Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-250/2023 07.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair (Açar sözlər: Pul tələbi, əsassız varlanma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(046)-1190/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birlikdə 2021-ci ildə müxtəlif şəxslərin evlərində təmir işləri apardıqlarını, təmir işləri danışılan şəxslərlə danışıqların cavabdeh tərəfindən aparıldığını, lakin cavabdehin həmin tikinti işlərindən ona 2230 manat borcunun yarandığını, həmin məbləğin ödənilməsini tələb etdiyini göstərmişdir. Cavabdeh tərəfindən isə İddiaçı qarşısında heç bir borc öhdəliyinin olmaması əsas gətirilərək iddia tələbi qəbul edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2230 manat pulun və 42.50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2021-ci ilin may ayında Cavabdeh ona birlikdə Bakı şəhərində ev təmiri işləri ilə məşğul olmağı təklif etmiş, o, bununla razılaşmışdır. Onlar ilk öncə Xırdalan şəhərində Murad adlı şəxsin evində, eyni zamanda Binəqədi ərazisində Ramiz adlı şəxsin evində, sonradan adını bilmədiyi polis nəfərinin evində, Sumqayıt şəhərində əmisi oğlu Əkbər adlı şəxsin evində və nəhayət sonda Vüsalə adlı xanımın evində təmir işləri aparmışlar. Adlarını sadaladığı şəxsləri heç vaxt tanımamış, təmir işləri apardığı evlərin sahibləri ilə Hikmət tanış olmuş və təmir üçün haqq ödənilməsi barədə danışıqları da Hikmət aparmışdır. Təmir işləri danışılan şəxslərlə pul haqq-hesabını da Hikmət özü aparmış, lakin onun alınan məbləğlərdən məlumatı olmamış, sadəcə olaraq ona pul verərkən şifahi şəkildə görəcəkləri işləri neçəyə danışdığını və nə qədər pul aldığını ona bildirmişdir. Həmin təmir işlərini birlikdə həyata keçirmələrinə baxmayaraq görülmüş işlərdən bu günə qədər də Cavabdeh ona borclu olduğu zəhmət haqqı olan məbləğlər olmuşdur. Murad adlı şəxsin mənzilinin təmirindən ona 175 manat, adını bilmədiyi polis əməkdaşının mənzilində apardıqları təmir işlərindən 150 manat, Ramiz adlı şəxsin evində apardıqları təmir işindən 255 manat, Sumqayıt şəhərində əmisi oğlu Əkbərin evində apardıqları işlərdən 1000 manat və sonuncu birgə işlədikləri Vüsalə adlı xanımın evində apardıqları təmir işlərindən 650 manat olmaqla Hikmətin ona ümumilikdə 2230 manat zəhmət haqqı borcu vardır. Dəfələrlə həmin pulun verilməsi üçün Cavabdeh ilə üzbəüz və ya telefon söhbətləri olmuşdur. Hər dəfəsində də cavabdeh ona verməli olduğu məbləği verməmək üçün müxtəlif bəhanələr uyduraraq puldan boyun qaçırtmışdır. Sonuncu dəfə cavabdehin ünvanına 06 mart 2022-ci il tarixdə rəsmi qaydada məktub göndərmiş və bu məsələnin məhkəmədən kənar həll edilməsini təklif edərək birgə işlədikləri işlərdən ona borclu olduğu ümumilikdə 2230 manat məbləğində zəhmət haqqı borcunun könüllü olaraq verilməsi üçün ona 5 (beş) gün vaxt vermiş, bu müddət ərzində ona verilməli olan məbləği tam şəkildə verməyəcəyi təqdirdə həmin pulun ondan məcburi qaydada alınması üçün aidiyyəti məhkəməyə müraciət edəcəyini bidirmişdir. Lakin göründüyü kimi həmin məktubun cavabdehin ailə üzvü olan atası tərəfdən rəsmi qaydada alınmasına,həmin məktubdan sonra cavabdehin onunla bir neçə dəfə mobil telefon vasitəsi ilə əlaqə saxlamasına baxmayaraq bu günə qədər cavabdeh tərəfindən heç bir pul ödənilməmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, müxtəlif mənzillərdə və evlərdə apardıqları təmir işləri zamanı Cavabdeh ilə şərik işləmişlər. Şərik kimi işlədikləri evlərin zəhmət haqqından Cavabdeh ona borclu qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 2021-ci ilin may ayında İddiaçı ilə birlikdə Bakı şəhər Yasamal rayonunda Vüsalə adlı xanımın evində təmir işlərinin həyata keçirilməsi barədə razılığa gəlmişlər. Təmirlə bağlı siyahı tutmuş, görülməli işlərin qiymətini danışmışlar. Bəxtiyarla bu işi şərikli görməyə başlamışlar. İşə başlamazdan əvvəl, Vüsalə xanıma, Sumqayıt şəhərində başqa işlərinin olduğunu bildirmişlər. İşin axırında Vüsalə xanım onlara çatası 2600 manat pulu verməmiş, onları şərləyərək polis şöbəsinə müraciət etmişdir. Sumqayıt şəhərində işlədikləri obyektin santexnik işlərinin görülməsini 5.000 manata danışmışlar, lakin Vüsalə xanım onları aldatdığı üçün Bəxtiyar onu tək qoyaraq Göyçay şəhərinə qayıtmışdır. Bəxtiyarla birlikdə şərik kimi işlədikləri evlərdən və obyektlərdən aldıqları pulun yarısını Bəxtiyara vermişdir. Bəxtiyara borcu qalmamışdır. Buna görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X6 göstərmişdir ki, 2021-ci ilin iyun ayında özünə məxsus Bakı şəhəri Yasamal rayonunda yerləşən mənzilin təmir edilməsi məqsədi ilə Cavabdeh ilə razılaşmışdır. Bundan sonra Hikmət mənzilin təmiri üçün lazım olan materialları almaq üçün ondan pul almış, onu aldadaraq ucuz qiymətə aldığı materialları baha satmaq istəmişdir. Buna görə də Cavabdeh barəsində Bakı şəhər Yasamal rayon Polis İdarəsinə müraciət etmişdir. İddiaçı ona məxsus evdə təmir işləri aparmışdır, lakin Hikmətin Bəxtiyara nə qədər zəhməthaqqı ödədiyi və nə qədər borclu qaldığı barədə məlumatı yoxdur. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 10 noyabr 2022-ci il tarixli, 2(046)- 1190/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə şərikli şəkildə müxtəlif vaxtlarda vətəndaşların mənzillərində təmir işlərinin aparılması və əldə edilmiş zəhməthaqqını buna uyğun bölünməsi barədə razılığa gəlmişlər. İddiaçı qeyd edilən mənzillərin təmirindən əldə edilmiş zəhmət haqqından Cavabdeh ona 2230 manat borclu qaldığını iddia edir. Cavabdeh X4 məxsus mənzildə təmir işlərinin aparılması ilə bağlı Vüsalənin ödədiyi pulun 650 manatını tələb edir, halbuki, Vüsalənin mənzilin təmirinə görə zəhmət haqqını ona ödəməmiş və onları şərləyərək polisə vermişdir. Digər şəxslərin mənzillərinin təmiri ilə bağlı İddiaçı ödənilməli olan zəhmət haqqını ona ödədiyini bildirir. Məhkəmə baxışı zamanı işin faktiki hallarından və şahid ifadəsindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh müxtəlif vaxtlarda mənzillərin təmiri ilə məşğul olmuş, təmirdən əldə ediləcək zəhmət haqqının bölünməsi barədə razılıq əldə etmişlər. İddiaçı müxtəlif vaxtlarda təmirində iştirak etmiş mənzillərə görə Cavabdeh tərəfindən alınmış zəhmət haqqının 2230 manatını cavabdehdən tələb edir, lakin cavabdehin ona bu məbləğdə borclu qaldığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmir. Buna görə də hesab edir ki, İddiaçı Cavabdeh mənzilin təmiri ilə əlaqədar ondan pul tələbi tam əsassızdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə, İnsan Haqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 80, 81 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehi hərbi xidmət dövründən tanımış, birlikdə eyni hərbi hissədə olmuşlar, lakin 2021-ci ilə qədər aralarında heç bir iş birliyi olmamışdır. Təxminən 2021-ci ilin may ayında Cavabdeh ona birlikdə Bakı şəhərində ev təmiri işləri ilə məşğul olmağı təklif etmiş, o da buna razılaşmışdır. İlk öncə onlar Xırdalan şəhərində Murad adlı bir şəxsin evində, eyni zamanda Binəqədi ərazisində Ramiz adlı şəxsin evində, sonradan adını bilmədiyi bir polis nəfərinin evində, Sumqayıt şəhərində əmisi oğlu Əkbər adlı şəxsin evində və nəhayət sonda Vüsalə adlı bir xanımın evində təmir işləri aparmışlar. Cavabdeh Murad adlı şəxsin mənzilinin təmirindən 175 manat, adını bilmədiyi Polis əməkdaşının mənzilində apardığı təmir işlərindən 150 manat, Ramiz adlı şəxsin evində apardığı təmir işindən 255 manat, Sumqayıt şəhərində əmisi oğlu Əkbərin evində apardıqları işlərdən 1000 manat və sonuncu birgə işləri olan Vüsalə adlı xanımın evində apardığı təmir işlərindən də 650 manat olmaqla ona ümumilkdə 2230 manat zəhmət haqqı borcu vardır. Adlarını sadaladığı şəxsləri o heç vaxt tanımamış, təmir işləri apardığı evlərin sahibləri ilə Hikmət tanış olmuş, təmir üçün danışıqları da Hikmət aparmış, o, təmir işinin neçəyə danışıldığını bilmişdir. Təmir işləri danışılan şəxslərlə pul haq-hesabını da Hikmət özü aparmış, lakin onun alınan məbləğlərdən məlumatı olmamış, Hikmət ona pul verərkən şifahi şəkildə görəcəyi işləri neçəyə danışdığını və nə qədər pul aldığını demişdir. Göyçay rayon Məhkəməsinin 2(046)-1190/2022 nömrəli,xx.xx.2022-ci il tarixli qətnaməsində iş üzrə Cavabdeh izahatından görünür ki, o, onunla birgə işlədikləri bəzi obyektlərdən aldığı pulun yarısını ona verdiyini bildirsə də ona borcu qaldığını etiraf edir. Düzdür həmin borc məbləğinin nə qədər olduğunu bildirməsə də borclu olduğunu etiraf etmişdir. Lakin Hakim qətnamə çıxararkən bunu da olsa nəzərə almamış, iddianın tam şəkildə təmin edilməməsinə qərar vermişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş X6 tərəfindən verilmiş izahat tam olaraq qətnaməyə yazılmamış, onun dedikləri tam təhrif edilərək yazılmışdır. Belə ki, X6 Cavabdeh doğrudan da fırıldaqçı olduğunu, hətta onun evində təmir işləri apararkən onu belə aldatmasını qeyd etmiş, lakin onların arasında hər hansı məbləğdə borcun qalmasını bilmədiyini göstərmişdir. X1 izahatında Cavabdeh onun evinin təmiri üçün aldığı materialları ona daha baha qiymətə satdığını və buna görə Polisə müraciət etdiyini də bildirmişdir. X6 evinin təmiri üçün bütün pulu Cavabdeh verdiyini bildirsə də, bu onun qətnamədəki izahatında öz əksini tapmamış, çıxarılmış qətnamədə bu qətiyyən nəzərə alınmayaraq Cavabdeh verdiyi izahatdakı dedikləri önə çəkilmişdir. Belə ki, Cavabdeh verdiyi izahatında guya X3 evində aparılan təmir işləri üçün pul almadığını, Vüsalənin onu aldadaraq polisə verdiyini bildirmişdir. Baxmayaraq ki, hakim qətnamə çıxararkən onun iddia tələbi üzrə heç bir sübutunun olmadığı qənaətinə gəlmişdir. Lakin Cavabdeh da X2 pul almadığını sübut edəcək hər hansı bir dəlilinin olmadığını nəzərə almamışdır. Baxmayaraq ki, şahid X6 öz izahatında evinin təmiri üçün Cavabdeh ilə razılaşdırılmış məbləğin böyük hissəsini ona verdiyini bildirmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün kifayət qədər əsas olduğu halda iddianın təmin edilməməsi barədə qərar vermişdir. Birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir Qeyd edilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(046)-1190/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-ci maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(046)-1190/2022 nömrəli qətnaməsinin ləğv edilərək, özü tərəfindən verilmiş iddianın təmin olunmasına dair yeni qətnamənin çıxarılmasını xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiаçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair məhkəmənin gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad etmişdir ki, bunula da, maddi hüquq normalarının tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitlərinin də mülkiyyət hesab olunması nəzərə alınaraq həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçinin özgənin qanunsuz sahibliyindən öz əmlakını tələb etmək hüququna malik olmasına əsaslansa da Azərbaycan Respublikası Mülki Məcəlləsinin xüsusi hissəsində tərəflər arasındakı münasibətləri düzünə nizama salan normaların olmasını diqqətə almamışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir: Cavabdeh təxminən 2021-ci ilin may ayında İddiaçı Bakı şəhərində birlikdə ev təmiri işləri ilə məşğul olmağı təklif etmiş, iddiaçı da buna razılaşmış, onlar Xırdalan şəhərində, Binəqədi rayonu və Sumqayıt şəhəri ərazisində Murad, Ramiz, Əkbər, Vüsalə adlı şəxslərin və adını bilmədiyi polis əməkdaşının evində təmir işləri aparmışlar. İddiaçı adlarını sadaladığı şəxsləri tanımadığını, təmir işləri apardığı evlərin sahibləri ilə Hikmətin tanış olduğunu, təmir üçün danışıqları da Hikmətin apardığını, onun təmir işinin neçəyə danışıldığını bildiyini, təmir işləri danışılan şəxslərlə pul haq-hesabını da Hikmətin özünün apardığını, lakin onun alınan məbləğlərdən məlumatının olmadığını, Hikmətin ona pul verərkən şifahi şəkildə görəcəyi işləri neçəyə danışdığını və nə qədər pul aldığını dediyini, təmir işlərini birlikdə həyata keçirmələrinə baxmayaraq görülmüş işlərdən Murad adlı şəxsin mənzilinin təmirindən 175 manat, adını bilmədiyi Polis əməkdaşının mənzilində apardığı təmir işlərindən 150 manat, Ramiz adlı şəxsin evində apardığı təmir işindən 255 manat, Sumqayıt şəhərində əmisi oğlu Əkbərin evində apardıqları işlərdən 1000 manat və sonuncu birgə işləri olan Vüsalə adlı xanımın evində apardığı təmir işlərindən də 650 manat olmaqla ona ümumilkdə 2230 manat zəhmət haqqı borcunun Cavabdeh tərəfindən ödənilmədiyini əsas gətirərək həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh isə iddiaçı ilə birlikdə işlədiyi evlərdən və obyektlərdən aldıqları pulun yarısını iddiaçıya verdiyini göstərmiş və iddia tələbini qəbul etməmişdir. İddiaçı apellyasiya şikayətində cavabdehin izahatında onun onunla birlikdə işlədikləri bəzi obyektlərdən aldığı pulun yarısını ona verdiyini bildirməklə ona olan borcunu etiraf etdiyini, lakin məhkəmənin qətnamə çıxararkən bunu nəzərə almadığını göstərsə də cavabdehin izahatından onun tərəfindən ümumilikdə iddia tələbinin qəbul edilməməsi, iddianın rədd edilməsinin xahiş edilməsi nəzərə alındıqda, cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatının protokolda və qətnamədə əksini tapmış variantındakı “Bəxtiyara borcu qalmışdır” cümləsinin “Bəxtiyara borcu qalmamışdır” əvəzinə texniki yanlışlıqla yazılması qənaətini formalaşdırır. Həmçinin iddiaçı apellyasiya şikayətində şahid Vüsalə Rüstəmovanın ifadəsinin qətnaməyə təhrif edilməklə və natamam şəkildə yazıldığını göstərməsinə baxmayaraq, iş materialı ilə İddiaçı birinci instansiya məhkəməsində işə baxılmasının nəticəsi üzrə protokola hər hansı bir qeyd verməsi halı müəyyən edilməmişdir. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin təmir etdikləri ev sahibləri ilə aralarında olan münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat müqavilələrinə dair münasibətləri tənzimləyən normaları ilə uyğunluq təşkil etsələr də mübahisə həmin işi icra edən hazırkı iş üzrə mübahisə tərəfləri arasında pulun ödənilməməsi ilə bağlı yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında bununla bağlı hər hansı bir yazılı müqavilə bağlanmadığından hazırkı halda müqavilədən kənar yaranmış pul öhdəliyinin həlli üçün Mülki Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş əsassız varlanma ilə bağlı münasibətləri nizama salan normalarına istinad edilməlidir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi hüquq normalarını düzgün tətbiq etmədiyinə görə iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(046)- 1190/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiаçı İddiaçı Cavabdeh 2230 manat pulun tutulması tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Göyçay Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(046)-1190/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı Cavabdeh 2230 manat pulun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-250/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-250/2023
07.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver