Məhkəmə qərarları › İş №2(107)-2384/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2384/2020

02.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2384/2020 02.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh “Cavabdehı” ASC-nin ləğvetmə komissiyasına qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə “Cavabdehı” ASC-nin İddiaçı3, İddiaçı1 və İddiaçı2 qarşı “maddi, mənəvi ziyan və hüquqi xidmət xərcinin” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilmədən ona əlavə elilmiş sənədlərin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1464/2020 nömrəli qərardadından cavabdeh “Cavabdehı” ASC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.2019-cu il tarixli “Cavabdehı” ASC-nin Ləğvetmə balansının etibarsız sayılması, X5” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatların, yəni 2018-ci və 2019-cu illər üzrə Cavabdeh ASC-nin Maliyyə hesabatlarının, 2019-cu illər üzrə maliyyə-təftiş komissiyasının aktını, 2018-ci və 2019-cu illər üzrə müəssisənin “aktivlərin və öhdəliklərin inventarizasiya akt”-larının, “Cavabdehı” ASC-nin xx.xx.2019-cu il tarixli Protokolunun, “X5” ASC-nin qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əksetdirən hesabatının və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənədinin,X2 və X3 ilə bağlanmış “xxxx” ASC-nin əmlakının alğı-satqı müqaviləsinin və təhvil-təslim aktının,“X5” ASC-nin müstəqil qiymətləndirici şirkəti ilə bağlanmış müqaviləsinin,2018-ci və 2019-cu illər üzrə Cavabdeh ASC-nin Müşahidə Şurası tərəfindənkeçirilmiş iclasların protokollarının,X2 və X3 tərəfindən CavabdehASC-nin qiymətli kağızlarının alqı-satqısı müqaviləsinin təsdiqlənmiş surətlərinin onlara təqdim edilməsini Cavabdehna həvalə olunması qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə cavabdeh “Cavabdehı” ASC-nin nümayəndəsi (vəkili) Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, və iş vaxtının itirilməsinə görə 5000 (beş min) manat maddi ziyan, mənəvi ziyana görə də 5000 (beş min) manat və hüquqi xidmətə görə nümayəndə və vəkilə ödənilən 2000 (iki min) manat məbləğində hüquqi xidmət xərcinin ilkin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq “Cavabdehı” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxxxxx 2020-ci il tarixli, 2(075)- 1464/2020 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh “Cavabdehı” ASC-nin ləğvetmə komissiyasına qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dair iddia ərizəsi üzrə cavabdeh “Cavabdehı” ASC-nin cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 qarşı “maddi, mənəvi ziyan və hüquqi xidmət xərcinin” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilmədən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması, qarşılıqlı iddia verən cavabdeh “Cavabdehı” ASC-nin nümayəndəsi (vəkili) Vəkil həmin tələblə bağlı məhkəmədə ayrıca iddia qaldıra bilmək hüququ izah edilmişdir. Cavabdeh “Cavabdehı” ASC-nin nümayəndəsi və vəkili Vəkil qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1464/2020 nömrəli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməli və cavabdeh "Cavabdehı'' ASC-nin cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 qarşı “maddi, mənəvi ziyan və hüquqi xidmət xərci" tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi öz qərardadında qeyd edərək göstərmişdir ki. cavabdeh "Cavabdehı" ASC-nin nümayəndəsi (vəkili) X1 təqdim etdiyi qarşılıqlı iddia ərizəsindən məlum olur ki. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmiş, qarşılıqlı iddianın təmin ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır, həmçnin qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur, onlara birlikdə baxılması mübahisələr daha tez. və düzgün baxmaqla nəticələnməsinə dəlalət etmir. Bu əsasla məhkəmə belə qənaətə gəlir ki. cavabdeh "Cavabdehı" ASC-nin nümayəndəsi (vəkili) X1 qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq verilmədi) indən icraata qəbul edilə bilməz. Hesab edirəm ki. məhkəmə prosessual qanunvericiliyin tələblərini pozmuş, verdiyim qarşılıqlı iddianı geri qaytarmaqla "Cavabdehı" ASC-nin qanunla qorunan hüquqlarının müdafiəsinə maneə yaratmışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)- 1464/2020 nömrəli qərardadının ləğv edilməsini, cavabdeh «Cavabdehı» ASC-nin cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 qarşı “maddi, mənəvi ziyan və hüquqi xidmət xərci" tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1464/2020 nömrəli qərardadı ilə Şəki Rаyоn Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1464/2020 nömrəli qərаrdаdındаn cavabdeh “Cavabdehı” ASC-nin nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 və cavabdeh “Cavabdehı” ASC (nümayəndəsi) məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1464/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh “Cavabdehı” ASC-nin nümayəndəsi (vəkili) Vəkil təqdim etdiyi qarşılıqlı iddia ərizəsindən məlum olur ki, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmiş, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır, həmçinin qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur, onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməsinə dəlalət etmir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh “Cavabdehı” ASCnin nümayəndəsi (vəkili) Vəkil qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq verilmədiyindən icraata qəbul edilə bilməz. Odur ki, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, qarşılıqı iddia verən cavabdeh “Cavabdehı” ASC-nin nümayəndəsi (vəkili) Vəkil həmin tələblə məhkəmədə ayrıca iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 35.3-cü maddəsinə əsasən qarşılıqlı iddia, aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianınv erilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 156-cı madəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: - qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; - qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; - qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. - qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1464/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “Cavabdehı” ASC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1464/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar