Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-273/2022 29.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X26 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5, Bakı şəhər 11 saylı Notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “hərrac razılaşmasının, hərrac protokolunun etibarsız hesab edilməsi, dövlət aktının, vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestrdən çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərrac razılaşmasının, hərrac protokolunun etibarsız hesab edilməsi, dövlət aktının, vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestrdən çıxarışın ləğvi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (Xəyalə və İddiaçı5lar sonuncu prosesdə iştirak etmirlər), Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X26 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5, Bakı şəhər 11 saylı Notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “hərrac razılaşmasının, hərrac protokolunun etibarsız hesab edilməsi, dövlət aktının, vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestrdən çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(075)-1743/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 etibarnamə üzrə nümayəndələri və vəkilləri Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Şəki Rayon Məhkəməsinin 2(075)-93/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı JN-0317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 15 noyabr 2019-cu il tarixli, V- 13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-181/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon məhkəməsinin 10 sentyabr 2020-ci il tаrixli, 2(075)-93/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3474/2021 saylı, 08 iyun 2021-ci il tarixli qərarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-181/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh5 21 oktyabr 2021-ci il tarixli, 10411/1 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-272 saylı qətnaməsinə əsasən borclu İddiaçı1 156 000 000 manat (31200 manat) pul tutulub X2 ödənilməlidir. İcra sənədi 13 avqust 2003-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. Qeyd edilən icra işi hazırda şöbədə mövcud deyil. Belə ki, şöbənin inzibati binasının təmiri zamanı icrası başa çatdırılmış və arxiv otağına yerləşdirilmiş icra işləri məhv olmuşdur. Göstərilən səbəbdən 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşmasının və 12 mart 2004-cü il tarixli hərrac protokolunun surətlərini təqdim etmək mümkün olmur. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2-272/2003 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı1 ********* manat, X6 78000000 manat alınıb X20 Abad Rəşidə verilməlidir. Qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN- 317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli qətnaməsinə əsasən X14 Şəki rayonu Sarıca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 13 hektar torpaq sahəsi ayrılmışdır. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya MH, ******* nömrəli, 02 noyabr 2006-cı il qeydiyyat tarixli, **********88 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 7.8508 hektar torpaq sahəsi X10 adınadır. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya MH, ******* nömrəli, 02 noyabr 2006-cı il qeydiyyat tarixli, **********87 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 5.15 hektar torpaq sahəsi X10 adınadır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 27 oktyabr 2009-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 17 oktyabr 2009-cu il tarixdə ölmüşdür. Bakı şəhər 11 saylı Notariat Kontoru tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamədən görünür ki, 17 oktyabr 2009cu il tarixdə ölmüş X10 vərəsəsi Cavabdeh1 olmaqla, o, mirasdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən 02 noyabr 2006-cı il qeydiyyat tarixdə verilmiş **********88 reyestr nömrəli, ********* qeydiyyat nömrəli və **********87 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 7.8508 hektar və 5.15 hektar torpaq sahələri olmuşdur. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********88 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 7.8508 hektar torpaq sahəsi Cavabdeh1 adınadır. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 5.15 hektar torpaq sahəsi Cavabdeh1 adınadır. Apellyasiya instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş (Şəki rayon Məhkəməsinin 2 cildlik 2(075)-93/2020 nömrəli işi üzrə) Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2-272/2003 nömrəli qətnaməsi 29.07.2003-cü il tarixdə icraya yönəldilmişdir. ƏMDX-nin sentyabr 2020-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı1 məxsus olan Şəki rayonu Sarıca kəndində yerləşən 13 ha torpaq sahəsi hərraca çıxarılmış, hərracın nəticələri üzrə Barat Rəhimov qalib alıcı hesab edilmişdir. DƏDRX-in 17 mart 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, Şəki ASAN xidəmt mərkəzində notariat ofisinin 22.08.2019-cu il tarixli, 4Ə-1106 və 4Ə-1107 reyestr npmrəli müqavilələrinə əsasən Cavabdeh1 7.8508 ha və 5.15 ha torpaq sahələrini X1. X11 adına 5.15 ha əkin torpaq sahəsinə **********87 reyestr, ********** qeydiyyat nömrə ilə, 7.8508 ha əkin torpaq sahəsinə **********88 reyestr, ********** qeydiyya nömrə ilə 10.09.2020-ci il tarixdə dövlət reyestrindən çıxarışlar qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması, 12 mart 2004-cü il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi, hərrac əsasında X10 adına verilmiş 148 nömrə ilə dövlət aktı qeydiyyat kitabında 19 may 2005-ci il tarixdə qeydiyyata alınmış, JN-317 saylı, 40402037 kodla 13 ha torpaq sahəsinə verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın ləğv edilməsi, Bakı şəhəri 11 saylı Dövlət Notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş 15 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestr və çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 11 iyul tarixli 54 saylı qərarı ilə verilmiş sərhəd daxilində 14.59 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 5 nəfər ailə tərkibi olmaqla İddiaçı1 verilmişdir. Qeyd edilən sənəd 12821 nömrə ilə 25 dekabr 1999-cu il tarixli qeydiyyat ilə qeydiyyat kitabında qeyd edilmişdir. Həmin torpaq sahəsindən 2019-cu il tarixədək maneəsiz istifadə etmişlər. Torpaq sahəsinin illərdir vergisini ödəməş və əkibbecərmişlər. Torpaq sahəsi 5 nəfər ailə üzvünə verilmişdir. Ataları İddiaçı1 2.9 ha, o cümlədən, digər ailə üzvlərinin hər birinə 2.9 ha olmaqla, ümumilikdə 14.59 ha torpaq sahəsi verilmişdir. İddiaçı3 İddiaçı1 arvadıdır. Bu torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlakdır. Ailə olaraq 2019-cu ilin sonunadək bu torpaqdan istifadə etmiş, əkibbecərmiş, vergisini vaxtı-vaxtında ödəmişlər. 2019-cu ilin sonunda torpaq sahəsini özəlləşdirmək istəyərkən müvafiq quruma müraciət etdikdə onlara məlum olmuşdur ki, torpaq sahəsi qanunsuz olaraq, məlumatları olmadan X10 adına rəsmiləşdirilmiş və X10 adına 19 may 2005-ci ildə, 148 saylı dövlət aktı qeydiyyat kitabında qeydə alınmış, JN-317 saylı, kod 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bunu bildikdən dərhal sonra X14 və ƏMDK vanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0317, kod ********* saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın və həmin dövlət aktı əsasında verilmiş MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 15 noyabr 2019cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(075)-93/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(107)-181/2021 saylı qətnaməsi ilə onlar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsində işə baxılarkən onlara məlum olmuşdur ki, torpaq sahəsi hərrac vasitəsi ilə özgəninkiləşdirilmişdir. İddiaçı X20 Abad Rəşidin cavabdehlər İddiaçı1 və X9 qarşı borc müqaviləsi üzrə pul tələbinə və dəymiş zərərin əvəzinin ödənilməsinə dair mülki iddiası olmuş, Səbail Rayon Məhkəməsinin 07 aprel 2003-cü il tarixli, 2-272/2003 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, daha sonra ərizə əsasında qiyabi qətnamə ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılmış, Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2-272/2003 saylı qətnaməsinə əsasən İddiaçı1 ********* manat, X6 78000000 manat alınıb X23 Abad Rəşidə verilməsi qərara alınmışdır. Sonradan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2-272/2003-cü il tarixli qətnaməsinin icrası ilə bağlı Şəki rayonu Sanca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 13 hektar torpaq sahəsi hərrac yolu ilə X10 adına qeydə alınmışdır. Yəni müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi qətnamənin icrası zamanı torpağın hərraca yönəldilməsi vasitəsi ilə özgəninkiləşdirilmişdir. Hesab edirlər ki, torpaq sahəsinin özəlləşməsinə əsas olmuş hərrac tam qanunsuz olmuşdur. Qanunsuz olaraq həmin torpaq sahəsi Cavabdeh1 və qeyrilərinin mülkiyyətindədir. Qanunsuzluqlar aşağıdakılarda ifadə olunur: 1) hərracın nə vaxt, harada, necə keçirilməsi barədə heç birisinin məlumatı olmamışdır. Yəni, ümumiyyətlə, hərrac barədə məlumatları Şəki Apellyasiya Məhkəməsində işə baxılarkən olmuşdur. Bununla da icra hərəkətləri aparılarkən kobud surətdə “İcra haqqında qanunu”nun, “Hərrac haqqında qanunu”nun, Mülki Məcəllənin tələbləri pozulmuşdur. 2) həmin torpaq sahəsi birgə nikah dövründə əldə edilmişdir. Torpaq sahəsinin 1/2 hissəsi İddiaçı3 mülkiyyəti hesab edilir. İcra məmuru yalnız həmin torpaq sahəsinin yarısına borcun tutulmasını yönəldə bilərdi. Bütünlüklə, torpaq sahəsini hərraca çıxara bilməzdi. 3) bu torpaq sahəsi verilərkən digər ailə üzvlərinin X4, İddiaçı2, İddiaçı5, o cümlədən İddiaçı3 payları mövcud olmuşdur. Torpaq hərraca çıxarkən artıq bu şəxslər yetkinlik yaşına çatmış olmuşlar. Bu şəxslərin hər birinin 2.9 ha ölçüdə payları mövcud olmuşdur. Bunu təsdiq edən sənədlər iş materiallarında mövcuddur. Torpaq hərraca məlumatları olmadan çıxarılarkən yuxarıda qeyd etdiyi şəxslərin payları nəzərə alınmamışdır. İcra məmuru torpağın yalnız İddiaçı1 payına münasibətdə hərraca çıxara bilərdi. Digər payçıların torpaq sahələrinin hərraca çıxarılması qanunsuz olmuşdur. Yəni başqa fiziki şəxsin borcuna görə digər payçılar torpaqlarından məhrum olunmamalı idilər. İş üzrə məhkəmə qətnaməsi mövcuddur ki, həmin qətnaməyə əsasən İddiaçı1 pulun tutulması qət edilmişdir. İddiaçı1 borcuna görə digər mülkiyyətçilər də öz torpaq paylarından məhrum olmuşlar. İcraçı İddiaçı1 borcuna görə digər mülkiyyətçilərin hüquqlarını kobud surətdə tapdalayaraq, onların torpaqlarını hərraca çıxarmaqda qanunsuz hərəkət etmişdir. Nəticədə İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 hər biri 2.9 ha ölçüdə olan pay torpaq sahəsindən, eləcə də İddiaçı3 birgə nikah dövründə əldə edilmiş əmlak kimi mülkiyyət hüququndan məhrum olunmuşlar. Onlar torpağın hərrac yolu ilə satılmasını Şəki Apellyasiya Məhkəməsində bilmişlər. Hətta Ali Məhkəməyə şikayət edərkən Şəki Apellyasiya Məhkəməsinə müraciət edib kserosurət olaraq əldə etmişlər. Ona görə də 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması, 12 mart 2004-cü il tarixli hərrac protokolu etibarsız hesab edilməli, hərrac əsasında X10 adına verilmiş 148 nömrə ilə dövlət aktı qeydiyyat kitabında 19 may 2005-ci il tarixdə qeydiyyata alınmış, JN- 317 saylı, 40402037 kodla torpaq sahəsinin 13 ha miqdarında verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı ləğv edilməli, qeyd edilən dövlət aktı nəticəsində Bakı şəhəri 11 saylı Dövlət Notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 adına verilmiş 15 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestr çıxarışı ləğv edilməlidir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 21 oktyabr 2021-ci il tarixli, 2(075)- 1743/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia tələbi-
1. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X26 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5, Bakı şəhər 11 saylı Notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması və 12 mart 2004-cü il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi” hissəsində,
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X26 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5 və Bakı şəhər 11 saylı Notariat ofisinə qarşı “hərrac əsasında X10 adına verilmiş 148 nömrə ilə dövlət aktı qeydiyyat kitabında 19 may 2005-ci il tarixdə qeydiyyata alınmış, JN-317 saylı, 40402037 kodla 13 ha torpaq sahəsinə verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın ləğv edilməsi” hissəsində;
3. Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X26 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5, Bakı şəhər 11 saylı Notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Bakı şəhəri 11 saylı Dövlət Notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş 15 noyabr 2019cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” hissəsində;
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X26 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5 və Bakı şəhər 11 saylı Notariat ofisinə qarşı “Bakı şəhəri 11 saylı Dövlət Notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş 15 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestr və çıxarışın ləğv edilməsi” hissəsində təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. İddiaçılar iddia tələblərinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Həmçinin, məhkəmə araşdırması zamanı da 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması, 12 mart 2004-cü il tarixli hərrac protokolu, JN-0317, kod 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı, 15 noyabr 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilməmişdir. Göründüyü kimi 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması, 12 mart 2004- cü il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi, JN-0317, kod 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının, 15 noyabr 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Göründüyü kimi mübahisəli torpaq sahəsi mərhum İddiaçı1 məhkəmə qətnaməsi əsasında tutulmalı olan 156.000.000 manat tələbin təmin olunması üçün məhkəmə qərarı əsasında hərraca çıxarılmış və hərrac vasitəsilə Cavabdeh1 mərhum atasına satılmışdır. Əmlakın hərraca çıxarılması məhkəmə qərarı əsasında baş tutmuşdur. Həmin qərar və eləcə də onun əsasında keçirilmiş hərracın nəticələri (hərrac protokolu və hərrac razılaşması) vaxtında mübahisələndirilməmişdir. Əmlakı hərracda satın almış mərhum X17 02 noyabr 2006-cı il tarixdə mülkiyyət hüququna dair Çıxarış almış və onun vəfatına qədər (17 oktyabr 2009-cu il tarixədək) həmin hallar mübahisələndirilməmiş, əmlak özəlləşəndən 15 il sonra hazırkı tələb mərhumun vərəsəsinə və digərlərinə qarşı irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 337.1, 337.2, 337.3, 337.4, 324.1, 324.2, 324.4, 329.2, 354.1, 354.2, 389.1, 389.2, 1151, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246 və 1248-ci maddələrinə, İcra haqqında Azərbaycan Respublikasının “Qanunu”nun 2.1 və 53.2-ci maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Sözügedən qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 etibarnamə üzrə nümayəndələri və vəkilləri Nümayəndə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmaqla yanaşı qeyd etmişlər ki, birinci instansiyası məhkəməsi məntiqi üsüllarla hüquqi nəticəyə gəlmiş və həmin məntiqi metodların nədən ibarət olmasını öz qətnaməsində qeyd etməmişdir. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlosakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipiarasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasınısübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsi ilə hərracın keçirilmə qaydası müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində elan dərc etdirilməli və bununla bərabər ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir. Lakin işin faktiki halları ilə görünür ki, hərrac qanunvericiliyin tələblərinə cavab vermədən keçirilmiş, iddiaçılar hərraca çıxarılan torpaq sahəsinin mülkiyyətçiləri olmalarına baxmayaraq onlara bu barədə məlumat verilməmişdir. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını araşdırmadan formal qətnamə qəbul etmişdir. Cavabdeh Respublika Xammalvə X26 Rayonlararası “Kümrük” MMTC hərracı qanunvericiliyin tələbinə uyğun keçirməsi barədə heç bir sübutu məhkəməyə təqdim etməmiş, işə baxan birinci instansiya məhkəməsi isə bu barərə sübutları cabdehdən tələb etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də hərracın qnauni və əsaslı keçirilməsi sübut edilməmişdir. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(075)- 1743/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz və mülahizələr verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahat verərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi hərraca çıxarılarkən o hərbi xidmətdə olmuşdur. Torpaq sahəsinin satılmasından onların xəbəri olmayıb. 2019-cu il tarixdə subsidiya kartını dəyişərkən torpağın başqa şəxsə satılmasından məlumatlı olub. Cavabdehlərin torpaq sahəsinin mövcudluğundan xəbəri olmayıb. Bundan əlavə atalarının borcuna görə nəyə görə bütün torpaq sahəsi hərraca çıxarılıb. 2019-cu ilə kimi torpaq onların istifadəsində olub. Ona görə də apellyasiya şikayətini təmin olunmasını xahiş edir. Məhkəmənin 25.01.2022-ci il tarixli iclasında iştirak etmiş iddiaçıların vəkili Nümayəndə şikayəti müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə obyektiv araşdırma aparmamış, sonda qeyri-obyektiv qərar qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, torpağın hərraca çıxarılmasından, kənar şəxsə satılmasından xəbəri olmayıb. Son vaxlara qədər torpağın onlara məxsus olduğunu zənn etmişdir . Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir. Məhkəmənin 01.03.2022-ci il tarixli iclasında iştirak etmiş İddiaçı4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onun da nə məhkəmə qərarlarından, nə də ki, hərracın keçirilməsindən xəbəri olub. İndi torpağının geri qaytarılmasını tələb edir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmənin 01.03.2022-ci il tarixli iclasında iştirak etmiş İddiaçı5 da apellyasiya şikayətini müdafiə edərək, digər iddiaçılarla eyni məzmunda izahat verərək, sonda şikayətlərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçılar əvvəllər də məhkəmədə iddia qaldırmış, lakin onların iddiaları təmin olunmamışdır. İddiaçılar iddianın mahiyyətinin bir az dəyişməklə yenidən iddia veriblər. Hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti tamamilə əsassızdır. Çünki, qeyd olunan torpaq sahəsi qanuni qüvvədə olan məhkəmə qərarları əsasında hərraca çıxarılmışdır.Hətta hərrac keçirilən zaman fərdi yaşayış evi də mübhasiləndirilirdi. İddiaçılar da bu işdən o vaxtdan məlumatlıdırlar. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı1 və iş üzrə digər cavabdehlər (onların nümayəndəsi) səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 432.4-cı maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) hesab edilirlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. “İcra haqqında Azərbaycan Respublikasının Qanunu”nun; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(075)-1743/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər, yəni sözügedən torpaq sahəsi ilə bağlı hərracın düzgün keçirilməsinin müəyyən edilməməsi hər hansı sübutla təsdiqlənməmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə iddianın məğzi iddiaçıların hərracda iştirakının təmin edilməsi üçün zamanında məlumatlandırılmaması ilə əlaqədardır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materialları ilə təqdim edilmiş sübutlar bunu təsdiq etmir və qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmasını nəzərə alaraq MM-in 416.1-ci maddəsinə müvafiq Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozulması kimi hesab edilə bilməz. Həmçinin iddiaçının məlumatlandırılması üçün zamanında göndərdiyi bildirişlərin hərrac təşkilatının vəzifəsinə aid edilən qüsuru müəyyən edilmir və dövlətin adından qəbul edilən qərarın vaxtında icrası məcburiliyinin təmin edilməsi hüquqdan sui-istifadənin hər hansı təzahürlərini üstələyir. Qaydaların pozulması qanunvericliyin hazırkı mübahisəli münasibətdə iddiaçıların hərracın keçirilməsi barədə məlumatlandırmamasıdır. Müddətlərin gözlənilməməsi isə iddiaçının hərracda iştirakına maneə kimi qiymətləndirməli və bu maneənin mövcudluğunu iddiaçı sübuta yetirməlidir. İşin faktiki halları ilə müəyyən edilir ki, Şəki rayonu AİK-ın 11 iyul 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu Sarıca kənd sakinləri ailə başçısı İddiaçı1 olmaqla, İddiaçı3, İmamverdiyeva (Mustafayeva) Xəyalə Zahid qızı, İddiaçı2 və İddiaçı5 Şəki rayonu Sarıca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 14.59 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bununla bağlı JN:112 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı işlənib hazırlanmışdır. İddiaçı1 borclu olduğu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2- 272/2003 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən borclunun həbs qoyulmuş əmlakı ilə bağlı ixtisaslaşdırılmış hərrac təşkilatı – Respublika Xammal və X26 Rayonlararası “Kürmük” MMTC-yə sifariş verilmişdir. Şəki rayonu Sarıca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 13 hektar torpaq sahəsi hərrac yolu ilə satılaraq X10 adına qeydiyyata alınmış, bununla bağlı X10 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-317, kod 40402037 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” verilmişdir. Həmçinin, Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 7.8508 hektar və 5.15 hektar torpaq sahələri bağlı X10 adına ƏMDKnin yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 02 noyabr 2006-cı il tarixdə **********88 dövlət reyestrindən çıxarışlar verilmişdir. X17 17 oktyabr 2009-cu il tarixdə vəfat etmiş, onun vəfatından sonra ondan miras qalmış DƏDRX-in Şəki Əİ tərəfindən 02 noyabr 2006-cı il qeydiyyat tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 7.8508 hektar və 5.15 hektar torpaq sahələri ilə bağlı sonuncunun vərəsəsi Cavabdeh1 adına Bakı şəhər 11 saylı Notariat Kontoru tərəfindən 15 noyabr 2019-cu il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********88 reyestr nömrəli və 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********87 reyestr nömrəli dövlət reyestrindən çıxarışlar verilmişdir. Hərracın nəticələrinin mübahisələndirilməsinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. «İpoteka haqqında» 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Kollegiyanın araşdırması zamanı 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması, 12 mart 2004-cü il tarixli hərrac protokolu, JN-0317, kod 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı, 15 noyabr 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilməmiş, dəfələrlə təklif olunmasına baxmayaraq iddiaçı tərəf bununla bağlı məhkəməyə hər hansl sübutu təqdim etməmişddir. Göründüyü kimi 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması, 12 mart 2004- cü il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi, JN-0317, kod 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının, 15 noyabr 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə araşdırmaları zamanı işin obyektiv araşdırılması məqsədilə aidiyyəti orqanlara, o cümlədən Cavabdeh5nə sorğular verilmiş, sorğuya verilmiş cavablar nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-272 saylı qətnaməsinə əsasən borclu İddiaçı1 156 000 000 manat (31200 manat) pul tutulub X2 ödənilməlidir. İcra sənədi 13 avqust 2003-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. Qeyd edilən icra işi hazırda şöbədə mövcud deyil. Belə ki, şöbənin inzibati binasının təmiri zamanı icrası başa çatdırılmış və arxiv otağına yerləşdirilmiş icra işləri məhv olmuşdur. Göstərilən səbəbdən 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşmasının və 12 mart 2004-cü il tarixli hərrac protokolunun surətlərini təqdim etmək mümkün olmur. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfin mübahisələndirdiyi hərrac, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2-272/2003 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi, bununla bağlı qəbul edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 08.10.2003-cü il tarixli “əmlakın üzərinə həbs qoyulma və əmlaka yönəldilmə” barədə qərardad əsasında keçirilmişdir. İşdən göründüyü kimi yuxarıda qeyd olunan qətnamə və qərardadlar qanuni qüvvədə olmaqla iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfin mübahisələndirdiyi torpaq sahəsi hərracın nəticələrindən sonra Barat Rəhimovun mülkiyyətinə, bundan sonra vərəsəlik qaydasında sonuncunun vərəsələrinə, yəni iş üzrə cavabdeh olan Sevinc və Zarik Rəhimovlara, daha sonra isə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında 3-cü şəxs Elşad Alxasovun mülkiyyətinə keçmişdir. Mübahisələndirilən torpaq sahəsi hazırda sonuncu mülkiyyətçi kimi Elşad Alxasovun adınadır. Məhkəmə kollegiyası hüquqi müəyyənlik prinsipi baxımından mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutaraq istər hərrac keçirilən zaman bağlanmış alqı-satqı müqaviləsi, istərsə də sonuncu mülkiyyətçi Elşad Alxasovla alqı-satqı müqaviləsi bağlanılarkən iş üzrə tərəflər arasındakı münasibətə, onlar arasında hər hansı ziddiyətin olub-olmamasına, eləcə də cavabdehin həmin torpaq sahəsini əldə edərkən vicdanlı alıcı olub-olmamasına da xüsusi diqqət yetirmişdir. Qeyd olunan məsələlər məhkəmə kollegiyasının iclasında aydınlaşdırılarkən müəyyən edilmişdir ki, hərracın keçirilməsi zamanı torpağı əldə etmiş Barat Rəhimov və sonuncu mülkiyyətçi Elşad Alxasov mübahisəli torpaq sahəsini rəsmi qaydada aldıqdan sonra qanunvericiliklə müəyyən olunmuş qaydada öz adına hüquq müəyyənedici sənəd, yəni çıxarış almış və mülkiyyət hüququnun bütün elementləri üzrə (sahiblik, istifadə və sərəncam) mülkiyyət hüququ qazanmışdır. Kollegiya iddianın və apellyasiya şikayətinin dəlilləri üzrə bildirir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası iddiaçıların mübahisələndirdiyi çıxarışın əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Kollegiya bildirir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi mübahisəli əmlakı əldə edən Barat Rəhimov (sonra onun vərəsələri olan iş üzrə cavabdehlər) və sonuncu mülkiyyətçi Elşad Alxasovda belə bir etirazın olması barədə heç bir məlumatı olmamış, həmin əmlakla bağlı notariat və dövlət reyestrini aparan orqanlarda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini əldə edən mülkiyyətçilər, o cümlədən Elşad Alxasov da məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Kollegiya göstərilənlərə istinadən hansı müqavilənin nə vaxt rəsmiləşdirilməsindən asılı olmayaraq, daşınmaz əmlakın dövlət reyestrinə daha üstün əhəmiyyət verir, reyestr qeydiyyatının həqiqiliyi və tamamlığı prezumpsiyasına güvənərək mötəbər sübut kimi qəbul edir. Beləlilə də qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 etibarnamə üzrə nümayəndələri və vəkilləri Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(075)-1743/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov