Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-289/2025 13.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri olan 5700 (beş min yeddi yüz) manat pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri olan 5700 (beş min yeddi yüz) manat pul tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2(019)-57/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı və Cavabdeh nikahlarını 2020-ci ilin mart ayında Ukrayna Respublikasının Çerniqov şəhərində dövlət qeydiyyatına aldırmaqla ailə qurmuşlar. Hal-hazırda ayrı yaşayırlar. Ailə qurarkən iddiaçıya hədiyyə edilmiş qızıl-zinət və digər əşyaları tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4000 manat dəyərində, brilyant qaşlı, İtalyan istehsalı sırğa, boyunbağı, qolbağı, üzük komplektinin, 800 manat dəyərində brilyant qaşlı İtaliya istehsalı, 6 qr çəkidə nişan üzüyünün, 240 manat dəyərində Rusiya istehsalı, 583 əyarlı, 3qr çəkidə üzüyün,300 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 3 qr çəkidə qaşlı üzüyün, 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qr çəkidə qaşlı üzüyün və 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qr çəkidə qaşlı üzüyün alınıb ona verilməsi və ya həmin qızılzinət əşyalarının ümumi dəyəri olan 5700 (beş min yeddi yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2 iddianın həcminin artırılması barədə məhkəməyə ərizə verərək, cavabdeh X4 qızıl-zinət əşyalarının 4000 manat dəyərində,brilyant qaşlı,İtalyan istehsalı sırğa, boyunbağı,qolbağı, üzük komplektinin, 800 manat dəyərində brilyant qaşlı İtaliya istehsalı, 6 qr çəkidə nişan üzüyünün, 240 manat dəyərində Rusiya istehsalı, 583 əyarlı, 3qr çəkidə üzüyün,300 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 3 qr çəkidə qaşlı üzüyün, 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qr çəkidə qaşlı üzüyün və 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qr çəkidə qaşlı üzüyün və ya onların dəyəri olan 5400 (beş min dörd yüz) manatın; cehiz əşyalarının- 800 manat dəyərində 1 ədəd künclü divan dəstinin, 200 manat dəyərində 1 ədəd güzgülü kiçik stolun,5000 manat dəyərində şkaf, termo-güzgülü şkaf, 2 ədəd kamot və sandıqdan ibarət 1 ədəd yataq dəstinin , 120 manat dəyərində 1 ədəd masanın (stol), 180 manat dəyərində 6 ədəd, birinin dəyəri 30 manat olan stul dəsti və ya onların dəyəri olan 6300 (altı min üç yüz) manatın,ümumilikdə 11700 (on bir min yeddi yüz) pulun, iddianın irəli sürüməsi üçün ödənilmiş 75.1 (yetmiş beş manat on qəpik) manat dövlət rüsumunun, 50 (əlli manat) mediasiya xərcinin alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehin ona qaytarmadığı cehiz əşyaları - 800 manat dəyərində 1 ədəd künclü divan dəsti , 200 manat dəyərində 1 ədəd güzgülü kiçik stol , 5000 manat dəyərində şkaf, termo-güzgülü şkaf, 2 ədəd kamot və sandıqdan ibarət 1 ədəd yataq dəsti , 120 manat dəyərində 1 ədəd masa (stol) , 180 manat dəyərində 6 ədəd, birinin dəyəri 30 manat olan stul dəstidir. Bu əşyalar Balakən şəhərində yerləşən on iki mərtəbəli binanın altıncı mərtəbəsində olan, cavabdehin ailəsinə məxsus mənzilə yığılmış, o həmin mənzilə gəlin köçmüş, sonra isə Ukrayna Respublikasına gedib orada yaşamışlar. Cavabdeh Ukrayna Respublikasında yaşadıqları vaxt-2022-ci ilin yanvar ayında ona toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyalarını onun xəbəri olmadan yataq otağındakı dolabdan götürüb lombarda qoyaraq əvəzində pul götürmüşdür. O, pul ödəndikdən sonra qızıl-zinət əşyalarını geri götürərək ona qaytaracağını bildirsə də, sonradan qızılları ona geri qaytarmamışdır. Onlar Ukraynada olduqları vaxt həmçinin ona bildirmişlər ki, onun cehiz əşyalarını yığdığı mənzil onun cehiz əşyaları ilə birlikdə satılmışdır.Bundan sonra Ukraynada müharibə başladığından onlar Azərbaycana gəlmişlər.Azərbaycana gəldikdən sonra o, çox zaman atasının evində qalmışdır. 2022-ci ilin dekabr ayında cavabdeh Ukraynaya geri qayıtmışdır. Ona hədiyyə verilmiş qızıl-zinət əşyaları və cehiz əşyaları isə özünə verilməmişdir.İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə1 iddianı etiraf etməyərək göstərdi ki, İddiaçı iddia tələbi əsassızdır. Mətanət Cumalıyevaya toy hədiyyəsi olaraq yalnız brilyant qaşlı, İtalyan istehsalı sırğa, boyunbağı, qolbağı, üzük komplekti hədiyyə verilmişdir. Digər qızıl əşyaları ona verilməmişdir. Həmin qızıl-zinət əşyaları onun özündədir.Cehiz əşyaları ilə bağlı bildirir ki,iddiaçının cehiz əşyaları həqiqətən də Balakən şəhərində yerləşən on iki mərtəbəli binanın altıncı mərtəbəsində olan, cavabdehə məxsus olmayan mənzilə yığılmışdır.Sonradan həmin ev satılmışdır. Lakin cehiz əşyalarının harada olduğu onlara məlum deyildir. Əgər cehiz əşyaları sözügedən evdədirsə iddiaçı gedib götürə bilər.İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2(019)-57/2024 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin olunmuş, 4000 manat dəyərində -1 ədəd ümumi çəkisi 40 qram olan italyan istehsalı brilyant qaşlı komplekt -(800 manat dəyərində-8 qramlıq sırga, 1400 manat dəyərində -14 qramlıq boyunbagı, 1200 manat dəyərində -12 qramlıq qolbagı, 600 manat dəyərində 6 qramlıq üzük), 600 manat dəyərində - 1 ədəd italyan istehsalı brilyant qaşlı 6 qram çəkidə nişan üzüyü, 2600 manat dəyərində- (1900 manat dəyərində 1 ədəd yataq dəsti ( şkaf, termogüzgülü şkaf, 2 ədəd kamod, sandıq daxil olmaqla), 450 manat dəyərində 1 ədəd künclü divan dəsti, 100 manat dəyərində, 1 ədəd güzgülü kiçik stol və 150 manat, dəyərində 1 ədəd stol-stul dəsti, qətnamənin icrası zamanı naturada alınması mümkün olmadıqda onların dəyəri, həmçinin dövlət rüsumu və mediasiya xərclərindən ibarət məhkəmə xərcinin 77,56 manatı Cavabdeh alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 100 manat ekspertiza xərcinin 62 manatı Cavabdeh,38 manatı İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** hesaba ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 666-cı maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İstehsal-İstehlak Kooperativi tərəfindən İddiaçı müraciəti əsasında verilmiş xx.xx.2023-cü il tarixli 7 saylı qızılzinət əşyalarının bazar qiyməti haqqında rəydə göstərilir ki, İtaliya istehsalı olan brilyant qaşlı komplektin (sırğa, boyunbağı, qolbaq, üzük) qiyməti 4000 manat, İtaliya istehsalı olan brilyant qaşlı 6 qramlıq nişan üzüyünün qiyməti 800 manat, Rusiya istehsalı olan 583 əyarlı 3 qramX80 üzüyün qiyməti 240 manat, Rusiya stehsalı olan 583 əyarlı 3 qramlıq qaşlı üzüyün qiyməti 300 manat, Rusiya istehsalı olan 583 əyarlı 2 qramlıq qaşlı üzüyün qiyməti 180 manat və Rusiya istehsalı olan 583 əyarlı 2 qramlıq qaşlı üzüyün qiyməti 180 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞŞ/MT001/2023-0004 nömrəli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarixli 9/6949 nömrəli ekspert rəyində göstərilmişdir: Ekspertiza təyini haqqında qərardadda göstərilən 5 adda qızıl-zinət əşyalarının nəzəri qaydada hal-hazırkı tarixə orta bazar qiyməti 1510.0 manat müəyyən edilir. 5 adda qızıl zinət əşyalarının 2020-ci ilin yanvar ayına olan nəzəri hesablama yolu ilə təxminən 1400,00 manat müəyyən edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhakəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli 9/368 nömrəli ekspert rəyində göstərilmişdir: 1 ədəd yataq dəsti (şkaf, termo-güzgülü şkaf, 2 ədəd kamod, sandıq daxil olmaqla) 2800 manat, Künclü divan dəsti 750 manat, Güzgülü kiçik stol 150 manat, Stol stul dəsti 200 manat olmaqla 2020-ci il yanvar ayına olan orta bazar qiyməti cəmi 3900,0 manat təşkil edir. 1 ədəd yataq dəsti (şkaf, termo-güzgülü şkaf, 2 ədəd kamod, sandıq daxil olmaqla) 1900 manat, Künclü divan dəsti 450 manat, Güzgülü kiçik stol 100 manat, Stol stul dəsti 150 manat olmaqla hazırki bazar qiyməti cəmi 2600,0 manat təşkil edir. İtaliya istehsalı olduğu qeyd edilən brilyant qaşlı komplektin qiyməti aydın deyil, 8 qram sırğa 750 əyar 800 manat, 14 qram Boyunbağı 750 əyar 1400,0 manat, 12 qram qolbaq 750 əyar 1200,0 manat, 6 qram üzük 750 əyar 600,0 manat olmaqla 2020-ci il yanvar ayına olan orta bazar qiyməti cəmi 4000,0 manat təşkil edir. İtaliya istehsalı olduğu qeyd edilən brilyant qaşlı komplektin qiyməti aydın deyil, 8 qram sırğa 750 əyar 880 manat, 14 qram Boyunbağı 750 əyar 1540,0 manat, 12 qram qolbaq 750 əyar 1320,0 manat, 6 qram üzük 750 əyar 660,0 manat olmaqla hazırki bazar qiyməti cəmi 4400,0 manat təşkil edir.
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan RespublikasıMülki Məcəlləsinin 157.2-ci, 666, 1091, 1092-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci, 9.3-cü, 14.2-ci, 76, 77, 80, 81, 88-ci və 106.1-ci maddələrinin tələblərini pozmuşdur. Balakən Rayon Məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qəbul edilmiş qətnamə fаktlаr nöqteyi-nəzərindən qanunsuz və əsassız, mahiyyəti üzrə isə düzgün olmamış, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçının iddiası qanunsuz və əsassızdır. Belə ki, iddiaçı, cavabdehlə ayrıldıqdan bir il sonra əvvəlcə qızıl-zinət əşyaları, sonra isə cehiz əşyaları tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı 2022-ci ilin mart ayında cavabdeh və onun ailə üzvləri ilə Balakən rayonuna qayıtmış, təxminən bir ay sonra 2022-ci ilin aprel ayında faktiki olaraq ayrılmışlar. Bir müddət sonra iddiaçı Mətanət Cumalıyeva özünə məxsus olan cehiz əşyalarını, eləcədə məişət əşyalarını, qab-qacaq və s. bütün əşyalarını cavabdehin atasına məxsus olan evdən toplayıb aparmışdır. Lakin iddiaçı məhkəmə iclasında izahatında isə göstərdi ki, cavabdehin ona qaytarmadığı cehiz əşyaları - 800 manat dəyərində 1 ədəd künclü divan dəsti , 200 manat dəyərində 1 ədəd güzgülü kiçik stol, 5000 manat dəyərində şkaf, termo-güzgülü şkaf, 2 ədəd kamot və sandıqdan ibarət 1 ədəd yataq dəsti, 120 manat dəyərində 1 ədəd masa (stol), 180 manat dəyərində 6 ədəd, birinin dəyəri 30 manat olan stul dəstidir. B u əşyalar B alakən şəhərində yerləşən on iki mərtəbəli binanın altıncı mərtəbəsində olan, cavabdehin ailəsinə məxsus mənzilə yığılmış, o həmin mənzilə gəlin köçmüş, sonra isə Ukrayna Respublikasına gedib orada yaşamışlar. Cavabdeh Ukrayna Respublikasında yaşadıqları vaxt-2022-ci ilin yanvar ayında ona toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyalarını onun xəbəri olmadan yataq otağındakı dolabdan götürüb lombarda qoyaraq əvəzində pul götürmüşdür. O, pul ödəndikdən sonra qızıl-zinət əşyalarını geri götürərək ona qaytaracağını bildirsə də, sonradan qızılları ona geri qaytarmamışdır. Onlar Ukraynada olduqları vaxt həmçinin ona bildirmişlər ki, onun cehiz əşyalarını yığdığı mənzil onun cehiz əşyaları ilə birlikdə satılmışdır. Bundan sonra Ukraynada müharibə başladığından onlar2022-ci ilin martında Azərbaycana gəlmişlər. Azərbaycana gəldikdən sonra o, çox zaman atasının evində qalmışdır. 2022-ci ilin aprel ayında ayrılmışlar. 2022-ci ilin dekabr ayında cavabdeh Ukraynaya geri qayıtmışdır. Ona məxsusolan məişət və ev əşyaları, qab-qacaq qaytarılmış, ona hədiyyə verilmiş qızıl-zinət əşyaları və cehiz əşyaları isə özünə verilməmişdir. Maraqlıdır ki, iddiaçı 2022-ci ilin aprel ayında cavabdehdən ayrıldıqdan sonra iddia etdiyi qızıl zinət əşyalarının qaytarılması ilə bağlı 2023-cü ilin may ayınadək bir dəfə də olsun heç bir yerə şikayət etməmiş, həmin əşyaları tələb etməmiş, eyni zamanda onun cehiz əşyalarını yığdığı mənzilin 2021-ci ildə əşyaları ilə birlikdə satıldığını, lakin həmin əşyaların isə 2023-cü ilin dekabr ayında məhkəmə qaydasında cavabdehdən tələb etmiş, keçmiş bu müddət ərzində heç vaxt heç bir orqana və cavabdehə bu barədə bildirməmiş, hər hansı tələb irəli sürməmişdir. Onların ayrılmalarından bir il sonra iddiaçının qızıl-zinət əşyaları tələbinə dair 1 il yarım sonra cehiz əşyaları tələbinə dair iddianı qaldırması isə iddianın əsaslı olmasına əsaslı şübhələr yaradır və həmin qızılların və cehiz əşyalarının cavabdehin sahibliyində olması üçün isə şübhə doğurmaya bilməz. İddiaçıya 4000 manat dəyərində sadalanmış qızıl-zinət əşyaları alınsa da, həmin əşyalar heç vaxt cavabdehdə olmamışdır. İddiaçı isə həmin əşyaları dolabdan cavabdehin ondan xəbərsiz götürdüyü, Ukraynada lombarda qoyaraq pul götürdüyü, pul ödənildikdən sonra isə qızılı ona qaytarmadığını bildirmişdir. İddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəf də naturada tələb edilən iddia predmetini təşkil edən qızıl-zinət əşyalarının cavabdehdə qalması və onun faktiki sahibliyində olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, həmin qızıl-zinət əşyaları tələbi hissəsində iddia tələbini sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Belə ki, iddiaçının əmlaklarının (qızıl-zinət əşyalarının) geri tələbi üzrə iddiası vindikasiya iddiası, qızılların dəyərinin tələbi haqqında iddiası isə maddi ziyanla bağlı iddiadır. Bu xüsusda nəzərə çatdırılmalıdır ki, vindikasiya iddiasının hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin bir yerdə mövcudluğunu sübut etməlidir: 1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik və istifadə hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Qeyd edildiyi kimi, iddiaçının həmin əmlaklar olmadığı halında alternativ olaraq həmin əmlakların dəyərini tələb etməsi vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələbdir. İddiaçı da tələb etdiyi qızıl-zinət əşyalarının Cavabdeh qanunsuz sahibliyində olmasını və ya həmin əşyalarınvə ya onlardan hər hansı birinin cavabdeh tərəfindən satılması, bağışlanması və ya başqa qaydada özgəninkiləşdirilməsi, bununla da iddiaçıya hər hansı ziyan vurulmasını, bu ziyanın vurulmasının Cavabdehhüquqazidd əməlləri nəticəsində baş verməsini, həmin ziyanla Cavabdeh hansısa hüquqazidd əməlləri arasında səbəbli əlaqənin olmasını və Cavabdeh həmin ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, ona münasibətdə iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. İddia tələbinin hüquqi əsası həm hakimin şəxsi mülahizələrinə və ehtimallarına, eyni zamanda bir şahid ifadəsinə əsaslanır ki, iddiaçının vəsatəti əsasında dindirilmiş Şahid iddiaçının rəfiqəsidir. xx.xx.2024-cüil tarixdə və xx.xx.2024- cü il tarixdə keçirilən iclaslarda şahid qismində dindirilməklə bu dindirilmənin aparılmasının özü də Mülki Prosessual Qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Həmin şahid məhkəmə iclaslarında verdiyi ifadələrində göstərmişdir ki, 2022-ci ilin dekabr ayında Mətanət Ukraynadan atası evinə gələrkən o da Mətanətin atası evində olmuşdur. Həmin vaxt Mətanətin üzərində heç bir qızıl-zinət əşyası olmamışdır. Soruşduqda Mətanət ona bildirmişdir ki, qızıl əşyalarını əri Amil onun xəbəri olmadan götürmüş, satmışdır. O, həmçinin eşitmişdir ki, Mətanətin cehiz apardığı evi əşyalarla birlikdə satmışlar. Sonradan nə qızıl əşyalarını,nə də cehiz əşyalarını Mətanətə verməmişlər. Lakin iddiaçı məhkəmə iclasında 2022-ci ilin mart ayında Balakən rayonuna qayıtdıqlarını, Azərbaycana gəldikdən sonra o, çox zaman atasının evində qaldığını, 2022-ci ilin aprel ayında cavabdehlə ayrıldıqlarını, 2022-ci ilin dekabr ayında isə cavabdehin Ukraynaya qayıtdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə prosesini əks etdirən videoçəkilişlərdə həmin hallar öz əksini tapmışdır. İddiaçı 5700 manat dəyərində qızıl-zinət əşyalarının ona hədiyyə edildiyini, həmin əşyaları dolabdan cavabdehin ondan xəbərsiz götürdüyü, Ukraynada lombarda qoyaraq pul götürdüyü, pul ödənildikdən sonra isə qızılı ona qaytarmadığını bildirsə də, lakin 5700 manat dəyərində qızıl-zinət əşyalarının ona hədiyyə edilməsini əks etdirən hər hansı videogörüntü, eyni zamanda cavabdehin həmin qızıl-zinət əşyalarını hansı lombarda qoyması, bunun müqabilində pul götürməsi, pulun ödənilməsini təsdiq edən hər hansı sənədi iş materiallarına əlavə etməmişdir. Cavabdeh tərəfində iddiaçıya 4000 manat dəyərində sadalanmış qızıl-zinət əşyalarının alınması etiraf edilsə də, həmin əşyaların cavabdehdə qalmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəf 4000 manat dəyərində tələb edilən qızıl-zinət əşyalarının mövcudluğunu və qiymətini mübahisələndirməmişdir. Yəni həmin əşyaların iddiaçıya hədiyyə olunduğu mübahisə doğurmur. Lakin birinci instansiya məhkəməsi isə 1700 manat dəyərində göstərilən digər əşyaların iddiaçıya hədiyyə olunub-olunmamasına dair araşdırma aparmamışdır. Məhkəmə iclasında isə iddiaçı həmin əşyaların ona yaxınları tərəfindən hədiyyə olunduğunu qeyd etmişdir. İddiaçının tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğuna dair mülahizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia ərizəsindən başqa məhkəməyə bununla bağlı hər hansı bir sübut növü təqdim etməmişdir. Həmçinin bir ildən artıq bir müddətdə tərəflərin faktiki ayrıldıqları halda iddiaçı qeyd edilən əşyalarını tələb etməməsi inandırıcı görünmür. Bundan əlavə məhkəmə 600 manat dəyərində nişan üzüyünə münasibətdə iddianı təmin edərkən hər hansı sübuta deyil, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq qətnamə çıxarmışdır ki, bu da yuxarıda sadalanan qanunvericiliyin tələblərinin pozulmasına anlamına gəlir. Bundan əlavə cavabdehin 12 mərtəbəli binanın 6-cı mərtəbəsində hər hansı mənzili olmamış və iddiaçıya məxsus əmlakları qəbul etməmişdir. İddiaçı isə iddia edir ki, 2021-ci ildə həmin mənzil ona məxsus olan əşyaları ilə satılmışdır. 2022-ci ildə iddiaçı və cavabdeh B alakən rayonuna qayıdarkən iddiaçının özünə məxsus olan cehiz əmlakı başqasına satıldığı halda, onu cavabdehdən tələb etməməsi və bir il yarım sonra bu barədə məhkəmədə iddia qaldırması kifayət qədər şübhə doğurur. İddiaçı ilə şahidin ifadələrini müqayisə etdikdə görürük ki, şahid işin ona məlum olan halları barədə tam məlumatlı deyil, şahid işin halları ilə bağlı xüsusi öyrədilmişdir. İddiaçının məhkəməyə verdiyi izahatından da görünür ki, tərəflər 2022-ci ilin dekabr ayında yox, mart ayında digər ailə üzvləri ilə birlikdə Azərbaycana gəlmiş, qayıtdıqdan sonra çox vaxt atasıgildə olmuş, 2022-ci ilin aprel ayında ayrılmış, cavabdeh isə 2022-ci ilin dekabr ayında U kraynaya qayıtmışdır. İddiaçı və cavabdehin Balakən rayonuna qayıdarkən aralarında mübahisə olmadığı halda, Şahid iddiaçıdan qızıl-zinət əşyaları barədə, eyni zamanda cehiz əşyaları barədə ondan sorğu-sual aparması məntiqsiz görünür. Eyni zamanda tərəflərin Balakənə qayıtma müddətləri barədə də şahid yanlış məlumatlar vermişdir. Bundan əlavə Şahid iddiaçının iddia ərizəsində göstərilən qızıl- zinət əşyalarının cavabdehdə olmasını təsdiq etməmişdir. Şahidin ifadəsi qızıl-zinət əşyalarının və cehiz əşyalarının cavabdehdə qalmasını müəyyən etməyə əsas vermir. Belə ki, şahid iddiaçının dostu olduğuna və mübahisənin onun xeyrinə həll edilməsində maraqlı olduğuna, onun dediklərinin işin faktiki halları ilə uzlaşmadığına görə onun ifadəsi qızıl-zinət əşyalarının və cehiz əşyalarının cavabdehdə qalmasını müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. M əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in80, 81 və 88ci maddələri). M əhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Qeyd edir ki, məhkəmə iddiaçının iddia ərizəsində göstərilən dəlillərinə hüquqi qiymət verərək iddianın təmin edilməsi qənaətinə gələrək iddia tələbini təmin edərkən öz mövqeyinin iş materiallarında olan sənədləri əlaqəli surətdə qiymətləndirməmiş, onu kifayət qədər əsaslandırmamışdır. Halbuki, bu mütləq surətdə məhkəmənin qətnaməsində ümumi sözlərlə deyil, müvafiq sənədlər əsasında kifayət qədər araşdırılıb qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilməli idi. Bundan əlavə hakim MPM-in sübutlara obyektiv, qərəzsizhərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. B u zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. H albuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Belə ki, hakim məhkəmə baxışı mərhələsində iddiaçı tərəfə sübutlar təqdim etməsinə şərait yaradaraq məhkəmə baxışı mərhələsində iddiaçı tərəfdən SMS mətn yazıları vəvideo disk qəbul etmişdir. Həmin əşyaların sübut qismində iş materiallarına əlavə edilməsinə isə SMS mətnlərinin cavabdehə məxsus olmaması, diskdə görünən əşyaların isə iddiaçıya məxsus olması şübhə doğurduğuna görə qəti etirazlarını bildirmişlər. Eyni zamanda maraqlıdır ki, Məhkəmə iddia tələbini digər qızıl-zinət əşyalarına dair hissəsində rədd edərkən iddiaçının sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Balakən Rayon Məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir.
11. Ona görə də, Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2(019)- 57/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2(019)-57/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakları).
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Cavabdeh Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2(019)- 57/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı işdə cavabdehin nümayəndəsi də etiraf etdi ki, iddiaçının tələb etdiyi 4000 (dörd min) manat dəyərində brilyant qaşlı İtaliya istehsalı sırğa, boyunbağı, qolbağı, üzük komplekti ona hədiyyə olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaçıya tələb etdiyi 600 manat dəyərində nişan üzüyünün hədiyyə verilməsini etiraf etməsə də məhkəmə iclasında müəyyən edildi ki, tərəflər el adəti ilə,yəni nişan, toy və s. mərasimlər keçirilməklə evlənmişlər. Belə olan halda iddiaçıya nişan üzüyünün hədiyyə olaraq verilməməsi inandırıcı deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya hədiyyə olaraq 600 manat dəyərində nişan üzüyü də verilmişdir. Həmçinin iddiaçının izahatı, şahidin ifadəsi və onun təqdim etdiyi videogörüntüdən aydın olur ki, iddiaçının cehiz olaraq tələb etdiyi əşyalar hazırda da Balakən şəhərində olan on iki mərtəbəli binada, tərəflər evlənərkən yığıldığı mənzildədir. Məhkəmə iddiaçının, şahidin ifadələrinə, işin faktiki hallarına, iddiaçının cehiz olaraq apardığı əşyalar onun razılığı olmadan cavabdeh tərəfindən satıldığı halda, cavabdehin özünün hədiyyə olaraq iddiaçıya aldığı əşyaları da onun əlindən almasının həqiqətə uyğun olmasını nəzərə alaraq bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən İddiaçı hədiyyə edilmiş 4000 (dörd min) manat dəyərində brilyant qaşlı İtaliya istehsalı sırğa, boyunbağı, qolbağı, üzük komplekti, 600 manat dəyərində brilyant qaşlı İtaliya istehsalı, 6 qr çəkidə nişan, habelə 1900 manat dəyərində şkaf, termogüzgülü şkaf, 2 ədəd kamod, sandıqdan ibarət yataq dəsti, 450 manat dəyərində 1 ədəd künclü divan dəsti, 100 manat dəyərində, 1 ədəd güzgülü kiçik stol və 150 manat dəyərində 1 ədəd stol və 6 ədəd stuldan ibarət stol-stul dəsti iddiaçının iradəsi ziddinə ondan alınmışdır. Odur ki, iddia tələbi bu əşyalara aid hissədə təmin edilməlidir. İddiaçı digər qızıl zinət əşyaları- 240 manat dəyərində Rusiya istehsalı, 583 əyarlı, 3qr çəkidə üzüyün, 300 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 3 qr çəkidə qaşlı üzüyün, 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qr çəkidə qaşlı üzüyün və 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qr çəkidə qaşlı üzüyün ona hədiyyə olaraq verilməsinə dair heç bir mötəbər sübut təqdim etmədiyindən iddia tələbi onlara aid hissədə təmin edilməməlidir.
22. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
24. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
25. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2(019)-57/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2(019)-57/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.