Məhkəmə qərarları › İş №2(107)-285/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-285/2021

04.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-285/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-407/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq kollegiyası müəyyən etdi: İddiaçı Qax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onunla Cavabdeh ASC arasında bağlanmış olan, xx.xx.2011-ci il tarixli 11034-1/01955//2/K saylı və xx.xx.2011-ci il tarixli, 034CASA113640002 saylı kredit müqavilələrinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına uyğun, kompensasiya ödənişləri üzrə yenidən hesabat aparılmasına və ödənilməmiş məbləğin və 30 manat dövlət rüsumunun özünə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-407/2020 saylı qərardadına əsasən İddiaçı CavabdehSC-nə qarşı onunla Cavabdeh ASC arasında bağlanmış olan, xx.xx.2011-ci il tarixli 11034-1/01955//2/K saylı və xx.xx.2011-ci il tarixli, 034CASA113640002 saylı kredit müqavilələrinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına uyğun, kompensasiya ödənişləri üzrə yenidən hesabat aparılmasına və ödənilməmiş məbləğin və 30 manat dövlət rüsumunun özünə ödənilməsi tələbi”nə dair mülki iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilməsi qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixdə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, şikayət xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin şikayətə baxılması ilə əlaqədar məhkəmə tərəfindən Bakı şəhər Səbail Rayon Məhkəməsindən mülki işin geri qaytarılması xahiş edilmişdir. Həmin mülki iş xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-407/2020 saylı qərardadından verdiyi şikayətində göstərmişdir ki, Qax Rayon Məhkəməsi onun Cavabdeh ASC-nə qarşı aralarında bağlanmış olan, xx.xx.2011-ci il tarixli 11034-1/01955//2/K saylı və xx.xx.2011-ci il tarixli, 034CASA113640002 saylı kredit müqavilələrinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına uyğun, kompensasiya ödənişləri üzrə yenidən hesabat aparılmasına və ödənilməmiş məbləğin və 30 manat dövlət rüsumunun özünə ödənilməsi tələbinə dair iddiasını iddia verilməsinin ərazi aidiyyatı qaydalarının pozulması ilə verilməsi əsas göstərilməklə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilməsinə dair 2(024)-407/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərardad qəbul etmişdir. Qərardadı əsassız hesab edir. Onunla “Bank” arasında bağlanmış, xx.xx.2011-ci il tarixli 11034-1 /01955//2/K saylı və xx.xx.2011-ci il tarixli, 034CASA113640002 saylı kredit müqavilələri, uyğun dövrlər üzrə onunla “Bank”-ın Şəki filialı arasında bağlanmış, “Bank”-ın Şəki filialı öz fəaliyyətini dayandırdığında isə, həmin filialın bütün məhkəmə işləri və mübahisələri “Bank-ın Qax filialı vasitəsi ilə həyata keçirilmişdir ki, təkcə bu fakt iddianın “Bank”-ın Qax filialına qaşı ünvanlanması qanunauyğunluğunu yaradır Cavabdeh ASC-nə qarşı, onunla “Bank” arasında bağlanmış, xx.xx.2011-ci il tarixli 11034-1/01955/2/K saylı və xx.xx.2011-ci il tarixli, 034CASA113640002 saylı kredit müqavilələrinin, Ölkə Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”- xx.xx.2019-cu il tarixli Fərmanına uyğun, kompensasiya ödənişləri üzrə yenidən hesabat aparılmasına və ödənilməmiş məbləğin və 30 manat dövlət rüsumunun ona ödənilməsinə dair iddiamın Qax Rayon Məhkəməsində baxıla bilməsi faktını ortaya qoyur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(024)-407/2020 saylı Qərardadının ləğv edilməsi ilə, işin baxılması üçün Qax Rayon Məhkəməsinin icraatına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(024)-407/2020 saylı qərаrdаdı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək təmin edilməsini və Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-407/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-407/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsini ərazi aidiyyəti qaydalarını pozmaqla vermişdir. Belə ki, iddiaçı cavabdehin adını Cavabdeh ASC kimi, ünvanını isə Qax şəhəri, İ.Mustafayev küçəsi, 3 kimi qeyd etmişdir. Lakin həmin ünvanda Cavabdeh ASC deyil, onun Qax filialı yerləşir. Cavabdeh ASC isə Bakı şəhəri, Xaqani küçəsi, 21 ünvanında yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi X1rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)- 407/2020 saylı qərardadında hazırki mülki işin baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilməsi barədə hüquqi mövqe qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-407/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 31, 35-ci, 263, 264-cü mаddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-407/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar