güllü qrafinka (6 ədəd bakalı ilə birlikdə)-30 manat, 1ədəd çirnel rəngli qrafinka (6 ədəd bakalı ilə birlikdə)-50 manat, 40 ədəd çəngəl-40 manat, 40 ədəd qaşıq-40 manat, 25 ədəd çay qaşığı-50 manat, 6 ədəd duz qabı-10 manat, 12 ədəd armudu stəkan-nəlbəki-20 manat, 6 ədəd kofe fincanı-15 manat, 1 ədəd qaşıq-çəngəl dəsti(çamadanda)-60 manat, 1 dəst qalın qazan-100 manat, 3 ədəd rəngli balaca qazan-30 manat, 2 ədəd çaynik-20 manat, 2 ədəd yekə çaydan-50 manat, 2 ədəd padnus-25 manat, 1 ədəd yekə tefal-60 manat, 1 ədəd yekə şirəçəkən maşın-60 manat, 1 ədəd ütü-50 manat, 1 ədəd ət maşını (tokla işiəyən)-50 manat, 1 ədəd balaca soba (tfofka)-70 manat, 1 ədəd su ilə işləyən tozsoran- 120 manat, 1 ədəd tokla işləyən bilender-50 manat, 1 ədəd paltaryuyan maşın-150 manat, 6 ədəd yekə kasa-25 manat, 12 ədəd balaca kasa-15 manat, 10 ədəd ayı kuklası (1 ədəd böyük, 9 ədəd kiçik)-200 manat, 01 ədəd soyuducu-350 manat naturada və ya dəyəri alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar