Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-241/2021 27.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı və İddiaçı4, cavabdehlər Cavabdeh2 nümayəndəsi Nümayəndə və Cavabdeh3 nümayəndəsi X3 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X21, Cavabdeh2 və X6 qarşı “Qax rayonu Əmbərçay kəndi ərazisində yerləşən torpaq sahəsinə verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair” ilkin iddiaları, Cavabdeh3 İddiaçı1 qarşı “vurulmuş ziyan üzrə əmlakın hazırkı dəyərinin və dövlət rüsumu əvəzinin ödənilməsi tələbinə dair" və Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 qarşı “özünün vicdanlı əldə edən kimi tanınması tələbinə dair" qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Qax Rаyоn Məhkəməsinin (hаkim M.İ.Qarayev) xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)- 16/2020 nömrəli qətnaməsi ilə ilkin iddiа tələbi təmin еdilmiş, Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh2 adına aparılmış xx.xx.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğv edilməsi və iddiaçıların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması; Cavabdeh3 İddiaçı1 qarşı qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı1 əmlakın hazırkı dəyəri olan 1240 (bir min iki yüz qırx) manat pulun alınıb Cavabdeh3 verilməsi, İddiaçı1 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi; Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 qarşı “özünün vicdanlı əldə edən kimi tanınması tələbinə dair” qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri DX-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X21, Cavabdeh2 və X6 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və onların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması, eyni zamanda, Cavabdeh3 İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı1 əmlakın (2.47 ha torpaq sahəsinin) hazırkı dəyəri olan 25000 (iyirmi beş min) manat pulun alınıb ona verilməsi və İddiaçı1 30 (otuz) manat dövlət rüsumunun tutulması, habelə Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3, İddiaçı4 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ona məxsus olan, DƏDRX-nin 12 saylı X22 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 14383442 saylı Çıxarışa əsasən Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsini vicdanlı əldə etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 iddia ərizəsində göstərmişlər ki, X8 onlara qarşı iddia tələbi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Qax rayonu Əmbərçay kəndində yerləşən JN-0003, KOD ******* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2002-ci il tarixdə Əmbərçay bələdiyyəsində bağlanmış müqavilənin etibarlı hesab olunmasını xahiş etmişdir. Onun tələbinə baxılaraq Qax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(024)-358 nömrəli qərarı ilə tələb təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almamış onlar tərəfindən apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur. Müraciətlərinə baxılaraq yuxarı instansiya məhkəmələri tərəfindən Qax Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və Cavabdeh3 iddiası rədd edilmişdir (sonda işə Ali Məhkəmədə baxılaraq xx.xx.2018-ci il tarixli, 2(102)-7433/2018 nömrəli qərar qəbul edilmişdir). Bundan sonra torpaq sahəsinə baxış keçirmək istəyərkən məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Dərhal tərəflərindən ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə müraciət edilərək, Qax rayonu Əmbərçay kəndində yerləşən JN-0003, kod ******* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə xx.xx.2017-ci il tarixdən sonra verilmiş Çıxarışın ləğv edilməsi xahiş edilmişdir. Ərizələrinə sözügedən qurumda baxılaraq, xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(024)-358 nömrəli qərarı xx.xx.2017-ci il tarixdə qüvvəyə mindikdən sonra (halbuki, cavabdeh idarə qətnaməni icra məmurunun göstərişi əsasında deyil, vətəndaşın ona təqdim etdiyi icra vərəqəsi əsasında icra etmişdir) X5 adına rəsmiləşdirilmişdir. Məhkəmə mübahisələri getdiyi bir dövrdə X8 həmin torpaq sahəsini məhkəmə mübahisələrində onu etibarnamə ilə təmsil edən şəxsə formal olaraq satmış və həmin alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixli Çıxarış əldə etmişdir. Bundan başqa, cavabdehlər məhkəmə mübahisəsi zamanı da torpaq sahəsinin adlarına rəsmiləşdirilməsini gizlətmişlər. Bundan sonra Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi X1 adına qeydiyyata alınmış xx.xx.2017-ci il tarixli, A156579 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Cavabdeh2 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğvi, bu barədə məlumat bazasına zəruri düzəlişlərin edilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsininin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. X11-İqtisadi Məhkəməsində baxılaraq xx.xx.2019-cu il tarixli, 2-1(84)-544/2019 nömrəli qərarı ilə tələbi qismən təmin edilmiş və X5 adına qeydiyyata alınmış xx.xx.2017-ci il tarixli, A-156579 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur. İddianın qalan hissəsi, yəni Cavabdeh2 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğvi ümumi məhkəmələrin səlahiyyətinə aid olduğu üçün təmin edilməmiş və aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhz buna görə də Qax Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanlardan göründüyü kimi, X5 adına verilmiş Çıxarış qanunsuz olmuş və nəticədə məhkəmənin qərarı ilə ləğv edilmişdir. Belə olan halda X9 tərəfindən alqı-satqı ilə həmin torpaq sahəsinin Cavabdeh2 adına satılması da qanunsuz olmuşdur. Hesab edirlər ki, sonuncunun adına verilmiş xx.xx.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir. Cavabdeh2 ilə X8 arasında görünüş üçün alqı-satqı müqaviləsi bağlanmışdır. Halbuki, həmin müqavilə bağlanarkən artıq işə Ali Məhkəmədə baxılmış və X5 tələbi (kassasiya şikayəti) rədd edilmişdir. Yəni həmin şəxslər artıq mübahisəli torpaq sahəsinin X5 adına rəsmiləşdirilməsinə əsas olmuş məhkəmə qərarının ləğv edilməsindən xəbərdar idilər. X2 adına olan Çıxarış ləğv edildiyi üçün onun tərəfindən bağlanmış alqı-satqı müqaviləsi də etibarsız sayılmalı və Cavabdeh2 adına verilmiş Çıxarış ləğv edilməlidir. Bundan başqa, bu günə kimi pay torpağı olaraq onlara verilmiş torpaq sahəsindən istifadə etmələrinə və oraya daxil olmalarına Cavabdeh2 maneə yaradır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, onların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Qax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsindən istifadə etmələrinə onun tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Lakin o, sözügedən torpaq sahəsini Qax rayon Dövlət Notoriat Kontorunda xx.xx.2018-ci il tarixdə Cavabdeh3 25000 (iyirmi beş min) manat pul müqabilində satın almışdır. Bu barədə aralarında xx.xx.2018-ci il tarixdə Qax rayon Dövlət Notariat Kontorunda AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra ona DƏDRX-nin 12 saylı X22 tərəfindən xx.xx.2018-ci il tarixdə 14383442 saylı Çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinə isə torpaq sahəsini 5000 (beş min) manata aldığı qeyd edilmişdir. Belə ki, həmin müqaviləyə 5000 (beş min) manat yazılması dövlətə ödənilən verginin az tutulmasına görə olmuşdur. Lakin faktiki olaraq qeyd olunan torpaq sahəsini 25000 manata almışdır. 25000 (iyirmi beş min) manat pulu Cavabdeh3 ödədiyi isə onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən yazılmış xx.xx.2018-il tarixli qəbzlə təsdiq olunur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona məxsus olan DƏDRX-nin 12 saylı X22 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 14383442 saylı Çıxarışa əsasən Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsini vicdanlı əldə etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, İddiaçı1 xx.xx.2002-ci il tarixdə razılaşmaya əsasən özünə və ailə üzvlərinə məxsus olan JN-0003, kod ******* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə 2.47 ha pay torpaq sahəsini 2.000.000 (iki milyon) manat məbləğinə ona satmışdır. Bu fakt müvafiq məhkəmə qətnamələrində öz əksini tapmışdır. Həmin alqı-satqı müqaviləsi Əmbərçay bələdiyyəsində rəsmiləşdirilmişdir. Bu səbəbdən İddiaçı1 həmin torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktını ona vermişdir. Həmin tarixdən 2017-ci ilədək o, mübahisəli torpaq sahəsindən istifadə etməklə yanaşı, həm də ona qulluq etmişdir. Aldığı vaxtadək torpaq sahəsinə lazımı qaydada aqrotexniki qulluq edilmədiyinə görə yabanı kol-kos və ağaclar basmış və gəlir götürmək mümkün olmamışdır. Eyni zamanda, torpaq sahəsi əvvəllər çaylaq ərazisi olduğundan üst qatı çay daşları ilə tamamilə örtülmüşdür. Qeyd etdiyi kimi, baxımsızlıq nəticəsində torpaq sahəsi qeyri-münbit vəziyyətə düşmüşdür. O, həmin torpaq sahəsində olan yabanı ağacları və kolları təmizləmişdir. Bu işin isə hazırkı dəyəri 1500 (bir min beş yüz) manat təşkil edir. Bundan əlavə, torpaq sahəsinin daşını təmizləmişdir. Bu işin isə hazırkı qiyməti 2000 (iki min) manat təşkil edir. Eyni zamanda, sahəyə 40 lapet mineral gübrə (peyin) səpmişdir. Bu işin hazırkı dəyəri 1500 (bir min beş yüz) manat təşkil edir. Eyni zamanda, torpaq sahəsinin kənarlarının bağlanması üçün yabanı böyürtkən kolu əkmişdir. Bu işin də hazırkı dəyəri 1500 (bir min beş yüz) manat təşkil edir. İddiaçı1 2017-ci ilin əvvəllərində həmin torpaq sahəsini ondan geri tələb etmişdir. Bundan sonra məhkəməyə müraciət etməli olmuş və İddiaçı1lə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(024)-358 nömrəli qətnaməsinə əsasən tələbi təmin edilmişdir. Qətnamə qəbul edildiyi vaxtdan bir ay 3 gün sonra isə icra vərəqəsi verilmiş həmin icra vərəqəsi əsasında ona DƏDRX-nin 12 saylı X22 tərəfindən 2017-ci il tarixdə ********** saylı Çıxarış verilmişdir. İddiaçı1 həmin qətnamədən daha sonra apellyasiya şikayəti vermisdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(107)-1500/2017 nömrəli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-430/18 saylı qərarı ilə təmin edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-1465/2018 saylı qərarı ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilərək Qax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(024)-358 nömrəli qətnaməsi ləğv edilmişdir. Tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)-7433/2018 nömrəli qərarı ilə təmin edilməmişdir. DƏDRX-nin 12 saylı X22 tərəfindən onun adına verilmiş xx.xx.2017-ci tarixli ********** saylı X18-İqtisadi Məhkəməsinin qərarı ilə ləğv edilmiş və həmin qərar Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(102)-178/2020 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Lakin o, sözügedən torpaq sahəsini Qax rayon notoriat kontorunda xx.xx.2018-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi Nümayəndə vasitəsi ilə 25000 (iyirmi beş min) manata satmışdır. Alqı-satqı müqaviləsinə isə torpaq sahəsinin 5000 (beş min) manata satıldığı qeyd edilmişdir. Belə ki, müqaviləyə 5000 (beş min) manat yazılması dövlətə ödənilən verginin az tutulmasına görədir. Lakin faktiki olaraq qeyd olunan torpaq sahəsi 25000 (iyirmi beş min) manata satılmışdır. Göründüyü kimi, DƏDRX-nin 12 saylı X10 adına verdiyi xx.xx.2017-ci il tarixli ********** saylı Çıxarış alqı-satqı müqaviləsi əsasında məhkəmədən əvvəl ləğv edilmişdir. Ölkədə bir neçə dəfə devalvasiya olmuş və pul vahidi dəyişmiş, 2002-ci ildə pul qüvvədən düşmüşdür. Bu səbəbdən hesab edir ki, hazırkı dəyəri hesablanıb ədalətli şəkildə ödənilməlidir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən İddiaçı1 mübahisəli torpaq sahəsinin hazırkı dəyəri olan 25000 manat pulun alınıb ona verilməsi və 30 manat dövlət rüsumu əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh X8 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri DX-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X19 nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh X5 və DƏDRX-nin X19 nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 iddia ərizələrinə uyğun izahat verərək məhkəmədən Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, onların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, DƏDRX-nin 12 saylı X22 tərəfindən xx.xx.2018-ci il tarixdə onun adına verilmiş 14383442 saylı Çıxarışa əsasən Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsini vicdanlı əldə etməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X7 verdiyi qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, İddiaçı1 mübahisəli torpaq sahəsinin hazırkı dəyəri olan 25000 (iyirmi beş min) manat pulun və 30 (otuz) manat dövlət rüsumu əvəzinin alınıb ona verilməsi, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsindən nаrаzı qalan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh3 apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını düzgün müəyyən etməmiş, tərəflərin qarşılıqlı münasibətinə və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddia tələbi əmlakın (mübahisəli torpaq sahəsinin) hazırkı dəyərinin ödənilməsindən ibarətdir. Lakin məhkəmə əmlakın hazırkı dəyərinin 1240 manat olmasını müəyyən etmişdir. İş materiallarında olan məhkəmə- mühasibatlıq ekspertizasının rəyindən görünür ki, onun 2002-ci ildə İddiaçı1 verdiyi ******* (iki milyon) manat pul xx.xx.2019-cu il tarixədək istehlak qiyməti və indeksi faizləri nəzərə alınmaqla 1240 manat məbləğinə bərabər hesab edilmişdir. Məhkəmə 1240 manat pulu isə əmlakın hazırkı dəyəri kimi qiymətləndirmişdir. Faktiki olaraq iddia tələbindən kənara çıxılmaqla qətnamə qəbul edilmişdir. Hesab edir ki, məhkəmə torpağın hazırkı dəyərinin qiymətləndirilməsi barədə müvafiq ekspertiza təyin etməli, əmlaka qiymət qoyulmalı və əmlakın hazırkı dəyərinin ödənilməsi təmin edilməlidir. Buna görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Cavabdeh2 apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən prosesual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmiş və məhkəmə iclasında iş üçün əhəmiyyət kəsb edən hallar düzgün araşdırılaraq hüquqi qiymət verilməmişdir. Belə ki, o, sözügedən torpaq sahəsini Qax rayon notoriat kontorunda xx.xx.2018-ci il tarixdə Cavabdeh3 25 000 manat pul müqabilində satın almışdır. Bu barədə aralarında xx.xx.2018-ci il tarixdə Qax rayon Dövlət notariat kontorunda AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra ona DƏDRX-nin 12 saylı X22 tərəfindən xx.xx.2018-ci il tarixdə 14383442 saylı Çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinə isə torpaq sahəsini 5000 manata aldığı qeyd edilmişdir. Həmin müqaviləyə 5000 manat yazılması dövlətə ödənilən verginin az tutulmasına görədir. Lakin faktiki olaraq qeyd olunan torpaq sahəsini 25 000 manata almışdır. Cavabdeh3 25000 manat pul ödədiyi isə sonuncunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən yazılmış xx.xx.2018-ci il tarixli qəbzlə təsdiq olunur. Hesab edir ki verdiyi apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsinin ləğv edilərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddia tələblərinin isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X7 Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsinin ləğv edilərək ilk iddia tələblərinin təmin edilməməsi, qarşılıqlı iddia tələblərinin isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı və İddiaçı4 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməyərək Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı3, cavabdehlər Cavabdeh2, X8 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri DX-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X19 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən İddiaçı3, cavabdehlər Cavabdeh2, X5 və Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 12 saylı X19 nümayəndəsinin iştirakları olmadan apellyasiya şikayətləri üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Qax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(024)-358 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən cavabdeh İddiaçı1 ilə iddiaçı Cavabdeh3 arasında Qax rayonu Əmbərçay kəndində yerləşən JN 0003, KOD ******* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə 2.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2002-ci il tarixdə Əmbərçay Bələdiyyəsində bağlanmış müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(107)-1500/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən Qax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(024)-358 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-430/18 nömrəli qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(107)-1500/2017 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)-1465/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(024)-358 nömrəli qətnaməsi ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-7433/2018 nömrəli qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-1465/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1 (84)-544/2019 nömrəli qərarının surətindən görünür ki, cavabdeh DƏDRX-nin 12 saylı Ərazi idarəsinin üzərinə X5 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, A-156579 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğv edilməsi və bu barədə məlumat bazasına zəruri düzəlişlərin edilməsi öhdəliyi qoyulmuşdur. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(84)-544/2019 nömrəli qərardadının surətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X21 qarşı həmin idarədə Cavabdeh2 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğvi, bu barədə məlumat bazasına zəruri düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, habelə cavabdehin vəzifəli şəxsləri və üçüncü şəxslər X8 və Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılaraq aidiyyatı üzrə prokurorluğa göndərilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respubikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-176/2020 nömrəli qərarının surətindən görünür ki, üçüncü şəxs Cavabdeh3 kassasiya şikayəti təmin olunmamış və Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-544/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qərara alan Şəki Apellyasiya Məhkəməsini İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materilalarında olan Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən yazılaraq imzalanmış qəbzdən görünür ki, o, Cavabdeh3 2.47 ha torpaq sahəsini faktiki olaraq 25000 (iyirmi beş min) manata satdığını, lakin alqı-satqı zamanı dövlətə ödənilən verginin aşağı həddə hesablanması üçün alqı-satqı müqaviləsində 5000 (beş min) manat yazıldığını göstərmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən həmin tarixdə Cavabdeh3 ƏMDK yanında DƏDRX-nin 12 saylı X22 tərəfindən xx.xx.2017-ci il tarixdə ona verilmiş **********5 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus 2.457 ha torpaq sahəsini etibarnamə əsasında onu təmsil edən Nümayəndə vasitəsilə 5000 (beş min) manata Cavabdeh2 satmışdır. Həmçinin alqı-satqı zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568, 646 və 647-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edilmişdir. İş materiallarında olan və məhkəmə sorğusu əsasında Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin məhkəməyə təqdim etdiyi notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********65 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Qax rayonu Əmbərçay kəndində yerləşən 2.457 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X4 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri DX-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X21, Cavabdeh2 və X6 qarşı Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun əsasında Cavabdeh2 adına aparılmış xx.xx.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğvi və onların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması barədə iddia tələbi üzrə iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hacıbədəlli kənd İƏD üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 355 saylı arayışdan görünür ki, Laçın rayonu Ələkçi kəndindən məcburi köçkün olan Cavabdeh3 hazırda müvəqqəti olaraq Ağcabədi rayonu Hacıbədəlli kəndində yaşayır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 iddia ərizəsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X21, Cavabdeh2 və X6 qarşı “Qax rayonu Əmbərçay kəndi ərazisində yerləşən torpaq sahəsinə verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair” ilkin iddiaları təmin еdilərək, Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh2 adına aparılmış xx.xx.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğv edilməsi və iddiaçıların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması; Cavabdeh3 İddiaçı1 qarşı “vurulmuş ziyan üzrə əmlakın hazırkı dəyərinin və dövlət rüsumu əvəzinin ödənilməsi tələbinə dair" qarşılıqlı iddiası qismən təmin edilərək, İddiaçı1 ona mübahisəli torpaq sahəsinə görə 2002-ci ildə verilmiş pulun hazırkı dəyəri kimi 1240 (bir min iki yüz qırx) manat məbləğin alınıb Cavabdeh3 verilməsi, İddiaçı1 həmçinin 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi; Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 qarşı “özünün vicdanlı əldə edən kimi tanınması tələbinə dair" qarşılıqlı iddiasının isə rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və hesab edir ki, məhkəmə işin faktiki halları və işdə iştirak edən şəxslərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı1 ilə cavabdeh X8 arasında Qax rayonu Əmbərçay kəndində yerləşən JN-0003, KOD ******* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən iddiaçılara məxsus olan 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2002-ci il tarixdə Əmbərçay bələdiyyəsində müqavilə bağlanmış, həmin torpağa görə cavabdeh iddiaçıya o vaxtkı pulla 1.200.000 manat pul vermiş, iddiaçı da torpaq sahəsini cavabdehin sahibliyinə vermişdir. 2017-ci ildə tərəflər arasında həmin torpaq sahəsi ilə bağlı mübahisə yaranmış, cavabdeh iddiaçılardan torpaq sahəsi üzərində mülkiyyət hüququnun sənədləşdirilməsi üçün notariat orqanına getməyi tələb etmiş, iddiaçılar isə bundan imtina edərək torpaq sahəsinin geri qaytarılmasını tələb etmişlər. Cavabdeh onunla İddiaçı1 arasında 2,47 ha torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2002-ci il tarixdə Əmbərçay bələdiyyəsində bağlanmış müqavilənin etibarlı hesab olunması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Qax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(024)-358 nömrəli qətnaməsinə əsasən İddiaçı1 ilə Cavabdeh3 arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2002-ci il tarixdə Əmbərçay Bələdiyyəsində bağlanmış müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən 2.47 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə DƏDRX-nin 12 saylı Ərazi idarəsi tərəfindən A- 156579 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı ilə rəsmiləşdirilmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(024)-358 nömrəli qətnaməsi təkrar apellyasiya baxışı zamanı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)-1465/2018 nömrəli qətnaməsi ilə ləğv edilmiş, 2,47 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi barədə X5 iddiası rədd edilmişdir. xx.xx.2018-ci il tarixdə isə AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 ƏMDK yanında DƏDRX-nin 12 saylı X22 tərəfindən xx.xx.2017-ci il tarixdə ona verilmiş **********5 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 2.457 ha torpaq sahəsini etibarnamə əsasında onu təmsil edən Nümayəndə vasitəsilə sonuncunun atası Cavabdeh2 satmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-544/2019 nömrəli qərarına əsasən ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi idarəsinin üzərinə Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X5 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, A-156579 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğv edilməsi və bu barədə məlumat bazasına zəruri düzəlişlərin edilməsi öhdəliyi qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmişdir. Bu səbəbdən iddiaçılar hazırkı (ilkin) iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi, ilkin iddia tələbi ilə ləğv edilməsi tələb olunan alqı-satqı müqaviləsinin bağlanılması üçün əsas olmuş ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi idarəsinin X5 adına rəsmiləşdirdiyi xx.xx.2017-ci il tarixli, A-156579 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı ləğv edilmişdir. Həmin dövlət qeydiyyatı (və hüquq müəyyənedici sənəd olan Çıxarış) ləğv edildiyi üçün xx.xx.2018-ci il tarixdə Qax rayon Dövlət Notariat Kontorunda cavabdeh X8 ilə digər Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsi də ləğv edilməlidir. Eyni zamanda, Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış həmin müqavilə əsasında verildiyi üçün ləğv edilməlidir. Həmçinin iddiaçıların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Beləliklə, ilkin iddia tələblərinin təmin edilməsnin əsasları yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı ilə şərtlənir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə uyğun olaraq sözügedən məhkəmə qərarları ilə müəyyən olunmuş halların hazırkı mübahisədə yenidən araşdırılmasına və sübut olunmasına yol verilmir; həmin hallar artıq iş üzrə sübut olunmuş faktlar kimi qəbul edilir. Ona görə də birinci instansiya məhkəməsi ilkin iddia tələblərini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 qarşı “özünün vicdanlı əldə edən kimi tanınması tələbinə dair” qarşılıqlı iddiası əsassız və Cavabdeh2 vicdanlı alıcı olmasına dair mülahizələri qeyrisəmimidir. Belə ki, Cavabdeh2 torpaq sahəsini alarkən həmin torpaq sahəsinin mübahisəli olmasını bilməməsini və bunu bilməsinin mümkün olmamasını iddia etsə də, lakin işin faktiki halları onun bu cür iddiasının inandırıcı olmadığına dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə ...” xx xxxxxxx 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, «əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir». İş materiallarında olan Qax Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(024)- 358 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(102)-430/18 nömrəli qərarının surətlərindən görünür ki, həmin məhkəmə aktları qəbul edilərkən məhkəmə prosesində Cavabdeh3 etibarnamə əsasında Cavabdeh2 oğlu Nümayəndə təmsil etmişdir. Hazırkı işdə ilkin iddia tələbi üzrə mübahisələndirilən AN-1 seriyalı, ******* saylı alqı-satqı müqaviləsi isə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul olunduqdan sonra, yəni xx xxx 2018-ci il tarixdə bağlanmışdır. Bu müqavilədən həm də görünür ki, müqavilə tərəfi kimi satıcı qismində Cavabdeh3 Cavabdeh2 oğlu Nümayəndə təmsil etmişdir. Həmin müqavilədə alıcı tərəf isə Cavabdeh2dur. Hazırkı iş üzrə məhkəmə icraatında Cavabdeh2 etibarnamə əsasında oğlu Nümayəndə təmsil edərək onun vicdanlı alıcı olmasına dair iddia tələbini məhkəmədə müdafiə etmişdir. Qeyd edilən hallarla təsdiq olunur ki, Nümayəndə əvvəllər təmsil etdiyi Cavabdeh3 adından torpaq sahəsini atası Cavabdeh2 satarkən həmin torpaq sahəsinə üçüncü şəxslərin (hazırkı iş üzrə iddiaçıların) iddialarından, hətta Cavabdeh3 mübahisəli torpaq sahəsi üzərində hüququnu artıq itirdiyindən xəbərdar olmuşdur. Belə vəziyyətdə Nümayəndə mübahisəli torpaq sahəsinin öz atasına (Cavabdeh2) satılmasını və nəticədə sonuncunun maddi zərər çıkməsini rəva bilməzdi. Xüsusən də, hazırkı işdə Nümayəndə etibarnamə əsasında atası (cavabdeh) Cavabdeh2 təmsil və mənafeyini müdafiə etməsi həmin qənaətə gəlməyə əsas verir. Buradan aydın olduğu kimi, Cavabdeh2 da sözügedən torpaq sahəsinə üçüncü şəxslərin iddialarından və həmin torpaq sahəsinin mübahisəli olmasından məlumatsız olmamışdır. Əslində isə işin şərh edilən faktiki halları cavabdehlər arasında xx xxx 2018-ci il tarixdə bağlanmış AN-1 seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin formal xarakter daşıdığını, Cavabdeh2 mübahisəli torpaq sahəsini almadığını və həmin müqavilə üzrə nəinki 25000 manat, heç 5000 manat da ödəmədiyini, müqavilənin görünüş üçün bağlandığını, məqsədin torpaq sahəsini başqasının (Cavabdeh2) mülkiyyətinə keçirməklə yenə də Cavabdeh3 istifadəsində saxlanılması olmasını deməyə əsas verir... Qeyd olunanlara əsasən Cavabdeh2 mübahisəli torpaq sahəsini vicdanlı əldə edən sayıla bilməz. Cavabdeh3 İddiaçı1 qarşı ona dəymiş zərərin əvəzi olaraq 25000 (iyirmi beş min) manat pul tələbinə dair qarşılıqlı iddiası da əsassızdır. Belə ki, istinad edilən əvvəlki məhkəmə qərarlarına müvafiq olaraq İddiaçı1lə cavabdeh Ş.Hümmətov arasında 2,47 ha torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2002-ci il tarixdə Əmbərçay bələdiyyəsində bağlanmış müqavilə mülki qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından etibarsız əqd olmuşdur. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə isə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu normalara müvafiq olaraq cavabdeh Ş.Hümmətov mübahisəli torpaq sahəsini, İddiaçı1 isə həmin torpaq sahəsinə görə aldığı pulu geri qaytarmalıdır. İddiaçı1 2002-ci ildə mübahisəli torpaq sahəsinə görə cavabdeh Ş.Hümmətovdan aldığı ******* (iki milyon) manat pulun indiki vaxt üçün dəyərinin (ekvivalentinin) müəyyən edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert tərəfindən xx.xx.2020-ci il tarixli, 9/2435 saylı rəy verilmişdir. Həmin rəyə əsasən 2002-ci ildən 2019cu il tarixədək (sualda göstərilən tarixlər) Cavabdeh3 İddiaçı1 2002-ci ildə verdiyi ******* (iki milyon) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 189 saylı “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanı və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizləri nəzərə alınmaqla xx.xx.2019-ci il tarixə hesablanmış cari dəyəri 1240 (bir min iki yüz qırx) manat məbləğində təşkil etmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq cavabdeh Ş.Hümmətovun qarşılıqlı iddia tələbini həmin (1240 manat) məbləğdə təmin etmişdir. Məhkəmə kollegiyasının qənaətincə, torpağın alqı-satqı qiymətinin sonrakı artımı cavabdeh Ş.Hümmətova 2002-ci ildə ödəmiş olduğu pulu mübahisəli torpaq sahəsinin hazırkı dəyəri (qiyməti) ilə tələb etməyə əsas vermir. Ona görə ki, məhkəmə qərarında cavabdeh Ş.Hümmətovun mübahisəli torpaq sahəsini iddiaçılara satması deyil, geri qaytarması qət edilmişdir. Digər tərəfdən, cavabdeh Ş.Hümmətov mübahisəli torpaq sahəsindən təxminən 15 il ərzində istifadə etmiş və fayda götürmüşdür. Bu baxımdan Ş.Hümmətovun mübahisəli torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsindən 25.000 manat məbləğində maddi ziyan çəkməsi barədə iddiası əsassızdır. Odur ki, cavabdeh Ş.Hümmətova etibarsız əqd üzrə 2002-ci ildə vermiş olduğu ******* manat pul indiki ekvivalentlə qaytarılmalıdır və həmin pul indi 1240 (bir min iki yüz qırx) manata bərabərdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, məhkəmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməklə Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsinə dair X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğv edilməsi, iddiaçıların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması, Cavabdeh3 İddiaçı1 qarşı qarşılıqlı iddiasının qismən təmin edilməklə İddiaçı1 1240 (bir min iki yüz qırx) manat məbləğində pulun alınıb Cavabdeh3 verilməsi və qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, habelə Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 qarşı özünün vicdanlı əldə edən kimi tanınması tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyаsı hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-241/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-241/2021
27.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver