Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-225/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-479/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsinə dair iddia tələbilə məhkəməyə müraciət edərək Cavabdeh 13000 manat vəsait və 30.00 manat dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-479/2019 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı “xxxx” ASC tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, Cavabdeh ilə X5 arasında nikah xx xxxxx 2014-cü il tarixdə Ağsu rayon Qeydiyyat şöbəsində, 99 nömrəli nikah akt qeydi üzrə qeydə alınmışdır. Qey edir ki, birinci instansiya məhkəməsi sübutları qiymətləndirərkən səhvə yol vermişdir. Belə ki, C560AE186 dövlət qeydiyyat nişanlı Kia Rio "tarkalı avtonəqliyyat vasitəsinin qeydiyyatına dair 86 13 № 376955 nömrəli şəhadətnamədən görünür ki, həmin şəhadətnamə xx.xx.2015-ci il tarixində deyil, xx.xx.2013-cü il tarixində verilmişdir. Cavabdeh ilə X6 arasında rəsmi nikahın xx.xx.2014-cü il tarixində qeydə alındığı nəzərə alındıqda, C560AE186 dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsinin nikah müddətində deyil, nikahdan əvvəlki dövrdə X2 adına əldə edildiyi müəyyən olunur. Bu səbəbdən də C560AE186 dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsi birgə mülkiyyət hesab edilə bilməz və AR Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, avtomobilin mülkiyyətçisi yalnız X1. Lakin, birinci instansiya məhkəməsi səhvən avtonəqliyyat vasitəsinin birgə nikah dövründə əldə edildiyini müəyyən etməklə Cavabdeh həmin avtomobili idarə etmək hüququnun olması qənaətinə gəlmişdir. Bundan başqa, Cavabdeh təqsirləndirilən şəxs qismində Şamaxı Rayon Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, Rusiya Federasiyası vətəndaşı olan X2 ilə rəsmi nikahdadır və təxminən 2 il əvvələ kimi Alena ilə birlikdə X7 vilayətinin Surqut şəhərində yaşamışlar. Təxminən 2 il əvvəl o, Rusiya Federasiyasından deportasiya olunduğundan hazırda Ağsu rayonu, Arat-Çuruxlu kəndində yaşayır. O Surqut şəhərində yaşayan zaman arvadı Alinanın adına Kia Rio markalı C560AE186 rus dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin avtomobili idarə etmişdir. O, Rusiya Federasiyasından deport olunduqdan bir neçə ay sonra Alina yuxarıda qeyd olunan avtomobillə Azərbaycan Repsublikasına gəlmiş və avtomobili ona verib bir neçə gün sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. Həmin vaxtdan sonra hər 3 aydan bir Alina Azərbaycan Respublikasına gəlmiş və onlar avtomobili sərhəddən giriş-çıxış etdirmişlər ki, Dövlət Gömrük Komitəsində gecikməyə düşməsinlər. Həmin avtomobilə dair Rusiya Dövlət Sığorta Şətnaməsində onun adı qeyd olunduğundan Alinadan etibarnamə almamış və avtomobili hərdən Azərbaycan Respublikası daxilində etibarnaməsiz idarə etmişdir. Göründüyü kimi, Cavabdeh məhkəməyə verdiyi ifadəsində avtomobili Azərbaycan Respublikasının ərazisində qanuni əsaslar olmadan idarə etdiyinin fərqində olduğunu bilmiş və avtomobili etibarnamə olmadan idarə etdiyini təsdiq etmişdir. Beləliklə, xx.xx.2016-cı il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh C560AE186 dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi üçün iddiaçı “xxxx" ASC-nin ona qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsinə dair iddiası tamamilə qanuni və əsaslıdır. Bu səbəbdən də Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(016)-479/2019 saylı qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-479/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası tərəfindən iş materialları və işin faktiki hallarının tədqiqi nəticəsində müəyyən edildi ki, “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh idarə etdiyi C560AE186 dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində X8 idarə etdiyi **-BO-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz C180” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “xxxx” ASC tərəfindən avtomobilə dəymiş zərər, ölüm və xəsarətlər üzrə ümumi 13.000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, hadisənin səbəbi tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh avtomobili idarə etmək hüququ olmadan idarə etmişdir. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə uyğun olaraq “xxxx” ASC-nin dəymiş zərərə görə sığorta ödənişinin məbləği, yəni 13.000 manat məbləğində subroqasiya hüququ yaranmışdır. Bundan irəli gələrək Cavabdeh xx xxxxxx 2016-cı il tarixində şirkət məktub ünvanlayaraq 15 təqvim günü ərzində ödənişin həyata keçirilməsi tələbi irəli sürülmüşdür. Tələbin irəli sürülməsinə baxmayaraq bu günə qədər cavabdeh şəxs tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Konstitusiyasının 71-ci maddəsinin İİ-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları təsbit edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslıdır. Belə ki, C560AE186 dövlət qeydiyyat nişanlı Kia Rio "tarkalı avtonəqliyyat vasitəsinin qeydiyyatına dair 86 13 № 376955 nömrəli şəhadətnamədən görünür ki, həmin şəhadətnamə xx.xx.2015-ci il tarixində deyil, xx.xx.2013-cü il tarixində verilmişdir. Cavabdeh ilə X6 arasında rəsmi nikahın xx.xx.2014-cü il tarixində qeydə alındığı nəzərə alındıqda, C560AE186 dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsinin nikah müddətində deyil, nikahdan əvvəlki dövrdə X2 adına əldə edildiyi müəyyən olunur. Bu səbəbdən də C560AE186 dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsi birgə mülkiyyət hesab edilə bilməz və AR Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, avtomobilin mülkiyyətçisi yalnız X1. Lakin, birinci instansiya məhkəməsi səhvən avtonəqliyyat vasitəsinin birgə nikah dövründə əldə edildiyini müəyyən etməklə Cavabdeh həmin avtomobili idarə etmək hüququnun olması qənaətinə gəlmişdir. Bundan əlavə iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmündən görünür ki Cavabdeh X4 ilə evlidir. Hətta Ramil və İbrahim adlı uşaqları da var. Bundan əlavə Cavabdeh sığorta hadisəsi baş verən zaman X3 ilə evli olduğuna dair məhkəmə kllegiyasına hər hansı bir mötəbər dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasənməhkəməxərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-479/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-479/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 13000 manat vəsait və 30.00 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-225/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-225/2020
13.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver