Məhkəmə qərarları › İş №2(107)-267/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-267/2023

15.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-267/2023 15.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(016)-773/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh oğlu - X2 və onunla bərabər təqsirləndirilən şəxslər X7 və X4 hüquqi yardımın göstərilməsi üçün 2100 manat pul vermişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən əsas borc məbləği kimi 3600 manat, ona dəymiş maddi zərər kimi 940 manat və mənəvi zərərin əvəzi kimi 1500 manat olmaqla, cəmi 6040 manat məbləğin ödədiyi dövlət rüsumunun əvəzi kimi 81 manat məbləğinin də cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu Səid İsmayılov 05 mart 2019-cu ildə törətdiyi cinayət əməlinə görə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Oğlu ilə birlikdə cinayət törədən, İsmayıllı rayon Zeyvə kənd sakini X5 iki kürəkəni, yəni X7 və X9 da azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar. O, Babayev İslamla birlikdə uşaqların cəzasını azaldılması üçün təcrübəli vəkil axtarmış, 2019-cu ilin avqust ayında kürəkəni X16 belə bir təcrübəli vəkili tanıdığnı bildirmişdir. Həmin vəkilin Ağsu rayon Ərəbuşağı kənd sakini olmaqla həmin kənddə qeydiyyatda olan, lakin Bakı şəhər Binəqədi rayonu ərazisində yaşayan Cavabdeh olduğunu demişdir. Bundan sonra o, Cavabdehlə görüşmək üçün Bakı şəhərinə getmişdir. O, Bakı şəhərində Nadirlə görüşərək məsələni ona bildirmişdir. Bundan sonra, Nadir tanımadığı bir nəfərə zəng vuraraq oğlunun cinayət işi haqqında söhbət edib bitirdikdən sonra oğlunun cəzasını azaltmaq üçün 1500 manat məbləğində pul tələb olunduğunu bildirmişdir. O, həmin məbləği kürəkəni Vasifin iştirakı ilə Nadirə vermişdir. Nadir eyni zamanda bildirdi ki, 2 gündən sonra İsmayıllı rayonuna gələcək və orada görüşüb məsələni müzakirə edəcəklər. 2 gündən sonra Cavabdeh İsmayıllı rayonuna gəlmiş və onlar Bizlan kənd ərazisində yerləşən kafelərin birində oturub söhbət etmişlər. Nadir bildirmişdir ki, oğlu cinayəti qrup halında törətdiyi üçün onun işini tək həll etmək mümkün deyil, mütləq mütləq digər iki nəfərlə birlikdə həll edilməlidir. Bunun üçün əlavə 2400 manat da lazımdır. Bu barədə o, İslam Babayevə bildirmişdir. İslam bir gündən sonra gətirib 2400 manatı ona vermişdir. O, həmin pulu da götürüb Bakı şəhərinə getmişdir və Nadirlə zəngləşib Binəqədi rayonunun mərkəz hissəsində onunla görüşmüş və pulu Nadirə vermişdir. Lakin Nadir ümumi pulun çox olduğunu bildirərək 300 manatını ona qaytarmışdır. Bütün bunlara baxmayaraq uşaqların cəzası azaldılmamış, qəbul olunmuş hökm Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh özünü vəkil kimi təqdim etməklə onu aldatmış, ondan aldığı 3600 manatın yalnız 450 manatını onun razılığı olmadan digər vəkil X10 vermiş və onun pulunu aldatma yolu ilə mənimsəmişdir. Həmin vaxtdan üç ilə yaxın müddət ötsə də və dəfələrlə Bakı şəhərinə gedib cavabdehlə görüşərək pulunu tələb etsə də, cavabdeh onun pulunu geri qaytarmamış, ona mənəvi iztirab vermişdir. Bununla da cavabdeh ona həm maddi həm də mənəvi zərər vurmuşdur.

4. İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Bundan əlavə, göstərmişdir ki, cavabdehə işlə bağlı 1500 manat evində, 2100 manat Şamaxinka ərazisində yerləşən “Şəki” kafesində, ümumilikdə 3600 manat pul vermişdir. Şamaxinkada pulu 2019-cu ildə vermişdir və həmin zaman yanında heç bir şahid olmamışdır. Onun vəkil ilə heç bir müqaviləsi olmamışdır.

5. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, onun vəkil qohumu vardır, iddiaçı ona xahiş etmişdir ki, ona işi ilə bağlı köməklik göstərsin. O da, vəkil qohumundan xahiş edərək 2100 manat pulu iddiaçıdan alıb xidmət göstərmək üçün vəkilə vermişdir. Müqaviləyə də, o, qol çəkmişdir. İddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdur. O, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasındakı münasibətə əsassız varlanmanın müddəaları tətbiq edilməlidir. Belə ki, Cavabdeh 1.950 manat məbləğində pul vəsaitini bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçının oğlu - X2 və onunla bərabər təqsirləndirilən şəxslər X7 və X4 hüquqi yardımın göstərilməsi üçün iddiaçıdan 2.100 manat məbləğində pul almışdır. Lakin iş materiallarında olan “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilələrdən görünür ki, vəkil X12 hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxs Cavabdeh ilə hər bir müqavilənin dəyəri 50 manat olmaqla, ümumi dəyəri 150 manat olan üç ayrı müqavilə imzalamışdır.

7. Məhkəmə iddiaçının iddia tələbinin 940 manat maddi zərərin və mənəvi zərərin əvəzi kimi 1.500 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə əsassızdır.

8. Məhkəmə hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər dəyməsini barədə sübutları məhkəməyə təqdim etmədiyindən, habelə onun maddi və mənəvi ziyan dəyməsinə dair tələbi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

9. Məhkəmə, həmçinin iddianın 81 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

10. Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(016)-773/2022 nömrəli qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia qismən təmin olunmuş, 1.950 (bir min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 81 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091, 1092 və 1093-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

12. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 31 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh və X8 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir.

13. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Prokurorluğu Bakı Şəhəri Yasamal Rayon Prokurorluğunun iddiaçıya ünvanlanmış 13 iyun 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı ərizəsi əsasında Yasamal RPİ-nin İŞ-də toplanmış material rayon prokrorluğunda öyrənilmiş və material üzrə qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar əsassız olduğundan tərəflərindən xx.xx.2022-ci il tarixli qərarla ləğv edilərək material əlavə araşdırma aparılması və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən qərar qəbul edilməsi üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 25 iyun 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh və X8 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir.

15. İş materiallarına əlavə edilmiş Abışov X11 RPİ-nin İŞ-də verdiyi izahatında göstərmişdir ki, “Qoçpolad qeyd edib ki, mənə 3600 manat pul verib, lakin mən Qoçpoladdan 2100 manat pul almışam. O, həmişə öz işinə özü problem yaratmışdır ki, başqa insanlar bu işə müdaxilə etsin”.

16. İş materiallarından görünür ki, X3 hüquqi yardımın göstərilməsi üçün Cavabdeh Hafiq oğlu ilə vəkil X12 arasında 50 manat dəyərində “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2020-ci il tarixli müqavilə imzalanmışdır.

17. İş materiallarından görünür ki, X2 hüquqi yardımın göstərilməsi üçün Cavabdeh Hafiq oğlu ilə vəkil X12 arasında 50 manat dəyərində “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2020-ci il tarixli müqavilə imzalanmışdır.

18. İş materiallarından görünür ki, X6 hüquqi yardımın göstərilməsi üçün Cavabdeh Hafiq oğlu ilə vəkil X12 arasında 50 manat dəyərində “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2020-ci il tarixli müqavilə imzalanmışdır.

19. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnaməsini onunla əsaslandırır ki, iddiaçı ona 2100 manat pul vermiş, o həmin puldan cəmi 150 manat hissəsini vəkilə ödəmiş, qalan 1950 manat hissəsini heç bir əsas olmadan əldə etməklə əsassız varlanmışdır.

21. Əvvala vəkillə bağlanmış müqavilələrə görə 150 manat deyil, 450 manat pul ödənilmişdir (ödəniş qəbzləri iş materiallarına əlavə edilmişdir). Bunu iddiaçı belə iddia ərizəsində göstərmişdir. Digər tərəfdən iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan göründüyü kimi, cinayət işi ilə əlaqədar olaraq iki dəfə Bakı şəhərindən vəkil Əjdər Sarıyevlə birlikdə Şəki şəhərinə getmiş və bütün xərclər onun tərəfindən qarşılanmışdır. Lakin məhkəmə bunu nəzərə almamışdır.

22. Məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmiş işin digər halı ondan ibarətdir ki, iş üzrə iddiaçı ilə 22 iyul 2019-cu il tarixdə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna gedərək hüquqi xidmət göstərilməsi üçün vəkillə müqavilə bağlanmışdır. Həmin vaxt iddiaçı ilə vəkil Əjdər Sarıyev bilavasitə danışaraq iş üzrə kassasiya şikayətinin verilməsini razılaşmışlar. Artıq həmin tarixdən iddiaçı onun vəkil olmadığını, uşaqlarının işi ilə əlaqədar onun deyil, vəkil Əjdər Sarıyevin məşğul olacağını bilirdi. Lakin o, həmin vaxtdan hər hansı bir etiraz bildirməmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu halına hüquqi qiymət verməmişdir.

23. Məhkəmə iddiaçı tərəfindən ona 2100 manat pul vəsaitinin verildiyini göstərsə də, həmin pul vəsaitinin iddiaçının tapşırığı əsasında onun tərəfindən vəkilə verildiyini tam araşdırmamışdır.

24. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(016)- 773/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinni rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

27. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2-ci maddəsinə əsasən, əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir.

29. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarında Plenum izah etmişdir ki, “...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

32. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(016)- 773/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, qətnamənin iddianın təmin olunmamış hissəsində nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin həmin hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

34. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh birincinin oğlu - X2 və onunla bərabər təqsirləndirilən şəxslər X7 və X4 hüquqi yardımın göstərilməsi üçün birincidən 3600 manat pul aldığını iddia edir. O həmin məbləğin 1500 manat evində, 2100 manat Şamaxinka ərazisində yerləşən “Şəki” kafesində cavabdehə verdiyini bildirmişdir.

35. Bu qətnamənin 32-ci bəndində göstərildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissəsində yoxladığından iddianın təmin edilməmiş hissələri ilə bağlı araşdırma aparılmamışdır.

36. İddiaçının cavabdehə veridyini iddia etdiyi 3600 manat məbləğin 2100 manatını İddiaçı ona verməsi Cavabdeh tərəfindən etiraf edilir. Belə ki, cavabdeh həm birinci instansiya məhkəməsində verdiyi izahatlarda, həm apellyasiya şikayətində, həm də məhkəmə kolelgiyasının iclasında verdiyi izahatda iddiaçı tərəfindən ona 2100 manat pulun verildiyini etiraf etmişdir.

37. Eyni zamanda, mülki işin 44-49-cu vərəqlərində yer alan “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilələrdən görünür ki, vəkil X12 hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxs Cavabdeh ilə hər bir müqavilənin dəyəri 50 manat olmaqla, ümumi dəyəri 150 manat olan üç ayrı müqavilə imzalamışdır.

38. Belə olan halda, həmin 150 manatın cavabdehə verilməsi əsası mövcud olduğundan, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən etiraf edilmiş 2100 manatdan həmin 150 manatı çıxmaqla, iddianı 1950 manat həcmində təmin etməkdə haqlı olmuşdur.

39. Cavabdeh apellyasiya şikayətində cavabdeh tərəfindən vəkil X10 150 manatdan əlavə 200 manat da ödənilməsini bildirməklə mülki işin materiallarında olan ödəniş qəbzlərinə istinad etmişdir (bu qətnamənin 20-ci bəndi) ki, həqiqətən də mülki işin 43-cü vərəqində Cavabdeh və vəkil X8 adları qeyd edilmiş iki ədəd 100 manatlıq “mədaxil qəbzinin kötüyü” olsa da, həmin qəbzlərdə ödənişlərin hazırki işlə əlaqəli olduğunu göstərəcək heç bir qeydə rast gəlinmir. Beləliklə, həmin ödənişlərin nə məqsədlə olunduğu və bu işə aidiyyəti sübut olunmur.

40. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 20-23cü bəndlərində göstərilmiş digər arqumentlərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh qeyd etdiyi halların mövcudluğuna dair məhkəməyə heç bir sübut və ya dəlil təqdim edə bilməmiş, hətta həmin hallar doğru olsa belə, bu hallarla bağlı konkret olaraq hansı məbləğlərdə pul xərclədiyini nə şifahi olaraq bildirmiş, nə də təsdiq edəcək hər hansı sübut təqdim etmişdir.

41. Buna görə də, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.

42. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(016)-773/2022 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(016)-773/2022 nömrəliqətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar