Məhkəmə qərarları › İş №2(107)-2201/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2201/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2201/2021 15.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Göyçay Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(046)-2129/2021 nömrəli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1793 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(046)-2129/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilməsinin izah edilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Hazı-zadə İlham Etibar oğlu həmin qərardaddan şikayət vermiş, qərardadın ləğv edərək mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətləri yerinə yetirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(046)-2129/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Göyçay Rayon Məhkəməsinin 2(046)- 2129/2021 saylı 07 oktyabr 2021-ci il tarixli qərardadın ləğv edilməsi barədə şikayəti təmin edilməmiş, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(046)- 2129/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı "Elektron məhkəmə’’ informasiya sistemində yerləşdirdiyi dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, iddiaçı məhkəməyə 01.10.2021-ci il tarixdə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmiş, yəni 01.10.2021-ci il tarixdən etibarən qüvvəyə minmiş “X1” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilmiş dövlət rüsumunu ödəməmişdir. “X1” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizəsinin iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(046)-2129/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(046)-2129/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Hazı-zadə İlham Etibar oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(046)-2129/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar