Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-230/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X7 və onun nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh MM” MMC-yə qarşı ekspert rəyinin əsassız sayılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)- 1781/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1781/2019 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı «Cavabdeh MM» MMC-yə qarşı «Cavabdeh MM» MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyinin əsassız sayılması və yeni ekspertiza təyin edilməsi barədə iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Cavabdeh MM» MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «Cavabdeh MM» MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyinin əsassız sayılması və yeni ekspertiza təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X10 iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək ondan vurulmuş maddi zərərə görə 35000 manat, mənəvi zərərə görə 10000 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 45030 manat məbləğin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ondan 10243.86 manat maddi zərər və 7 manat dövlət rüsumunun tutularaq X8 verilməsi, «Cavabdeh MM» MMC-yə ödənilməli olan 200 manat xərcinin 102.5 manatının X6, 97.5 manat hissəsinin ondan tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər iki məhkəmə «Cavabdeh MM» MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyinə əsaslanmışlar. Həmin rəy və onun əsasında qəbul edilmiş qətnamələrlə razılaşmır. Belə ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2009-cu il tarixli qətnaməsi ilə uşaqları ilə birlikdə ünvan 1ünvanındakı fərdi yaşayış evinə köçürülmüşdür. Məhkəmə qərarı icra olunsa da həmin ev yaşamaq üçün təhlükəlidir. Bunu Oğuz Rayon İcra Hakimiyyətindən dəvət olunmuş nümayəndələr də xx xxxxxx 2009-cu il tarixli aktla təsdiq etmişlər. Lakin «Cavabdeh MM» MMC öz hesablama cədvəlində gözlə görünən yararsız materialları görməzdən gələrək yararlı materialların bazar qiymətlərini götürərək saxta qiymətlər qoymuş və hesablamalar aparmışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh «Cavabdeh MM» MMC birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iddianı qəbul etməyərək göstərmişdir ki, onun İddiaçı qarşı vurulmuş maddi zərərə görə 35000 manat, mənəvi zərərə görə 10000 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 45030 manat məbləğin tutularaq ona verilməsi barədə iddiası Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı 10243.86 manat maddi zərər və 7 manat dövlət rüsumunun tutularaq ona verilməsi, «Cavabdeh MM» MMC-yə ödənilməli olan 200 manat xərcinin 102.5 manatının ondan, 97.5 manat hissəsinin İddiaçı tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. «Cavabdeh MM» MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyi tamamilə ədalətli olmaqla mövcud bazar qiymətlərini əks etdirir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 etibarnamə üzrə nümayəndəsi X2 Laura Məcid qızının verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasındakı izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1781/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X10 və onun nümayəndəsi X9 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1781/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh “Cavabdeh MM” MMC-nin nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1781/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan «Cavabdeh MM Qiymətləndirmə» tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 1001/19 nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülmüş hissəsinin xx xxxxxx 2019-cu il tarixə smeta dəyəri 10240.00 manat təşkil edir. İşdə olan «X4» tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 124/1218-2 nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülmüş hissəsinin dəyəri 10325 manat həddindədir. İşdə olan Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-1/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, onun İddiaçı qarşı vurulmuş maddi zərərə görə 35000 manat, mənəvi zərərə görə 10000 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 45030 manat məbləğin tutularaq ona verilməsi barədə iddiası Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı 10243.86 manat maddi zərər və 7 manat dövlət rüsumunun tutularaq X8 verilməsi, «Cavabdeh MM» MMC-yə ödənilməli olan 200 manat xərcinin 102.5 manatının X6, 97.5 manat hissəsinin İddiaçı tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2(107)-1814/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-1/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-7330/2019 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 6, 7 və 8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3, 102.1, 102.1, 103.1 və 103.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Həmin Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanununun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X10İddiaçı qarşı maddi və mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmiş, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-1/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-1/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər iki məhkəmə tərəfindən qətnamə qəbul edilərkən «Cavabdeh MM» MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyi əsas götürülmüşdür. İddiaçı həmin rəylə razılaşmamış və rəyin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs və onun nümayəndəsi isə iddia tələbində qeyd edilənlərin əsassız olduğunu göstərərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Göründüyü kimi Oğuz Rayon Məhkəməsi tərəfindən ünvan 2 ünvanında yerləşmiş fərdi yaşayış evinin sökülməzdən əvvəlki faktiki dəyərini müəyyən etmək məqsədi ilə ekspertiza təyin edilmişdir. Ekspertiza keçirilməsinin nəticələri ilə bağlı «X4» MMC tərəfindən məhkəməyə yekun rəy olaraq təqdim edilmiş mütəxəssis rəyində ünvan 2 ünvanında yerləşən sökülməmiş evin dəyəri 8575, sökülmüş fərdi yaşayış evinin dəyəri isə 10.325 manat müəyyən edilmişdir. Ekspertiza keçirilməsinin nəticələri ilə bağlı «Cavabdeh MM Qiymətləndirmə» MMC tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində isə ünvan 2 ünvanında yerləşən sökülmüş fərdi yaşayış evinin dəyəri 10243 manat 86 qəpik müəyyən edilmişdir. İddiaçı təqdim edilmiş mütəxəssis rəylərinin nəticələri ilə razı olmadığını bildirdiyinə görə həmin rəyləri vermiş şəxslər «X4» MMC-nin direktoru İlham Məmmədov və «Cavabdeh MM Qiymətləndirmə» MMC-nin direktoru Murad Məmmədov qeyd olunan rəylərə aydınlıq gətirilməsi və izah verilməsi üçün məhkəməyə dəvət edilmişlər. Həmin evin sökülməzdən əvvəlki faktiki dəyəri ixtisaslı mütəxəssislər tərəfindən Azərbaycan Respublikasının «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanununa, X1 istinad edilməklə, tikilinin sökülməyən hissəsinə yerində baxış keçirilməklə müqayisəli təhlil aparılaraq, tikilinin yerləşdiyi ərazi, həmin ərazinin şəhərin mərkəzində olmaqla nəqliyyat cəhətdən əlverişliliyi, istifadə olunmuş tikinti materiallarının real bazar dəyəri, eyni zamanda, tikilinin köhnəlmə və aşınma faizi nəzərə alınaraq qiymətləndirilmiş, ona görə də məhkəmə İddiaçı dəlillərinə tənqidi yanaşmış, ünvan 2 ünvanında yerləşmiş fərdi yaşayış evinin sökülməzdən əvvəlki faktiki dəyəri ilə bağlı mütəxəssis rəylərini mötəbər sübut kimi qəbul edilmiş və «X4» MMC və «Cavabdeh MM Qiymətləndirmə» MMC tərəfindən verilmiş mütəxəssis rəylərinin yekun nəticələrinin, cüzi fərqlə, təqribən, eyni miqdara uyğun olduğunu nəzərə alaraq ünvan 2 ünvanında yerləşmiş fərdi yaşayış evinin sökülməzdən əvvəlki faktiki dəyərinin 10243 manat 86 qəpik məbləğə uyğun olmaqla müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Oğuz Rayon Məhkəməsinin mübаhisəni düzgün həll etdiyi müəyyən edilmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi həm birinci instansiya məhkəməsi, həm də apelyasiya məhkəməsi mütəxəssis rəylərini mötəbər sübut kimi qəbul etmiş, İddiaçı «X4» MMC və «Cavabdeh MM Qiymətləndirmə» MMC tərəfindən verilmiş rəylərin əsassız sayılmasını xahiş etsə də Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2(107)-1814/2019 saylı qətnaməsi ilə şikayəti təmin edilməmişdir. İddiaçı «Cavabdeh MM» MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyinin əsassız hesab edilərək yeni ekspertiza təyin edilməsini xahiş etsə də, iddia tələbinin əsası kimi məhkəməyə hər hansı hansı bir mötəbər sübut təqdim etmədiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən məhkəmə iddianı əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh «Cavabdeh MM» MMC-yə «ekspert rəyinin əsassız sayılması» tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin olunmadığından iddianın qaldırılması ilə bağlı ödənilmiş rüsum xərci İddiaçı özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından İddiaçı apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1781/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1781/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-230/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-230/2020
15.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver