Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-261/2023 14.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan payların naturada bölünməsi” tələbinə dair (Açar sözlər: Apellyasiya icraatına xitam) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan payların naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(051)-687/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanda yerləşən 0.0911 ha torpaq sahəsindən onun 1/5 hissə payının ayrılması, torpaq payına düşən 0.01822 ha hissəsinin cavabdehlərin torpaq sahəsindən sərhədlərini ayırmağa imkan verən yerdən naturada bölünüb istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 A ünvanda yerləşən 0,0189 ha torpaq sahəsi və orada yerləşən yaşayış evi onun mülkiyyətindədir. Qardaşı X1 şəhəri Günəş küçəsi 39 ünvanda yerləşən torpaq sahəsinin 1/5 hissəsindən ibarət olan özünə məxsus olan payını 30 yanvar 2022-ci ildə ona bağışlamışdır. Qeyd edir ki, paylı mülkiyyətdə olan torpaq sahəsi 0,0911 ha torpaq sahəsindən ibarətdir. Hazırda ünvan 3 ünvanda yerləşən topaq sahəsinin 4/5 hissəsi cavabdehlərin mülkiyyətindədir. Ünvanın ayrı olmasına baxmayaraq cavabdehlərlə aralarında hasar çəkə bilmir. Bu səbəbdən ünvan 3 A ünvanda yerləşən 0,0911 ha torpaq sahəsindən onun 1/5 hissə payının ayrılması, torpaq payına düşən 0,01822 ha hissəsinin cavabdehlərin torpaq sahəsindən sərhədləri aırmağa imkan verən yerdən naturada bölünüb istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı və nümayəndəsi və vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını, yekun məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, paylı mülkiyyətdə olan torpaq sahəsi 0,0911 ha torpaq sahəsindən ibarətdir. Hazırda ünvan 3 A ünvanda yerləşən 0,0911 ha torpaq sahəsinin 4/5 hissəsi cavabdehlərin mülkiyyətindədir. Hesab edir ki, iddiaçının tələbi əsassızdır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da Cavabdeh1 izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Cavabdeh1 nümayəndəsi (vəkili) X6 da iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(051)-687/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan payların naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Lakin iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunduğu kimi payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığından, iddiaçıya düşən pay naturada ayrılmamalıdır. Torpaq sahəsinin bölgüsü zamanı tərəflərin hər birinin sərəncamına yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə isə yalnız bir tərəfdən giriş-çıxış yolunun olması, eləcə də həyətyanı sahəyə giriş qapısının eni 3,0 m olduğunu nəzərə alaraq iddiaçıya düşən sahədə mümkün olmaması torpağın naturada bölünməsini istisna edir. Birinci instansiya məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1, 213, 220.2, 220.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 117, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 04 avqust 2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanda A saylı Fərdi yaşayış evi atası Cavabdeh1, A 1 saylı fərdi yaşayış evi onun mülkiyyətində olmaqla həmin ünvanın yerləşdiyi 0.11 ha torpaq sahəsi onlar da daxil olmaqla Sahibə, Tural, Vüqar, Aynur Sadıqovlarla bərabər hər birinin 1/6 hissə mülkiyyət hüquqları qeydə alınmışdır. Onun iddiası əsasında onun həmin ünvandakı 1/6 hissə torpaq payı naturada ayrılmış və fərdi yaşayış evi ilə bərabər 0.01822 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmış və onun ünvanı ünvan 3 A adlandırılmışdır. ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin 5 mülkiyyətçisi qalmışdır. X10 30 yanvar 2022-ci ildə özünə məxsus 1/5 hissə, 0.01822 ha torpaq sahəsini ona bağışlamışdır. Torpaq sahələri naturada ayrılmasına baxmayaraq cavabdehlər hər vəchlə onun sərhəd çəkməyinə icazə verməmişlər. X12 torpağını ona bağışladıqdan sonra ona məxsus torpaq sahəsi öz həyətinin qarşısının ona verilməklə sərhədlərində hasar çəkilməsinə imkan verirdi. Belə ki, əvvəlki mübahisələri üzrə ekspert torpaq sahəsinin naturada bölünməsi üçün cüzi torpaq sahəsi tələb olunduğunu göstərmişdir. O, Mingəcevir şəhəri Günəş küçəsi 39 ünvanda yerləşən 0.0911 ha torpaq sahəsindən onun 1/5 hissə payının ayrılması, torpaq payına düşən 0.01822 ha hissəsinin cavabdehlərin torpaq sahəsindən sərhədlərini ayırmağa imkan verən yerdən naturada bölünüb istifadəsinə verilməsi barədə iddia qaldırmışdır. Məhkəmə isə onun iddia tələbini qətnaməyə səhv daxil etmiş, iddia tələbinin ona məxsus torpaq sahəsinin naturada ayrılması ilə bağlı olsa da, təyin etdiyi məhkəmə tikinti-texniki ekspertizası qarşısında iddia tələbindən kənara çıxan qaydada, yəni ünvan 3 A ünvanında yerləşən 0,0911 ha torpaq sahəsinin naturada bölünməsinin mümkün olub-olmaması, əgər mümkünsə həmin bölgünün hansı formada aparılmalı olmasını qeyd etmişdir. Ekspert də nəticədə iddia tələbinin olmadığı iş üzrə rəy vermişdir. Onun kiminsə payının ayrılmasını tələb etmək hüququ olmadığından öz payının ayrılmasını tələb etməsinə baxmayaraq məhkəmə maddi hüquq normasını formal olaraq qətnaməyə daxil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsini isə qətnaməyə səhvən daxil etmişdir. Həmçinin ekspert qarşısında qoyulmuş sualın iddia tələbinə uyğun olmadığı müəyyən edilsə də birinci instansiya məhkəməsi təkrar ekspertizanın keçirilməsi barədə vəsatətinə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə formal mülahizə yürüdərək onun iddiasını rədd etmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(051)-687/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddiasının təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər, onların vəkilləri səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron ünvanına ərizə ünvanlayaraq, apellyasiya şikayətindən imtina etdiyini, belə ki, cavabdehlərlə öz aralarında razılığa gəlib bölgünü həyata keçirtdiklərini göstərmiş və apellyasiya şikayətindən imtina etməsi nəzərə alınaraq apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4-ci maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(051)-687/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(051)-687/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən iddiaçı tərəfin apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina üçün apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan payların naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(051)-687/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-261/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-261/2023
14.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver