Məhkəmə qərarları › İş №2(107)-2307/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2307/2021

13.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2307/2021 13.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)- 212/2021 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqda İddiaçı vəsatətinin təmin edilməsi barədə İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(037)- 212/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 34030 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(037)-212/2021 nömrəli (hakim R.Şirinov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 24350 manat və 30 manat dövlət rüsumu – cəmi 24380 (iyirmi dörd min üç yüz səksən) manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh verdiyi apelyasiya şikayəti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə apelyasiya icraatında baxılan zaman İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 nömrəli qətnaməsindən İddiaçı da apelyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Şəki Apelyasiya Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin 06.08.2021-ci il tarixli, 2(107)-1723/2021 nömrəli qərardadının (mümkünlük barədə qərardadı) ləğv edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(037)-212/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya baxışından çıxarmaqla, Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(037)-212/2021 nömrəli qərardadı ilə İddiaçı vəsatəti təmin edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)- 212/2021 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qəbul edilməsi qərara alınmışdır. Cavabdeh şikayət verərək qeyd olunan qərardadın ləğv edib apelyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpa edilməməsini, əks təqdirdə MPM-nin 269.3-cü maddəsinə əsasən, şikayət 7 gün müddətində işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(037)-212/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(037)-212/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, iş apellyasiya icraatına qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. İddiaçı göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)- 212/2021 nömrəli qətnaməsindən narazı olsa da cavabdeh ona qarşılıqlı razılığığa gəlmək üçün vaxt istədiyini bildirmiş və bu səbədən gözləməyə məcbur olmuşdur. Sonradan ona məlum olmuşdur ki, cavabdeh özü həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bu səbəbdən qeyd olunan qətnamədən vaxtında apelyasiya şikayəti verə bilməmiş və apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdur. Ona görə də məhkəmənin qeyd olunan qətnaməsindən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qətnamənin qəbul edildiyi vaxtdan bir müddət keçəndən sonra apelyasiya şikayəti verməsi onun məhkəmə qətnaməsinə münasibət bildirmək hüququnun məhdudlaşdırılması üçün əsas olmamalıdır. Həm də qeyd olunan qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsində baxılaraq yekun qərar qəbul edilməmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının vəsatətdə qeyd etdiyi əsasları qanunla müəyyən edilmiş müddətin buraxılması üçün üzürlü səbəb hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(037)-212/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(037)-212/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, iş apellyasiya icraatına qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(037)-212/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)- 212/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Əsədli Mahir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar