Məhkəmə qərarları › İş №2(107)-2240/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2240/2021

01.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2240/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər X3, Cavabdeh1, X1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahələri üzərində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, e-2(033)-995/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, e-2(033)-995/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia ərizəsi təmin olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********42 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,4996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********80 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,2060 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********79 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,2930 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əlmələr) torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********41 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,3693 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/7 hissədən ibarət olmaqla paylarının müəyyən edilməsi, İddiaçı1 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 05.08.2020 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0.4996 ha torpaq sahəsi üzərində, ********** qeydiyyat nömrəli 05.08.2020 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0.3693 ha torpaq sahəsi üzərində, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0.2930 ha torpaq sahəsi üzərində, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0.2060 ha torpaq sahəsi üzərində hər birinin payının bərabər olması, yəni hər birinin payının 1/7 hissə olmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçılar İddiaçı3, İddiaçı2 və cavabdehlər X3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndəsiİddiaçı1 iddia ərizəsini müdafiə edərək göstərdi ki, onların ümumi birgə mülkiyyətlərində bir neçə yerdə torpaq sahələri vardır. Həmin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən Çıxarışlar da verilmişdir. Cavabdeh2 keçmiş əridir. Nikahları uzun illərdir pozulmuş və ayrı yaşayırlar. Digər cavabdehlər isə Cavabdeh2 anası və bacılarıdır. Lakin ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən cavabdehlər özləri istifadə edirlər, onlara düşən hissədən də istifadə edərək onların əmlakını mənimsəyirlər. Torpaq sahəsinin sənədləri dövlət tərəfindən indiyə qədər camaata paylanmadığına görə özlərinə məxsus torpaq sahəsi tələbi ilə məhkəmədə iddia qaldıra bilməmişlər. Torpaq sahələri üzərində paylar məlum olmadığından hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşlar. Məqsədləri torpaq üzərində payları müəyyən etdirdikdən sonra naturada böldürməkdir. İddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil1 iddiaçının verdiyi izahatın məzmununa uyğun çıxış edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh2 iddia ərizəsində göstərilənləri qəbul etməyərək göstərdi ki, iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətində 4 torpaq sahəsi var. Həmin torpaq sahələrinin bir hissəsindən o və cavabdeh olan bacısı Fazilət Abdullayeva istifadə etsə də, torpaq sahəsinin qalan hissəsindən iddiaçılar istifadə edir. O, iddiaçılara mülkiyyətində olan torpaq sahələrindən paylarını vermişdir. Öz istifadəsində olan torpaq sahəsinə isə müəyyən xərclər çəkmiş və həmin torpaq sahəsini abadlaşdırmışdır. Hazırda istifadəsində olan torpaq sahəsində iddiaçıların paylarının müəyyən edilməsinə etiraz edir və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X1 Cavabdeh2 izahatına uyğun izahat verərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 20201-ci il tarixli 2(107)-474/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(033)- 995/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 07 oktyabr 20201-ci il tarixli 2(102)-4597/2021 nömrəli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-474/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaya cavab verməli olan 4 nəfərdən ikisi - X3 28.08.2005-ci il tarixdə, Cavabdeh1 isə 28.01.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən iddia iddiaya cavab verməyi mümkün olmayan şəxsə qarşı qaldırılmışdır. Həyatda olmayan şəxsə qarşı verilmiş iddia tələbi və onun əsasında çıxarılmış qətnamə qanunsuzdur. Məhkəmə qətnaməsində bu hal məhkəmə tərəfindən araşdırılmamış və göstərilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 12 may 2004-cü il qətnaməsinə əsasən iddiaçıların mülkiyyət hüququ tanınmamışdır. Həmin qətnamədən sonra o, iddiaçılara 0.75 ha torpaq sahəsini və sənədsiz olan fərdi yaşayış evini faktiki olaraq vermişdir. Ümumlikdə evin yerləşdiyi ərazi 10 sotdur, evin yerləşdiyi ərazidə əlavə olaraq təxminən 10 sota yaxın da torpaq vardır. Ümumilikdə götürdükdə iddiaçıların istifadəsində 0.95 ha torpaq sahəsi vardır. İddiaçılar onun keçmiş həyat yoldaşı və uşaqlarıdır. Hazırda iddiaçılar onun tikdiyi evdə yaşayırlar. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(033)- 995/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və cavabdeh X1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 07 oktyabr 20201-ci il tarixli 2(102)-4597/2021 nömrəli qərarındakı göstərişlərini təmin edib, cavabdehin və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 1 dekabr 2021-ci il tarixli 2(107)-2240/2021 nömrəli “Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, e- 2(033)-995/2020 nömrəli qətnaməsinin cavabdehlər X3 və Cavabdeh1 qarşı olan hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, e-2(033)-995/2020 nömrəli qətnaməsi iddianın X1 və Cavabdeh2 aid təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Təsdiq edilmiş surəti işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********42 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,4996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı3, İddiaçı2, X3, Cavabdeh1, X1 və Cavabdeh2 adına qeydiyyata alınmışdır. AA seriyalı 530456 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq əlavə edilmişdir. Təsdiq edilmiş surəti işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********80 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,2060 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı3, İddiaçı2, AbdullayevaFatma Əhməd qızı, Cavabdeh1, X1 və Cavabdeh2 adına qeydiyyata alınmışdır. A seriyalı 341372 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq əlavə edilmişdir. Təsdiq edilmiş surəti işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********79 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,2930 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əlmələr) torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı3, İddiaçı2, X3, Cavabdeh1, X1 və Cavabdeh2 adına qeydiyyata alınmışdır. A seriyalı 341371 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq əlavə edilmişdir. Təsdiq edilmiş surəti işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********41 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,3693 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı3, İddiaçı2, X3, Cavabdeh1, X1 və Cavabdeh2 adına qeydiyyata alınmışdır. AA seriyalı 530455 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq əlavə edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 213.3, 214.1, 215.1, 220.1, 220.2 və 223.3-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəlləsinin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəlləsinin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,4996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,2060 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi, 0,2930 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əlmələr) torpaq sahəsi və 0,3693 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında mülki iş üzrə tərəflərin adına qeydiyyata alınmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3, Balayeva X2 rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,4996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,2060 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi, 0,2930 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əlmələr) torpaq sahəsi və 0,3693 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hər birinin 1/7 hissədə paylarının müəyyən edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********42 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,4996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********80 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,2060 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********79 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,2930 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əlmələr) torpaq sahəsi; daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********41 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,3693 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/7 hissədən ibarət olmaqla payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən cavabdehlər X1 və Cavabdeh2 aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində cavabdehlər X3 və Cavabdeh1 aid hissədə bildirdikləri istisna olmaqla, göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 dekabr 2021-ci il tarixli 2(107)- 2240/2021 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, e- 2(033)-995/2020 nömrəli qətnaməsinin cavabdehlər X3 və Cavabdeh1 qarşı olan hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən X1 və Cavabdeh2 aid hissədə düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Şəki Apellyasiya Məhkəməsinin 1 dekabr 2021-ci il tarixli 2(107)-2240/2021 nömrəli “Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, e-2(033)-995/2020 nömrəli qətnaməsinin cavabdehlər X3 və Cavabdeh1 qarşı olan hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, e-2(033)-995/2020 nömrəli qətnaməsi iddianın X1 və Cavabdeh2 aid təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 1 dekabr 2021-ci il tarixli 2(107)-2240/2021 nömrəli “Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, e-2(033)-995/2020 nömrəli qətnaməsinin cavabdehlər X3 və Cavabdeh1 qarşı olan hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla, Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, e-2(033)-995/2020 nömrəli qətnaməsi iddianın X1 və Cavabdeh2 aid təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar