Məhkəmə qərarları › İş №2(107)-2251/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2251/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2251/2021 30.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(075)-2162/2021 nömrəli qərardadından iş üzrə Cavabdeh və onun vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus fermadan çıxarılması, onun həmin fermaya daxil olmağına cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, Cavabdeh 186 baş xırdabuynuzlu heyvan yəni qoyun, 6 baş camış, 2 baş inək, 47 yeşik bal arısı, 50 ədəd toyuq, 5 ədəd hind quşunun, onlar naturada olmadıqda isə onların dəyərinin yəni- 58775 manatın, 196100 manat əldən çıxmış faydanın, 30 (otuz) manat dövlət rüsumunun və 0,40 qəpik dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 22 oktyabr 2021-ci il tarixdə İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 elektron qaydada məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə göndərərək, işə mahiyyəti üzrə baxılıb qətnamə qanuni qüvvəsini alanadək iddiaçıya məxsus və hazırda cavabdehdə olan 186 baş xırda buynuzlu (qoyun), 6 baş camış, 2 baş inək, 47 yeşik bal arısı, 50 ədəd toyuq, 5 ədəd hindquşunun siyahıya alınaraq üzərinə həbs qoyulması və iddiaçının saxlancına verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(075)-2162/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilərək işə mahiyyəti üzrə baxılıb qətnamə qanuni qüvvəsini alanadək hazırda cavabdehdə olan 186 baş xırda buynuzlu (qoyun), 6 baş camış, 2 baş inək, 47 yeşik bal arısı, 50 ədəd toyuq, 5 ədəd hindquşu siyahıya alınaraq üzərinə həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(075)-2162/2021 saylı iddianın təmini tədbiri haqqında qərardadından Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 şikayət vermiş, şikayət ərizəsində Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(075)-2162/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(075)-2162/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və müzakirə olunması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslı olduğundan təmin edilməli, Şəki Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(075)-2162/2021 saylı qərardadı ləğv edilərək, mülki iş məhkəmə aidiyyət məsələsinə qiymət verilməsi üçün Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya məhkəməsinin icraatı zamanı, məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş, bu zaman tərəflərin hər ikisinin fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (İddiaçı VÖEN **********, Cavabdeh VÖEN **********). Bundan əlavə işin faktiki halından müəyyən edilir ki, tərəflərin hər ikisi kənd təsərrüfatı ilə məşğul olmaqla, iddiaçı özünə məxsus olan fermanı və icarəyə götürdüyü torpaq sahəsini idarə etmək və sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə oğlu (cavabdeh) Cavabdeh (VÖEN **********) vermişdir. Bu baxımdan məhkəmə kollegiyası tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əssasən hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi fərdi sahibkar statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan, hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılması məsələsi müzkrə olunmalı, bundan sonra aidiyyəti məhkəmə tərəfindən verilmiş ərizə və vəsatətlərə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. (maddə 32.5) Bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. (maddə 269.3) 32.7-Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(075)-2162/2021 saylı qərardadı ləğv edilərək, mülki iş məhkəmə aidiyyət məsələsinin müzakirə olunması və hüquqi qiymət qiymət verilməsi üçün Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və onun vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(075)-2162/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair mülki iş məhkəmə aidiyyət məsələsinin müzakirə olunması və hüquqi qiymət qiymət verilməsi üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar