Məhkəmə qərarları › İş №2(107)-2248/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2248/2020

11.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2248/2020 11.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X2 və maraqlı şəxs Qəbələ regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə qarşı "Çıxarışın etibarsız hesab olunması və vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi tələbinə dair" mülki iş üzrə iddianın təmin tədbiri kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsinin cavabdehlər tərəfindən özgəninkiləşdirilməsinin qadağan olunması barədə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-1113/2020 nömrəli qərardadından Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi, Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi Vəkil Nemət qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X2 və maraqlı şəxs Qəbələ regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə qarşı “Çıxarışın etibarsız hesab olunması və vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 tərəfindən onların adına qanunsuz və əsassız olaraq əldə olunmuş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunması və mərhum anasından miras qalmış ünvan 1 ünvanındakı əmlaka vəsiyyətnamə üzrə 1/2 hissədə miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın aid olduğu ünvan 1-da yerləşən fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair hərəkətlərin cavabdehlərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3, habelə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X1rşı Çıxarışın etibarsız hesab olunması və vəsiyyənamə üzrə miras payının müəyyən edilməsi ilə bağlı Qəbələ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbindən göründüyü kimi, mübahisəli ünvan 1-da yerləşən fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 tərəfindən adlarına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarış əldə edilmişdir. Həmin şəxslər mübahisəli əmlakın başqa şəxslərin adına rəsmiləşdirilməsi ilə bağlı hərəkətlər edə bilərlər. Bu baş verərsə aydındır ki, iddia təmin edildiyi təqdirdə hazırkı mübahisə ilə bağlı qəbul ediləcək qətnamənin icrasında çətinliklər yarana bilər. Ona görə də cavabdehlərə bu kimi hərəkətlərin edilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-1113/2020 nömrəli qərаrdаdı ilə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adlarına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın aid olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsinin cavabdehlər tərəfindən özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-1113/2020 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Vəkil şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət üzrə işə apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)- 1113/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırda tərəflər arasında mübahisələndirilən, ünvan 1-da yerləşən fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsi ilə bağlı məhkəmədə mübahisə mövcuddur. Bu səbəbdən həmin ev və torpaq sahəsinin cavabdehlər tərəfindən özgəninkiləşdirilə biləcəyi haqda iddiaçının narahatlığı, bunun qarşısını almaq üçün isə mübahisəyə məhkəmədə baxılıb qurtaranadək sözügedən əmlak barəsində iddianın təmini tədbirinin görülməsini tələb etməsi əsaslı hesab olunmalıdır. MPM-in 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Bu normanın məna və mahiyyətindən göründüyü kimi, iddianı təmin etmək tədbiri qətnamənin gələcəkdə icrasına təminat yaratmaq, qətnamənin icrasını çətinləşdirə və ya mümkünsüz edə biləcək halların baş verməsinin qarşısını almaq məqsədi daşıyır. İddianı təmin etmək tədbiri həm də ona yönəlir ki, məhkəmənin icraatında olan mülki iş üzrə qətnamə qəbul edilənə və həmin qətnamə qanuni qüvvəyə minib icra edilənədək olan müddətdə iş üzrə cavabdehin və digər şəxslərin hərəkətləri nəticəsində iddiaçının qanuni mənafeyi daha artıq dərəcədə pozulmasın və iddiaçıya əlavə zərərin dəyməsinin qarşısı alınsın. Bununla yanaşı, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan mahiyyəti üzrə həll etməyib, müvəqqəti xarakter daşıyır. Məhkəmə tərəfindən tətbiq olunan bu tədbirlər iddia tələbi təmin ediləcəyi təqdirdə məhkəmə qətnaməsinin icrasına təminat verməyə yönəlmiş vasitədir. Digər tərəfdən, MPM-in 162.3 və 162.4-cü maddələrinə əsasən, iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər... İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində məhkəmə tərəfindən tətbiq edilə bilən iddianı təmin etmə tədbirlərinin mümkün dairəsi göstərilmişdir. Məhkəmə, iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə dərəcədə əlaqəli və bir-birinə uyğun olduğunu araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddianı təmin tədbirinin görülməməsi iddia tələbinin təmin olunması halında məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin irəli sürülmüş iddia tələbinə mütənasibliyi baxımından hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya, yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Görülmüş təmin tədbirləri MPM-in 157-ci maddəsində göstərilən məqsədlərə uyğun olmalıdır. Bu maddədə nəzərdə tutulmamış məqsədlər üçün məhkəmə tərəfindən iddianı təmin etmə tədbirlərinin görülməsinə yol verilmir. Qanunverici cavabdehə və başqa şəxslərə müəyyən hərəkətləri etməyi qadağan etmək növündə iddianı təmin etmə tədbirlərinin görülməsi zamanı (MPM-in 158.1.2 və 158.1.3-cü maddələri) həmin qadağanı pozan fiziki və hüquqi şəxslərdən dövlətin xeyrinə cərimənin tutulmasını nəzərdə tutmuşdur (MPM-in 158.5.1 və 158.5.2-ci maddələri). Bundan əlavə, MPM-in 158.6-cı maddəsinə əsasən iddiaçı iddianın təmin edilməsi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini həmin şəxslərdən məhkəmə qaydasında tələb etməyə haqlıdır. Məhkəmə kollegiyаsı işin hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, işin hazırkı mərhələsində birinci instansiya məhkəməsi ərizəni təmin edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 tərəfindən adlarına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın aid olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan olunması barədə qərardad çıxarmaqda haqlı olmuşdur. Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)- 1113/2020 nömrəli qərardadından Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi, Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi Vəkil Nemət qızı tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-162, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi, Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi Vəkil Nemət qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-1113/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar