Məhkəmə qərarları › İş №2(107)-2285/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2285/2020

24.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2285/2020 24.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(044)- 2582/2020 saylı qərardadından iddiаçı İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyan, əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 manat pulun, itirdiyi illik faydaya görə 2000 manat pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 22030 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh barəsində xüsusi qərardad çıxararaq prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(044)- 2582/2020 saylı qərardadı ilə (hakim Gündüz Şirinov) İddiaçı Cavabdeh qarşı maddi ziyan, əldən çıxmış fayda barədə iddia ərizəsi iddianın yolverilməzliyinə, yəni ərizəyə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilmişdir. İddiаçı İddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(044)-2582/2020 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(044)- 2582/2020 saylı qərardadı ilə iddiаçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə hazırkı mülki iş başqa apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan və əldən çıxmış fayda tələbinə dair mülki iş baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(044)-2582/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin mətnindən və mahiyyətindən göründüyü kimi İddiaçı tələbi bir neçə hissədən ibarət olmaqla ona vurulmuş maddi ziyanın ödənilməsi barəsindədir və hər bir hissə özü-özlüyündə işə baxan hakimin hakimlik fəaliyyətinə yönəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Əvvəla, iddia tələbinə rəğmən nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki mübahisələrə baxılması ilə əlaqədar ilk növbədə iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün, yəni icraata başlanılmasının mümkün hesab edilməsidir. İddia ərizəsinin mümkünlüyü dedikdə Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin normalarına müvafiq olaraq həmin ərizə üzrə məhkəmə icraatının başlanılmasının mümkün olması anlaşılır. İddianın yolverilməzliyi dedikdə isə iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü anlaşılır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. İcraatın başlanılmasının mümkün olması şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İcraatın başlanılmasının mümkün olub-olmaması onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə yuxarıda qeyd olunan şərtlərin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Hazırki iddianın mahiyyətindən də göründüyü kimi iddia tələbi özü-özlüyündə işə baxan hakimin hakimlik fəaliyyətinə yönəldiyindən iddia ərizəsinin icraata qəbul edilməsini mümkün edən şərtlər mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinə görə, hakimlər toxunulmazdırlar. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Həmin Qanunun 101-ci maddəsinə ğörə, hakimlər Məhkəmə-Hüquq Şurasının razılığı olmadan cinayət məsuliyyətinə cəlb oluna bilməzlər. Məhkəmə səhvləri nəticəsində proses iştirakçısına, yaxud işdə iştirak edən şəxsə dəymiş ziyana görə hakimlər öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən ödənilir. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(044)- 2582/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməyə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 398, 400-401-ci maddələrini rəhbər tutaraq məhkəmə kоllegiyаsı Qərara aldı: İddiаçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(044)- 2582/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar