Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2391/2020 19.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, cavabdehlər X3, Cavabdeh4 Namət oğlu, İddiaçı2 və Cavabdeh5 iştirakı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 Namət oğlu, İddiaçı2 və Cavabdeh5 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi dair ilk, Cavabdeh1 və İddiaçı2 cavabdeh İddiaçı1 qarşı kolxoz gəlirlərindən və görülən işlərin haqqı olaraq hər birinə 3000 manat pulun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 Namət oğlu, İddiaçı2 və Cavabdeh5 tərfindən İsmayıllı Rayon Məhkəməsinin hakiminə verilmiş olduğu etiraza Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində böhtan xarakterli məlumatlar yaymaqla, onun işgüzar nüfuzuna xələl gətirən Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 Namət oğlu, İddiaçı2 və Cavabdeh5 barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi, barəsində böhtan xarakterli məlumatlar yaymaqla, onun işgüzar nüfuzuna xələl gətirdiklərinə görə hər birindən maddi zərərə görə 5000 manat və mənəvi zərərə görə 50000 manat təzminat pulunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və İddiaçı2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hər birinə kolxoz gəlirlərindən və görülən işlərin haqqı olaraq 3000 manat pulun ödənilməsinə dair qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işin məhkəmə baxış iclasında Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 Namət oğlu, İddiaçı2 və Cavabdeh5 məhkəməyə etiraz ərizəsi təqdim edərək həmin mülki işə İsmayıllı Rayon Məhkəməsinin hakimi Rəfayel Şirinov tərəfindən baxılmasına etiraz etdiklərini bildirmiş, etiraz ərizəsinin qəbul edilməsini və mülki işin başqa rayon məhkəməsinə verilməsini xahiş etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı1 sədri olduğu “Nikitin” adına kolxozun əvvəl də məhkəmənin icraatında mülki işi olmuş və həmin mülki iş üzrə qəbul edilmiş qərardadın nəticəsində nümayəndəsi olduğu İsmayıllı rayon İvanovka kənd sakini hazırkı iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh4 maddi ziyan dəymişdir. Mülki iş üzrə qəbul edilmiş qərardad Şəki Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilməsinə baxmayaraq, məhkəmə tərəfindən qeyd edilən qərardad ləğv edilmədən mülki iş aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Bundan əlavə nümayəndəsi olduğu Cavabdeh4 “Nikitin” adına kolxozun sədrinin qanunsuz əməllərinə qarşı çıxdığı üçün yalan və böhtan şikayətlər əsasında inzibati həbs edilmişdir. Maraqlarını təmsil etdiyi şəxslərdən əldə etdiyi məlumatlara əsasən İsmayıllı Rayon Məhkəməsinin sədri X5 Rayon Məhkəməsinin sədri oldu vaxt “Nikitin” adına kolxozun qeyri rəsmi şəriki, hazırda kolxoz və kənd əhalisinin kütləvi şəkildə şikayət etdiyi Tahir Quliyev həmin rayonun Polis Şöbəsinin rəisi vəzifəsində işləmiş və İsmayıllı Rayon Məhkəməsinin sədri Rəfayel Şirinovla yaxın münasibətdə olmuşdur. Bundan əlavə “Nikitin” adına kolxozun və hüquqlarını təmsil etdiyi şəxslərin tərəf olduqları işlərə rayon rəhbərliyinin marağı vardır və onlar da məhkəməyə təzyiq göstərirlər. Ona görə də hesab edir ki, hazırkı iddia tələbinə İsmayıllı Rayon Məhkəməsinin hakimi Rəfayel Şirinov tərəfindən baxılması qanunauyğun deyildir. Qeyd olunan səbəblərdən hazırkı mülki işə İsmayıllı Rayon Məhkəməsinin hakimi Rəfayel Şirinov tərəfindən baxılmasına etiraz edir. Etiraz ərizəsinin qəbul edilməsini və mülki işlə birlikdə baxılması üçün başqa məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş edirlər. İsmayıllı Rayon Məhkəməsinin hakimi (xx xxxxxx 2020-ci il tarixli 2(037)-771/2020 nömrəli qərardad əsasında) icraatında olan 2(037)-771/2020 nömrəli mülki işlə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Yadıqin Borisin işə baxan hakimə etdiyi etiraz baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 Namət oğlu hakimə verilmiş etirazı müdafiə edərək bildirmişdir ki, neçə vaxtdır onların mübahisəsi davam edir. Hər dəfə də İsmayıllı Rayon Məhkəməsinin hakimi Rəfayel Şirinov onların əleyhinə qərar vermişdir. Hətta bir dəfə onu 10 gün müddətinə inzibati həbs də etmişdir. İsmayıllı Rayon Məhkəməsinin sədri X5 Rayon Məhkəməsinin sədri olduğu vaxt kolxozun qeyri rəsmi şəriki, hazırda kolxoz və kənd əhalisinin kütləvi şəkildə şikayət etdiyi Tahir Quliyevlə yaxın münasibətdə olmuşdur. Çünki T.Quliyev həmin rayonun Polis Şöbəsinin rəisi vəzifəsində işləmişdir. Bundan sonra da hakim R.Şirinov tərəfindən işə obyektiv baxılmasına inanmır. Odur ki, mülki işi baxılması üçün başqa rayon məhkəməsinə göndərilməsini kollegiyadan xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər cavabdehlər X3, İddiaçı2 və Cavabdeh5 da hakim R.