Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2232/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “2300 manat maddi ziyan, 5000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-237/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) xx xxxx 2020-ci il tarixli, 2(016)-237/2020 nömrəli qətnаməsi iləiddia qismən təmin edilmiş, Cavabdeh1 400 manat, zərər əvəzi olaraq 2300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğlərdə pul vəsaitinin alınaraq İddiaçı ödənməsi, iddia tələbininqalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən 2300 manat ziyan əvəzinin, 5000 manat mənəvi zərər əvəzinin və iddia ərizəsi üzrə ödədiyi 30 manat dövlət rüsumu əvəzinin alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, şəxsi təsərrüfatı ilə məşğuldur. Təxminən 20 il bundan öncə həmkəndlisi, həmçinin qohumu olan Cavabdeh1 özünə məxsus 0,29 hektar torpaq sahəsini aralarında olan razılaşmaya əsasən şifahi alqı-satqı qaydasında ona satmışdır. Cavabdehə 200 şirvan pul vermişdir. Həmin dövrdən torpaq sahəsindən istifadə edir. Torpaq sahəsində 2000-ci ildən müxtəlif illərdə meyvə verən 195 ədəd nar ağacı, 18 ədəd bar verən heyva ağacı, 3 ədəd bar verən tut ağacı əkmişdir. Əkdiyi ağaclardan hər il müəyyən qədər gəlir əldə etmişdir. Rusiya Federasiyasında yaşayıb işlədiyi üçün torpaq sahəsinə qardaşı nəzarət etmişdir. Lakin son vaxtlarda ona məlum olmuşdur ki, həmkəndlisi, həmçinin qohumu olan Cavabdeh1 torpaq sahəsini digər həmkəndlisi olan Cavabdeh2 qeyri-qanuni olaraq şifahi şəkildə satmış və ona etibarnamə vermişdir. Həmçinin torpaq sahəsinin hiiquqmüəyyənedici sənədlərini ona vermişdir. Cavabdeh2 özünə məxsus olan heyvanları istifadəsində olan meyvə bağına salaraq ağacları yararsız hala salmışdır. Həmçinin onu meyvə bağına buraxmırlar. Hal-hazırda bağı yararsız hala düşmüş və əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Cavabdehlərin bu hərəkətləri nəticəsində kənd arasında etibarı düşmüş, hamı onun cavabdehlərin qarşısında aciz hala düşdüyünü hesab edirlər. Cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirir. Dəymiş ziyanı müəyyən etmək üçün səlahiyyətli dövlət qurumlarının nümayəndələrini meyvə bağına dəvət etmiş, onların iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə akt tərtib olunmuş və ona dəymiş ziyanın məbləğini 2300 manat qiymətləndirmişlər. İddiaçı tələbini dəqiqləşdirərək, eyni zamanda tələbin həcmini artıraraq Cavabdeh1 satdığı torpaq sahəsinə görə alqı-satqı qaydasında verdiyi 400 manat məbləğində pulun, 2300 manat məbləğində ziyanın, 5000 manat məbləğində mənəvi zərərin və iddia ərizəsi üzrə ödədiyi 30 manat dövlət rüsumu əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 0.29 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən ona 2000-ci ildə 200 şirvan, hazırda 400 manata bərabər pul məbləğinə satılmışdır. Aralarında hər hansı rəsmi müqavilə olmamışdır. Ötən 20 il müddətində torpaq sahəsində bar verən 195 ədəd nar ağacı, 18 ədəd bar verən heyva ağacı, 3 ədəd bar verən tut ağacı əkmişdir. Cavabdeh2 özünə məxsus olan heyvanları istifadəsində olan meyvə bağına salaraq ağacları yararsız hala salmış, bununla bağlı ona 2300 manat zərər dəymişdir. Hazırda isə həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 qeyri-qanuni olaraq şifahi şəkildə satılmış və ona etibarnamə verilmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində 5000 manat mənəvi ziyan da çəkmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə Cavabdeh1 lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 verdiyi izahatında göstərmişdir ki, iddiaçıya həmin torpaq sahəsini satmamışdır. Lakin orada olan tikilinin daşını şifahi qaydada iddiaçıya satmışdır. Bunun müqabilində iddiaçı ona 400 manat pul vermişdir. Lakin sonradan həmin yeri Cavabdeh2 satmışdır. İdrislə də alqı-satqını rəsmiləşdirməmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, 20 ildir həmin torpaq sahəsi İddiaçı tərəfindən alınmışdır. Lakin Cavabdeh1 həmin torpaq sahəsini xx.xx.2019-cu ildən etibarnamə əsasında ona satmışdır. Ötən illər ərzində bütün məhsulu iddiaçı götürmüşdür. Hər il həmin sahədə 1 ton nar və heyva barı olmuşdur. Ağaclar hazırda da yerindədir və ağaclara ziyan dəyməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, Ağsu rayonu Cəfərli kəndində yaşamaqla tərəflər ilə həmkənlidirlər. Cavabdeh1 özünə və ailə üzvlərinə məxsus olan 0.29 ha torpaq sahəsini 2000-ci ildə İddiaçı satmışdır. Həmin vaxtlar aralarında olan razılaşmaya müvafiq olaraq 200 şirvan, yəni hazırkı dəyərlə 400 manata torpağı almış, lakin ötən müddət ərzində torpağı adına rəsmiləşdirməmişdir. İddiaçı də həmin torpaq sahəsində ötən iyirmi il ərzində meyvə ağacları əkmiş və torpaqdan bar götürmüşdür. Hazırda həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən başqa şəxsə satılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Nümayəndə verdiyi ifadəsində göstərmişdir ki, tərəflərlə eyni kəndin sakinləridirlər. Cavabdeh1 özünə məxsus torpaq sahəsini 2000-ci ildə İddiaçı hazırkı məbləğlə 400 manata satsa da, yaxın vaxtlarda həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. Lakin ötən müddət ərzində iddiaçı həmin torpaq sahəsində 200-ə qədər meyvə ağacları əkməklə bəhrəsindən istifadə etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 da digər şahidlərin qeyd etdiklərini öz ifadəsi ilə təsdiq etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-237/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-237/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı və digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İddiaçı və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə tədqiq olunan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-237/2020 nömrəli qətnaməsi Cavabdeh1 400 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə iddianın təmin olunduğu qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Ağsu Rayon İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi (aqronomu) B.Azadovun, Cəlayir Bələdiyyəsinin sədri O.Nəzərovun və Cəfərli kənd sakini İddiaçı iştirakı ilə Ağsu rayonu Cəfərli kəndində tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt ilə müəyyən edilir ki, İddiaçı 2000ci ildə həmkəndlisi Cavabdeh1 aldığı 0.29 ha torpaq sahəsinə meyvə ağacları əkdiyini və yaxın vaxtlara kimi istifadəsində olduğunu bildirmiş, həmin torpaq sahəsində sənədləşmə işi aparmadığına görə Cavabdeh1 həmin torpaq sahəsini 3 ay əvvəl digər kənd sakini Cavabdeh2 satdığını bildirməklə ərazidə əkilmiş meyvə ağaclarının qiymətləndirilməsinə kömək edilməsini xahiş etmişdir. Meyvə bağına tərəflərindən baxış keçirilərək ərazidə 195 ədəd nar ağacı, 18 ədəd bar verən heyva ağacı, 3 ədəd bar verən tut ağacının olmasının şahidi olmuşlar. Qeyd edilən sayda ağacların ümumi dəyəri aqronomiki hesablamalara görə 2300 manat təşkil edir. İşdə olan Ağsu Rayon İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi B.Azadov tərəfindən Ağsu rayonu Cəfərli kənd sakini İddiaçı Cəfərli kəndində 0.29 hektar həyətyanı torpaq sahəsində əkdiyi meyvə ağaclarının dəyərinin qiymətləndirilməsi barədə rəyindən görünür ki, ərazidə müxtəlif illərdə əkilmiş meyvə verən 195 ədəd nar ağacının hər biri orta hesabla 11 man olmaqla cəmi - 2144 manat (195 əd. x 11 man. = 2144 man.), 18 ədəd bar verən heyva ağacının hər biri orta hesabla 7 man olmaqla cəmi - 126 manat (18 əd. x 7 man. = 126 man.), 3 ədəd bar verən tut ağacının ümumi dəyəri hər biri orta hesabla 10 manat olmaqla cəmi- 30 manat (3 əd. x 10 man. = 30 man.) olmuşdur. Ümumiyyətlə aqronomiki hesablamalara görə bütün ağacların dəyəri 2300 manatdır. İşdə olan bir qrup Ağsu rayonu Cəfərli kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan 0,29 ha torpaq sahəsini 2000-ci ildə həmkəndlisi İddiaçı satmış, sonuncu həmin torpaq sahəsi üzrə sənədləşmə işi aparmamışdır. Bundan 3 il sonra həmin torpaq sahəsini İddiaçı həmkəndlisi X6 ilə eyni ölçüdə torpaq sahəsinə dəyişmiş və X6 həmin torpaq sahəsində özü üçün yaşayış evi tikmişdir. 2006-cı ildə X6 evini ordan sökmüş və həmin həyətyanı torpaq sahəsini yenidən İddiaçı qaytarmışdır. Həmin həyətyanı torpaq sahəsi 2019-cu ilin oktyabr ayına qədər İddiaçı istifadəsində olmuş və orada 195 ədəd nar ağacı, 18 ədəd heyva ağacı, 3 ədəd tut ağacı əkmişdir. 2019-cu ilin oktyabr ayında həmin həyətyanı torpaq sahəsiCavabdeh1 tərəfindən digər kənd sakini Cavabdeh2 satılmışdır. Aktın həqiqiliyi Ağsu RİH Başçısının Kəndoba kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İşdə olan JN-083B, kod 40910028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surəti ilə müəyyən edilir ki, Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə Ağsu rayon X2 xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə 0.28 ha torpaq sahəsi verilmişdir. İşdə olan AR-İ seriyalı 725182 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh1 JN-083B, kod 40910028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.28 ha torpaq sahəsindən ona məxsus hissə üzərində sərəncam vermək və bir sıra hərəkətlərin həyata keçirilməsi barədə X1 vermişdir. Birinci instansiya məhkəməsi iddiatələbini qismən təmin edərək, Cavabdeh1 mübahisəli torpaq sahəsinə görə aldığı 400 manatın əvəzi, zərər əvəzi olaraq 2300 manat (hazırda mübahisəli torpaq sahəsində olan meyvə ağaclarının dəyəri) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğlərdə pul vəsaitinin alınaraq İddiaçı ödənməsini qət etmiş, iddia tələbini qalan, yəni mənəvi zərərin əvəzi olaraq 5000 manat pul tələbinə aid hissədə təmin etməmişdir. Məhkəmə iddia tələbinin təmin etdiyi hissəsinin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-1097-ci maddələrinə istinad etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddiasının təmin olunmamış hissəsini mübahisələndirməmişdir. Cavabdeh1 isə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunduğu hissəsinin ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin mübahisəli torpaq sahəsinə görə iddiaçının cavabdehə vermiş olduğu 400 manat (köhnə pulla 2.000.000 manat, yaxud 200 “şirvan”) pulun cavabdehdən alınıb iddiaçıya qaytarılması ilə bağlı qənaətinin əsassızlığı hissəsində razılaşır. Belə ki, işin hallarından görünür ki, cavabdeh özünə məxsus 0,29 ha torpaq sahəsini iddiaçının istifadəsinə verərək buna görə sonuncudan o vaxtkı pulla 2.000.000 manat (indiki pulla 400 manat) almışdır. Bundan sonra iddiaçı uzun müddət (20 il ərzində) mübahisəli torpaq sahəsindən istifadə etmiş, orada çoxlu meyvə ağacları əkib becərmiş və onların barından (məhsulundan) fayda götürmüşdür. Təxminən 1 il əvvəl cavabdeh həmin torpaq sahəsini etibarnamə əsasında başqasının (o biri cavabdehin) istifadəsinə vermişdir. İndi iddiaçının həm torpaq sahəsinə görə 20 il əvvəl verdiyi pulu, həm də həmin torpaq sahəsindən istifadə edərək orada əkib-becərdiyi meyvə ağaclarının dəyərini tələb etməsi, məhkəmə kollegiyasının qənaətincə, düzgün deyildir. Əgər cavabdeh də ona məxsus torpaq sahəsinin tərəflər arasındakı razılaşmaya qədər olduğu vəziyyətində geri qaytarılmasını tələb etsə, onda iddiaçı həmin torpaq sahəsini orada əkdiyi ağaclardan təmizləməlidir. Ona görə də iddiaçı yalnız indiki vəziyyətdən çıxış edərək torpağın ondan geri alınması nəticəsində məruz qaldığı itkilərinin əvəzini cavabdehdən tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini torpaq sahəsinə görə iddiaçının cavabdehə vermiş olduğu 400 manat pulun cavabdehdən alınıb iddiaçıya qaytarılmasına aid hissədə təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunduğu qalan hissələri üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır, həmin nəticələri işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 400 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənməsi hissəsində ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq məhkəməkollegiyаsıhesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-237/2020 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh1 400 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə iddianın təmin olunduğu qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 385-390, 392, 393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-237/2020 nömrəli qətnaməsi qismən – Cavabdeh1 400 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-237/2020 nömrəli qətnaməsi iddianın təmin olunduğu qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-2232/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2232/2020
18.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver