Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-224/2022 21.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə (Açar sözlər: ilk iddia- pul tələbi, qarşılıqlı iddia - yalan əqd, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 və vəkili Vəkil3 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(075)-1066/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110000 (bir yüz on min) ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında biznes əlaqələri olmuş və bu əlaqələrə görə münasibətləri yaranmışdır. Qeyd olunan münasibətə görə də cavabdehə etibarı yaranmışdır. 16 may 2017-ci il tarixdə cavabdeh ondan borca 110000 (bir yüz on min) ABŞ dolları borc istəmiş və o da inandığı üçün həmin məbləği sonuncuya vermişdir. Bununla bağlı 16 may 2017-ci il tarixdə cavabdehlə aralarında borc müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə görə borclu 110000 (bir yüz on min) ABŞ dollarını 16 may 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan borcun verilməsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr edərək borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ilk iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Belə ki, mübahisənin əsasını təşkil edən 16 may 2017-ci il tarixli kredit müqaviləsi onu aldadaraq müqavilənin məzmunu gizlədilərək, yəni “müqaviləyə imza etməsən alış-veriş olmaz” deyilərək imzalatdırılmış, borcu olmamasına baxmayaraq “aralarında olan ticarətin qarantiyası” kimi göstərilərək imza etdirilmişdir. Bundan əlavə müqavilədə göstərilən və iddia ərizəsi üzrə tələb edilən məbləğin ona təqdim edilməsinə dair hər hansı bir sənəd mövcud deyil və ya varsa saxtadır. O, həmin pulu almamışdır. Müqavilə formal olaraq bağlanmış və ona aralarında etibar olsun deyə imzalatdırılmışdır. O, İddiaçıla ticarət əlaqələrinin olmasını inkar etmir. Belə ki, onunla ticarət etdiyi müddətdə aldığı malların və göstərilən xidmətin qarşılığını daim ödəmişdir. Lakin iddiaçının onu aldadaraq imzalatdığı kredit müqaviləsi həqiqəti əks etdirmir. İddiaçı həmin müqaviləni daim ondan alış-veriş etməyi məcburiyyətində buraxmaq üçün ona imzalatmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, Cavabdeh 26 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş şikayətində göstərmişdir ki, onunla İddiaçı arasında hər hansı borc münasibəti mövcud deyildir. Belə ki, o, məhkəmə qaydasında üzərinə həbs qoyulmuş Samux rayonu Sərkər kəndində yerləşən 1 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1707.2 kv.m olan gön-dəri sexinin mülkiyyətçisidir və gön-dəri emalı sahəsində sahibkarlıq fəaliyyəti göstərir. Bu əsasla da onunla eyni sahədə fəaliyyət göstərən İddiaçıla münasibətləri yaranmışdır. Sonuncunun təsisçisi olduğu “Crown Hides LTD” İtaliya istehsalı olan RİZZİ SR6 3000 mm dəri bölmə makinasını 2017-ci ildə Azərbaycan Respublikasına gətirmişdir. Həmin vaxt “Crown Hides LTD” tərəfindən həmin makina burada istifadə edilə bilmədiyindən və makinanın Qazaxıstan Respublikasına aparılması zərurəti yarandığından o, makinanın özünə satılmasını iddiaçıya təklif etmişdir. Ona makinanın dəyərinin 110000 (bir yüz on min) ABŞ dolları olduğu bildirilmiş və o, makinaya görə ödəniş edə bilməyəcəyini, lakin bir-iki ay ərzində makinanın dəyərini malla (dəri ilə) ödəyə biləcəyini təklif etmişdir. Bu əsasla aralarında razılaşma olmuş, lakin İddiaçı ilkin olaraq onu tanımadığından aralarında olan sövdələşməni rəsmiyyətə daşımağı təklif etmişdir. Bu minvalla aralarında 16 may 2017-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Reallıqda isə bu müqavilə yalnız görüntü məqsədilə bağlanmış və iddiaçı tərəfindən ona qeyd olunan pul vəsaiti verilməmişdir. Bir neçə ay sonra o, makinanın pulunu malla (dəri ilə) ödəmişdir. Qeyd olunan xüsusatlar Bakı şəhəri Qaradağ RPİ-nin 08 dekabr 2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında əks olunmuşdur. Hazırkı mübahisənin yaranmasına səbəb əslində iddiaçı deyil, iddiaçının Azərbaycan Respublikasındakı nümayəndəsi Ablikim Mirsalehdir. Belə ki, mülkiyyətində olan daşınmaz əmlak obyekti tərəfindən 01 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi ilə X3 icarəyə verilmiş, sonuncu isə həmin obyekti subicarə hüququ üzrə 19 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Ablikim Mirsalehin təsisçisi və rəhbəri olduğu “Akyol İnternational" MMC-yə icarəyə vermişdir. Bir müddət sonra H.Hüseynovla A.Mirsaleh arasında mübahisə yaranmış, H.Hüseynov "xxxx" MMC-yə qarşı 19 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, obyektin boşaldılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra X7 Hüseynovun iddia qaldırmasında onu günahkar bilmiş, H.Hüseyn və ona qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, obyektin aylıq icarə haqqını ödəməməyə başlamışdır. Qeyd olunan məhkəmə mübahisəsi 11 aya yaxındır ki davam edir və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(003)-2430/2020 saylı, 20 noyabr 2020-ci il tarixli, 2(003)-2430/2020 saylı və 12 mart 2021-ci il tarixli 2(003)- 175/2021 saylı və 19 may 2021-ci il tarixli, 2(003)-2430/2020 saylı qərardadları ilə “Akyol İnternational" MMC-yə məxsus ümumilikdə 234200 (iki yüz otuz dörd min iki yüz) manat dəyərində əmlaklarının üzərinə həbs qoyulmuşdur. Qeyd olunan məsələlərə görə Ablikim Mirsaleh onu günahkar bildiyindən onun sahibkarlıq fəaliyyətinə mane olmaq, ona ziyan vurmaq və nəhayət ona təsir göstərmək niyyəti ilə əslində əhəmiyyətsiz olan bir əqd üzrə ona qarşı iddia qaldırılmasına və əmlakının üzərinə həbs qoyulmasına nail olmuşdur. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(075)-1066/2021 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) ilk iddia təmin edilmiş, Cavabdeh 110000 (bir yüz on min) ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, Cavabdeh «İddiaçıla arasında bağlanmış olan 16 may 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi, ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 may 2017-ci il tarixli, 3M-304 reyestr nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 187000 (bir yüz səksən yeddi min) manat ekvivalentlə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc verilmiş, müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini 16 may 2018-ci il tarixədək ödəməli olmuşdur. Cavabdeh hazırkı vaxtadək borcundan heç bir ödəniş etməmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdeh tərəf qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbində borcun yaranmasının əsası kimi göstərilən kredit müqaviləsini mübahisələndirmiş, müqavilənin görüntü xatirinə bağlandığını, iddiaçıdan 110000 (bir yüz on min) ABŞ dolları məbləğində makina aldığını və makinanın pulunu malla (dəri ilə) ödədiyini bildirmişdir Bundan başqa məhkəmə müəyyən etmişdir ki, “borc verən” – İddiaçı “borc alan” – Cavabdeh 187000 (bir yüz səksən yeddi min) manat ekvivalentlə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc vermişdir. , "Borc alan" – Cavabdeh krediti 16 may 2018-ci il tarixədək “borc verənə” –qaytarmağı öhdəsinə götürmüşdür. Qazaxıstan Respublikası vətəndaşı İddiaçı Cavabdeh 1 il müddətinə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc verdiyini bildirmişdir. Məmmədov X4 Respublikası vətəndaşı İddiaçı 1 il müddətinə 110000 (bir yüz on min) ABŞ dolları məbləğində borc aldığını bildirmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı kredit müqaviləsi üzrə 110000 (bir yüz on min) ABŞ dolları pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatına münasibət bildirərək hesab etmişdir ki, cavabdeh tərəf öz ifadəsində iddiaçıdan 110000 (bir yüz on min) ABŞ dolları məbləğində makina aldığını, makinanın pulunu malla (dəri ilə) ödədiyini, müqavilənin formal bağlandığını, müqavilə bağlamağa məcbur edildiyini bildirsə də, cavabdeh tərəfindən iddiaçıya ödəniş müqabilində hər hansı mal verməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, bu hallar məhkəmə iclasında təsdiq edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfin qeyd etdikləri məqsədli şəkildə iddianın təmin edilməməsinə yönəldilmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 16 may 2017-ci il tarixli, 3M-304 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin sərbəst iradə ifadəsini ifadə etmiş, müqavilə bağlanarkən onun etibarsızlığa səbəb ola biləcək hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa Cavabdeh həmin müqaviləni görüntü xatirinə bağladığını, ona heç bir məbləğdə pul verilmədiyini bildirsə də, məhkəmə tərəfindən müqavilənin rəsmiləşdirildiyi Bakı şəhəri 19 saylı notariat kontoruna sorğu verilmiş, cavabdehin öz xətti ilə pulu aldığını göstərdiyi ərizə notariat işində aşkar edilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, ilk iddia təmin edilərək Cavabdeh 110000 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, əsassız olduğundan Cavabdeh “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 324.1-ci, 324.2-ci, 324.4-cü, 334.1-ci, 337.2-ci, 339.1-ci, 339.2-ci, 339.4-ci, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətəinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əsaslandırdığı dəlillər tamamilə yalnışdır, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və məhkəmə mübahisələdirilən qətnaməni qəbul edərkən mübahisə üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq o bildirmişdir ki, borc müqaviləsi kimi digər sənəd də formal olaraq alqısatqı makinasının dəyərinin ödənilməsinin qarantiyası kimi imzalanmışdır. Təsadüfi deyildir ki, qarşılıqlı iddia ərizəsində tərəfindən Bakı şəhəri 19 saylı notariat kontoruna sorğu ilə müraciət olunması və 110000 (yüz on min) ABŞ dolları məbləğində pul vəsaitinin notariusun depozit hesabına yatırılıb-yatırılmadığını müəyyən edilməsi ilə bağlı xüsusatlar qeyd olunmuşdur. Bu məqsədlə məhkəmə tərəfindən sorğu edilmiş və borc məbləğinin notariusun depozit hesabına yatırılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 160-1-ci hissəsinin ikinci abzasında qeyd olunur ki, Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. qanunvericilik tərəflər arasında borc müqaviləsinin bağlanması zamanı tərəflərin həqiqi niyyətini müəyyən edilməsi məqsədilə borc məbləğinin məhz notariusun depozit hesabı vasitəsilə ödənilməsini şərtləndirmişdir. Lakin müqavilə bağlanarkən yuxarıda göstərilən normalara əməl olunmamasına baxmayaraq məhkəmə iddiaçını haqlı hesab edərək, qeyd olunan məbləğdə pulun ona verildiyi qənaətinə gəlmişdir. Bundan başqa məhkəməyə “Qaradağ RPİ-nin 08.12.2017-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərarı” təqdim edilmiş və həmin qərarda hazırkı borc münsibətlərinə dair onun və İbragim Sryapilovun Azərbaycandakı nümayəndəsi Mirsaleh Ablikim tərəfindən verilmiş ifadələrin nəzərə alınması xahiş olunmuşdur. Əlavə olaraq tərəfindən şifahi qaydada həmin material üzrə sənədlərin alınması və pulunun və Mirsaleh Ablikimin dindirilməsinə dair protokolların tədqiq edilməsi xahiş edilmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən nə “Qaradağ RPİ-nin 08.12.2017-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərarı” tədqiq edilməmiş nə də aidiyyəti dindirmə protokolları əldə edilməmişdir. Məhkəmə qeyd olunan hissədə tərəfindən təqdim edilmiş sübutların araşdırılmasından imtina etmişdir. Məhkəmə borc müqaviləsinə dair notariat işində olan materialları “Qaradağ RPİ-nin 08.12.2017-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərarı" və hərrnin cinayət işi üzrə materialı əldə edərək qarşılıqlı şəkildə yoxlamalı idi. Belə olduğu təqdirdə məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılmasına nail olar və ədalətli qərar qəbul edə bilərdi. Lakin məhkəmə tərəfindən təqdim edilmiş "Qaradağ RPİ-nin 08.12.2017-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərarı tədqiq etməmiş, həmin iş üzrə materialın əldə edilməsinə dair vəsatətini təmin etməmiş və yalnız notariat işinə əlavə edilmiş sənədlər əsasında qərar qəbul etmişdir. Beləliklə məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qeyd olunanlara əsasən o Şəki Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(075)-1066/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qotnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin vəkili Vəkil3 verilmiş apellyasiya şikayətinin təmin edilməsini Şəki Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(075)-1066/2021 saylı qətnaməsinin ləğv edilərək ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 14.10.2021ci il tarixli, 2(075)-1066/2021 saylı qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı; Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun AzərbaycanRespublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun AzərbaycanRespublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, əqdlərlə bağlı mübahisələrəbaxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır (bu qərarın 27-ci bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimat; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 160-1-ci hissəsinin ikinci abzasında qeyd olunur ki, Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apelyator birinci instansiya məhkəməsinin qətnaməsini tam olaraq mübahisələndirir. Apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(075)- 1066/2021 saylı qətnaməsinin ləğv edilərək ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə apelyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq təmin etmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(075)-1066/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 16 may 2017-ci il tarixdə cavabdeh ondan borca 110000 (bir yüz on min) ABŞ dolları borc istəmiş və o da inandığı üçün həmin məbləği sonuncuya vermişdir. Bununla bağlı 16 may 2017-ci il tarixdə cavabdehlə aralarında borc müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə görə borclu 110000 (bir yüz on min) ABŞ dollarını 16 may 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan borcun verilməsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr edərək borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk iddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı kredit müqaviləsi üzrə 110000 (bir yüz on min) ABŞ dolları pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən ilk iddia tələbinə aid hissəsinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə pulun cavabdehə verildiyini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən ilk iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, tərəflərin borc müqaviləsi bağlaması müqavilədə qeyd edilən məbləğin cavabdehə verilməsi anlamına gəlmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 160-1-ci hissəsinin ikinci abzasında qeyd olunur ki, Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Halbuki tərəflər borc müqaviləsi bağlanarkən Notariat Hərəkətlərinin Aparılması barədə təlimata əməl etməmişdir. Bundan başqa kollegiyanın iclasında iştirak edən iddiaçının vəkili iddiaçı tərəfindən cavabdehə 187000 manat pul verildiyini bildirmişdir. Ancaq kredit müqaviləsindən görünür ki, müqavilədə borc məbləği dollarla göstərilməklə 110000 ABŞ dolları kimi qeyd edilmişdir. Daha sonra kollegiya qeyd edir ki, iddiaçı tərəf borc məbləğini Bakı şəhərində cavabdehə verilməsini bildirir. Ancaq kifayət qədər yüksək məbləğdə olan pul vəsaitinin notariusun depozit hesabına yerləşdirmədən, notariat orqanından kənar verilməsini əsaslandıra bilməmişdir. Eyni zamanda kollegiya iddiaçının cəmi bir dəfə görüşdüyü cavabdehə heç bir təminatı olmadan 110000 ABŞ dolları borc verməsini inandırıcı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehin almış olduğu makinanın pulunu cavabdeh nəğd şəkildə ödəyə bilməmişdir. Yəni nisyə almışdır. Kifayət qədər bahalı makinanı nisyə alan şəxsə yenidən əlavə olaraq həmin məbləğdə borc pulun verilməsi ağlabatan deyildir. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, bütövlükdə iş materialları araşdırılarkən müəyyən edilir ki, tərəflər arasında hər hansı bir borc müqaviləsi bağlanmamışdır. Yəni iddiaçı cavabdehə makinanın dəyərinin 110000 (bir yüz on min) ABŞ dolları olduğu bildirmiş və o, makinaya görə ödəniş edə bilməyəcəyini, lakin bir-iki ay ərzində makinanın dəyərini malla (dəri ilə) ödəyə biləcəyini təklif etmişdir. Bu əsasla aralarında razılaşma olmuş, lakin İddiaçı ilkin olaraq onu tanımadığından aralarında olan sövdələşməni rəsmiyyətə daşımağı təklif etmişdir. Bu minvalla aralarında 16 may 2017-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Reallıqda isə bu müqavilə yalnız görüntü məqsədilə bağlanmış və iddiaçı tərəfindən cavabdehə qeyd olunan pul vəsaiti verilməmişdir. Eyni zamanda iddiaçı tərəf borc məbləği ilə makinanın eyni məbləğdə olmasını, yəni makinanın dəyəri ilə borc məbləğinin dəyərinin eyni məbləğdə olması və qeyd edilən borcun həmin makinanın dəyəri olması barədə sullara aydınlıq gətirə bilməmiş, bunun bir təsadüf olduğunu qeyd etmişdir. Kollegiya isə iddiaçı tərəfin bu izahatı ilə razılaşmayaraq, 110000 (bir yüz on min) ABŞ dolları məbləğin, cabadeh tərəfindən nisyə alınmış makinanın dəyəri kimi qəbul edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh 2017-ci ilin mart ayında görüşmüşlər. RİZZİ 3000 mm markalı dəri yarma makinası cavabdehə may ayında verilmişdir. Eyni zamanda tərflər arasında 16 may 2017-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, RİZZİ 3000 mm markalı dəri yarma makinasının cavabdehə nisyə olaraq verilməsi, eyni zamanda həmin tarixdə makinanın dəyəri məbləğində iddiaçının cavabdehə pul borc verməsi ağlabatan deyildir. Yəni iddiaçıya həm 110000 dollar məbləğində makina verilir, eyni zamanda 110000 dollar məbləğində borc. İş materialları ilə və tərəflərin izahatı ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh cəmi iki dəfə görüşmüşlər. Gəncə şəhərində və Bakı şəhərində notariat orqanında. Məhkəmə kollegiyası cəmi iki dəfə görüşən və ayrı-ayrı ölkələrin vətəndaşı olan şəxslərdən birinin ilk dəfə tanıdığı bir şəxsə 110000 ABŞ dollar pul borc verməsini inandırıcı hesab etmir. Göründüyü kimi iddiaçı tərəf vermiş olduğu iddia ərizəsində haqlı deyildir. Ona görə də kollegiya hesab edir ki, ilk iddia ərizəsi təmin edilə bilməz. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisənin əsasını təşkil edən 16 may 2017-ci il tarixli kredit müqaviləsi onu aldadaraq “müqaviləyə imza etməsən alışveriş olmaz” deyilərək imzalatdırılmış, borcu olmamasına baxmayaraq “aralarında olan ticarətin qarantiyası” kimi göstərilərək imza etdirilmişdir. Bundan əlavə müqavilədə göstərilən və iddia ərizəsi üzrə tələb edilən məbləğin ona təqdim edilməsinə dair hər hansı bir sənəd mövcud deyil və ya varsa saxtadır. O, həmin pulu almamışdır. Müqavilə formal olaraq bağlanmış və ona aralarında etibar olsun deyə imzalatdırılmışdır. Qarşılıqlı iddianı rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 16 may 2017-ci il tarixli, 3M-304 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin sərbəst iradə ifadəsini ifadə etmiş, müqavilə bağlanarkən onun etibarsızlığa səbəb ola biləcək hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa Cavabdeh həmin müqaviləni görüntü xatirinə bağladığını, ona heç bir məbləğdə pul verilmədiyini bildirsə də, məhkəmə tərəfindən müqavilənin rəsmiləşdirildiyi Bakı şəhəri 19 saylı notariat kontoruna sorğu verilmiş, cavabdehin öz xətti ilə pulu aldığını göstərdiyi ərizə notariat işində aşkar edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Əqdlərin etibarsız sayılması barədə qərar çıxarılarkən məhkəmə, əqdin etibarsızlığına dəlalət edən hüquqi faktları və qanunda nəzərdə tutulmuş hüquqi əsası (normanı) konkret olaraq bildirməlidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı Mülki Məcəllənin 337.3-cü maddəsinin tələblərinin nəzərdən keçirilməsini məqsədə uyğun hesab edir. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu səbəblə də müqaviləyə istinad olunaraq hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, məhkəmə icraatının ilk vəzifəsi və aydınlıq gətirməsi lazım gələn xüsusat həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsidir. Çünki iddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması, birbaşa həmin müqavilə üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə haqq (hüquq) və öhdəliyin yaranmadığını göstərir. Alacaq haqqı (tələb hüququ) yaranmadığı təqdirdə isə, aydın məsələdir ki, onun pozulmasından da söhbət gedə bilməz. Buna görə də müqaviləyə istinad edilərək irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır. Əhəmiyyətsiz əqdin haqq və öhdəlik əmələ gətirmək keyfiyyəti və xüsusiyyəti olmadığına görə, yalnız əqdin tərəfləri deyil, istənilən maraqlı şəxs əqdin əhəmiyyətsizliyinə, istinad edə bilər. Əqdin puç, yəni əhəmiyyətsiz olub-olmadığı barəsində mübahisə yaranarsa bu mübahisənin aradan qaldırılması üçün məhkəmədə etibarsızlıq halının təsbiti üçün iddia qaldırıla bilər. Belə bir iddianın qaldırılması hər hansı bir müddətlə məhdudlaşmır. İstənilən bir iddia icraatında tərəflərin irəli sürübsürməməyindən asılı olmayaraq işin hallarından əhəmiyyətsizlik halının mövcudluğu anlaşılarsa məhkəmə mütləq bunu nəzərə alaraq qərar verməlidir: Əhəmiyyətsiz əqd arzu olunan hüquqi nəticəni əmələ gətirmək qabiliyyəti, olmayan bir əqd olduğuna görə, əqdin əhəmiyyətsizliyi halı müddətdən asılı olmayaraq həmişə irəli sürülə bilər. Çünki zamanın keçməsi əqdin qanuna zidd bir şəkildə bağlanmış olması faktını aradan qaldırmır. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarlar öyrənilərkən müəyyən edilmişdir ki, əsas mərkəzi X5 şəhərində fəaliyyət göstərən “Crown Hides” LTD şirkəti əsas fəaliyyəti heyvan dərisinin idxalından və istehsalından ibarət olmuşdur. Həmin şirkət Azərbaycan Respublikasında fəaliyyət göstərən bir neçə şirkətdən o cümlədən Qoşabulq- A MMC-dən dəri məhsulları alınaraq “Crown Hides” LTD şirkətinin müxtəlif xarici olkələrdə fəaliyyət göstərən fabriklərinə göndərilmişdir. Cavabdeh 2013-cü ildən etibarən Samux rayonunun Sərkər kəndində Dəri istehsal edən dəri fabriki tikmişdir. Hazırda həmin fabriki "Kolizey park MMC”-nin payçısı kimi hüquqi şəxs qismində istehsal və ixracatla məşğuldur. O 2017-ci ilin əvvəllərində istehsal etdiyi malları xaricə satmaq üçün müştəri axtarmışdır. X1 Azərbaycan Respublikasında sürücülüklərini etdiyi hazır dəri məhsulu alan avropalı “CROWN HİDES LTD” şirkətinin sahibi ilə onu görüşdürməyini xahiş etmişdir. 2017-ci ilin təxminən mart ayının ortalarında Hüseyn ona zəng vurmuş və dəri alan şirkətin ortağı olan Qazaxıstan Respublikasının vətəndaşı olan İddiaçılə onu Gəncə şəhərində görüşdürmüşdür. İddiaçı onun fabrikinə gəlmiş və malları onun xoşuna gəlmiş və ondan mal almaq istədiyini bildirmişdir. Söhbət əsnasında istehsala yenilik olan RİZZİ 3000 mm markalı dəri yarma makinası olduğunu demişdir. Həmin makinanı almaq istədiyini bildirmiş və nağd pulunun olmadığını, lakin makinanı almaq istədiyini demişdir. Makinanın 110.000 ABŞ dollarına satıldığını bilmişdir. Həmin şəxslə ticarət əlaqəsi olmadığından o ilkin olaraq inanmadığını bildirmiş və rəsmi sənəd tələb etmişdir. O, fabrikinin sənədlərini ona təqdim etmiş və mülkün sahibi olduğunu ona izah elmişdir. Həmin şəxslə ondan 110.000 ABŞ dolları borc almağı barədə aralarında 16 may 2017-ci il tarixdə Bakı şəhərində 19 saylı notariat kontorunda müqavilə bağlamışlar. Bundan sonra təxminən 2017-ci ilin may ayının sonlarında İbrahimin göstərişi ilə o, istehsal etdiyi aşılanmış və xromlanmış 110.000 ABŞ dolları dəyərində dəri məhsullarını İbragimin ortağı olduğu "CROWN HİDES” LTD-nin Hindistanda yerləşən şirkətinə göndərmişdir. Təxminən 2017-ci ilin iyun ayının sonlarında bu proses başa çatmışdır. Beləliklə də “Crown Hides” LTD şirkətindən RİZZİ SR6 3000 mm dəri bölmə makinasının borcunun malı ilə ödəmişdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi tərəflərin bağlamış olduğu müqavilə borc müqaviləsi deyil, cavabdehin “Crown Hides” LTD şirkətindən RİZZİ SR6 3000 mm dəri bölmə makinasının alınması ilə ilə bağlı yaranmış olduğu borcunun təminatı üçün bağlanmışdır. Yuxarıda qeyd edilən şərtə cavab vermir (yəni bağlanmış əqd qanuni olmamış, qanunvericiliyin tələblərinə uyğun gəlməmişdir). Qeyd edilən borc isə cavabdeh tərəfindən ödənildiyindən, tərəflər arasında bağlanmış 16 may 2017-ci il tarixli kredit müqaviləsi, əhəmiyyətsiz əqd olmaqla əhəmiyyətini itirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, ilk iddianı düzgün olmayaraq təmin etmişdir. Qarşılıqlı iddianı isə rədd etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(075)-1066/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(075)-1066/2021 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 may 2017-ci il tarixli, 3M-304 reyestr nömrəli kredit müqaviləsi əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-224/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-224/2022
21.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver