Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-29/2024 10.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(024)-38/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi idarəsi tərəfindən verilmiş **********32-10301 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən 0.0217 ha torpaq sahəsi və üzərində yerləşən 38.9 kv.m olan fərdi yaşayış evi X6, X4 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinin 12 saylı Şəki Ərazi idarəsinin verdiyi **********06-10301 reyestr, ********** qeydiyyat nömrəli və xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən 0.03 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə verilmişdir. İddiaçı iddia edir ki, Cavabdeh 2020-ci ildə onun Qax rayonunda olmadığı müddətdə onun icazəsi və xəbəri olmadan ona məxsus evin dam örtüyünün bir hissəsini sökmüş və dam hissəsinin konstruksiyasını pozmuşdur. Həmçinin Cavabdeh öz mülkiyyətində olmayan torpaq sahəsində onun evinin qapı və pəncərəsinin qarşısında qanunsuz olaraq hasar barı tikərək evinə düşən gün işığının qarışısına almışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan evin dam örtüyünün onun icazəsi olmadan sökülərək konstruksiyasının qanunsuz əsaslarla dəyişdirilməsinə görə cavabdeh tərəfindən onun evinin dam örtüyünün cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılması və evin qapı və pəncərəsinin qarşısında öz mülkiyyətində olmayan torpaq sahəsində tikdiyi, evinə düşən gün işığının qarşısını alan hasar barının sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Mülki işin məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 iddianı müdafiə etmiş, Cavabdeh iddianı qəbul etməmişdir.
4. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı Çıxarışa əsasən Qax rayonu İlisu kəndində 0.0217 ha torpaq sahəsində yerləşən 38.9 kv.m ev onun qanuni mülkiyyətindədir. Cavabdeh 2020-ci ildə onun Qax rayonunda olmadığı müddətdə onun icazəsi və xəbəri olmadan ona məxsus evin dam örtüyünün bir hissəsini sökmüş və dam hissəsinin konstruksiyasını pozmuşdur. Həmçinin Cavabdeh öz mülkiyyətində olmayan torpaq sahəsində onun evinin qapı və pəncərəsinin qarşısında qanunsuz olaraq hasar barı tikərək evinə düşən gün işığının qarışısına almışdır. Dəfələrlə dam örtüyünün əvvəlki vəziyyət qaytarılması və hasar barının sökülməsi ondan tələb olunsa da buna məhəl qoymamışdır.Onun qanuni mülkiyyət hüququ pozulmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona məxsus olan evin dam örtüyünün onun icazəsi olmadan sökülərək konstruksiyasının qanunsuz əsaslarla dəyişdirilməsinə görə cavabdeh tərəfindən onun evinin dam örtüyünün cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılması və evin qapı və pəncərəsinin qarşısında öz mülkiyyətində olmayan torpaq sahəsində tikdiyi, evinə düşən gün işığının qarşısını alan hasar barının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının ərizəsində göstərdiklərini əsassız hesab edir. Belə ki, dam örtüyü iddiaçının evinin damının üzərinə keçməmiş, öz evinin üzərindədir. İddiaçının sökülməsini iddia etdiyi barı isə iddiaçının yox, onun özünə məxsus torpaq sahəsi üzərində tikilmişdir. Əksinə iddiaçı ona məxsus torpaq sahəsini zəbt edərək barının guya ona məxsus torpaq sahəsi üzərində inşa edildiyini iddia edir. Ona görə də, iddia tələbini qəbul etmir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi idarəsi tərəfindən verilmiş **********32-10301 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən 0.0217 ha torpaq sahəsi və üzərində yerləşən 38.9 kv.m olan fərdi yaşayış evi X6, X4 və İddiaçı ümumibirgə mülkiyyətinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinin 12 saylı Şəki Ərazi idarəsinin verdiyi **********06-10301 reyestr, ********** qeydiyyat nömrəli və xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən 0.03 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə verilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan evin dam örtüyünün onun icazəsi olmadan sökülərək konstruksiyasının qanunsuz əsaslarla dəyişdirilməsinə görə Cavabdeh tərəfindən onun evinin dam örtüyünün cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılması və evin qapı və pəncərəsinin qarşısında öz mülkiyyətində olmayan torpaq sahəsində tikdiyi, evinə düşən gün işığının qarşısını alan hasar barının sökülməsini xahiş etmişdir. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 03 avqust 2022-ci il tarixli, 10/3454 saylı rəy verilmişdir. Ekspertin rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRXnin 122 saylı Şəki Ərazi tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışa əsasən Qax rayonu İlsu kəndində yerləşən 0.0217 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin dam örtüyündə Cavabdeh Mıəmmədsəid oğlu tərəfindən dam örtüyünün inşası zamanı şiferlərin bir hissəsini iddiaçının dam örtüyü üzərinə tərəf bərkitdiyi və Azərbaycan Respublikası ƏMDX-nin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən qərardadın ikinci sualının cavablandırılması mümkün olmadığı göstərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Eyni zamanda da, iş üzrə 50(əlli) manat ekspertiza xərci cavabdehlərdən alınaraq müvafiq hesaba köçürülməlidir.
8. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Qax rayonu İlisu kəndində yerləşən 38.9 kv.m olan fərdi yaşayış evinin dam örtüyü Cavabdeh tərəfindən onun hesabına əvvəlki vəziyyətinə qaytarılmalı, iddianın qalan hissəsi rədd edilməli, iş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq müvafiq hesaba ödənilməlidir.
9. Qax Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(024)-38/2022 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin olunmuş, İddiaçı mülkiyyətində olan Qax rayonu İlisu kəndində yerləşən 38.9 kv.m olan fərdi yaşayış evinin dam örtüyü Cavabdeh tərəfindən cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılması, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh alınaraq müvafiq hesaba ödənilməsi (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X3, kodu 210005, VÖEN **********, Müxbir hesab- Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi- VÖEN **********, Hesab-AZ34CTRE********************) qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
10. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi idarəsi tərəfindən verilmiş **********32-10301 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu İlisu kəndində yerləşən 0.0217 ha torpaq sahəsi və üzərində yerləşən 38.9 kv.m olan fərdi yaşayış evi X6, X4 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmişdir.
11. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 avqust 2022-ci il tarixli, 10/3454 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 122 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışa əsasən Qax rayonu İlsu kəndində 0.0217 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin dam örtüyündə Cavabdeh tərəfindən dam örtüyünün inşası zamanı şiferlərin bir hissəsini iddiaçının dam örtüyü üzərinə tərəf bərkitmişdir.
12. Azərbaycan Respublikası ƏMDX-nin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən qərardadın ikinci sualının cavablandırılması mümkün olmamışdır.
13. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir.
14. İş materiallarında olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Camalov X7 rayonu İlisu kəndində qeydiyyatdadır.
15. İş materiallarında olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli Qəsəbəsi, D.Y/S, ev 19, mənzil 37-də qeydiyyatdadır.
16. İşdə olan 9 sentyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
17. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətlərinin dəlilləri
18. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mübahisə ilə əlaqədar ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3454 nömrəli rəyi alınmışdır. Lakin, bu zaman Az.Resp. ƏMDK-nin Daşınmaz Əmlakın Kadastri və Reyestri Publik Hüquqi şəxsin müvafiq Mütəxəssiz rəyi Mərkəzə təqdim edilmədiyindən Qax Rayon Məhkəməsinin ekspertizanın keçirilməsinə dair qəraradadının ikinci sualı cavablandırılmamışdır. Nəticədə onun iddia tələbinin “Evinin qapı və pəncərəsi qarşısında cavabdeh tərəfindən tikilmiş, öz mülkiyyətində olmayan torpaq sahəsində tikdiyi, evimə düşən gün ikşığının qarşısını alan hazar barısı sökülsün.” hissəsi təmin edilməmişdir. Qax rayon Məhkəməsində o iddia tələbinin ikinci hissəsi ilə əlaqədar yenidən ekspertizanın keçirilməsini tələb etsə də tələbi təmin edilməmişdir. Yarımçıq verilmiş ekspertiza rəyi əsasında qərar qəbul edilmişdir. O, öz qanuni mülkiyyəti olan evdən tam həcmdə istifadə edə bilmir. Pəncərəsinin və qapısının qarşısı tikilərək evinə düşən gün işığının qarşısı qanunsuz özbaşınalıq yolu ilə kəsilmiş və evi tam yararsız hala gəlmişdir.
19. Ona görə də, Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)-38/2022 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməsini, evinin qapı və pəncərəsi qarşısında cavabdeh tərəfindən tikilmiş, öz mülkiyyətində olmayan torpaq sahəsində tikdiyi, evinə düşən gün işığının qarşısını alan hasar barısının sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh apellyasiya şikayəti vermiş və göstərmişdir ki, məhkəmə qətnaməni prosessual hüquq normalarını pozmaqla çıxarmışdır. Mübahisəyə mahiyyəti üzrə baxılmalı, iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası deyil, məhkəmə tikinti-texniki ekspertizsası təyin edilməlidir. O, öz hüquqlarını müdafiə etməkdən məhrum olmuşdur. Onun işlə bağlı vəsatətləri vardır. Ekspert rəyindən görünür ki. iddiaçıya məxsus çıxarışa əsasən ona məxsus yaşayış evinin dam örtüyündə Cavabdeh tərəfindən dam örtüyünün inşası zamanı şiferlərin bir hissəsini iddiaçının dam örtüyünün üzərinə tərəf bərkidilməsi müəyyən edilmişdir. Ekspert rəyi əsaslı və mötəbər deyil, belə ki, iddiaçının dam örtüyünün onun tərəfindən hansı və nə qədər hissəsinin zəbt edilməsi qeyd edilməmişdir. Həmçinin məhkəmə qətnamə çıxararkən dam örtüyünün əvvəlki və sonrakı vəziyyəti barədə heç bir qeyd göstərməmişdir. Dam örtüyü əvvəlki vəziyyətə gətirildiyi halda yağış suları evin içərisinə tökülmə ehtimalının olub-olmaması araşdırılmadığından yenidən araşdırılma aparılmalıdır. Bu səbəbdən təkrar ekspertiza keçirilməlidir.
21. Ona görə də, Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)-38/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X10 öz verdikləri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh öz verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 173.1-ci maddəsinə əsasən başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. 173.3-cü maddəsinə əsasən əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. İddiaçı Qax Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(024)-38/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, cavabdeh isə qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin dam örtüyünün əvvəlki vəziyyətinə hansı qaydada qaytarılmasını müəyyən etməməklə qeyri-dəqiq nəticəyə gəldiyindən, gəlinmiş nəticə ilə razılaşmır.
30. Cavabdehin apellyasiya şikayətində verdiyi vəsatətinə əsasən Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 1 mart 2023-cü il tаrixli, 2(107)-320/2023 nömrəli qərаrdаdı ilə məhkəmə mühəndis tikinti texniki ekspertizаsı təyin edilmiş və həmin qərardada əsasən verilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/4938 nömrəli ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən aşağıdaklıar müəyyən olunur: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 122 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışa əsasən Qax rayonu İlisu kəndində İddiaçı mülkiyyətində olan 0.0217 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində və ya həmin əraziyə yaxın torpaq sahəsində Cavabdeh Məhəmmədsəid oğlu tərəfindən iddiaçının evinin şimal qərb hissəsində Cavabdeh Məhəmmədsəid oğlunun həyətinə açılan qapının qarşısını daş və kərpiclə hasar hörərək qapını bağlamışdır. Pəncərəsinə heçbir müdaxilə olunmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 122 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışa əsasən Qax rayonu İlisu kəndində İddiaçı mülkiyyətində olan 0.0217 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin dam örtüyünə Cavabdeh tərəfindən 3 kvm müdaxilə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyindən görünür ki, həqiqətən cavabdehə məxsus evin dam örtüyü iddiaçıya məxsus evin dam örtüyünə müdaxilə edilməklə inşa edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Lakin, birinci instansiya məhkəməsi nəticəyə gələrkən cavabdehə məxsus evin dam örütüyünün əvvəlki vəziyyətə gətirilməsini qət etmiş, əvvəlki vəziyyətin bərpa edilməsinin hansı ölçülərdə və hansı qaydada təmin edilməsini göstərməmişdir. Nəticədə, qətnamə həmin hissədə Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 220.5-ci mаddəsinin tələbinə uyğun tərtib edilməmişdir. Qanunun həmin normasına görə qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 6.8-ci bəndinə görə qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Hazırki - 23 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/4938 nömrəli ekspert rəyindən göründüyü kimi, İddiaçı və digərlərinin ümumi paylı mülkiyyətində olan 0.0217 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin dam örtüyünə Cavabdeh tərəfindən 3 kvm müdaxilə edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və digərlərinin ümumi paylı mülkiyyətində olan Qax rayonu İlisu kəndində yerləşən 38.9 kv.m olan fərdi yaşayış evinin dam örtüyünün Cavabdeh tərəfindən cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılması cavabdehə məxsus fərdi yaşayış evinin dam örtüyünün iddiaçının evinin dam örtüyünə keçən hissəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi”nin 12 saylı Şəki Ərazi İdarəsinin 13 iyun 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş qaydada 3 kvm ölçüdə sökülməsi ilə təmin edilməlidir.
31. İddiaçının apellyasiya şikayətinə və iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamış hasarın sökülməsi ilə bağlı hissəsinə gəldikdə isə, hazırki - 23 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/4938 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən hasar onun öz mülkiyyətində olan torpaq sahəsinə keçən qapının önünü kəsməklə inşa edilmiş, həmçinin iddiaçının mülkiyətində olan evin pəncərəsinə heç bir müdaxilə edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyаsı, o cümlədən onu da qeyd edir ki, Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-631/2019 nömrəli hal-hazırda qüvvədə olan qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evinin dam örtüyünün təmirinə törətdiyi maneələrın aradan qaldırılması qət edilmişdir. Həmin qətnamənin icrası prosesində Cavabdeh özünə məxsus evin dam örtüyünü təmir etmiş, əlavə olaraq İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinin dam örtüyünə də 12 saylı Şəki Ərazi İdarəsinin 13 iyun 2023-cü il tarixli mütəxəssis rəyində göstərilmiş qaydada 3 kvm ölçüdə müdaxilə etmişdir. Bu müdaxilə edilərkən hazırki iş üzrə iddiaçı Qax rayonunda olmamış, beləliklə, müdaxilədən xəbərsiz olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisinin ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürmək, əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb etmək hüququ olduğundan hazırki halda, İddiaçı ümumi mülkiyyətin bütün mülkiyyətçilərinin xeyrinə Cavabdeh qarşı hazırki tələbi irəli sürməyə subyektiv hüququ olmuşdur.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin dam örtüyünün əvvəlki vəziyyətinə hansı qaydada qaytarılmasını müəyyən etməməklə qətnamənin nəticə hissəsində qeyri-dəqiqliyə səbəb olduğundan və həmin hissədə qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(024)-38/2022 nömrəli qətnaməsi qətnamənin nəticə hissəsinin 2-ci abzasında “əvvəlki vəziyyətinə qaytarılsın” sözlərindən əvvəl “Cavabdeh məxsus fərdi yaşayış evinin dam örütüyü Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi”nin 12 saylı Şəki Ərazi İdarəsinin 13 iyun 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş qaydada 3 kv.m sökülməklə” sözləri əlavə edilməklə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat pulun 25 manatı İddiaçı və 25 manatı Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qax Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(024)-38/2022 nömrəli qətnaməsi qətnamənin nəticə hissəsinin 2-ci abzasında “əvvəlki vəziyyətinə qaytarılsın” söz birləşməsindən əvvəl “Cavabdeh məxsus fərdi yaşayış evinin dam örütüyü Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi”nin 12 saylı Şəki Ərazi İdarəsinin 13 iyun 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş qaydada 3 kv.m sökülməklə” söz birləşməsi əlavə edilməklə dəyişdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat pulun 25 manatı İddiaçı və 25 manatı Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev