Məhkəmə qərarları › İş №2(107)-2266/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2266/2020

16.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2266/2020 16.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli 2(039)-114/2012 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X7nə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax Şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək JN 863A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə getmiş səhfədə düzəliş edilməklə cavabdehin adının subyektlər sırasına daxil edilməsi, ünvan 1 saylı ünvana dair cavabdehin adına verilmiş ********* qeydiyyat nömrəli, **********86-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, onların ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələrinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Azər Bayramov) xx xxxx 2012-ci il tarixli 2(039)- 114/2012 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Yevlax rayon X2 xx xxxxxx 2006-cı il tarixli qərarı əsasında 0,04 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair olan JN-863 A saylı, 90101002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, həmin torpaq sahəsinə dair yeni şəhadətnamə tərtib edilməsi və İddiaçı1 adı yeni şəhadətnamədə Cavabdeh1 adından sonra qeyd edilməsi, İddiaçı1 ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları tanınması və onun hal-hazırda faktiki olaraq həmin ünvanda yaşamasının nəzərə alınması, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş ********* qeydiyyat nömrəli, **********86-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməməsi və İddiaçı2 ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülmə hissəsində tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 məhkəməyə apellyasiya şikayəti verərək Yevlax Rayon Məhkəməsinin 2(039)-114/2012 №-li xx xxxx 2012-ci il tarixi qətnaməsini İddiaçı1 iddiasının qismən təmin olunması hissəsində, Yevlax Rayon X2 xx xxxxxx 2006-cı il tarixli qərar əsasında 0,04 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair olan JN-863A saylı 90101002 saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin ləğv edilməsi, həmin torpaq sahəsinə dair yeni şəhadətnamə tərtib edilməsi və İddiaçı1 adına yeni şəhadətnamədə Cavabdeh1 adından sonra qeyd edilməsi və İddiaçı1 ünvan 1 saylı ünvanda yerləşən yaşayış evindən istifadə hüququnun tanınması hissələrində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-114/2012 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 məhkəməyə şikayət göndərərək, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-114/2012 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)- 334/2020 nömrəli qərardadı ilə iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-114/2012 nömrəli qərardadı və bununla bağlı xx xxxxxx 2019-cu il tarixli qərardadı Cavabdeh1 münаsibətdə dəyişdirilmədən, оnun şikayəti isə təmin edilmədən sаxlаnılmışdır. Bundan sonra Cavabdeh1 ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Yevlax Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(039)-114/2012 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək buraxılmış müddətin bərpa edilməsini və apellyasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) xx xxxxxxx 2020-ci il tаrixli 2(039)-114/2012 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(039)-114/2012 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina edilmişdir. Həmin qərardaddan Cavabdeh1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli 2(039)-114/2012 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, o, həmin iddia tələbi üzrə məhkəmə iclaslarında iştirak etsə də, məhkəmə qətnaməsini almamış, məhkəmə qətnaməsi ilə qət edilənlər barədə tam məlumatlı olmamışdır. Belə ki, məhkəmə proseslərində işə baxılarkən məhkəmə (hakim) iddiaçı olan qardaşı İddiaçı1 ona məxsus evə yalnız istifadə hüququnun tanınması, sığınacaq verilməsinin mümkünlüyünü bildirmişdir. xx xxxx 2012-ci il tarixdə (həftənin cümə günü) sonuncu məhkəmə iclasından dərhal sonra o, Bakı şəhərinə qeydiyyatda olduğu evə qayıtmış və həyat yoldaşı ürək infarktı keçirərək Moskva şəhərində xəstəxanaya düşdüyünə görə o, xx.xx.2012-ci il tarixdə Moskva şəhərinə təyyarə ilə uçmuşdur. Həyat yoldaşının ağır xəstələnməsi və müalicəsinə başı qarışdığına, sonrakı vaxtlarda məhkəmənin yekun qərarını izləmədiyinə görə və iddiaçı (qardaşı) İddiaçı1 onun mənzilndə ömrünün sonuna qədər yaşamağına razılaşdığına görə qətnamə ilə tanış olmamışdır. Eləcə də, evin həyətyanı torpaq sahəsinin həmin qətnamə ilə bölünməsindən məlumatlı olmamışır. Qeyd edir ki, həyat yoldaşının əməliyyatından sonra özü də Moskva şəhərində trombla əlaqədar cərrahi əməliyyat olunmuş, uzun müddət səhhəti narahat olmuş, 2015-ci ilin avqust ayında bu səbəbdən hazırkı iş üzrə iddiaçıqardaşı İddiaçı1 vəfatı ilə əlaqədar Azərbaycana onun dəfninə və yas mərasimlərinə gələ bilməmişdir. Yalnız 2019-cu ilin oktyabr ayının əvvəlində birdəfəlik Bakı şəhərinə qayıtmışlar. Bir daha qeyd edir ki, həmin səbəblərə, eləcə də ahıl yaşda olduğuna görə məhkəmə qətnaməsini izləyə bilməmişdir. Məsələnin tam mahiyyəti ilə, yəni qətnamənin tam mətni barədə o, xx xxxxxxx 2019-cu il tarixdə şifahi olaraq DƏDRX-nin X7, Yevlax şəhərində fəaliyyət göstərən vəkil Nümayəndə1 və ev alqı-satqısında vasitəçiliklə məşğul olan Yevlax şəhər sakini Mətləb Zalov vasitəsi ilə məlumatlı olmuşdur. Belə ki, iddiaçı qardaşı İddiaçı1 2015ci ilin avqust ayında vəfat etmişdir, o, xüsusi mülkiyyətində olan Kür küçəsi 15 saylı evi satmaq qərarına gəldiyi üçün evin həyət darvazasına “Ev satılır” yazılı elan vurmuşdur. Həmin elanın yazılıb vurulması Mətləb Zalovun iştirakı ilə olmuş və elanda maraqlananlar üçün vasitəçi olaraq Mətləb Zalovun 055- ***-**-** və ***-***-**-** mobil nömrələri göstərilmişdir. Elan xx xxxxxxx 2019-cu il tarixdə vurulmuşdur. Mətləb Zalovun telefonla ona verdiyi məlumata görə elandan 2 gün sonra Yevlax şəhərində fəaliyyət göstərən vəkil Nümayəndə1 ona bildirmişdir ki, elanı vurulmuş ona məxsus həmin mənzilin alqısatqısında vasitəçilik etməsin, bundan imtina etsin, heç kimə evi təklif etməsin, çünki evin və torpaq sahəsinin Çıxarışı və Şəhadətnaməsi Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə məhkəmə qaydasında ləğv edilərək başqasının adına keçib. Mətləb ona bildirmişdir ki, Nümayəndə1 deyir ki, onun telefonunu ona versin və o onunla əlaqə saxlasın. O isə Nümayəndə1 ilə telefonla danışmayaraq xx xxxxxxx 2019-cu il tarixdə yaşadığı Bakı şəhərindən Yevlax şəhərinə gələrək Nümayəndə1 ilə görüşmüş və o, ona demişdir ki, torpaq sahəsi də, ev də onun adına deyil, Yevlax Rayon Məhkəməsinin və Şəki İnzibati- İqtisadi Məhkəməsinin qətnamə və qərarı əsasında İddiaçı1 və onun qızının adına sənədləşib. O, ona evin Çıxarışını göstərsə də, o demişdir ki, artıq gecdir. Bundan sonra məsələni dəqiqləşdirmək üçün vəkillə müqavilə bağlayıb onun hüquqi yardımından istifadə edərək lazımi sənədləri əldə etmiş və məhkəməyə apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Odur ki, o, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək yuxarıda qeyd etdiyi üzrlü halları nəzərə alaraq məhkəmənin xx xxxx 2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti üzrlü hesab edilərək bərpa edilməsini və apellyasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin, Yevlax Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən əsassız olaraq imtina etmişdir. Belə ki, qətnamə çıxan gündən 2(iki) iş günü sonra həyat yoldaşının ağır xəstəliyi ilə əlaqədar X1 şəhərinə getməyi və uzun müddət orada qalmağı üzrlü səbəb kimi qiymətləndirilməli olduğu halda qiymətləndirilməmiş və işin həmin hallarını təsdiq edən sübut kimi təqdim etdiyi onun və həyat yoldaşının xarici pasportları mötəbər sübut kimi nəzərə alınmamışdır. Yevlax RayonMəhkəmə-si-nin xx xxxxxxx 2020-ci il tarixli 2(039)-114/2012 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə2 şikayəti müdafiə edərək onun təmin olunmasını və Yevlax Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilərək prosessual müddətin bərpa edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X5 nümayəndəsi X3 qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli 2(039)-114/2012 nömrəli qərardadı və həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in: 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üşüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə görə, аpelyаsiyа şikаyəti məhkəmə qətnаməsi rəsmi qаydаdа verildiyi gündən 1 аy müddətində verilir. 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(039)-114/2012 nömrəli qətnaməsinin surətini Cavabdeh1 məhkəmə qəbzinə imza etməklə xx xxxxx 2012-ci il tarixdə almış və xx xxxxxx 2019-cu il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh1 həmin qəbzdəki imzanın ona məxsus olmadığını bildirmiş, bununla bağlı Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-3476/2019 nömrəli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edimiş, ekspertizаnın аpаrılmаsının Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilməsi qərara alınmışdır. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 4/406 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş mülki işin 71-ci vərəqəsində olan xx xxxxx 2012-ci il tarixli məhkəmə qəbzində “ imza” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Belə olan halda Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsi üzürlü səbəblərdən hesab edilə və həmin müddət bərpa edilə bilməz. Belə ki, Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli məhkəmə iclasından sonra xarici dövlətə getməsini və uzunn müddət orada qalmasını bildirsə də, həmin hal prosessual müddətin üzrlü səbəblərdən ötürülməsi hesab edilə bilməz. Habelə Cavabdeh1 xarici dövlətdə uzun illər ərzində qalmasını özünün və ərinin müalicə olunması ilə əlaqələndirsə də, bütün bunları təsdiq edən hər hansı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi Cavabdeh1 apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsini təmin etməməkldə haqlı olmuşdur. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də məhkəmə kollegiyаsı hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli2(039)-114/2012 nömrəli qərardadı və həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən on gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli 2(039)-114/2012 nömrəli qərardadı və həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsi barədə xx xxxxxxx 2010-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar