Məhkəmə qərarları › İş №2(107)-2270/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2270/2020

08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2270/2020 08.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(033)-672/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxxxx 2020-ci il tаrixli, 2(033)-672/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7250 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu, cəmi 7280 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərçəkən Osmanova Sevil Ömər qızının hüquqi varisinin bank hesabına 5000 (beş min) manat məbləğində, zərərçəkən X1 vurulan az ağır xəsarətə görə sığorta məbləğinin 30%-i 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti onun bank hesabına və zərərçəkən X2 vurulan yüngül xəsarətə görə sığorta məbləğinin 15%-i 750 (yeddi yüz əlli) manat pul vəsaiti bank hesabına ödənilmiş cəmi 7250 (yeddi min iki yüz əlli) manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər X4 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, “Opel Vectra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi, Cavabdeh2 tərəfindən PAZ ********** nömrəli şəhadətnamə əsasında xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh1 xx.xx.2013-cü il tarixdə saat 14:00 radələrində Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi “Opel Vectra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat (piyadanı vurma) hadisəsi törətmiş, nəticədə zərəçəkənlərdən piyada Osmanova Sevil Ömər qızının ölüm nəticəsində 5000 (beş min) manat, X1 vurulan az ağır xəsarətə görə sığorta məbləğinin 30%-i 1500 (bir min beş yüz) manat və X2 vurulan yüngül xəsarətə görə sığorta məbləğinin 15%-i 750 (yeddi yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə AR DİN Zaqatala RPŞ-i tərəfindən qeydə alınmış, işlə bağlı cinayət işi başlanmış Cavabdeh1 X18 Məhkəmisinin xx xxxxxx 2013-cü il tarixli, 1(091)-073/13 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “xxxx” ASC tərəfindən zərərçəkənlərə dəymiş ziyan, zərərçəkənin Osmanova Sevil Ömər qızının hüquqi varisinin bank hesabına 5000 (beş min) manat məbləğində, zərərçəkənin X1 vurulan az ağır xəsarətə görə sığorta məbləğinin 30%-i 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti onun bank hesabına və zərərçəkən X2 vurulan yüngül xəsarətə görə sığorta məbləğinin 15%-i 750 (yeddi yüz əlli) manat pul vəsaiti bank hesabına ödənilmişdir. Cəmi 7250 (yeddi min iki yüz əlli) manat. Cavabdehlərin qəsdən törətdikləri əmələ görə, yəni sürücülük vəsiqəsi və etibarnamə oomadan sığorta olunan avtomobil idarə olunaraq hadisə baş verdiyi üçün Azərbaycan Respublikasının “İcbari Sığortalar Haqqında Qanunun” 25.1-ci maddəsinə əsasən İddiaçı ASC-nin cavabdehlərə qarşı subroqasiya qaydasında ziyanın ödənilməsi hüququ yaranır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2013-cü il tarixdə saat 14:00 radələrində Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi “Opel Vectra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat (piyadanı vurma) hadisəsi törətmişdir. Həmin vaxt bir nəfər vəfat etmiş, iki nəfərin isə sağlamlığına zərər dəymişdir. Bu hadisə ilə bağlı barəsində hökm çıxmışdır. Hadisə zamanı zərərçəkmişlərə dəymiş bütün zərər onun tərəfindən ödənilmişdir. Yenidən sığorta şirkəti tərəfindən zərərçəkənlərə verilən pul vəsaitinin sığorta şirkətinin ondan tələb etməsi qanuni deyil. Çünki zərərçəkmişə bütün xərcləri onlar ödəmişlər. Ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, Cavabdeh1 xx xxxxx 2013-cü il tarixdə atasına məxsus Opel Vektra markalı ** BZ *** nömrə nişanlı avtomobil ilə sürücülük vəsiqəsi olmadan Zaqatala rayon, Aşağı Tala kəndində üç nəfər piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobil “xxxx” ASC tərəfindən sığortalı olmuşdur. Həmin hadisə nəticəsində bir nəfər dünyasını dəyişmiş, iki nəfər isə xəsarət almışdır. Hadisə ilə bağlı zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmək üçün sığortaya müraciət etmiş, lakin Cavabdeh1 sürücülük vəsiqəsi olmadığı üçün sığorta ödənilməyəciyini bildirmişlər. Cavabdeh1 da zərərçəkmiş şəxslərə dəymiş zərəri öz vəsaiti hesabına ödəmişdir. Hadisədən bir müddət sonra “xxxx” ASC onun xəbəri olmadan zərərçəkmiş şəxslərə ümumi olaraq 7250 manat məbləğində ödəniş həyata keçirmişlər. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(033)- 672/2020 saylı qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(033)-672/2020 saylı qətnaməsinin ləğv olunaraq iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxardılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(033)-672/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanılmasına dair məlumatdan görünür ki, “Opel Vectra” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil «xxxx» Açıq Səhmdar Cəmiyyətində PAZ********** saylı sığorta müqaviləsinə əsasən xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2013-cü il tarixədək sığorta edilmişdir. İş materiallarına əlavə edilmiş X18 Məhkəməsinin 1(091)-073/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 xx xxxxx 2013-cü il tarixdə saat 14 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan atası Cavabdeh2 məxsus “Opel”markalı, “Vectra” modelli AZ ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Aşağı Tala kəndindən Zaqatala şəhər istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini də daşınan yüklərə dair sənədləri özündə saxlamalı və 50-ci maddəsinin birinci hissəsinin tələblərini pozaraq, yəni, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, yol hərəkəti və nəqliyyat vasitələrinin, istismarı qaydalarını pozması nəticəsində Aşağı Tala kənd 2 saylı uşaq bağçasının qarşısında avtomobilin qabaq hissəsi ilə yolun sol çiynindən sağ çiyni istiqaməti keçən piyadalar X7 və Osmanova Sevil Ömər qızını vuraraq, ehtiyatsızlıqdan Ramilə Mirzəyevanın sağ bud sümüyünün iç kandilusunun yerdəyişməyən sınığı, sağ diz oynağının hemartrozu ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olmayan sağlamlığa az ağır zərərvurma ilə nəticələnən bədən xəsarətləri almasına, Sevil Osmanovanın hər iki yuxarı və aşağı ətraflarındakı qançırlar və sağ baldırında sıyrılmış yara xəsarətləri almaqla sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən, başının təpə nahiyəsində əzilmiş-cırılmış yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran, döş qəfəsində sağda İ-İİ qabırğaların sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərər vuran, kəllə sümüklərinin kəllə əsasına keçən sınığı, baş beyində və beyin kötüyündə ağır dərəcəli əzilmə, ödəm ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla Osmanova Sevil Ömər qızının ölümünə səbəb olan cinayət hadisəsini törətməkdə təqsirli bilinib, məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin vətəndaş X6 məhkəmə- tibbi ekspertizasından keçirilməsinin nəticəsi olan 143 nömrəli ekspert rəyindən görünür ki, vət. Mirzəyevada müəyyən edilmiş xəsarətlər - burnunda və sağ əlində sıyrıqlar, sol bud və baldırı əhatə edən əzik - bərk- küt əşyanın və ya əşyaya dəyməsi təsirindən əmələ gəlib, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2013-cü il tarixdə onun piyada olduğu zaman baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində yetirilmişdirlər, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli 1515/FQ/CML-1070/2013- 2019-1 nömrəli Sığorta Aktından görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixdə sığorta müqaviləsi bağlanmış “Opel Vectra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq xx.xx.2013 – xx.xx.2013-cü il tarixə sığorta müddətində sığorta təminatı almışdır. “Opel Vectra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi üzrə xx xxxxx 2014-cü il tarixdə baş vermiş sığorta hadisəsində zərərçəkən X6 yüngül dərəcəli xəsarət almasına görə dəymiş zərər 750 manat məbləğində müəyyən olunmuş və müvafiq olaraq X8 hesablanan sığorta ödənişi 750 manat miqdarında olmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli 1515/FQ/CML-1070/2013- 2019 nömrəli Sığorta Aktından görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixdə sığorta müqaviləsi bağlanmış “Opel Vectra” markalı, **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq xx.xx.2013 – xx.xx.2013-cü il tarixə sığorta müddətində sığorta təminatı almışdır. “Opel Vectra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi üzrə xx xxxxx 2014-cü il tarixdə baş vermiş sığorta hadisəsində zərərçəkən Osmanova SeviL Ömər qızının ölümü nəticəsində dəymiş zərər 5000 manat məbləğində müəyyən olunmuş və müvafiq olaraq Osmanova SeviL Ömər qızının hüquqi varisinə verilməli olan sığorta ödənişi 5000 manat miqdarında hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli 1515/FQ/CML-1070/2013- 2019-2 nömrəli Sığorta Aktından görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixdə sığorta müqaviləsi bağlanmış “Opel Vectra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq xx.xx.2013 – xx.xx.2013-cü il tarixə sığorta müddətində sığorta təminatı almışdır. “Opel Vectra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi üzrə xx xxxxx 2014-cü il tarixdə baş vermiş sığorta hadisəsində zərərçəkən X3 az ağır dərəcəli xəsarət almasına görə dəymiş zərər 1500 manat məbləğində müəyyən olunmuş və müvafiq olaraq X5 hesablanan sığorta ödənişi 1500 manat miqdarında olmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli 005 XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Paşa Bank ASC vasitəsi ilə 1515/FQ/CML-1070/2013-2019 nömrəli Sığorta Aktına əsasən Osmanova Sevil Ömər qızının vərəsələri olan X14 və X9 nümayəndəsi X11 5000 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli 005 XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Paşa Bank ASC vasitəsi ilə 1515/FQ/CML-1070/2013-2019-2 nömrəli Sığorta Aktına əsasən X3 nümayəndəsi X11 1500 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli 005 XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Paşa Bank ASC vasitəsi ilə 1515/FQ/CML-1070/2013-2019-1 nömrəli Sığorta Aktına əsasən X6 nümayəndəsi X11 1500 manat ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx xxxxxx 2013-cü il tarixdə sığorta müqaviləsi bağlanmış “Opel Vectra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq xx xxxxxx 2013 - xx xxxxxx 2013-ci il sığorta müddətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh1 xx xxxxx 2013-cü il tarixdə saat 14 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasaı Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla idarə etdiyi “Opel Vectra” markalı, **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Aşağı Tala kəndindən Zaqatala şəhər istiqamətində hərəkətdə olarkən Aşağı Tala kənd 02 saylı uşaq bağçasının qarşısında idarəetməni itirərək ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə yolun sol çiynindən sağ çiyni istiqamətində keçən piyadalar X7, X10 və Osmanova Sevil Ömər qızını vuraraq, ehtiyatsızlıqdan Ramilə Mirzəyevanın sağlamlığına az ağır xəsarət, X8 yüngül xəsarət dəymişdir. Hadisə zamanı ağır xəsarət almış Osmanova Sevil Ömər qızı yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən ölmüşdür. Qeyd olunan sığorta hadisəsi ilə bağlı «xxxx» Açıq Səhmdar Cəmiyyəti zərərçəkən X3 az ağır dərəcəli xəsarət almasına görə onun nümayəndəsinə 1500 manat məbləğində, X6 yüngül dərəcəli xəsarət almasına görə onun nümayəndəsinə 750 manat məbləğində, Osmanova Sevil Ömər qızının ölümünə görə onun vərəsələrinin nümayəndəsinə 5000 manat məbləğində sığorta ödənişləri həyata keçirmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci mаddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 6.8-ci maddəsinə görə şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən hesab edilir. Həmin Qanunun 13.1-ci madddəsinə görə, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 14.1.1-ci maddəsinə görə şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. Həmin Qanunun 14.2 və 14.2.1-ci maddələrinə görə sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz; Həmin Qanunun 14.2 və 14.2.4-cü maddələrinə görə sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz nisbətlərində ödənilir. Həmin Qanunun 14.2 və 14.2.5-ci maddələrinə görə sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin yüngül xəsarət alması– 15 faiz nisbətlərində ödənilir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.Həmin Qanunun 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 xx xxxxx 2013-cü il tarixdə saat 14 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasaı Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla idarə etdiyi “Opel Vectra” markalı, **-BZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Aşağı Tala kəndindən Zaqatala şəhər istiqamətində hərəkətdə olarkən Aşağı Tala kənd 02 saylı uşaq bağçasının qarşısında idarəetməni itirərək ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə yolun sol çiynindən sağ çiyni istiqamətində keçən piyadalar X7, X10 və Osmanova Sevil Ömər qızını vuraraq, ehtiyatsızlıqdan Ramilə Mirzəyevanın sağlamlığına az ağır xəsarət, X8 yüngül xəsarət dəyməsi eləcə də, Osmanova Sevil Ömər qızının ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsinə (sığorta hadisəsinə) görə «xxxx» Açıq Səhmdar Cəmiyyəti (sığortaçı) tərəfindən zərərçəkmiş şəxslərə ödənilən (sığorta məbləği) 7250 manat məbləğində sığorta ödənişinin cavabdehlərdən tutulması qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətləri tədqiq edilərkən müəyyən edilmişdir ki, apellyasiya şikayətləri ancaq formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(033)-672/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(033)-672/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar