Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2244/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı 8 saylı Regional Ekologiya və X3 Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(035)-359/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(035)-359/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh təbiətə dəymiş ziyana görə 950 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı 8 saylı Regional Ekologiya və X3 müvafiq hesabına ödənilməsi və iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı 8 saylı Regional Ekologiya və X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbiətə dəymiş ziyana görə 950 manat pulun alınıb 8 saylı Regional Ekologiya və X3 hesabına köçrülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddiаnı müdаfiə edərək izаhаtındа göstərmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Zərdab rayonu Gəlmə bələdiyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində diametri 45 sm və 32 sm olan iki ədəd qovaq cinsli yaşıl ağacı, eləcə də bir ədəd quru halda 37 sm diametrli qovaq ağacını dibindən kəsərək məhv etmişdir. Bununla da cavabdeh “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il tarixli 321 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydaları”nın tələblərini pozmaqla təbiətə maddi ziyan vurmuşdur. Faktla bağlı xx.xx.2019- cu il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin inzibati xəta haqqında protokola əsasən cavabdeh Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar çıxarılmışdır. Kəsilmiş ağaclardan biri quru olduğu üçün müvafiq hesablama aparılmamış, ikisi isə tam yaşıl olduğu üçün hesablama ararılaraq təbiətə dəymiş maddi zərərin 950 manat məbləğində olduğu müəyyən edilmişdir. Dəymiş ziyan cavabdehdən tələb olunsa da, cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəməkdən yayınmışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, hər bir halda ağacların kəsilməsi, budanması və ya yerinin dəyişdirilməsi üçün Regional Ekologiya və X2 müraciət olunmalı və müvafiq rəy alındıqdan sonra qeyd olunan hərəkətlər həyata keçirilməlidir. Cavabdeh sözügedən ağacları kəsərkən heç bir rəy almadan özbaşına hərəkət etmiş, yaşıllıqları kəsərək təbiətə ziyan vurmuşdur. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ona qarşı qaldırılmış iddia tamamilə əsassız və qərəzlidir. Belə ki, sözügedən yer 1.5 ha olmaqla hələ 1986-cı ildən tut bağı kimi onun icarəsinə verilmiş və özü orada təxminən 2000 ədəd ağac əkib yetişdirmişdir. Həmin yer 2013-cü ilədək onun nəzarətində olmuşdur. Lakin, əlində icarə müqaviləsi yoxdur ki, məhkəməyə təqdim etsin. Qarasu çayının ərazisində yerləşən həmin yerdə 2013-cü ildə bəndbərkitmə və torpaq işləri aparılan zaman ağaclar kütləvi şəkildə məhv edilmişdir. Hazırda ərazi xarabalığa çevrilib. Həmin vaxt özü Ekologiya və Təbii Sərvətlər nazirliyinə dəfələrlə müraciət etsə də, heç bir tədbir görülməmişdir. İndi isə iki ağac kəsən kimi onun barəsində qanunsuz tədbirlər görülür. Məhkəmənin diqqətinə çatdırır ki, ərazi kənd bələdiyyəsinin ərazisi olduğu üçün və ağaclar elektrik xəttinə toxunduğundan bələdiyyənin icazəsi ilə sözügedən ağacları kəsmişdir. Torpaq bələdiyyə torpağı olduğu üçün ağacları kəsərkən 8 saylı Regional Ekologiya və X5 müraciət etməmişdir. Doğrudur, faktla bağlı barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq 8 saylı Regional Ekologiya və X7 tərəfindən 2000 manat məbləğində cərimə olunması qərara alınmışdır. Lakin, həmin qərarla da razılaşmır. Bir sözlə, iddianı əsassız və qərəzli hesab etdiyi üçün məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(035)-359/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə iddianı təmin edərkən onu əsas tutmuşdur ki, iddiaçı iddianın əsaslı olduğunu sübut etmiş, lakin cavabdeh bunun əksini sübut edə bilməmişdir. Onun tərəfindən təqdim edilmiş Əlibəyli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 44 saylı arayışı və X6 tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, 27/42 saylı arayış kserosurət olduğundan sübut kimi qəbul edilməmişdir. O, məhkəmə prosedurlarını yaxşı bilmədiyindən və vəkil xidmətlərindən istifadə üçün maddi imkanı olmadığından həmin sənədlərin ksero surətini əlavə etmişdir. Məhkəmə isə hüquqlarının həyata keçirilməsi üçün heç bir yardım etməmiş, tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Qeyd edir ki, tərəflərin bərabərliyi prinsipinin pozulması iddiaçının təqdim etdiyi bütün sənədlərin əsassız olaraq sübut kimi qəbul edilməsi ilə də təsdiq olunur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əməl edilməməsi əsası ilə iddianı geri qaytarmalı olduğu halda bunu etməmiş, iddianı təmin etməkdə haqlı olmamışdır. Bundan başqa, kəsilmiş ağacların quru, yaxud yaşıl olması barədə tərəflərdə fikir ayrılığı olmuş, o, kəsdiyi ağacların quru, iddiaçı isə yaşıl olduğunu iddia etmişdir. Məhkəmə kəsilmiş ağaclara baxış keçirməmiş, ümumiyyətlə onların iddianın predmeti olaraq harada olmaları ilə maraqlanmamışdır. Bundan başqa, məhkəmədə bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə cərimə edilməyinə dair qərarın surətini ala bilməməsi səbəbindən həmin qərardan şikayət verə bilməmişdir. Əlibəyli bələdiyyəsi və X6 tərəfindən ağacların kəsilməsi zəruri hesab edilən quru ağacların kəsilməsinə görə cərimə edilməyi və ziyan ödəməyi qanuni sayıla bilməz. Lakin məhkəmə bu xüsusatı nəzərə almamış, mülkiyyət hüquqlarını pozan məhkəmə aktı qəbul etmişdir. Hesab edir ki, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(035)-359/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı 8 saylı Regional Ekologiya və X5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(035)-359/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Zərdab rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş inzibati xəta haqqında MN № ******* nömrəli protokolun təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Gəlmə bələdiyyəsinə məxsus sahədən diametri 45 sm və 32 sm olan əbürşümqovaq cinsli yaşıl ağacları, həmçinin quru halda 37 sm diametrli əbürşüm-qovaq ağacını dibindən kəsərək məhv etmiş, bununla təbiətə 950 manat ziyanlıq vurmuşdur. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi müəyyən edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2000 manat məbləğində inzibati cərimə tənbehinin tətbiq edilməsi qərara alınmışdır. İşdə olan Zərdab rayon Gəlmə bələdiyyəsi ərazisində 2 ədəd qovaq ağaclarının qanunsuz olaraq məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanlığın hesabatı cədvəlindən görünür ki, təbiətə dəymiş ziyanlıq cəmi 950 manat məbləğində hesablanmışdır. İşdə olan 8 saylı Regional Ekologiya və X7 tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziyadan (iddia məktubundan) görünür ki, xx.xx.2019-cu il tarixdə təbiətə vurmuş olduğu ziyanı könüllü ödəməyəcəyi təqdirdə onun barəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş mаteriаllаrı ilə müəyyən оlunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Zərdab rayonu Gəlmə bələdiyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində diametri 45 sm və 32 sm olan iki ədəd yaşıl qovaq ağaclarını dibindən kəsərək məhv etmişdir. Faktla bağlı xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin inzibati xəta haqqında protokola əsasən cavabdeh Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 2000 manat məbləğində cərimə inzibati tənbehinin tətbiq edilməsi haqqında qərar çıxarılmışdır. Təbiətə dəymiş zərər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli, 421 saylı Qərarına uyğun hesablanaraq 950 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmin ziyanın əvəzinin ödənilməsi könüllü şəkildə təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı 8 saylı Regional Ekologiya və X1vericiliyin qeyd edilən tələblərinə əsasən iddia tələbinilazımi qaydada əsaslandıra bilmişdir. Cavabdeh tərəf isə məhkəmə iclaslarında iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, o, sözügedən ağacların kəsilməsinə bələdiyyədən icazə almış və həmin ağacların kəsilməsini ondan X6nin müdiriyyəti xahiş etmişdir. Eyni zamanda, kəsdiyi ağaclar onun icarəyə götürdüyü torpaq sahəsində olmuş, bu ağacları vaxtilə özü əkib becərmişdir. Zərdab rayonu Əlibəyli bələdiyyəsi tərəfindən cavabdehə verilmiş xx.xx.2019-cu il tarixli 44 saylı arayışın və X6 tərəfindən ona ünvanlanmış xx.xx.2019-cu il tarixli 27/42 saylı məktubun kserosurətləri iş materiallarına əlavə edilmişdir. Apellyasiya baxışında cavabdeh həmin sənədlərin əsillərini onların surətlərinin doğruluğunu yoxlamaq üçün məhkəmə kollegiyasına təqdim etmişdir. X6nin cavabdehə ünvanlanmış məktubunda sonuncuya məxsus, nasos stansiyasının mühafizə zonasında olan ağacların budanması xahiş olunmuşdur. Bələdiyyənin arayışında isə cavabdehə təhlükəsizliyin təmin olunması məqsədilə yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yerləşən ağacların kəsilməsinə icazə verildiyi göstərilmişdir. Cavabdehin özünü müdafiə üçün təqdim etdiyi sənədlərdən göründüyü kimi, sözügedən ağacların kəsilməsinə deyil, budanmasına ehtiyac olmuşdur. Digər tərəfdən, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndiskommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən, qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. Həmin Qanunun 13.8-ci maddəsinə əsasən, yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Adı çəkilən Qanunun 13-cü maddəsinin müddəalarından göründüyü kimi, yaşıllıqların (ağacların) götürülməsi (kəsilməsi) üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumunun rəyi alınmalıdır və belə rəy əsasında yaşıllıqların (ağacların) götürülməsinə (kəsilməsinə) razılıq veriləndən sonra ərazi icra hakimiyyəti orqanı və ya bələdiyyə həmin işlərin icrası üçün qərar qəbul edir. Qərarı qəbul edən orqan müraciət edən şəxsə müvafiq formada yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. Yaşıllıqların götürülməsi qaydasını Ekologiya və Təbii Sərvətlər Nazirliyi (onun yerli qurumu) müəyyən edir. Mübahisəli ağacların kəsilməsi ilə bağlı nə cavabdeh, nə də bələdiyyə qanunvericiliyin tələblərinə əməl etməmiş, buna görə də həmin ağacların kəsilməsi qanunsuz olmuşdur. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 19-cu maddəsinə əsasən, yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmə və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görməkdir. Həmin Qanunun 24-cü maddəsinə əsasən, bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin 3-cü bəndinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. “Ətraf mühitinin mühafizəsi haqqında” Qanunun 79-cu maddəsinin 1-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. İstinad edilən qanun normaları baxımından iddiaçı dövlət orqanı cavabdehdən sözügedən ağacları qanunsuz kəsməklə təbiətə vurduğu ziyanın əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Şərh olunanlardan əlavə, cavabdehin mübahisəli ağacları kəsməsinə görə İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsi barədə 8 saylı Regional Ekologiya və X3 inzibati xəta haqqında iş üzrə qərarı vardır və həmin qərar hazırda qüvvədədir. İXM-in 253.2-ci maddəsində meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında iş üzrə qüvvədə olan qərarla cavabdehin mübahisəli ağacları qanunsuz kəsməsi faktı artıq təsdiq olunmuşdur və bunun əksini sübut etməyə yönələn mülahizələr qəbuledilməzdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən Cavabdeh оğlu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddia tələbinin qiyməti (məbləği) iki min manatdan az olduğundan apellyasiya instansiyası məhkəməsinin yekun qərarından (qətnaməsindən) kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(035)-359/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(035)-359/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-2244/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2244/2020
18.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver