Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-251/2022 16.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının, Cavabdeh2, onun vəkili X5, cavabdehlər X1 və Cavabdeh5 iştirakları ilə, İddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6 qarşı “birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payın müəyyən edilməsi” bаrədə Qəbələ Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(025)-1320/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(025)-1320/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, JN-197B nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.55 ha torpaq sahəsindən, JN-197F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.87 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının payı 1/8 hissədə və Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 22.06.2103-cü il; reyestr nömrəsi – **********51) ümumi birgə mülkiyyətinə verilmiş 0.36 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının payının 1/7 hissədə müəyyən olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6 qarşı “ümumi paylı mülkiyyətə verilmiş torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən ******* saylı çıxarışla verilmiş 0,35 ha, ******* saylı çıxarışla verilmiş 0,74 ha, Qəbələ rayonu AİK-nin 29.10.1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş, JN0197JB saylı şəhadətnamə ilə adına rəsmiləşdirilmiş 0,55 ha və JN-197 F saylı şəhadətnamə ilə adına rəsmiləşdirilmiş 0,87 ha torpaq sahələri üzərində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Vəndam qəsəbəsində DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********51 olan ******* saylı çıxarışa əsasən ümumi paylı mülkiyyətimizə 0.36 ha, reystr nömrəsi **********20-10301 olan ******* saylı çıxarışa əsasən ümumi paylı mülkiyyətimizə 0.74 ha torpaq sahəsi verilmişdir. Bundan əlavə Qəbələ rayonunun Vəndam qəsəbəsində Aqrar İslahat zamanı ailə üzvülərinə Qəbələ rayon AİK-nin 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə 0.55 ha və 0.87 ha torpaq sahələri ümumi paylı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin 0.55 ha JN-197B saylı, 0.87 ha isə JN-197 F saylı şəhadətnamələrlə adlarına rəsmiləşdirilmişdir. DƏDRX-nin ******* saylı çıxarışı ilə verilmiş 0.36 ha, ******* saylı çıxarışla verilmiş 0.74 ha torpaq sahələrindən o cümlədən JN 197B saylı şəhadətnamə ilə verilmiş 0.55 ha, JN-197 F saylı şəhadətnamə ilə veriimiş 0.87 ha torpaq sahəsi üzərində paylı mülkiyyətin mülkiyyətçisi hüququndan istifadə edə bilmirəm. Cavabdehlər bilərəkdən payçı kimi hüquqlarımın həyata keçirilməsinə imkan vermirlər. Qeyd olunan torpaq sahələrinin bölünməsinə və ya payın ayrılmasında razılığa gələ bilmirlər. Dəfələrlə razılıq əsasında ümumi paylı mülkiyyətdə olan torpaq sahələrində payının ayrılıb verilməsinə cəhd etsə də nəticəsi olmayıb. Cavabdehlər müxtəlif bəhanələrlə bölgüdən yayınmışlar. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızı iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahələri onların ümumi birgə mülkiyyətinə verilib. İddiaçı illər əvvəl onların icazəsi olmadan qaçıb, başqa adamla evlənib. Torpaq sahəsinə dair sənəddə iddiaçı Aygünün adı olsada, torpaq sahəsindən ona pay verilməsini istəmir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3, X3, Cavabdeh5 və Cavabdeh6 Cavabdeh2 izahatına uyğun eyni məzmunlu izaha vermişdirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının qeyd etdiyi bir neçə torpaq sahələrinin mövcud olması həqiqəti əks etdirmir və ilkin köhnə sənədlər olan Qəbələ rayon AİK-nin 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə 0.55 ha və 0.87 ha torpaq sahələrinə görə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr alğı-satqı olunduğuna görə qüvvədən düşmüşdür. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-197F nömrəli, kod 40600048 olan Şəhadətnamədəki 0.87 ha torpaq sahəsinin 0.13 ha hissəsi müxtəlif vaxtlarda alğı-satqı edilmiş və hal-hazırda qalan 0.74 ha torpaq sahəsinə görə 02.08.2016-cı il tarixində ******* nömrəli, Seriya RX olan çıxarış əldə olunmuşdur ki, həmin çıxarışda da 7 nəfər ailə üzvünün torpaq payı müəyyən edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-197B nömrəli, kod 40600048 olan Şəhadətnamədəki 0.55 ha torpaq sahəsinin 0.19 ha hissəsi müxtəlif vaxtlarda alğı-satqı edilmiş və hal-hazırda qalan 0.36 ha torpaq sahəsinə görə 22.06.2013-cü il tarixində ******* nömrəli, Seyiya RX olan çıxarış əldə olunmuşdur ki, həmin çıxarışda da 7 nəfər ailə üzvünün ümumi birgə mülkiyyət hüquqları tanınmışdır. Göründüyü kimi məhkəmə tərəfindən hal-hazırki iş obyektiv, tam və hərtərəfli araşdırılmamış və nəticədə qanunsuz, əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçının qeyd etdiyi torpaq sənədləri üzrə yalnız Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - 22.06.2013-cü il; reyestr nömrəsi - **********51) onların ailəsinin ümumi birgə mülkiyyətinə verilmiş 0.36 ha torpaq sahəsindən iddiaçı Mirzahyeva(Əhmədova) Aygün Nemət qızının 1/7 hissədə payı müəyyən edilə bilərdi. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(025)- 1320/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2, onun vəkili X7, cavabdehlər X3, Cavabdeh5 və Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(025)-1320/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh6 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(025)- 1320/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş JN-197B nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.55 ha torpaq sahəsindən və JN-197F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.87 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının 1/8 hissədə payının müəyyən olunması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6 qarşı Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən ******* saylı çıxarışla verilmiş 0,35 ha, ******* saylı çıxarışla verilmiş 0,74 ha, Qəbələ rayonu AİK-nin 29.10.1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş, JN0197JB saylı şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,55 ha və JN-197 F saylı şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,87 ha torpaq sahələri üzərində payların müəyyən edilməsi tələbinə dair iddiası JN-197B nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.55 ha torpaq sahəsindən və JN-197F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.87 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının payının müəyyən olunması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.İşdə olan JN-197B (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28.10.1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən, X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 və X9 ümumi birgə mülkiyyətinə 0.55 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-197F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28.10.1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən, X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 və X9 ümumi birgə mülkiyyətinə 0.87 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX №0182912 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 və X9 Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.36 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində olan ümumi birgə mülkiyyət hüququ 22.06.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (reyestr nömrəsi – **********20-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 02.08.2016) surətindən görünür ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən 0.74 ha torpaq sahəsindən Cavabdeh1 3/16, Cavabdeh2 3/16, Cavabdeh3 2/16, X1 2/16, Cavabdeh5 2/16, Cavabdeh6 2/16 və X9 2/16 hissədə payı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 213.5, 220.1, 220.2, 223.2 və 223.3-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in 28.10.1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən verilmiş JN-197B (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.55 ha torpaq sahəsi üzərində həmçinin Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in 28.10.1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən verilmiş JN-197F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.87 ha torpaq sahəsi üzərində X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 və X9 ümumi birgə mülkiyyət hüquqları, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX №0182912 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə verilmiş 0.36 ha torpaq sahəsi üzərində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5, Cavabdeh6 və X9 ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. İddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızı və cavabdehlər qeyd olunan torpaq sahələri üzrə payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən onun, yəni JN- 197B nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə və JN- 197B nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə mülkiyyətçi olaraq 1/8 hissədə, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX №0182912 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda mülkiyyətçi olaraq 1/7 hissədə payı müəyyən olunmaqla iddia həmin hissədə təmin edilməlidir. İddia tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışına (reyestr nömrəsi – **********20- 10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 02.08.2016) əsasən verilmiş torpaq sahəsindən payın müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, Qeyd olunan 0.74 ha torpaq sahəsi üzrə tərəflərin hər birinin payı müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarış təqdim edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, JN-197B nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.55 ha torpaq sahəsindən, JN-197F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.87 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının payı 1/8 hissədə və Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 22.06.2103-cü il; reyestr nömrəsi – **********51) ümumi birgə mülkiyyətinə verilmiş 0.36 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının payı 1/7 hissədə müəyyən olunmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən JN-197B nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.55 ha torpaq sahəsindən və JN-197F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.87 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının 1/8 hissədə payının müəyyən olunması hissəsində gəldiyi nəticə ilə razılaşmır. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, 0.55 ha torpaq sahəsi ilə bağlı verilmiş JN-197B nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə və 0.87 ha torpaq sahəsi ilə bağlı verilmiş JN-197F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə alğı-satqı olunduğuna görə qüvvədən düşmüşdür. Təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmiş DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş torpaq sahələrinə dair sənədlərlə də təsdiq olunur ki, JN-197F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.87 ha torpaq sahəsi və ******* saylı çıxarışla verilmiş 0.74 ha torpaq sahəsi eyni torpaq sahəsidir və ******* saylı çıxarış 0.87 ha torpaq sahəsinin 0.13 ha hissəsi alqı-satqı yolu ilə satıldıqdan sonra yerdə qalan hissəyə verilmişdir. Eyni şəkildə, JN-197B nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.55 ha torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 22.06.2103-cü il; reyestr nömrəsi – **********51) ümumi birgə mülkiyyətinə verilmiş 0.36 ha torpaq sahəsi eyni torpaq sahəsidir və qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 22.06.2103-cü il; reyestr nömrəsi – **********51 olan çıxarış 0.55 ha torpaq sahəsinin 0.19 ha hissəsi alqı-satqı yolu ilə satıldıqdan sonra yerdə qalan hissəyə verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının yalnız Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 22.06.2103-cü il; reyestr nömrəsi – **********51) ümumi birgə mülkiyyətinə verilmiş 0.36 ha torpaq sahəsindəki payı müəyyənləşdirilə bilər. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində və özü tərəfindən etiraf olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə JN-197B nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.55 ha torpaq sahəsindən və JN-197F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.87 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının 1/8 hissədə payının müəyyən olunması hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(025)- 1320/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş JN-197B nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.55 ha torpaq sahəsindən və JN-197F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.87 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının 1/8 hissədə payının müəyyən olunması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6 qarşı Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən ******* saylı çıxarışla verilmiş 0,35 ha, ******* saylı çıxarışla verilmiş 0,74 ha, Qəbələ rayonu AİK-nin 29.10.1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş, JN0197JB saylı şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,55 ha və JN-197 F saylı şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,87 ha torpaq sahələri üzərində payların müəyyən edilməsi tələbinə dair iddiası JN-197B nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.55 ha torpaq sahəsindən və JN-197F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.87 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının payının müəyyən olunması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qəbələ Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(025)-1320/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş JN-197B nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.55 ha torpaq sahəsindən və JN-197F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.87 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının 1/8 hissədə payının müəyyən olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6 qarşı Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən ******* saylı çıxarışla verilmiş 0,35 ha, ******* saylı çıxarışla verilmiş 0,74 ha, Qəbələ rayonu AİK-nin 29.10.1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş, JN0197JB saylı şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,55 ha və JN-197 F saylı şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,87 ha torpaq sahələri üzərində payların müəyyən edilməsi tələbinə dair iddiası JN-197B nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.55 ha torpaq sahəsindən və JN-197F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.87 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının payının müəyyən olunması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-251/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-251/2022
16.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver