Məhkəmə qərarları › İş №2(107)-2269/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2269/2021

30.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2269/2021 30.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi ilə Qax Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(024)-890/2021 saylı qərardadından iddiaçı İdrisova (Seyidova) Elena Xurşud qızı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı İdrisova (Seyidova) Elena Xurşud qızı Cavabdeh hüquqi varisi X1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum Cavabdeh adına verilmiş Seriya RX № ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 19 oktyabr 2021-ci il tarixli 2(024)- 890/2021 saylı qərardadı ilə iddiaçı İdrisova (Seyidova) Elena Xurşud qızının ərizəsinin iddianın yol verilməsinə görə qəbul edilməkdən imtina edilməsinə və qərardadın ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməsi, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olmaması, iddiaçıya hazırki iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah olunması qərara alınmışdır. İdrisova (Seyidova) X4 Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(024)- 890/2021 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və onun ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı İdrisova (Seyidova) Elena Xurşud qızı şikayətində göstərmişdir ki, Qax Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(024)-890/2021 nömrəli qərardadı ilə onun iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmışdır. Hesab edir ki, Qax Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qərardadı ləğv edilməlidir. Belə ki, Qax Rayon Məhkəməsi qərardadında göstərmişdir ki, Cavabdeh adına verilməsi üçün əsas olmuş və adına işlənmiş müvafiq Çıxarışın verilməsi üçün əsas olmuş sənəd yerli aqrar islahat komissiyasının, yəni inzibati orqanın qərarı olmuşdur. Hesab edir ki, Qax Rayon Məhkəməsinin gəldiyi həmin qənaəti əsassızdır. Ona aydın olmur ki, məhkəmə hansı araşdırması nəticəsində, hansı sənədə istinad edərək belə qənaətə gəlmişdir ki, Cavabdeh adına verilməsi üçün əsas olmuş və adına işlənmiş müvafiq Çıxarışın verilməsi üçün əsas olmuş sənəd yerli aqrar islahat komissiyasının, yəni inzibati orqanın qərarı olmuşdur. Çünki, Qax rayonunda aqrar islahat keçirilən zaman həmin torpaqlar sürüşmə zonası olduğuna görə heç kimə Aqrar İslahat Komissiyası tərəfindən akt və yaxud qərar verilməmişdir. Qax Rayon Məhkəməsinin bu qənaətə hansı sənəd və ya araşdırma nəticəsində gəldiyi məlum deyildir. Bu səbəbdən də, Qax Rayon Məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Qax Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(024)-890/2021 nömrəli qərаrdаdı ilə şikayət təmin edilməmiş və şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayət ərizəsini mülki işin mаteriаllаrı ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Qax Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(024)-890/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəsillənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iddia daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatla bağlı münasibətlərdən irəli gəlir və bu cür mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. İş materiallarından göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən çıxarış mülkihüquqi əqdlərin əsasında deyil, ilkin qeydiyyat sənədləri əsasında verilmişdir və ona görə də hazırkı iddiaya inzibati məhkəmədə baxılmalıdır Şərh оlunаnlаrа əsаsən məhkəmə kоllegiyаsı hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(024)- 890/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İdrisova (Seyidova) Elena Xurşud qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(024)-890/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar