Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-234/2025 11.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X15, Cavabdeh3 qarşı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi və miras əmlaka vərəsəlik və mülkiyyət hüquqların tanınması tələbinə dair mülki iş üzrə Açar sözlər: (Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışların ləğv edilməsi, miras kütləsi, sübutetmə yükü) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X17 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X15, Cavabdeh3 qarşı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi və miras əmlaka vərəsəlik və mülkiyyət hüquqların tanınması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-457/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, X31 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X15, Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi, cavabdeh Balakən rayon Notariat Ofisi tərəfindən verilmiş 2V-59 reyestr nömrəli xx.xx.2023-cü il tarixli, 2-V-691 reyestr nömrəli xx.xx.2023-cü il tarixli, 2-V-695 reyestr nömrəli Qanun üzrə vərəsəlik Hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X30 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Cavabdeh3 Hüseyn qızının adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatından çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının X3ndan miras qalmış əmlaklara dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın ləğv edilməsi və iddiaçı Camaldinova (Bağmanova) Məriyəm Mamat qızının vərəsəlik və mülkiyyət hüquqların tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.
3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Yeni Şərif kəndində anadan olmuşdur.X3, anası isə X12 olmuşlar. X3 05 dekabr 1986-cı ildə Balakən rayonu Dövlət Notariat Ofisinə vəsiyyətnamə qoymuş, həmin vəsiyyətnamə reyestrdə 342 nömrə ilə qeydə alınmışdır. Həmin vəsiyyətnamədə “Balakən rayonu Şərif kəndində yaşayan X4 həyatının axırıncı nümayəndəsi olmaq etibarı ilə aşağıdakı qaydada vəsiyyət sərəncamı verirəm: 1.Vəfat edəcəyim günə mənə məxsus olan bütün əmlakı onun harada yerləşməsindən və nədən ibarət olmağından asılı olmayaraq 1949-cu ildə anadan olmuş qızım X8 vəsiyyət edirəm. 2.Mənə məxsus olan əmlakdan Balakən rayonu Şərif kəndində yerləşən iki gözdən ibarət taxtadan tikilmiş üstü şiferlə örtülmüş damı nəzərdə tuturam. 3.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 537-538-ci maddələrinin məzmunu mənə izah edildi. Ona görə də həmin vəsiyyətnaməni öz imzamla təsdiq edirəm. 4.Vəsiyyətnamə iki nüsxədən tərtib olunur. Onlardan 1 nömrəli nüsxə Şərif kənd poçtunda saxlanılır. 2-ci nüsxəsi sahibinə verilir.” X3 21 yanvar 1987-ci ildə beynin isemik insultundan dünyasını dəyişmiş, onun yas mərasimini o yola salmış, baş daşını o qoymuş, dəfn xərclərini o çəkmiş, xəstə olan vaxtı atasının qulluğunda durmuşdur. Lakin atası öldükdən sonra həyat yoldaşı xəstələndiyindən, o isə onun yanında olduğundan atasının vərəsəliyini qəbul edə bilməmişdir. 2024-cü ilin mart ayında ona məlum oldu ki, atasının bütün mirasına bacısı qızı X9 qızı İİ dərəcəli vərəsə X10 adına 0.0682 ha həyətyanı torpaq sahəsi xx.xx.2023-cü ildə 2-V59 reyestr nömrəli Qanun üzrə Vərəsəlik hüquqi haqqında, 0.4725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2023-cü ildə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatından çıxarış almışdır. Odur ki, mirasın qəbulu üçün o, Balakən rayonu Regional Asan Xidmət Mərkəzi Notariat Ofisinə xx.xx.1987-ci il tarixdə vəfat etmiş X11 vərəsəlik işi ilə əlaqədar müraciət etmişdir. X31 Xidmət Mərkəzi Notariat Ofisinin 03 may 2023-cü il tarixli 964 nömrəli məktubunda göstərilir ki, məlumat üçün bildiririk ki, xx.xx.1987-ci il tarixdə vəfat etmiş X11 vərəsəlik işi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Balakən Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinə vərəsəsi İddiaçı müraciət etmişdir. Odur ki, mirasın qəbulu üçün ötürülmüş müddətin bərpası ilə əlaqədar həmçinin, 2V-59 reyestr nömrəli xx.xx.2023-cü il tarixli, 2-V- 691 reyestr nömrəli xx.xx.2023-cü il tarixli, 2-V-695 reyestr nömrəli ‘Qanun üzrə vərəsəlik Hüququ haqqında şəhadətnamələrin , xx.xx.2023- cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatından çıxarışların ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiaçının X3ndan miras qalmış əmlaklara dair 2V-59 reyestr nömrəli xx.xx.2023-cü il tarixli, 2-V- 691 reyestr nömrəli xx.xx.2023-cü il tarixli, 2-V-695 reyestr nömrəli ‘Qanun üzrə vərəsəlik Hüququ haqqında şəhadətnamələrin və xx.xx.2023- cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023- cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatından çıxarışların ləğv edilməsi və iddiaçı Camaldinova (Bağmanova) Məriyəm Mamat qızının vərəsəlik və mülkiyyət hüquqların tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi sifarişlixəbərnaməli poçt vasitəsi ilə göndərilsə də o, Balakən rayonu Yeni Şərif kəndində yaşamadığından məhkəmə sənədlərinin ona təqdim edilməsi mümkün olmamışdır. Göstərilən sənədlərin Cavabdeh3 təqdim edilməsi üçün həmin sənədlər sifarişlixəbərnaməli poçt göndərişi ilə Balakən rayon İHB-nın Yeni Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Balakən rayon İHB Yeni Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 05 noyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh3 hazırda Yeni Şərif kəndində yaşamır. Məktubun məzmunu yaxın qohumlarına telefon vasitəsilə bildirilmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və X31 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X20 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-457/2024 nömrəli qətnaməsi ilə (hakim H.Səlimov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X15, Cavabdeh3 qarşı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi və miras əmlaka vərəsəlik və mülkiyyət hüquqların tanınması tələbinə dair iddiasının təmin edilməməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Balakən rayonu Yeni Şərif kəndində anadan olmuşdur. X3, anası isə X12 olmuşlar. X3 05 dekabr 1986-cı ildə Balakən rayonu Dövlət Notariat Ofisinə vəsiyyətnamə qoymuş, həmin vəsiyyətnamə reyestrdə 342 nömrə ilə qeydə alınmışdır. İddiaçı X3 21 yanvar 1987-ci ildə ölmüşdür. İddiaçı bacısı X9 qızı - Cavabdeh3 Hüseyn qızının adına Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.4725 ha torpaq sahəsinə xx.xx.2023-cü ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.1050 ha torpaq sahəsinə xx.xx.2023-cü ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin bu şəhadətnamələr əsasında reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.1050 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 136 №li reyestr kitabının 35 №li vərəqində Cavabdeh3 adına və reyestr nömrəsi **********15 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.4725 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 139 №li reyestr kitabının 32 №li vərəqində Cavabdeh3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin əmlakların mərhum X3ndan miras qaldığını iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə qeyd etmişdir ki, İddiaçı X3 21 yanvar 1987-ci ildə öldüyündən hazırkı mübahisəyə həmin vaxt qüvvədə olmuş,11 sentyabr 1964-cü ildə qəbul edilmiş, 1 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, sadalanan normalarının məzmunundan göründüyü kimi, vərəsə miras əmlakdan pay əldə etməsi üçün mirası qəbul etməlidir. Mirasın qəbulu, mirasın açıldığı gündən 6 ay müddətində miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə mirası qəbul edilə bilərdi.
11. İddiaçı atasının ölümündən, yəni 21 yanvar 1987- ci ildən sonra 6 ay ərzində -21 iyul 1987-ci ildə tarixə kimi olan müddətdə mirası qəbul etməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmiş,iddia ərizəsinin özündə də qeyd edilmişdir ki, o, mirası qəbul etməmişdir.
12. Hazırkı işdə miras 21 yanvar 1987-ci ildə açıldığından və iddia ərizəsi 26 dekabr 2023-cü ildən sonra-27 mart 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarının müddəaları da tətbiq oluna bilməz.
13. Eyni zamanda İddiaçı mərhum atasından hər hansı əmlakın miras qalmasına dair sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Onun özünün təqdim etdiyi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X30 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1867 nömrəli zəruri məlumatın verilməsi barədə məktubda göstərilmişdir ki,X11 adına hər-hansı daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ İdarələrinin və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir.
14. Bundan başqa iddiaçının ləğv olunmasını tələb etdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki,09 iyun 2023-cü il tarixli və 10 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr,xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 miras qalmış, Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.4725 ha olan və ümumi sahəsi 0.1050 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhuma çatacaq hissəsindən onun vərəsəsi-qızı Cavabdeh3 irs alması üçün verilmişdir.
15. İddiaçının ləğv olunmasını tələb etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli və reyestr nömrəsi **********15 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar isə həmin qanun üzrə vərəsəlik hüququ əsasında Cavabdeh3 mülkiyyətinə keçmiş torpaq sahələrinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsasında verilmişdir.
16. Qeyd edildiyi kimi iddiaçının X3 21 yanvar 1987-ci ildə ölmüşdür. Azərbaycan Respublikasında torpaq islahatı 1996-cı ildə aparıldığından mərhum X11 mülkiyyətində torpaq sahəsi ola bilməzdi. Həmçinin mərhum X19 İddiaçı bacısı olduğundan və mərhumun birinci növbəli vərərəsi-qızı olduğundan iddiaçı ondan miras qalmış əmlakdan da pay ala bilməz.
17. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir.
18. Məhkəmə qeyd etmişdir ki, iddia təmin edilmədiyindən iddiaçının ödədiyi 100 manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir.
19. Birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527, 528, 532, 533, 537, 552, 561, 562, 564-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:
a)Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edib ki, X3 05 dekabr 1986-cı ildə Balakən rayonu Dövlət Notariat Ofisinə vəsiyyətnamə qoymuş, həmin vəsiyyətnamə reyestrdə 342 nömrə ilə qeydə alınmışdır. Həmin vəsiyyətnamədə o, Balakən rayonu Şərif kəndində yaşayan X4 həyatının axırıncı nümayəndəsi olmaq etibarı ilə aşağıdakı qaydada vəsiyyət sərəncamı verir. 1. Vəfat edəcəyi günə ona məxsus olan bütün əmlakı onun harada yerləşməsindən və nədən ibarət olmağından asılı olmayaraq 1949-cu ildə anadan olmuş qızı X8 vəsiyyət edir. 2. Ona məxsus olan əmlakdan Balakən rayonu Şərif kəndində yerləşən iki gözdən ibarət taxtadan tikilmiş üstü şiferlə örtülmüş damı nəzərdə tutur. 3. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 537-538-ci maddələrinin məzmunu ona izah edildi. Ona görə də həmin vəsiyyətnaməni öz imzası ilə təsdiq edir. 4. Vəsiyyətnamə iki nüsxədən tərtib olunur. Onlardan 1 nömrəli nüsxə Şərif kənd poçtunda saxlanılır. 2-ci nüsxəsi sahibinə verilir. X3 21 yanvar 1987-ci ildə beynin isemik insultundan dünyasını dəyişmiş, onun yas mərasimini o, yola salmış, baş daşını o, qoymuş, dəfn xərclərini o, çəkmiş, xəstə olan vaxtı atasının qulluğunda durmuşdur. Lakin, atası öldükdən sonra həyat yoldaşı xəstələndiyindən, o, onun yanında olduğundan atasının vərəsəliyini qəbul edə bilməmişdir. 2024-cü ilin mart ayında ona məlum olmuşdur ki, atasının bütün mirasına bacısı qızı X9 qızı İİ dərəcəli vərəsə X10 adına 0.0682 ha həyətyanı torpaq sahəsi xx.xx.2023-cü ildə 2-V-59 reyestr nömrəli Qanun üzrə Vərəsəlik hüquqi haqqında, 0.4725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2023-cü ildə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatından çıxarış almışdır.
22. Qeyd olunanlar ona dəlalət edir ki, iddiaçı qanun üzrə vərəsə olmaqla, vəsiyyətnamə üzrə vərəsədir. Bundan başqa o mirası faktiki olaraq qəbul etmişdir, lakin rəsmiləşdirməmişdir. İkincisi, istər 1964-cü ildə qəbul edilmiş və 2000-ci ilin sentyabr ayına kimi qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin, istərsədə qüvvədə olan AR Mülki Məcəllsinin tələblərinə görə vəsiyyətnamə mövcuddursa qanun üzrə vərəsəlik institutu deyil, vəsiyyətnamə üzrə vərəsəlik institutu tətbiq edilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
23. Üçüncüsü, Qanun üzrə vərəsəlik zamanı əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Belə olan halda iddiaçının 1 növbə vərəsənin olması, cavabdehləri 2 növbə vərəsəni mirasdan vərəsəliyini istisna edir. Dördüncüsü, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı vərəsəlik işi açılan zaman iddiaçıya məlumat verilməmişdir.
24. Birincisi, işə baxan məhkəmə yuxarıda göstərillənləri yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İkincisi, məhkəmə təqdim olunmuş subutlara deyil özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi sübutları məhkəməyə təqdim etsə də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Üçüncüsü, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Belə ki, iddiaçı miras qoyanın 1-ci növbə vərəsəsi olması, miras qoyan tərəfindən ona vəsiyyətnamə qoyulması işin mübahisəsiz halı olmaqla sübutlar iş materiallarına əlavə olunmuşdur. Dördüncüsü, Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. Halbuki Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (AR MPM-nin 217-ci maddəsi). Vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququna dair yalnış qiymətləndirmə aparmışdır.
25. Odur ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)- 457/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-457/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin, Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə kollegiyasına göndərdiyi müraciətində məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini, Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu məhkəmə kollegiyasına göndərdiyi müraciətində işə onun iştirakı olmadan baxılmasını xahiş etsələr də, işdə iştirak edən digər şəxslər, iddiaçının nümayəndəsi və vəkili gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
31. Azərbaycan SSR-in Mülki Məcəlləsinin (11 sentyabr 1964-cü ildə qəbul edilmiş); 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 563-cü maddəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.
32. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun; 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
33. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun; 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. İddiaçı Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-457/2024 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx xxxx 1949-cu ildə Balakən rayonu Yeni Şərif kəndində anadan olmuş İddiaçı X3, anası isə X7r. İddiaçının X3 05 dekabr 1986-cı ildə Balakən rayonu Dövlət Notariat Ofisinə vəsiyyətnamə qoymuş, həmin vəsiyyətnamə reyestrdə 342 nömrə ilə qeydə alınmışdır. İddiaçı X3 21 yanvar 1987-ci ildə ölmüşdür. İddiaçı bacısı X9 qızı Cavabdeh3 Hüseyn qızının adına 23 yanvar 2022-ci il tarixdə vəfat etmiş anası X6 miras qalmış Balakən rayonu Yeni Şərif kəndində yerləşən 0,4725 ha torpaq sahəsindən irs almalı olmasına dair 10 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmçinin Cavabdeh3 Hüseyn qızının adına 23 yanvar 2022-ci il tarixdə vəfat etmiş anası X6 miras qalmış Balakən rayonu Yeni Şərif kəndində yerləşən 0,1050 ha torpaq sahəsindən tam hissədə irs almalı olmasına dair 09 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin bu şəhadətnamələr əsasında reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.1050 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 136 №li reyestr kitabının 35 №li vərəqində Cavabdeh3 adına və reyestr nömrəsi **********15 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.4725 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 139 №li reyestr kitabının 32 №li vərəqində Cavabdeh3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin əmlakların mərhum X3ndan miras qaldığını iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır.
42. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin atasının bütün mirasına İİ dərəcəli vərəsə olan bacısı qızı X10 adına Qanun üzrə Vərəsəlik hüquqi haqqında şəhadətnamə, Hüquqların Dövlət Qeydiyyatından çıxarışın alınması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı vərəsəlik işi açılan zaman iddiaçıya məlumat verilməməsi, bundan başqa onun mirası faktiki olaraq qəbul etməsi, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan 10 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olan qızı Cavabdeh3dır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən X9 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.4725 ha olan torpaq sahəsindən mərhuma çatacaq hissəsindən ibarətdir.
43. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olan qızı Cavabdeh3dır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən X9 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.1050 ha olan torpaq sahəsindən mərhuma çatacaq hissəsindən ibarətdir.
44. Yəni Cavabdeh3 tərəfindən qəbul edilmiş miras İddiaçı 21 yanvar 1987-ci ildə vəfat etmiş X3na deyil, İddiaçı 23 yanvar 2022-ci il tarixdə vəfat etmiş bacısı X14 məxsus olmuş, sonuncunun vəfatından sonra isə öz qızı Cavabdeh3 miras qalmış torpaq sahələridir. Həmin torpaq sahələrinin 21 yanvar 1987-ci ildə vəfat etmiş X3na məxsusluğuna, yəni X5 qalmış mirasın kütləsinə daxil olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir.
46. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının miras qoyanın 1-ci növbə vərəsəsi olması, miras qoyan tərəfindən ona vəsiyyətnamə qoyulmasına dair sübutların iş materiallarına əlavə olunmasına dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının 21 yanvar 1987-ci ildə vəfat etmiş X11 1-ci növbə vərəsəsi olması, X18 tərəfindən İddiaçı münasibətdə vəsiyyətnamə qoyulması işin mübahisəsiz halı olsa da iş materiallarında olan 05 dekabr 1986-cı il tarixli vəsiyyətnamədən göründüyü kimi X18 vəfat edəcəyi günə ona məxsus olan bütün əmlakı onun harada yerləşməsindən və nədən ibarət olmağından asılı olmayaraq 1949-cu ildə anadan olmuş qızı X8 vəsiyyət etmiş, ona məxsus olan əmlak olaraq Balakən rayonu Şərif kəndində yerləşən iki gözdən ibarət taxtadan tikilmiş üstü şiferlə örtülmüş damı nəzərdə tutmuşdur.
48. X1 İddiaçı vəsiyyət etdiyi əmlakla, sonuncunun hazırda tələb etdiyi əmlakların eynilik təşkil etməsi, onların arasında əlaqənin olması müəyyən edilməmişdir.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin İddiaçı apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-457/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-457/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.