Şirinov tərəfindən işə obyektiv baxılmasına inamlarının olmadığını bildirərək, sonda israrlı şəkildə mülki işi baxılması üçün başqa rayon məhkəməsinə göndərilməsini kollegiyadan xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. İddiaçı 050 *** ** ** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası etirazı cavabdeh tərəfin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, etiraz əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsində hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar göstərilmişdir. Mülki Prоsessuаl Məcəllənin 19.2.3-cü mаddəsinə görə, hаkim şəxsən, bilаvаsitə və yа dоlаyı yоllа işin nəticəsində mаrаqlıdırsа, yа dа оnun оbyektivliyinə və qərəzsizliyinə şübhə dоğurаn kifаyət qədər əsаs vаrsа, hаkim işə bаxılmаsındа iştirаk edə bilməz və оnа etirаz edilə bilər. Həmin Məcəllənin 22.5-ci mаddəsinə əsаsən, əgər etirаz birinci instаnsiyа məhkəməsində işə bаxаn məhkəmə sədrinə, yаxud təktərkibli məhkəmənin hаkiminə edilmişsə, bu hаldа etirаz bаxılmаq üçün аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilir. Həmin Məcəllənin 23.2-ci mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsinin bütün tərkibinə və yа təktərkibli məhkəmənin hаkiminə edilmiş etirаz və yа özü-özünə etirаz təmin edilmişsə, bu hаldа iş аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən bаşqа birinci instаnsiyа məhkəməsinə verilir. Mülki Prosessual Məcəlləsinin 182.2-ci maddəsinə əsasən etiraz əsaslı olmalı və yazılı formada verilməlidir. Etiraz etməyin səbəbləri prosesin hazırlıq mərhələsində deyil, müstəqil olaraq məhkəmə iclasında göstərilir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 2.2.-ci bəndinə əsasən hakimə (məhkəmə tərkibinə) etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Həmin Qərarın 5.3.-cü bəndinə əsasən bütün məhkəmə tərkibinə etiraz edildikdə, hər bir hakimə münasibətdə, etirazın əsasları konkret göstərilməlidir. Qeyd olunan Qərarın 5.4.-cü bəndinə əsasən etirazda konkret əsaslar olmadıqda, o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad (qərar) qəbul etməklə baxılmamış saxlanılır. Həmin Qərarın 6-cı bəndinin tələblərinə görə hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərhal sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Etirazın əsasları məhkəmə iclas protokolunda öz əksini tapmalıdır Həmin qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin yuxarıda sadalanan müddəaları, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə aktına inamı artırmaq üçün qərəzsizliyi önə çəkərək buna xüsusi əhəmiyyət vermiş, bu yolla qəbul ediləcək məhkəmə qərarının ədalətliliyinə təminatı nəzərdə tutmuşdur. Hazırki iş üzrə etirazın dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, ədalətli məhkəmə aktının qəbul edilməsi üçün heç bir şübhə mövcud olmamalıdır. İşin faktiki hallarından müəyyən edilir ki, hazırki iş üzrə tərəflər arasında ayrı-ayrı vaxtlarda İsmayıllı Rayon Məhkəməsinin icraatında müxtəlif kateqoriyalı işlər olmuş, lakin cavabdehlər həmin məhkəmə proseslərindən və qəbul edilmiş qərarlardan narazı qalmışlar. Düzdür, cavabdehlər bunu subyektiv səbəblə əlaqələndirsələr də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə və ciddi arqument gətirə bilməmişlər. Bunu yalnız öz mülahizələri əsasında əsaslandırmağa çalışmışlar. Məhkəmə kollegiyası qeyd edir ki, hakim onun qərəzsizliyinə əsaslı şübhə yarada biləcək hallar olduqda özünü icraatında olan işin baxılmasından kənarlaşdırmalıdır. Hakim qərəzsiz olmaqla yanaşı, məhkəmə icraatına hər hansı şəxs, o cümlədən də qohum, dost və tanışlar tərəfindən müdaxilə edilməsinə yol verməməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, ədalətli məhkəmə aktının qəbul edilməsinə nail olmaq üçün qərəzsiz məhkəmənin olması milli və beynəlxalq hüququn tələbi,eyni zamanda ədalət mühakiməsinin həyata keçirilməsinin əsas şərtidir. Ədalət mühakiməsinin bütün şübhələrdən kənar həyata keçirilməsi baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə hakimə edilmiş etiraz təmin olunmalıdır.Həm məsаfə, həm də iki hakimin olması bаxımındаn mülki iş bаxılmаsı üçün Qəbələ Rаyоn Məhkəməsinə göndərilməlidir Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsinə görə, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18-23, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 Namət oğlu, İddiaçı2 və Cavabdeh5 tərfindən İsmayıllı Rayon Məhkəməsinin hаkimi (sədri) X1 edilmiş etiraz təmin edilsin. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 Namət oğlu, İddiaçı2 və Cavabdeh5 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi dair ilk, Cavabdeh1 və İddiaçı2 cavabdeh İddiaçı1 qarşı kolxoz gəlirlərindən və görülən işlərin haqqı olaraq hər birinə 3000 manat pulun ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dаir mülki iş bаxılmаsı üçün Qəbələ Rаyоn Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2391/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2391/2020
19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver