Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2336/2021 23.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tаrixli, 2(039)-2614/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında məhkəmə iclаsındа baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Psixonevroloji dispanserin Yevlax rayon Psixonevroloji kabinetinə qarşı qeydiyyatının etibarsız, əsassız hesab edilərək, qeydiyyatdan çıxarılmasına dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(039)-2614/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Psixonevroloji dispanserin Yevlax rayon Psixonevroloji kabinetinə qarşı qeydiyyatının etibarsız, əsassız hesab edilərək, qeydiyyatdan çıxarılmasına dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi və ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardad ilə razı olmayan İddiaçı qərardaddan şikayət verərək, Yevlax Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 26 noyabr 2021- ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(039)-2614/2021 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-2614/2021 saylı iş üzrə qəbul etdiyi 26 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X1 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(039)-2614/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Yevlax rayon Psixonevroloji Kabinetdə qeydiyyata alınmışdır. İddiaçı xəstə olmadığını, onun həmin Kabinetdə qeydiyyatda olmağından xəbərsiz olduğunu əsas gətirərək qeydiyyatdan çıxarılmasını istəyir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı tələbi ilə cavabdeh kimi qeyd etdiyi orqana müraciət etməlidir. Lakin iddia ərizəsində və ona əlavə olunmuş sənədlərdə belə bir müraciətin olunması təsdiq olunmur. Bundan əlavə qeyd olunur ki, iddiaçının hazırkı tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddiaçının hazırkı tələbi, cavabdeh kimi qeyd etdiyi orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-153, 264, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(039)-2614/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-2336/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2336/2021
23.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver