Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-275/2020 26.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-627/2019 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-627/2019 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən RX ******* saylı ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışla İddiaçı2 münasibətdə fərdi yaşayış evinin 1/4 hissəsinin, İddiaçı1 münasibətdə fərdi yaşayış evinin 1/4 hissəsinin bir olaraq, Cavabdeh1 münasibətdə fərdi yaşayış evinin 1/4 hissəsinin, Cavabdeh2 münasibətdə fərdi yaşayış evinin 1/4 hissəsinin bölünməklə naturada ayrılması tələbləri təmin edilməmiş, iş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pulun iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada, yəni hər birindən 50 manatın alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən RX ******* saylı ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışla İddiaçı2 münasibətdə fərdi yaşayış evinin 1/4 hissəsinin, İddiaçı1 münasibətdə fərdi yaşayış evinin 1/4 hissəsinin bir olaraq, Cavabdeh1 münasibətdə fərdi yaşayış evinin 1/4 hissəsinin, Cavabdeh2 münasibətdə fərdi yaşayış evinin 1/4 hissəsinin bölünməklə naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək tələbini belə əsaslandırmışlar ki, DƏDRX-nin xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli ******* saylı dövlət reyestrindən çıxarışına əsasən Göyçay rayonu l Ərəbcəbirli kəndində yerləşən 161.3 kv.m sahəyə malik 0,03006 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi İddiaçı2 1/4 hissədə, İddiaçı1 münasibətə 1/4 hissədə, Cavabdeh1 münasibətdə 1/4 hissədə, Cavabdeh2 münasibətdə 1/4 hissədə payları müəyyən edilmişdir. Həmin çıxarış müəyyən edir ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyətçiləri olmaqla, onların hər birinin payları 1/4 hissədə ayrılmışdır. Qeyd olunan əmlakın ilkin mənbəyi Göyçay Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(046)-498 saylı qətnaməsinə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli 2(107)-779 saylı qətnaməsinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(102)- 6842 saylı qərarına əsasən müəyyən edilmişdir. Hazırda qeyd edilən fərdi yaşayış evində cavabdehlərlə birlikdə ayrı-ayrı otaqlarda yaşayırlar. Həmin evin bölünməsi ilə bağlı aralarında razılıq olmadığından hesab edirlər ki, hər ikisinə münasibətdə fərdi yaşayış evinin ¼ hissəsini bir olaraq naturada ayrılmasını tələb etməkdə haqlıdırlar. Buna görə də iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul edərək göstərmişlər ki, hal-hazırda iddiaçılarla birlikdə bərabər paylarla mülkiyyətlərində olan Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən ümumi sahəsi 161.3 kv.m. olan fərdi yaşayış evində yaşayırlar. Fərdi yaşayış evinin otaqlarını özlərinin razılığı ilə aralarında bölmüşlər. Hər biri həmin evdə ayrıca şəkildə yaşayır. Lakin bölgünü öz aralarında razılaşdıqları şəkildə aparıplmasını istəmirlər və hesab edirlər ki, qeyd edilən fərdi yaşayış evi məhkəmə tərəfindən bölünməlidir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasındakı izahatlarının dəlilləri ilə əsaslandıraraq göstərmişlər ki, qətnaməni qanunsuz və əsassız hesab edirlər, çıxarılmış qətnamə qanunun tələblərini pozmaqla çıxarıldığından əsaslı hesab edilər bilməz. Göyçay Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)- 627/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-627/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-627/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Dövlət Reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, tərəflərin ümumi mülkiyyətində olan Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən ümumi sahəsi 161.3 kv.m. olan fərdi yaşayış evi vardır. Tərəflərin hər birinin fərdi yaşayış evinə ¼ hissədə payı olduğu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli 9703 saylı ekspert rəyindən görünür ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0.03006 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 161.3 kv.m. olan yaşayış evinin DƏDRX-də RX ******* saylı xx.xx.2018-ci il tarixli çıxarış əsasında fərdi yaşayış evinin iddiaçılar İddiaçı1 və İddiaçı2 ¼ hissədə payına uyğun, yəni yarısı birlikdə 2 hissəyə 2/4 paylara uyğun şəkildə təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9., bəndlərinin və Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinin özlərinə məxsus payı təşkil edən ¼ hissəsini bir hissədə yəni ½ hissədə birləşdirilməsini və və payın naturada ayrılmasını xahiş edirlər. Lakin qeyd edilən payların naturada təcrid olunmuş şəkildə ayrılması texniki cəhətdən mümkün deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlərə qarşı fərdi yaşayış evin paylara uyğun naturada bölünməsi barədə tələbləri əsassız olduğundan təmin edilməməlidir. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada, yəni hər birindən 50 manat olmaqla tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçların apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-627/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-627/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(107)-275/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-275/2020
26.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver