Məhkəmə qərarları › İş №2(107)-242/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-242/2025

08.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-242/2025 08.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(075)-394/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışla Şəki rayonu, İnçə kəndində 0.30 ha torpaq sahəsində yerləşən 68.6 kv.m yaşayış, 81.6 kv.m yardımçı, 150.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı (etibarnamə əsasında Cavabdeh2) ilə Cavabdeh4 arasında bağlanmış AN-İ № ******* saylı xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı Şəki rayonu, İnçə kəndində yerləşən, 68.6 kv.m yaşayış, 81.6 kv.m yardımçı, 150.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini və 654 kv.m torpaq sahəsini 15000 manata Cavabdeh4 satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışla Şəki rayonu, İnçə kəndində 0.0654 ha torpaq sahəsində yerləşən 150.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh4 adına qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 mart 2022-ci il tarixli, reyestrdə 4Ə-424 nömrə ilə qeyd edilmiş AN1039002 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticə kimi X1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış **********92-10301 reyest, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırmışdır ki, mərhum ərindən qalan və Şəki rayonu İnçə kəndində yerləşən, xx.xx.2012-ci il tarixdə adına sənədləşdirdiyi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Xəstə olmağı səbəbli mütəmadi olaraq müalicə olunur. Bir müddət əvvəl evdə olduğu zaman ona təqdim olunmuş Şəki Rayon Məhkəməsinin qətnaməsini oxuduqda ona məlum olmuşdur ki, Şəki Rayon Məhkəməsinin (İş № e-2(075)-1452/2023; xx.xx.2023-cü il) qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh4 mülkiyyətində olan Şəki rayonu İnçə kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçı Cavabdeh4 təhvil verilməsi qət edilmişdir. Bunun nə olması barədə soruşduqda məlum olmuşdur ki, guya o, evini Cavabdeh4 satmışdır. Belə ki, olanlarla bağlı Elşənlə əlaqə saxladıqda, oğlu Qafqazın ona borcu olması səbəbli evi oğlunun onun adına sənədləşdirdiyini, qalan borcunu tam ödəyib qurtarandan sonra evi qaytaracağını bildirmişdir. Alqı-satqı müqaviləsindən onun məlumatı olmamışdır və həmin müqavilə üzrə hər-hansı vəsait əldə etməmiş, o cümlədən onun iradəsinin ziddinə satılmış evin müqabilində hər-hansı bir vəsait ailəsinin ehtiyaclarına sərf edilməsi imkansızdır. Bütün olanlardan sonra, belə ki, xəstəliyindən istifadə edən oğlu Qafqaz və Elşənin əlbir olaraq onu aldadaraq mülkiyyətini əlindən almaq istəmələri ona məlum olan kimi, Şəki Rayon Məhkəməsinin (iş № e-2(075)- 1452/2023; xx.xx.2023-cü il) qətnaməsindən apellyasiya şikayəti verərək, hal-hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. İddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, həmin alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı oğlu Cavabdeh2 həmin prosesdə anası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1903 nömrəli etibarnamə əsasında çıxış etmişdir. Həmin etibarnamə iddiaçı tərəfindən oğluna verilərkən iddiaçı notariat kontoruna şəxsən özü gedərək etibarnaməni imzalamış və ona heç bir hədə-qorxu və ya təsir olmamışdır. Həmin etibarnamə ilə iddiaçı oğlu Qafqaza mülkiyyətində olan fərdi yaşayış evinin və digər daşınmaz əmlakların üzərində sərəncam vermək səlahiyyətini vermişdir. Sözügedən fərdi yaşayış evi və 0.30 ha torpaq sahəsinin 0.0654 ha hissəsi satılarkən tərtib edilmiş bölgü sxemindən də iddiaçının xəbəri olmuşdur. Hətta həmin daşınmaz əmlak satılarkən yetkinlik yaşına çatmış ailə üzvlərinin də (o cümlədən gəlininin) razılığı alınmışdır. Belə olan halda iddiaçının evin satılmasından, müqavilənin bağlanmasından necə məlumatı olmaya bilərdi? Göründüyü kimi iddiaçının istinad etdiyi hala dair (müqavilə bağlanarkən məlumatsız olması, aldadılması və s. barədə) iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 30 mart 2022-ci il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi Cavabdeh4la Cavabdeh2 arasında borc münasibəti ilə bağlı yaranmış münaqişədir. Belə ki, Cavabdeh4 tərəfindən prokurorluğa müraciət edilmiş, bunun nəticəsi olaraq Cavabdeh2 barəsində cinayət işi açılmış, borcun bir qismi cinayət təqibinin gedişində ödənilmiş, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi bağlandıqdan bir gün sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh4 tərəfindən Cavabdeh2 barəsində olan şikayət geri götürülmüş, xx.xx.2022-ci il tarixdə isə Cavabdeh2 barəsində aparılan cinayət təqibinə xitam verilmişdir.

6. Cavabdeh2 alqı-satqı müqaviləsi ilə bağlı ona ödənilmiş pulların məhz elə ASAN Xidmət mərkəzində Cavabdeh4 qaytarılması barədə dediklərinə münasibətdə Cavabdeh4 belə bir hal olmuş olsa belə bu Qafqazın ona ödəməli olduğu borc məbləğidir şəklində dedikləri məhkəmədə inam yaratmamışdır.

7. Hər nə qədər məhkəmə baxışı iclasında təqdim edilmiş olsa belə, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən təqdim edilmiş səs yazısında Cavabdeh4 Qafqazın ona hazırda 15.000 borcunun olması barədə dedikləri məhkəmədə daxili inamın formalaşdırılmasında rol oynamışdır.

8. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 30 mart 2022-ci il tarixli, reyestrdə 4Ə-424 nömrə ilə qeyd edilmiş AN1039002 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin Mülki Məcəllənin 337.3, 337.4, 351.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, 30 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsi özüözlüyündə əhəmiyyətsiz əqd olduğuna görə hüquqi nəticələrə səbəb ola bilməz. Ona görə də, həmin müqavilə əsasında Cavabdeh4 adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir.

9. Şəki Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(075)-394/2024 nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) iddia təmin olunmuş, 30 mart 2022-ci il tarixli, reyestrdə 4Ə-424 nömrə ilə qeyd edilmiş AN1039002 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticə kimi X1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış **********92-10301 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 340, 351, 389 və 404-cü maddələrinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarış İddiaçı (etibarnamə əsasında Cavabdeh2) ilə Cavabdeh4 arasında imzalanmış AN-İ № ******* saylı xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixli qəbz xx.xx.2022-ci il tarixli qəbz xx.xx.2022-ci il tarixli qəbz Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)-1452/2023 saylı qətnaməsi xx.xx.2022-ci il tarixli Cinayət təqibinə xitam verilməsi barədə qərar

12. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh4 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, borclu Cavabdeh2 anası, İddiaçı razılığı ilə borcunu qaytarmaq üçün sonuncunun adına olan evi ona deyil, başqasına da olsa satıb onun borcunu qaytarmalı idi. Lakin o, anasının iddiaçının razılığı ilə etibarnamə əsasında anasına məxsus evi ona satmış, alıcı kimi o, evin dəyərini ödəmişdir. Bundan sonra, əldə edilmiş pulla onlar onun borcunu ödəyiblər. Göründüyü kimi, iddiaçının niyyəti mülkiyyətində olan evin satılaraq oğlu, cavabdeh Qafqazın borcunun ödənilməsi olmuşdur ki, bunu da o, etmişdir. İddiaçı ilə razılaşmaya əsasən həmin ev üçüncü bir şəxsə satılmış olsaydı belə, əldə edilmiş pul məbləği ilə ona olan borc ödənilməli idi. Göründüyü kimi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.

14. İddiaçının vəkili qanunu pozmaqla onun səsini gizli yazmış, səs yazısını məhkəməyə təqdim etmiş, məhkəmə isə qanunsuz yolla əldə edilmiş səs yazısını sübut kimi qəbul etmişdir. Məhkəmə tərəfindən səs yazısı diqqətlə dinlənilsəydi, iddiaçının vəkili ilə Cavabdeh2 danışıqları, onların sövdələşmələri, əlbir olaraq hüquqdan sui-istifadə etməklə əsassız iddia qaldırmaqları üzə çıxardı, müəyyən olunardı. Göründüyü kimi, nədənsə məhkəmə iddiaçının vəkili tərəfindən təqdim edilmiş, qanunsuz yolla əldə edilmiş səs yazısını sübut kimi qəbul etmiş, bu azmış kimi həmin səs yazısından iddiaçının xeyrinə istifadə edərək qanunsuz qətnamə çıxarmışdır.

15. Məhkəməyə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək protokolla tanış olmaq üçün şərait yaradılmasını xahiş etsə də, heç bir nəticə əldə olunmamışdır. Məhkəmə aktının surəti ona qanunvericiliyə uyğun müddətdə çatdırılmamışdır. Dəfələrlə məhkəmədən qətnamənin “Elektron məhkəmə” sisteminə yerləşdirilməsini xahiş etsə də, heç bir nəticəsi olmamış, hələ qətnamənin hazır olmadığı bildirilmişdir. Yalnız dəfələrlə müraciətlər etdikdən sonra xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsi poçt vasitəsilə ona çatdırılmışdır.

16. Ona görə də, Şəki Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(075)- 394/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(075)-394/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında Cavabdeh4 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.

20. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(075)-394/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

22. Qərarlar: Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Qərarı

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 227.2-ci maddəsinə görə qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 iş günü müddətinədək başa çatdırılmalıdır. 27.4-cü maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 387.1-ci mаddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

25. Cavabdeh Şəki Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(075)-394/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətin bu qətnamənin 13-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni bu qətnamənin 5-8ci bəndlərində göstərilən şəkildə əsaslandırmışdır ki, məhkəmə kollegiyasi həmin dəyərləndirmə ilə razılaşır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarında göstərilmişdir ki, hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında, o cümlədən B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarda vurğulamışdır ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlarında yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Hazırki iş üzrə birinci instasniya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflərin izahatlarından mübahisəsiz müəyyən olunur ki, 30 mart 2022-ci il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi Cavabdeh4la Cavabdeh2 arasında borc münasibəti ilə bağlı yaranmış münaqişədir. Belə ki, Cavabdeh4 tərəfindən prokurorluğa müraciət edilmiş, bunun nəticəsi olaraq Cavabdeh2 barəsində cinayət işi açılmış, borcun bir qismi cinayət təqibinin gedişində ödənilmiş, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi bağlandıqdan bir gün sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh4 tərəfindən Cavabdeh2 barəsində olan şikayət geri götürülmüş, xx.xx.2022-ci il tarixdə isə Cavabdeh2 barəsində aparılan cinayət təqibinə xitam verilmişdir. Göründüyü kimi, sözügedən alqı-satqı müqaviləsi məhz Cavabdeh2 Cavabdeh4 olan borcunun pərdələnməsi məqsədilə bağlanmışdır və etibarsızdır.

28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətin bu qətnamənin 14-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyator iddiaçının sübut kimi təqdim etdiyi səs yazıları ilə bağlı iddia edir ki, həmin çəkilişlər qanunun tələblərini pozmaqla və gizli yolla əldə edildiyindən, iş üzrə sübut kimi qəbul edilə bilməz. Kollegiya vurğulayır ki, gizli yolla əldə edilmiş səs və ya video yazısından sübut kimi istifadənin yolverilməzliyi, əslində şəxsi həyatın gizliliyini qorumaq ehtiyacından irəli gələn bir qaydadır. Bu qayda, əsas etibarı ilə şəxsi həyata müdaxilə edilməklə, sirr təşkil edən məlumatların başqaları tərəfindən qanunsuz şəkildə ələ keçirilməsinin və istifadəsinin qarşısının alınmasına xidmət edir. Bununla belə, qeydə alınan məlumatlar, səsi və görüntüsü yazılan tərəfin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu danışığı qeydə alan biri ilə mübahisəli münasibətləri barədə ifadə etdiyi fikirlərdirsə, həmin bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması özü-özlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki, bu halda şəxs başqasını gizli şəkildə dinləmiş və ya onun sirr xarakterli danışıqlarını yazmaqla şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. Bu zaman səsi və görüntünü yazıya alan, məhz özü ilə əlaqəli olan bir hadisədə qarşı tərəfin şifahi şəkildə ona ifadə etdiklərini fiksə etmiş olur. Bu cür danışığın (yaxud hadisənin) bir tərəfi də elə yazını aparan şəxs olduğu üçün o, həm də mübahisəli məsələ ilə bağlı öz şəxsi həyatına dair bir məqamı qeydə almış sayılır. Bu baxımdan şəxsin iştirak etdiyi söhbəti (və ya hadisəni) mübahisə halında sübuta yetirə bilməsi üçün yazması və bu yazıdan məqsədi xaricində deyil, məqsədinə uyğun bir şəkildə istifadə etməsi (məsələn, qarşı tərəf təklikdə ifadə etdiklərini sonradan təkzib etdikdə yazını məhkəməyə təqdim etməsi), sözügedən qeydlərin qanunsuz sübut sayılmasını istisna edir. Beləliklə, başqa şəxs(lər)lə olan danışıq və görüntülərin deyil, tərəflərin özləri arasında, özü də mübahisəli hüquqi münasibətlə bağlı söhbətin yazısının həmin mübahisənin həllində istifadə olunması MPM-nin 76.3-cü maddəsindəki qadağanın məqsədi xaricindədir. Bu şərtlər çərçivəsində səs yazılarının sübut kimi qəbul olunmaması, əsas hədəfi insan hüquq və azadlıqlarının qorunması olan bir qaydadan məqsədinə zidd, yəni insan hüquqlarının pozulması ilə nəticələnəcək şəkildə istifadə edilməsi anlamına gəlir. Belə ki, bəzi hallarda qarşı tərəfin əməlini gələcəkdə danması ehtimalına qarşı şəxsin yeganə sübutetmə vasitəsi olan səs və ya video yazısından istifadə edə bilməməsi həqiqətin nəzərə alınmamasına səbəb olur. Halbuki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir (Azərbaycan Respublikasının Konstitusiyası, maddə 125, hissə Vİİ). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. Kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir.Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Ona görə də, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

29. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırki iş üzrə İddiaçı Cavabdeh4 qarşısında heç bir öhdəliyi yoxdur. Onun evi təmsilçisi olan Cavabdeh2 tərəfindən cavabdehə borclu olduğu pulu pərdələmək üçün alqı-satqı edilməklə verilmişdir. İddiaçı əqd üzrə cavabdehdən aldığı heç bir şey olmadığından qaytarma öhdəliyi də yoxdur. Cavabdeh4 tələbləri olduğu halda digər Cavabdeh2 qarşı irəli sürə bilər.

30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 15-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş materialları nəzərdən keçirilərkən apellyatorun qeyd etdiklərinin həqiqət olduğu öz təsdiqini tapmışdır. Lakin, həmin hallar qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh4 8 iyul 2024-cü ildə məhkəməyə elektron ərizə göndərməklə iş materialları ilə tanış olmasına şərait yaradılmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən həmin ərizəyə heç bir reaksiya verilməsi görünmür. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 47-ci maddəsinin tələbindən görünür ki, iş üzrə tərəflərin, digər hüquqlarla birlikdə, işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq hüquqları vardır. Bundan başqa, 24 may 2024-cü ildə qəbul edilmiş məhkəmə qətnaməsi 57 gün sonra – 21 iyul 2024-cü ildə tərəflərin, o cümlədən Cavabdeh4 elektron kabinetinə yerləşdirilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 227-ci maddəsinin tələbindən görünür ki, qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 iş günü müddətinədək başa çatdırılmalı, tərtib edildikdən sonra hakimin elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməlidir. Bununla bərabər kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 387-ci maddəsinin tələbindən görünür ki, prosessual hüquq normalarının pozulması qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Hazırki halda, göstərilən prosessual pozuntular düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmadığından həmin əsaslara görə qətnamə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir.

30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(075)-394/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(075)-394/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar