Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-260/2021 08.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı nümayəndəsi X14 və vəkili Vəkil; Cаvаbdeh - «xxxx» KB ASC-nin nümаyəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər “xxxx” KB ASC, Cavabdeh1, Cavabdeh3 MMC-yə qarşı hərracın yekunları barədə protokolun, əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(046)-325/2019 saylı qətnaməsindən İddiaçı, cavabdehlər “xxxx” KB ASC və Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(046)-325/2019 saylı qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsının və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsinin satılması ilə əlaqədar Cavabdeh3 MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 10 avqust 2018-ci il tarixli, 103 №-li protokol və Cavabdeh3 MMC ilə «xxxx» KB ASC arasında bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10 avqust 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddia tələbinin «İddiaçı mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı-Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsının və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsinin cavabdeh «xxxx» KB ASC-nə yüklü edilməsi barədə ipotekaya xitam verilməsi hissəsində əsassız olduğu üçün təmin edilməməsi, iş üzrə ödənilmiş cəmi 10 manat dövlət rüsumunun 5 manatının iddiaçıya aid edilməsi, 5 manatının isə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 127 manat xərcin 63,50 manat hissəsinin iddiaçıdan, 63,50 manat hissəsinin isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsının 05 may 2020-ci il tarixli, 2(107)- 457/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər “xxxx” KB ASC və Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsinin qismən, yəni İddiaçı cavabdehlər «xxxx» KB ASC, Cavabdeh1, Cavabdeh3 MMC-yə qarşı Cavabdeh3 MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, 10 avqust 2018-ci il tarixli protokolunun və 10 avqust 2018ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqı-satqısı” barədə müqavilənin etibarsız hesab edilməsi, dövlət rüsumunun 5 manatının cavabdehlərə aid edilmiş hissəsi və ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutulması hissələrində ləğv edilməsi, iş üzrə bu hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi hissəsinin təmin edilməməsi, qətnamənin ipotekaya xitam verilməsinin təmin olunmaması və dövlət rüsumunun 5 manat hissəsinin iddiaçıya aid edilmiş hissəsində dəyişdirilmədən saxlanılması, ödənilmiş dövlət rüsumunun qalan 5 manat hissəsinin də iddiaçıya aid edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri 127 manat pulun İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2(102)-4796/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsının 05 may 2020-ci il tarixli, 2(107)-457/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşin halları: İddiaçı cavabdehlər «xxxx» KB ASC, Cavabdeh1, Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, 10 avqust 2018-ci il tarixli protokol və 10 avqust 2018-ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqı-satqısı” barədə müqavilənin etibarsız hesab edilməsi, mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı-Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsinin cavabdeh «xxxx» KB ASC-nə yüklü edilməsi barədə ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 21 fevral 2018-ci il tarixli «icraata başlamaq haqqında» qərarı ilə Göyçay Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli, 2(046)-358/2013-saylı icra vərəqəsinə və qətnaməsinə əsasən 13 аprel 2011-ci il tаrixli 05MFB/11 sаylı əsаs kredit müqаviləsi çərçivəsində bаğlаnmış 13 аprel 2011-ci il tаrixli 05MFB/11-A sаylı əlаvə kredit müqаviləsi üzrə 97096 mаnаt əsаs kredit borcu, 6177,76 mаnаt fаiz borcu, 647,10 mаnаt cərimə, cəmi 103920,86 mаnаt, 23 fevrаl 2012-ci il tаrixli 05MFB/12-B sаylı əlаvə kredit müqаviləsi üzrə 90695,28 mаnаt əsаs kredit borcu, 5033,52 mаnаt fаiz borcu, 294,14 mаnаt cərimə, cəmi 96022,94 mаnаt, ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu, 30 mаnаt məbləğində xidmət hаqqı, ümumilikdə 96022,94 mаnаt pulun cаvаbdeh Mаyılov Çingiz Sаbir oğlundаn tutulаrаq banka ödənilməsi, tələb üzrə tutmаnın cаvаbdeh Mаyılovа Minаyə Seyidаğа qızının mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi BаkıQаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsınа və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsinə yönəldilməsi, həmin qeyri-yаşаyış binаsı və onun yerləşdiyi torpаq sаhəsinin аçıq hərrаcdа sаtılması, ilkin sаtış qiymətinin 350000 manat müəyyən edilməsi, sаtışdаn əldə ediləcək vəsаit hesаbınа cаvаbdeh Mаyılov Çingiz Sаbir oğlunun iddiаçıyа olаn borcunun ödənilməsi, qeyri-yаşаyış binаsı və onun yerləşdiyi torpаq sаhəsi sаtıldıqdаn sonrа ən geci 1 аy ərzində boşаldılmаzsа, həmin qeyri-yаşаyış binаsının və onun yerləşdiyi torpаq sаhəsinin boşаldılması qərara alınmışdır. Cavabdeh3 MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, 10 avqust 2018-ci il tarixli protokoluna əsasən ipotekaya qoyulmuş cаvаbdeh Mаyılovа Minаyə Seyidаğа qızının mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı- Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsi 223125 manata tələbkar «xxxx» KB ASC -nə satılmışdır. 10 avqust 2018-ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqı-satqısı” barədə müqaviləyə əsasən ipotekaya qoyulmuş Mаyılovа Minаyə Seyidаğа qızının mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı-Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsi 223125 manata tələbkar «xxxx» KB ASC-yə satılmışdır. Cavabdeh3 MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, 10 avqust 2018-ci il tarixli protokolu və 10 avqust 2018-ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqı-satqısı” barədə müqavilə qanunvericiliyin tələbinə zidd tərtib edildiyindən etibarsız hesab edilməli və onun mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi BаkıQаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsinin cavabdeh «xxxx» KB ASC-nə yüklü edilməsi barədə ipotekaya xitam verilməlidir. Belə ki, ipoteka predmeti olan qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsi hərraca çıxarılarkən və hərrac təşkil olunarkən onun və ailə üzvlərinin keçirilmiş hərrac barəsində məlumatı olmamışdır. Hərracın keçirilməsinə dair hər hansı bir bildiriş onа və ailə üzvlərinə göndərilməmişdir. Bununla da onun alıcı qismində iştirak etmək hüququ pozulmuşdur. Halbuki, onun ilkin hərrac keçirildikdən sonra, hərracın baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə almaq hüququ vardır. Lakin hərracın təşkilatçısı olan cavadbeh Cavabdeh3 MMC ona təkrar keçirilən hərrac barədə bildiriş göndərməmiş, ona bu barədə heç bir formada məlumat verməmiş, bununla da təkrar hərrac baş tutmamışdır. Təkrar keçirilən hərrac barədə bildiriş göndərilmiş olduğu təqdirdə, o, təkrar hərracda iştirak edər, bununla da təkrar hərrac baş tutmuş sayılar və o, hərracın qalibi ola bilərdi. Bundan başqa Cavabdeh3 MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, 10 avqust 2018-ci il tarixli protokolun və 10 avqust 2018-ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, iddiaçı Mаyılovа Minаyə Seyidаğа qızının mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı- Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsi ilkin satış qiymətindən (36 faizdən aşağı qiymətə) 25 faizdən çox aşağı qiymətə satılmışdır. Bundan başqa Göyçay Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli, 2(046)-358/2013-saylı icra vərəqəsində qeyd olunur ki, 96.022 manat 94 qəpik X3 alınaraq, «xxxx» KB ASC-nə ödənilməlidir. Cavabdeh3 MMC onun mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı-Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyriyаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsi 223125 manata tələbkar «xxxx» KB ASC -nə satılmasına baxmayaraq, yerdə qalan pul məbləğin ona qaytarılmasını təmin etməmişdir. Göründüyü kimi cavabdeh «xxxx» KB ASC İpoteka haqqında qanunun tələblərinə zidd olaraq ipoteka predmetini əldə etmişdir. Birinci instanisya məhkəməsinin iclasında cavabdeh «xxxx» KB ASC-nin nümayəndəsi X15 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi əsassızdır və onun rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı, cavabdehlər “xxxx” KB ASC və Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddia rədd olunan hissədə qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, ipoteka predmeti olan qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsi hərraca çıxarılarkən və hərrac təşkil olunarkən onun və ailə üzvlərinin keçirilmiş hərrac barəsində məlumatı olmamışdır. Hərracın keçirilməsinə dair hər hansı bir bildiriş ona və ailə üzvlərinə göndərilməmişdir. Bununla da ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququ pozulmuşdur. Halbuki, ipoteka qoyanın ilkin hərrac keçirildikdən sonra, hərracın baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə almaq hüququ vardır. Lakin hərracın təşkilatçısı olan Cavabdeh3 MMC İddiaçı təkrar keçirilən hərrac barədə bildiriş göndərməmiş, ona bu barədə heç bir formada məlumat verməmiş, bununla da təkrar hərrac baş tutmamışdır. Halbuki, ona təkrar keçirilən hərrac barədə bildiriş göndərilmiş olsaydı, o təkrar hərracda iştirak edər, bununla da təkrar hərrac baş tutmuş sayılar və o, hərracın qalibi ola bilərdi. Ona görə ki, "İpoteka haqqında" Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. Göründüyü kimi cavabdeh «xxxx» KB ASC ipoteka haqqında qanunun tələblərinə zidd olaraq ipoteka predmetini əldə etmiş, bu səbəbdən Göyçay rayon Məhkəməsinin 2(046)-325/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə "Cavabdeh3" MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, 10 avqust 2018-ci il tarixli protokolu və 10 avqust 2018-ci il tarixli "hərracın yekunlarına dair əmlakın alqı-satqısı" barədə müqavilə etibarsız hesab edilmişdir. Belə olan halda məhkəmə tərəfindən iddia tam təmin edilərək, ipotekaya xitam verilməli idi. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(046)-325/2019 saylı qətnaməsinin iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsi, İddiaçı mülkiyyətində olan Göyçay rayonu Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinin cavabdeh «xxxx» KB ASC-nə yüklü edilməsi barədə ipotekaya xitam verilməsi barədə iddiasının təmin edilməsi və iddia tələbinin təmin olunan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, Göyçay Rayon Məhkəməsi cavabdeh “X6” MMC-nin iddiaçıya ünvanladığı “X11 dair bildirişlərin surətlərinin və bu bildirişlərin göndərilməsini təsdiq edən məktubların olması, hətta İddiaçı ünvanına göndərilmiş məktubun “Mayılov” soyadlı şəxsin imza etməklə qəbul etməsi faktının və kütləvi informasiya vasitələrində verilən elanların işdə olmasına baxmayaraq, həmin sənədlərin qeyd edilən şəxslərə, o cümlədən iddiaçılara təsdiq etmə üsulu ilə təqdim edilmədiyini və bu səbəbdən də hərracın keçirilməsinin və təşkilinin qanunsuz olması qənaətinə gəlmişdir. Birinci instansiyası məhkəməsi belə qənaətə gələrkən hüquqi əsas kimi İpoteka haqqında Qanunun 42.1-ci maddəsinə istinad etmişdir. Həmin maddənin məzmununa şörə,“Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir”. Məlum olduğu kimi, poçt göndərişləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Eyni zamanda, işdə “X11 dair bildirişlərin təsdiq edilmiş surətlərindən, bu bildirişlərinPoçt Şöbəsi ilə yanaşı poçt xidmətlərini həyata keçirən “Famko Courier and Cargo” şirkəti tərəfindən qəbul edilərək göndərilməsini təsdiq edən məktublardan, məlum olur ki,bütün qeyd edilən məlumatları əks etdirən hərrac barədə bildirişlər və digər sənədlər rəsmi qaydada hazırki mülki iş üzrə iddiaçıya göndərilməsi təsdiq edilən poçt qəbzləri və xəbərnamələri vasitəsi ilə göndərilmişdir. Lakin, məhkəmə qanunun qeyd olunan tələbinə zidd olaraq, həmin bildirişlərin göndərilməsini deyil, məhz çatdırılmasını əsaslı hesab edərək, iddiaçı tərəfin vəsatəti üzrə bildirişlərdə olan “Mayılov” soyadlı imzanın ona məxsus olmadığı bildirildiyindən, məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsi barədə qərardad çıxarmışdır. Məlumdur ki, iddiaçı xanımın soyad sonluğu təbii ki, “Mayılov” deyil, "Mayılova soyad sonluğu ilə bitməlidir. Lakin, Məhkəmə həmin xanımın yaşadığı ünvanda olan “Mayılov” soyadlı şəxslərin deyil (bu şəxslər sırasına iddiaçının həyat yoldaşı Çingiz Mayılov və ya məhkəmədə nümayəndə kimi iştirak edən oğlu və yaxud həmin ünvanda yaşayan digər “Mayılov” soyadlı şəxslərdə ola bilər), “Mayılova” soyadlı iddiaçının xətt nümunələrini götürməklə kifayətlənmişdir. Hətta, ekspertizaya göndərilmədən də, soyad sonluğundan görünürdü ki, həmin bildirişlərdə olan xətt iddiaçı xanım “Mayılova” tərəfindən deyil, məhz həmin ünvanda bildirişləri qəbul edən “Mayılov” soyadlı şəxsə məxsusdur. Məhkəmə isə bu halı araşdırmadan, ekspertizaya zərurət olmayan hala diqqət yetirmədən, sırf ekspertiza təsdiqi olsun deyə, ekspert qarşısında “Mayılov” yazısı İddiaçı tərəfindən icra edilmişdirmi sualı qoymuşdur. Əlbətttə ki, ekspert rəyində həmin “Mayılov” yazısının İddiaçı tərəfindən icra olunmadığı qeyd olunmalı idi. Belə olan halda sual ortaya çıxır ki, bildirişdə kişiyə məxsus olan yazı necə qadın tərəfindən icra oluna bilər? Bundan əlavə, “X6” MMC-nin İddiaçı və X12 ünvanladığı 25.05.2018-ci il tarixli 12/08 saylı və 06.07.2018-ci il tarixli 12/08-1 saylı “X11 dair” bildirişlərin təsdiq edilmiş surətlərindən və bu bildirişlərin göndərilməsi barədə poçt xidmətini həyata keçirən “Famko-Karqo” şirkəti tərəfindən İddiaçı göndərilən məktubların 949618, 949619, 949620, 605485, 605486 və 605485 saylı qaimələrindən (əlavə olaraq dövlət poçtu ilə də bildirişlər göndərilmişdir), əmlakın açıq hərracda satılması və onun ilkin satış qiyməti barədə “KASPİ” adlanan qəzetin 26.05.2018-ci il tarixli 094 (3469) nömrəli buraxılışında və 06.07.2018-ci il tarixli 116 (3490) nömrəli buraxılışında verilmiş elanlardan məlum olur ki, hərracı təşkilatı tərəfindən Azərbaycan Respublikasının “İpoteka” haqqında Qanunun tələblərinə tam riayət olunmaqla hərrac keçirilmişdir. Lakin işə baxan Göyçay Rayon Məhkəməsi bu kimi vacib əhəmiyyətə malik olan hallara lazımi hüquqi qiymət verməmiş, nəticədə isə hüquq normasını səhv təfsir etmişdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(046)-325/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh3 MMC-nin nümayəndəsi X20 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(046)- 325/2019 nömrəli qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadan, Göyçay Rayon Məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi və sübutlar düzgün qiymətləndirilmədiyindən həmin qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 sifarişi ilə Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı 26.04.2013-cü il tarixli icra vərəqəsinə əsasən İddiaçı məxsus Göyçay rayonu, Potu kəndi BakıQazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsi açıq hərraca çıxarılmışdır, iddiaçıya ilkin hərracın keçirilməsi ilə bağlı hərracın keçirilmə vaxtı və yeri barədə 25 may 2018-ci il tarixli və 06 iyul 2018-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər həm poçt vasitəsilə, həmçinin kuryer xidməti vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və borclunun iddia ərizəsində də qeyd etdiyi ünvana göndərilmişdir. “İpoteka haqqında “qanuna əsasən hərracın keçirilməsinə dair bildirişin göndərilməsi əks olunmuşdur. Belə ki, hərrac təşkilatı bildirişləri icra vərəqəsinə əsasən borclunun qeydiyyat ünvanına göndərmişdir, bildirişin Mayılova yox, Mayılov soyadlı şəxs tərəfindən qəbul edilməsinin bildirişin çatdırılmaması qənaətinə gəlinməsi əsası deyildir, bildiriş ünvana təqdim olunmuş və ünvançılar tərəfindən qəbul edilmişdir. (Bildirişlər, kuryer qəbzləri və təkrar hərracın keçirilməsinə dair göndərilən poçt bildirişinin çatdırılmasına dair sorğu cavabı əlavə olunur). Həmçinin 26-29 may 2018-ci il tarixində “Kaspi” qəzetində ilkin hərracla, 06 iyul 2018-ci il tarixində “Kaspi” qəzetində təkrar hərracla bağlı elanlar yerləşdirilmişdir. Cavabdeh3 MMC tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə alınması ipoteka saxlayan “xxxx” KB ASC-yə təklif edilmiş, bank tərəfindən təklif qəbul edilmiş, Cavabdeh3 MMC-nin hərracın yekunları barədə 103 nömrəli, 10 avqust 2018-ci il tarixli protokola əsasən İddiaçı məxsus Göyçay rayonu, Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsi 223125 manata tələbkar “xxxx” KB ASC-yə satılmışdır. Belə ki, İcra və Probasiya şöbəsi tərəfindən sifariş verilərkən məktubun və icra vərəqəsinin surəti həm tələbkara, həm borclulara göndərilmiş, borclular əmlakın açıq hərraca çıxarılması və satışı barədə məlumatlandırılmışdır. İddiaçı bank qarşısında götürdüyü öhdəliyi icra etmək əvəzinə qanunun verdiyi hüquqlardan sui-istifadə edərək öhdəlikdən yayınmağa çalışır. Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(046)-325/2019 nömrəli qətnaməsi 15.11.2019-cu il tarixdə Cavabdeh3 MMC-nin ünvanına daxil olmuşdur. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(046)-325/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X14 və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(046)-325/2019 saylı qətnaməsinin iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsi, İddiaçı mülkiyyətində olan Göyçay rayonu Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinin cavabdeh «xxxx» KB ASC-nə yüklü edilməsi barədə ipotekaya xitam verilməsi barədə iddiasının təmin edilməsi və iddia tələbinin təmin olunan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdeh «xxxx» KB ASC-nin nümаyəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(046)-325/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-nin nümayəndələri təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqişəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2(102)- 4796/2020 saylı qərarında göstərilənləri əsas tutaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(046)- 325/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı, 26 aprel 2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiа təmin еdilmiş, 13 аprеl 2011-ci il tаriхli 05MFB/11 sаylı əsаs krеdit müqаviləsi çərçivəsində bаğlаnmış 13 аprеl 2011-ci il tаriхli 05MFB/11-А sаylı əlаvə krеdit müqаviləsi üzrə – 97.096 mаnаt əsаs krеdit bоrcu, 6.177 mаnаt 76 qəpik fаiz bоrcu, 647 mаnаt 10 qəpik cərimə, cəmi 103.920 mаnаt 86 qəpik, 23 fеvrаl 2012-ci il tаriхli 05MFB/12-B sаylı əlаvə krеdit müqаviləsi üzrə – 90.695 mаnаt 28 qəpik əsаs krеdit bоrcu, 5.033 mаnаt 52 qəpik fаiz bоrcu, 294 mаnаt 14 qəpik cərimə, cəmi məbləği 96.022 mаnаt 94 qəpik, ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu, 30 mаnаt məbləğində хidmət hаqqı, ümumilikdə 96.022 mаnаt 94 qəpik Mаyılоv Çingiz Sаbir оğlundаn tutulаrаq «xxxx» KB ASC-yə ödənilməsi, tələb üzrə tutmаnın cаvаbdеh Mаyılоvа Minаyə Sеyidаğа qızının mülkiyyətində оlаn Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsınа və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsinə yönəldilməsi, həmin qеyri-yаşаyış binаsının və оnun yеrləşdiyi tоrpаq sаhəsinin аçıq hərrаcdа sаtılması, bu qеyri-yаşаyış binаsı və оnun yеrləşdiyi tоrpаq sаhəsinin ilkin sаtış qiymətinin 350.000 (üç yüz əlli min) manat müəyyən еdilməsi, sаtışdаn əldə еdiləcək vəsаit hеsаbınа cаvаbdеh Mаyılоv Çingiz Sаbir оğlunun «xxxx» KB ASC-yə оlаn bоrcunun ödənilməsi, qеyri-yаşаyış binаsı və оnun yеrləşdiyi tоrpаq sаhəsi sаtıldıqdаn sоnrа ən gеci 1 аy ərzində bоşаldılmаzsа, həmin qеyri-yаşаyış binаsının və оnun yеrləşdiyi tоrpаq sаhəsinin bоşаldılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2016-cı il tarixli qətnaməsindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 dekabr 2016-cı il tarixli qərarından görünür ki, cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2016-cı il tarixli qətnaməsi qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, təkrar işə baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2017-ci il tarixli qətnaməsi ilə Göyçay rayon məhkəməsinin 26 aprel 2013-cü il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 350.000 manat məbləğində müəyyən olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı, 19 fevral 2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, həmin məhkəmənin 26 aprel 2013-ci il tarixli qətnaməsi icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 icra məmuru X1 21 fevral 2018-ci il tarixli qərarından görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı, 19 fevral 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarından görünür ki, Cavabdeh3 MMC tərəfindən Göyçay rayonu Bığır kəndində yaşayan X12, Göyçay şəhəri, Natəvan küşəsi 70 ünvanında yaşayan İddiaçı, Cavabdeh1nə və «xxxx» KB ASC-yə ünvanlanmış 25 may 2018-cü il tarixli, 12/08 №-li X11 dair Bildirişə əsasən Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən 0,0850 hа tоrpаq sаhəsinə dair hərrac ilkin satış qiyməti 350.000 manat olmaqla 25 iyun 2018-ci il tarixə təyin edilmişdir. Həmin bildirişə əlavə olunmuş «Famko Courier and Cargo»nun xəbərnamələrinə əsasən bildirişi 30.05.2018-ci ildə alan şəxsin soyadı və imzası qrafasında “Mayılov” soyadı yazılmışdır. İş materiallarına əlavə edilmiş Göyçay regional poçt filialının 17.12.2018-ci il tarixli məktubuna əsasən 28.05.2018ci il tarixdə Cavabdeh3 MMC tərəfindən İddiaçı göndərilmiş sifarişli xəbərnaməli məktub 28.06.2018-ci ilə qədər saxlanılmış, ancaq İddiaçı ünvanda olmadığı üçün 28.06.2018-ci ildə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh3 MMC tərəfindən Göyçay rayonu Bığır kəndində yaşayan X12, Göyçay şəhəri, Natəvan küşəsi 70 ünvanında yaşayan İddiaçı, Cavabdeh1nə və «xxxx» KB ASC-yə ünvanlanmış 06 iyul 2018-ci il tarixli, 12/08-1 №-li X11 dair Bildirişə əsasən Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən 0,0850 hа tоrpаq sаhəsinə dair hərrac ilkin satış qiyməti 297.500 manat olmaqla 06 avqust 2018-ci il tarixə təyin edilmişdir. Həmin bildirişə əlavə olunmuş «Famko Courier and Cargo»nun xəbərnamələrinə əsasən bildirişi 09.07.2018-ci ildə alan şəxsin soyadı və imzası qrafasında “Mayılov” soyadı yazılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 17.06.2019-cu il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş 25.05.2018-ci il tarixli və 06.07.2018-ci il tarixli poçt qaimələrində “2.Alan şəxsin soyadı və imzası” qrafalarında “Mayılov” yazıları” İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza təqdiqatının dəyəri 127 manat təşkil edir. İş materiallarına əlavə edilmiş «Kaspi» qəzetinin 26-29 may 2018-ci il tarixli nəşrinə əsasən həmin qəzetdə Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsının 25 iyun 2018-ci il tarixdə hərraca çıxarılması barədə məlumat dərc olunmuşdur. İş materiallarına əlavə edilmiş «Kaspi» qəzetinin 06 iyul 2018-ci il tarixli nəşrinə əsasən həmin qəzetdə Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsının 06.08.2018-ci il tarixdə hərraca çıxarılması barədə məlumat dərc olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh3 MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 10 avqust 2018-ci il tarixli, 103 №-li protokola əsasən Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı, 19 fevral 2018-ci il tarixli icra vərəqəsinin və Cavabdeh1 02 may 2018-ci il tarixli məktubunun icrası ilə əlaqədar İddiaçı məxsus Göyçаy rаyоnu Pоtu kəndi BаkıQаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyriyаşаyış binаsının və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsinin hərracda satılması nəticəsində «xxxx» KB ASC qalib olmuşdur. Həmin protokola əsasən əmlakın ilkin hərrac qiyməti 350.000 manat, təkrar hərracdakı satış qiymətindən 25% aşağı olan qiyməti 223,125 manat göstərilmişdir. İş materiallarına əlavə edilmiş Hərrac təşkilatı Cavabdeh3 MMC ilə «xxxx» KB ASC arasında bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10 avqust 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı məxsus Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsı və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsi 223.125 manata «xxxx» KB ASC-yə satılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı, 26 aprel 2013-cü il tarixli qətnaməsinə əsasən borclu X8 «xxxx» KB ASC qarşısında olan müqavilə öhdəliklərin icra etmədiyi üçün X3 Bankın xeyrinə borc məbləği tutulmuş və tutma ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsına və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsinə yönəldilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı, 19 fevral 2018-ci il tarixli icra vərəqəsinə və Cavabdeh1 02 may 2018-ci il tarixli məktubuna əsasən hərrac təşkilatçısı olan Cavabdeh3 MMC tərəfindən 25 iyun 2018-ci il tarixə təyin olunmuş ilkin hərracda satılmayan ipoteka predmeti 06 avqust 2018-ci ilə təyin olunan təkrar hərracda bank tərəfindən əldə olunmuş və bununla bağlı sonuncu ilə 10 avqust 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsının və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsinin satılması ilə əlaqədar hərracın keçirilməsi zamanı hərrac təşkilatçısı olan Cavabdeh3 MMC tərəfindən «İpoteka haqqında» Qanunun həmin vaxt qüvvədə olan (28 dekabr 2018-ci il tarixli, 1439-VQD nömrəli Qanunla edilmiş dəyişikliklərə qədər qüvvədə olan) normalarının tələbləri pozulmuşdur. Belə ki, «İpoteka haqqında» Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar (42.6-cı maddə). Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2). Göstərilən Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. «İpoteka haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (maddə 416.2). Beləliklə, iş materiallarından müəyyən olunur ki, hərracın təşkilatçısı olan Cavabdeh3 MMC tərəfindən Mülki Məcəllənin 415.2-ci maddəsinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbləri pozulmaqla, 25 iyun 2018-ci il tarixə təyin olunmuş hərrac barədə bildiriş iddiaçıya təqdim edilməmişdir. Bu fakt Göyçay regional poçt filialının 17.12.2018-ci il tarixli məktubu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 17.06.2019-cu il tarixli rəyi ilə təsdiq olunur. Belə ki, iddiaçı verdiyi iddia ərizəsində, məhkəmə iclasında verdiyi izahatlarda, o cümlədən qəbul edilmiş qətnamələrdən verdiyi şikayətlərdə irəli sürdüyü dəlillər ondan ibarət olmuşdur ki, ipoteka predmeti olan qeyri-yaşayış binası və onun yerləşdiyi 0.0850 ha torpaq sahəsi hərraca çıxarılarkən və hərrac keçirilərkən onun və ailə üzvülərinin keçrilmiş hərrac barədə məlumatları olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2(102)-4796/2020 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hərrac mərkəzi qanunla üzərinə düşmüş vəzifələri yerinə yetirmiş, ipoteka qoyana və digər borclulara təyin edilmiş hərracların vaxtı və yeri barədə xəbərnaməli bildirişlər göndərmiş, habelə kütləvi informasiya vasitələrində elanlar dərc etdirmişdir. Bu mənada hazırkı işin halları baxımından bildirişin “Mayılova” soyadlı şəxs tərəfindən deyil, onunla bir ünvanda yaşayan yetkinlik yaşına çatmış “Mayılov” soyadlı şəxs tərəfindən qəbul edilməsi hərracın nəticələrinin ləğv olunmasına əsas verən qanun pozuntusu kimi qiymətləndirilə və iddianın həmin hissədə təmin olunmasına əsas verə bilməz. Həmçinin, Ali Məhkəmə sözügedən q ərarında qeyd etmişdir ki, hazırkı işdə mövcud olan qəbzlərdə bildirişi qəbul etmiş şəxsin adı, ata adı, iddiaçı ilə hansı qohumluq münasibətində olması qeyd edilməmişdir. Hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin qəbzlərdə “Mayılov” soyadı yazılmaqla imza edilmiş bildirişlərin kim tərəfindən qəbul edildiyini araşdırmamışdır. Göründüyü kimi qəbzlərdə onu qəbul etmiş şəxsin iddiaçı ilə hansı münasibətdə olması göstərilmədiyindən bildirişləri qəbul edən şəxsin soyadının Malıyov olması özü-özlüyündə bildirişin iddiaçının ailə üzvü tərəfindən qəbul edildiyi kimi qiymətləndirilə bilməz. Ona görə də, qəbzlərdə “Mayılov” soyadı yazılmaqla imzalanmış bildirişlərin kim tərəfindən qəbul edildiyi araşdırılmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir. Qeyd edilən halları araşdırılması üçün əvvəlcə, Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliynə sorğu verilərək ünvan 5 ünvanda kimlərin qeydiyyatda olması və yaşaması barədə məlumat verilməsi tələb edilmişdir. Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliynin 26 fevral 2021-ci il tarixli,10 saylı məktububdan məlum olur ki, ünvan 5 ünvanda 1973-cü il təvəllüdlü İddiaçı, 1971-ci il təvəllüdlü X5 və 1969-cu il təvəllüdlü X9 pasport qeydiyyatındadırlar. Həmçinin, İddiaçı 1993-cü ildən ailə həyatı qurduqdan sonra və X9 qeydiyyatda olmalarına baxmayaraq yaşamırlar. X17 ev təsərrüfatlarının uçotu kitabı və qonşulardan alınmış məlumata əsasən həmin ünvanda qeydiyyatda olmaqla tək yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu verilərək ünvan 5 ünvanda kimlərin qeydiyyatda olması barədə məlumat verilməsi tələb edilmişdir. Sözügedən sorğuya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən verilmiş 23 aprel 2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 5 ünvanda İddiaçı, X13 və X10 qeydiyyatdadırlar. Göründüyü kimi, yuxarıda sözü gedən arayışlar fərqli olsa da, ünvan 5 ünvanda “Mayılov” soyadında başqa şəxs qeydiyyatda olmamış və yaşamamışdır. Hərracın keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitəsində dərc olunmuş birinci elan nəzərdən keçiriləkən müəyyən olunmuşdur ki, birinci hərracla əlaqədar elan qanunvericiliyə uyğun müddətdə «Kaspi» qəzetində dərc olunmamışdır. Belə ki, 25 iyun 2018-ci il tarixə təyin olunmuş hərrac barədə elan həmin qəzetin 26-29 may 2018-ci il tarixli nəşrində dərc olunmuşdur. Bundan əlavə, Cavabdeh3 MMC tərəfindən hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elanın verilməsinə dair sübut məhkəməyə təqdim olunmamışdır. «İpoteka haqqında» Qanuna əsasən hərrac baş tutmadıqda təkrar hərraclar eyni qaydalar əsasında təşkil olunur. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış tərəflərə bildiriş göndərilməli olduğu halda, Cavabdeh3 MMC tərəfindən tərəflərə növbəti bildiriş də qanunda göstərilən müddətlərin pozuntusu ilə, yəni 06 avqust 2018-ci il tarixə təyin olunmuş hərrac barəsində 06 iyul 2018-ci il tarixdə göndərilsə də, 09.07.2018-ci ildə alan şəxsin soyadı və imzası qrafasında “Mayılov” soyadı yazılmaqla qəbul olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin rəyinə əsasən həmin yazı iddiaçı tərəfindən icra olunmamışdır. Cavabdeh3 MMC tərəfindən təkrar hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elanın verilməsinə dair sübut da məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın qizmən təmin olunmasını həmçinin onunla əsaslandırmışdır ki, Hərracın Keçirilməsinə dair Bildirişlərin və ipoteka predmetinin satılması ilə əlaqədar kütləvi informasiya vasitələrində dərc olunmuş elanların mətnlərini nəzərdən keçirərkən, «İpoteka haqqında» Qanunun 42.1-ci maddəsinin tələbləri Cavabdeh3 MMC tərəfindən pozulması müəyyən edilmişdir. Belə ki, məhkəmə aktlarına əsasən ipoteka predmetləri Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsı və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsi olduğu halda, bildirişlərdə hərracın predmeti kimi torpaq sahəsi, kütləvi informasiya vasitələrində dərc olunmuş elanlarda isə Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsı göstərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş Kaspi qəzetinin surətlərindən görünür ki, (səh. 54, 55 və 2-ci cildin 26-28-ci səhfələri) elan kimi heç də yalnız torpaq sahəsi deyil, məhz Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyriyаşаyış binаsı və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsi kimi dərc edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsının və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsinin satılması ilə əlaqədar keçirilmiş hərrac zamanı «İpoteka haqqında» qanunla müəyyən edilmiş qaydalar Cavabdeh3 MMC tərəfindən həm ipoteka qoyan İddiaçı, həm də ipoteka saxlayan «xxxx» KB ASC-yə münasibətdə mühüm dərəcədə pozulduğu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1 və 416.2-ci maddələrinin tələblərinə uyğun olaraq hərracın yekunlarına dair 103 nömrəli, 10 avqust 2018-ci il tarixli protokol və Cavabdeh3 MMC ilə «xxxx» KB ASC arasında bağlanmış Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 10 avqust 2018-ci il tarixli müqavilənın etibarsız hesab edilməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh3 MMC təkrarən məhkəmə kollegiyasının iclasında təmsil olunmamış və vermiş olduğu apellyasiya şikayətinin dəliləri barədə sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edərək qeyd edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd olunur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəmələr tərəfindən hazırki iş üzrə ipotekaya xitam verilməsinə əsas ola biləcək hər hansı hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin sözügedən qətnaməsindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(046)-325/2019 saylı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı, cavabdehlər “xxxx” KB ASC və Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(046)-325/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-260/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-260/2021
08.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver