Məhkəmə qərarları › İş №2(107)-277/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-277/2020

13.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-277/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 oğlu və Cavabdeh6 Məmmədiyə oğlunun iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-807/2019 saylı qətnaməsindən İddiaçı apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X11 məxsus 34BA977 dövlət nömrə nişanlı UAZ 3741 avtomobilinin bu gündən satışı-etibarnamə verilməsinə həbs-qadağa qoyularaq ona verilməsi, gizli istifadədə olarkən NİVA2121 markalı 62BD793 nişanlı avtomobilə yazılmış və onun ödədiyi 18 manat və bu iddiasına ödədiyi 30 manat dövlət rüsumunun ona qaytarılmasana, Cavabdeh1 mərhum atasının NİVA 2121 markalı 62BD793 dövlət nömrə nişanlı avtomobilinin vəzifədən sui istifadəyalan-dələduzluq və hədələrlə ələ keçirərək satıb qanunsuz qazanc əldə etməsində və sonra da onu sökərək hissə-hissə satıb məhv etməsində, X2 hədə və təzyiqlər edərək onun bacısı X8 verdiyi etibarnaməsinin ləğv etdirməsində təqsirkar bilinərək ondan bərpa-təmir üçün 3000 manat pulun alınaraq ona verilməsinə, Cavabdeh2 öz mülkiyyətində olmayan yuxarıda qeyd olunan NİVA2121 markalı 62BD793 nişanlı və UAZ 3741 markalı 34BA977 nişanlı avtomobillərinin qanunsuz satışında təqsirli bilinməsinə, Cavabdeh3 oğlunu yuxarıda qeyd olunan NİVA2121 markalı 62BD793 nişanlı avtomobilinin Cavabdeh1 ələ keçirilməsində və indiyədək bütün instansiyalarda yalan ifadələr verərək Cumaya "kömək"etməsində təqsirli bilinməsinə, Cavabdeh4 dələduzluq və yalanla, Cavabdeh2 (20 illik etibarnamə ilə atasına məxsus) UAZ 3741 markalı 34BA977 nişanlı avtomobilinin qanunsuz alışı və satışında təqsirli bilinməsinə, Cavabdeh5 2007-ci ildə 2000 manata mərhum atasına 20 illik etibarnamə ilə satdığı UAZ 3741 markalı 34BA977 avtomobilinin əvvəlki etibarnamə qüvvədə ola-ola qanunsuz olaraq yeznəsi Cavabdeh6 Məmməd oğlunun təzyiqi ilə qanunsuz satışında təqsirli bilinməsinə, Cavabdeh6 Məmmədiyə oğlunun mərhum atasına məxsus UAZ 3741 markalı 34BA977 nişanlı avtomobilinin qanunsuz alışı və satışında təqsirli bilinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-807/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, xx xxxxx 2017-ci ildə atası X16 vəfat etmişdir. On gün keçməmiş yasa gələn Cavabdeh1 mərhumun 2-ci arvadı Xanımzərə "mən icra nümayəndəsiyəm, DYP kimdir, mənə etibarnamə zad lazım deyil" deyərək mərhumun 5500 manata satmaq istədiyi VAZ 2121 NİVA avtomobilini cəmi ***- **** manata əlindən almışdır. Niva üçün Cuma 3000 manat verməli idi. Lakin o bunu indiyədək etməyib. Onun kiməsə pul verməsi də şübhəlidir. Atasının vəfatından 6 ay sonra o, vərəsə kimi bütün proseduraları keçərək Cumadan NİVA-nı tələb etmişdir. Cuma ona: "mən NİVAnı dostum Ramazana-Höytalaya satmışam, problem yoxdur ona deyərəm qaytarar", 2 gündən isə: "Ramazana onlara 400-500 manatlıq NİVA alaq, əvəzində atasının o biri maşınlarının götürülməsində sənə kömək edərəm, 1-2 həftədən səni görəcəm. Xanımzərin evinin sənədi yoxdur, o mən deyəni edir...o mənim əlimdədir. Atanın 4500 manatlıq UAZ-2206 avtomobilini də atanın yası çıxmamış Xanımzər cəmi 800 manata satıb." demişdir. Zaqatala RPŞ rəisinin xx-xx-2018-ci il ***-**** saylı məktubunda İsaq İsmayılovun adinda 62BD793 nömrəli VAZ 2121 və 62BE065 nömrəli İJ2115- 011 Moskviç avtomobilləri göstərilib. UAZ 3741 markalı 34BA977 nömrəli avtomobil həmin arayışda yoxdur. Çünki DYP bazasında yalnız son 5 ilin (2014-2019) etibarnamələri yerləşdirilib. Əvvəlki etibarnamələr nə Zaqatala, nə də ki Şəki reqional İdarədə yoxdur. Atası UAZ-ı 2007-ci ildə almışdır. Zaqatala rayon notariusu isə arxivə əsasən ona heç bir sənəd vermir. Beləcə, 1 il Cumadan heç bir xəbər olmadı. 2018-ci ilin oktyabrından o, avtomobillərə həbs qoydurdu. Dekabrdan Cuma və Cumanın dostları ona zəng edərək NİVA-nı götürə bilməyəcəyini, onun Qaxa-Güllüyə satıldığını deyirdilər. Bununla Cuma iz azdırmışdır. Qaxda heç nə tapmayan o, xx-xx-2019-da NİVA-nın Danaçı-Makov meşələrində sökülüb-satılmağa başlandığını bilən kimi RPİ-nin rəisinə müraciət etmişdir. xx-xx-2019-da NİVA Danaçı kəndində R.Qabaçovdan alınaraq RPŞ-nə gətirilmiş və ona təhvil verilmişdir. xx-xx-2019-da Cuma RMX-na onun yanına gələrək xəstələrin yanında "Çox sənə 100-200 manat verim, maşını tərgi" etirazdan sonra isə "300-400 manat verib gərək vaxtında ona etibarnamə götürərdim, bir səhvdi oldu" demişdir. Bundan sonra RİHdə öz rəhbərliyinə Cuma yalan ifadə vermiş, Cavabdeh3 və R.Qabaçovu da yalan ifadə verməyə məcbur etmiş, Xanımzərə söz verdiyi 3000 manat pulu ödəməmiş, onun evini sökdürəcəyi hədəsi ilə və 1100 manat pulu geri tələb edərək NİVA-nı Polis şöbəsindən alaraq R.Qabaçova verməyi tələb etmiş, sonuncunu onunla əlaqəyə qoymamış və kənd qeydiyyatına almamış, Xanımzəri qorxudaraq onun xx-xx-2019-da Həcər İsmayılovaya 10 illiyə özünün verdiyi etibarnaməsini xxxx-2019-da ləğv etməsini tələb etmiş və buna nail olmuş və bütün bunları xx-xx-2019-da RİH-də Hüquq şöbəsi Eldar Mustafayevin otağında boynuna alaraq" mən düz eləmişəm, mən Xanımzəri müdafiə edirəm" deyə bildirmişdir. Cuma burada həm də mərhum İ.İsmayılovun qızı Həcər İsmayılovanin hüquqlarını kobud pozmuşlur. VAZ-2121 NİVA avtomobilinin Cavabdeh1 satıldığı və R.Qabaçovdan alınarkən çəkilmiş fotolar bir-birinə heç oxşamır, 5500 manatlıq NİVA-ya bazarda indi 700 manat qiymət qoyurlar. Maşın sökülüb, hissələri dəyişdirilib və məhv edilib. Onun bu gün orta səviyyəli bərpasına 2000-3000 manatadək pul vəsaiti lazımdır. Cuma RPŞ-də rəisədək bütün yuxarı zabitlərə ağız açıb, hətta Xanımzərdən də polisə getməyi tələb edib:" Ya pul ver, ya da get maşını gətir. Yoxsa belə-belə edərəm...". Maraqlıdır ki, Makov polis sahə müvəkkili Elvin Həsənov da 2018-də 3 ay bu NİVA avtomobilindən istifadə edib, sonra Ramazana qaytarıb. Həbs qoyulandan Cavabdeh1 R.Qabaçovdan NİVA-nın texpasport və nömrələrinin çıxarılmasını, maşının doğranılaraq satılmasını tələb etmişdir. Atası ilə məsləhətləşən R.Qabaçov maşını doğramamışdır. NİVA sənəd, nömrələrsiz alınaraq RPŞ-nə qoyulmuşdur.Yalnız xx-xx-2019-da Cumanın əməllərini tam dərk edən R.Qabaçov texpasport və nömrələri ona vermiş və həmin gün prokurorluğa onunla birgə şikayət etmişdir. Cuma aldatma yolu ilə 2017-ci ilin iyul-avqustunda NİVA-nı R.Qabaçovun təzə LADA 015-i ilə 2-3 günlüyə dəyişmiş, ertəsi günü 015-i qohumu Cavabdeh3 ilə Beyləqana apararaq satmış, R.Qabaçova nə onun LADA 015-ini dala qaytarmamış, nə söz verdiyi 1500 manat pulu ona ödəməmiş, nə də NİVA-ya sənəd düzəltməmişdir. Əksinə R.Qabaçovu "üzümə durma, sənə pul verəsiyəm" vədləri ilə RİH-də yalan deməyə məcbur etmiş NİVA-nin sənəd və texpasportunu çayın apardığını dedirtmiş, bunları gizlətmiş, NİVA-nı hissə-hissə satmağı ya doğramağı və Xanımzəri ondan uzaqlaşdırmağı ondan tələb etmişdir. Cavabdeh4 tam kənar şəxs atasının qayını Cavabdeh2 ilə əlbir olub mərhum atasının 6 il əvvəl özü vəfat edənədək rayon bazarındakı duracağa 6000 manat qiymətə satışa qoyduğu UAZ 3741 markalı ** BA *** dövlət nömrə nişanlı yük avtomobilini 800 manata ələ keçirmiş, ona dələduzluq yolu ilə Qax rayonu Güllük kənd sakini Cavabdeh5 etibarnamə almışdır. Baxmayaraq ki, Cavabdeh5 özünün də bildirdiyi kimi 12 il əvvəl - 2007-ci ildə bu yük avtomobilini mərhum atasına 20 illik etibarnamə ilə 2000 manata satmışdır. Atasının vərəsələrinin olmasından deməyinə görə Cavabdeh5 xəbərsiz idi. Bu etibarnamə qəsdən itirilib və Zaqatala notariusunda onun qeydiyyat məlumatlarını ona bildirməkdən imtina edirlər. Bu etibarnamə ləğv olunmadan UAZ 3741 avtomobili xx-xx-2017-də 6-aylıq müddət gözlənilmədən Cavabdeh4 satılıb, o da UAZ-3741-i 0921-2019-da Balakən rayonu Tülü kənd sakini Cavabdeh7 2000 manata satmışdır. Bu günə normativdən ifrat istifadə UAZ-3941-i demək olar məhv edib. R.Qabaçov ayılıb düzgün yolu seçsə də, Cavabdeh3 hələ də Cumanın təsiri altındadır. Cuma bütün alış-verişini Yılmazın adından aparır. Yılmaz da qohum və biznes partnyor kimi hər yerdə-RİH-də, Prokurorluqda və s. Cumanın bütün əməllərini öz boynuna alır ki, Cuma işdən qovulmasın: "maşını mən almışam Cuma yox, maşını mən satmışam Cuma yox..."Cumanı rayonda əhali əslində icra nümayəndəsi kimi yox, maşıntorpaq-ev alverçisi kimi tanıyır. Onun iddiası ilə bağlı əsas tələbləri mərhum atası X11 məxsus UAZ 3741 markalı 34BA977 dövlət nömrə nişanlı avtomobilinin ona qaytarılması və 2017-ci ilin aprel ayından 2019-cu ilin yanvar ayına kimi NİVA 2121 markalı 62BD793 nişanlı avtomobili başqa şəxslərdə olduğundan və onun hissələri sökülərək yararsız hala düşdüyündən həmin dəymiş ziyanın hesablanaraq ona ödənilməsidir.Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-807/2019 saylı qətnаməsi ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh3 oğlu və Cavabdeh6 Məmmədiyə oğlu apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan və əlavə təqdim edilmiş sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-807/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsiniyoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, İddiaçı ilə onalrın ailəsinin yaxşı münasibətləri olmuşdur. Hazırda da münasibətləri yaxşıdır. O, 2014-cü ilin payız aylarında uzun müddət Ukrayna Respublikasında yaşayandan sonra Azərbaycana, Zaqatala şəhərinə qayıtmışdır. O, İddiaçı mərhum atası X9 özünün UAZ 3741 markalı 34BA977 dövlət nömrə nişanlı avtomobilini rayon bazarında 2014-2017-ci illərdə satmaq üçün qoyduğunu görmüşdür. Avtomobil yaxşı vəziyyətdə olmuşdur. X4 6000 manata satışa qoyduğu UAZ 3741 markalı avtomobili, o rəhmətə getdikdən sonra 800 manat satıldığını eşitmişdir. Həmin avtomobilin rəsmi olaraq kimə məxsus olması barədə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, İddiaçı mərhum atası X13 tanıyırdı, onunla UAZ 3741 markalı ** BA *** dövlət nömrə nişanlı avtomobili almaq üçün aralarında söhbət olmuşdur. Təxminən 2014cü ildə İsaq İsmayılov həmin avtomobili 6000 manata satmaq istədiyini ona bildirmişdir. O, isə imkanı çatmadığından həmin avtomobili almamışdır. Həmin avtomobilin rəsmi olaraq kimə məxsus olması barədə, həmçinin həmin avtomobilin hazırda harada olmasından məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, onun oğlu Ramazana məxsus LADA 015 markalı avtomobili olmuşdur. X25 həmin avtomobili Cavabdeh3 oğlunda olan NİVA2121 markalı 62BD793 nişanlı avtomobil ilə dəyişmişdir. Sonradan İddiaçı 2019-cu ilin yanvar ayında NİVA2121 markalı 62BD793 nişanlı avtomobili Ramazandan geri almışdır. Məhkəmə kollegiyasının iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin iş materialları, tərəflərin izahatları, həmçinin əldə edilmiş sübutların araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, X5 xx xxxxx 2017-ci il tarixdə əri X16 vəfat etdikdən sonra yas mərasimi xərci ilə əlaqədar sonuncunun mülkiyyətində olan NİVA 2121 markalı avtomobili yazılı izahat yazaraq 1300 manat pul qarşılığında Zaqatala rayonu Göyəm kənd sakini Cavabdeh3 oğluna satmışdır. Cavabdeh3 daha sonra Zaqatala rayonu Höytala kənd sakini X6 istəyi ilə həmin avtomobili üstündə 300 manat məbləğində pul verməklə sonuncunun Lada 015 markalı avtomobili ilə dəyişmiş, daha sonra isə həmin avtomobilin sənədlərini düzəldərək başqa bir şəxsə satmışdır. Mübariz X1 vərəsəsi kimi qeydiyyata alınmışdır. Daha sonra, İddiaçı əldə etdiyi atası X7 miras qalmış nəqliyyat vasitələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında həmin Niva 2121 markalı avtomobili Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərək axtarışa vermiş, həmin nəqliyyat vasitəsi 2019-cu ilin yanvar ayında Zaqatala rayon polis əməkdaşları tərəfindən Ramazan Qabacovdan alınaraq duracağa qoyulmuşdur. Həmin gün İddiaçı şöbəyə çağırılaraq, müəyyən sənədləşmə işləri aparıldıqdan sonra Niva 2121 markalı avtomobil ona təhvil verilmişdir. UAZ 3741 markalı 34BA977 dövlət nömrə nişanlı avtomobil Qax rayon Notariat Kontorunda vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx xxxxxx 2007-ci il tarixdə Cavabdeh5 adına qeydiyyata alınmaqla rəsmiləşdirilmişdir. Bundan sonra o, həmin avtomobili ehtiyacı olduğu üçün xx xxxx 2017-ci il tarixdə Cavabdeh4 etibarnamə əsasında satmışdır. Cavabdeh4 da UAZ 3741 markalı 34BA977 dövlət nömrə nişanlı avtomobili xx xxxxxxxx 2017-ci il tarixdə Cavabdeh7 etibarnamə əsasında satmışdır. Balakən rayonu Tülü kəndində yaşayan X3 alqı-satqı müqaviləsi əsasında UAZ 3741 markalı 34BA977 dövlət nömrə nişanlı avtomobili BDYP Şəki RQİ-də öz adına rəsmiləşdirmişdir. İddiaçı mərhum atası X11 məxsus UAZ 3741 markalı 34BA977 dövlət nömrə nişanlı avtomobilinin ona qaytarılması və 2017-ci ilin aprel ayından 2019-cu ilin yanvar ayına kimi NİVA 2121 markalı 62BD793 nişanlı avtomobili başqa şəxslərdə olduğundan və onun hissələri sökülərək yararsız hala düşdüyündən həmin dəymiş ziyanın hesablanaraq ona ödənilməsini tələb edir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu ( delikt ) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94 , §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçınn hazırki məhkəmə baxışının predmeti olan iddia tələbinin “UAZ 3741 markalı ** BA *** dövlət nömrə nişanlı avtomobilin qaytarılması” hissəsini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki DİN-nin Baş Dövlət X23 Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə sözügedən avtomobil hazırda cavabdehin mülkiyyətinə aiddir.Bundan əlavə iddia tələbinin “2017-ci ilin aprel ayından 2019-cu ilin yanvar ayına kimi NİVA 2121 markalı 62BD793 nişanlı avtomobili başqa şəxslərdə olduğundan və onun hissələri sökülərək yararsız hala düşdüyündən həmin dəymiş ziyanın hesablanaraq ona ödənilməsi” hissəsi üzrə dəyərləndirmə apararaq kollegiya hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır. İddiaçı həqiqətən onun mülkiyyətində olan NİVA 2121 markalı 62BD793 nişanlı avtomobilə 2017-ci ilin aprel ayından 2019-cu ilin yanvar ayına olan müddət ərzində cavabdehlər tərəfindən hər hansı ziyan dəyməsini sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Təqdim edilmiş “xxxx” ASC Zaqatala Texniki Xidmət Məntəqəsinin xx xxxxxxxx 2019-cu il tarixli arayışından isə görünür ki, həmin arayışa əsasən VAZ 2121 NİVA markalı 62BD793 dövlət qeydiyyat nişanlı avtomobilin normal istismar səviyyəli bərpası üçün xərclər müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri mаhiyyəti üzrə düzgün olаn birinci instansiya məhkəməsinin qətnаməsinin ləğvi üçün əsаs olа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-807/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-807/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar