Məhkəmə qərarları › İş №2(107)-295/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-295/2022

29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-295/2022 29.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)- 212/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)- 212/2021 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia qismən təmin olunmuş, Cavabdeh 24350 manat və 30 manat dövlət rüsumu – cəmi 24380 (iyirmi dörd min üç yüz səksən) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 34030 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 2013cü ilin yay aylarında cavabdeh ona JN 0019 KOD 40713038 və JN 0020 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktları əsasında özünün, ailə üzvlərinin və valideynlərinin ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Şəbiyan kəndində yerləşən ayrı-ayrılıqda 4,72 hektar və 1,24 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahələrini satdığını bildirmişdir. O, cavabdehlə razılığa gəlmiş və torpaq sahəsinin aralarında razılaşdırılmış dəyərini 12000 manat pulu cavabdehə tam şəkildə ödəməklə həmin torpaq sahəsini satın almışdır. Cavabdeh torpaq sahələrinin sənədlərini ona vermiş və mərhum valideynləri ilə əlaqədar vərəsəlik məsələləri həll ediləndən sonra alğı-satqını rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. O, aldığı torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmişdir. Cavabdehə torpaq sahələrinin alğı-satqısını rəsmiləşdirmək lazım olduğunu bildirdikdə o, hər dəfə tezliklə sənədləri qaydasına salacağını bildirmişdir. 3 il keçdikdən sonra cavabdeh ona bildirmişdir ki, ailəsində narazılıq var, ona görə də satdığı torpaq sahəsinə görə aldığı puldan 3 illik icarə haqqını çıxmaqla ona 9000 manat pul qaytarmaq istəyir. O isə cavabdehə bildirmişdir ki, keçən müdddət ərzində torpaq sahəsini münbitləşdirmək və yararlı hala salmaq üçün vəsait xərcləmişdir. Buna baxmayaraq cavabdeh aldığı 12000 manat pulu qaytararsa o da torpaq sahəsini geri qaytarar. Cavabdeh ondan aldığı pulla özünə Bakı şəhərində ev almış və yaşamaq üçün ora köçmüşdür. O, 2020-ci ilə qədər dəfələrlə cavabdehdən alğı-satqı müqaviləsinin rəsmiləşdirmək üçün gəlməsini tələb etdikdə cavabdeh hər dəfə ona ailəsini razı salacağını və alğı-satqı müqaviləsini rəsmiləşdirmək üçün gələcəyini bildirmişdir. 2020-ci ilin əvvəlində yenidən alğı-satqı müqaviləsini rəsmiləşdirmək üçün cavabdehə müraciət etdikdə o, torpaq sahəsini satmadığını və icarəyə verdiyini demişdir. Bundan sonra cavabdehin əsl niyyətini başa düşmüş və aldığı torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan dəyərini tələb etmişdir. Cavabdeh isə təkidlə torpaq sahələrini satmadığını, aldığı pulun isə icarə haqqı olduğunu demişdir. O, torpaq sahələrini aldığı gündən bu günədək ona sahiblik etmiş və istifadəsində olmuşdur. Ötən dövr ərzində o, həmin torpaq sahələrini daşdan təmizləmiş, xeyli mineral və üzvi gübrələr vermiş, bununla da həmin torpaq sahələrini yararlı hala gətimək 10000 manat vəsait xərcləmişdir. Hazırda İsmayıllı rayonu Şəbiyan kəndində 1 hektar torpaq sahəsinin qiyməti 3500-4000 manatdır. Cavabdeh topraq sahəsini ona satmamaqla 40000 manata qədər maddi ziyan vurmuş və onun hesabına varlanmışdır. Cavabdehdən 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 34030 manat pulun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərmişdir ki, iddiaçı onun tanışdır. O, 5 hektar torpaq sahəsini satmaq niyyəti ilə iddiaçıdan 12000 manat almışdır. Sonradan ailəsində narazıçılıq olduğundan o, iddiaçıya 3 ilin icarə haqqı olaraq 3000 manat çıxmaq şərti ilə 9000 manat qaytararaq torpaq sahəsindən çıxmasını bildirsə də iddiaçı razı olmamışdır. O, iddiaçıya torpaq sahəsini satmamış, icarəyə vermişdir. İddia tələbini əssasız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. X5 ifadə verərək göstərmişdir ki, o, iddiaçı və cavabdehlə həmkəndlidir. İddiaçının aldığı torpaq sahəsini cavabdeh 10000 manata ona təklif etmişdir. Bir müddət sonra o, cavabdehə torpaq sahəsini almaq istədiyini bildirmiş və beh üçün 2000 manat pul təklif etmişdir. Cavabdeh isə artıq həmin torpaq sahəsini iddiaçıya satdığını bildirmişdir. O, cavabdehin həmin torpaq sahəsini iddiaçıya neçəyə satdığını bilmir, ancaq cavabdehin ona izahından məlum olmuşdur ki, torpaq sahəsini 10000 manatdan yuxarı qiymətə satmışdır. X9 ifadə verərək göstərmişdir ki, iddiaçı onun atasıdır. Cavabdeh onlara 2 dəfə gələrək torpaq sahələrini satmaq istədiyini bildirmişdir. Atası cavabdehlə razılaşmış və 12000 manat pul verərək həmin torpaq sahələrini satın almışdır. Ötən dövr ərzində onlar həmin torpaq sahələrini yararlı hala gətimək xeyli vəsait xərcləmişlər. X1 ifadə verərək göstərmişdir ki, iddiaçı onun həmkəndlisi, cavabdeh isə sinif yoldaşıdır. O, cavabdehin torpaq sahələrini iddiaçıya satdığını bilir. X2 ifadə verərək göstərmişdir ki, o, iddiaçı və cavabdehi tanıyır. Cavabdehin torpaq sahələrini 12000 manata iddiaçıya satdığını eşitmişdir. X4 ifadə verərək göstərmişdir ki, iddiaçı onun həmkəndlisi, cavabdeh isə qonşusudur. Cavabdehin torpaq sahələrini iddiaçıya satdığını eşitmişdir. O, cavabdehin həmin torpaq sahələrini iddiaçıya neçəyə satdığını bilmir. X6 ifadə verərək göstərmişdir ki, o, iddiaçını qonşu kənddən tanıyır, cavabdeh isə qonşusudur. Cavabdeh ona torpaq sahələrini iddiaçıya satdığını demişdir. Cavabdehin həmin torpaq sahələrinin bir hektarını 2000 manatdan iddiaçıya satdığını bilir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı Cavabdehla razılaşaraq ona 12 000 manat ödəməklə, həmin torpaq sahələrini satın alması barədə razılaşdığını öz iddia ərizəsində göstərsə də, elə bir razılaşmanın olduğunu təsdiq edən və ya alqı-satqı barədə qabaqcadan razılaşmanı əks etdirən hər hansı ilkin müqaviləni İsmayıllı r-n məhkəməsinə təqdim etməmişdir; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X31 Mərkəzinin 05.07.2021-ci il tarixli 06-A saylı Arayışına əsasən, Cavabdeh mülkiyyətində olan 5,96 ha. torpaq sahəsi üzrə 1 hektara düşən məhsuldarlığa görə 1 illik gəlir 9 536 (doqquz min beş yüz otuz altı) manat təşkil edir ki, bu fakta da İsmayıllı r-n məhkəməsi hüquqi qiymət verməmişdir; Görünən odur ki, İsmayıllu r-n məhkəməsinin hakimi Rəfayel Şirinov ədalətli araşdırma aparmamış, iddiaçının bu illər ərzində həmin torpaq sahəsindən bəhər əldə etdiyini nəzərə almamış və bununla da, cavabdehin əldən çıxmış mənfəətini nəzərdən qaçırmaqla, ədalət mühakiməsini - çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməmişdir Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)- 212/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 2013-cü il yay aylarında Cavabdeh təklifi ilə özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Şəbiyan kəndi ərazisində yerləşən 4,72 hektar və valideynlərinə məxsus 1,24 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahələrini almışdır. Torpaq sahələrini aldığı gündən bu günədək həmin sahələrə o sahiblik etmiş və onun istifadəsində olmuşdur. Ötən dövr ərzində torpaq sahəsini yararlı hala gətirmək üçün xeyli vəsait xərcləmişdir. Belə ki, həmin torpaq sahəsinə xeyli mineral və üzvi gübrələr vermiş, daşdan təmizləmişdir. Beləliklə, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirərək xeyli vəsait xərcləmişdir. İddia ərizəsində həmin xərci 10000 manat məbləğində qeyd etmiş olsa da, əslində həmin məbləğ 15000 manatdan çox olmuşdur. İkinci bir tərəfdən, qətnamənin nəticə hissəsində cavabdehdən cəmi 24380 (iyirmi dörd min üç yüz səksən) manat məbləğinin alınaraq ona verilməsi qət edilmiş olsa da, həmin pul ona cavabdeh tərəfindən tam məbləğdə qaytarıldıqdan sonra torpaq sahəsinin və eyni zamanda cavabdehin ona təqdim etdiyi JN 0019 KOD 40713038 nömrəli və JN 0020 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktlarının cavabdehə qaytarmalı olduğu barədə məsələyə toxunulmamışdır. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)- 212/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, Cavabdeh 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyim 15000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyim 30 manat-cəmi 39030 manat pulun alınaraq mənə verilməsi, həmin pul mənə cavabdeh tərəfindən tam məbləğdə qaytarıldıqdan sonra torpaq sahəsinin və eyni zamanda cavabdehin mənə təqdim etdiyi JN 0019 KOD 40713038 nömrəli və JN 0020 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktlarının cavabdehə qaytarmalı olduğum barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Nümayəndə iddiaçının verdiyi apellyasiya şikayətinə etiraz edərək, həmin apellyasiya şikayətinin təmin edilməməsini, Cavabdeh verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı özünün verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 nömrəli qətnaməsi torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclənilmiş iddianın təmin olunmuş 2000 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkinbiçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 34030 manat pulun alınaraq ona verilməsi barədə tələbi həmin – torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manatın təmin edilmiş 2000 manata aid hissəsində də təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan JN 0019 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 24 avqust 1998-ci il tarixli 56 saylı qərarı ilə İsmayıllı rayonun Şəbiyan kəndi ərazisindən 1,24 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X25 və X3 mülkiyyətinə verilmişdir. İşdə olan JN 0020 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 24 avqust 1998-ci il tarixli 56 saylı qərarı ilə İsmayıllı rayonun Şəbiyan kəndi ərazisindən 4,72 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X19, X11, X20, X16, X12, X17 və X13 mülkiyyətinə verilmişdir. İşdə olan 2013-cü il tarixli iltzamın surətindən görünür ki, Cavabdeh 12000 manata ümumilikdə 5,96 hektar torpaq sahəsini İddiaçı satdığını imzası ilə təsdiq etmişdir. İşdə olan İsmayıllı rayon Keyvənd bələdiyyəsinin 14 sentyabr 2020-ci il tarixli 09 nömrəli arayışından görünür ki, İsmayıllı rayon Keyvəndi nələdiyyəsi ərazisində xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı əkin torpaqlarının hazırki vəziyyətdə alış-satış qiyməti 3000-4000 manat təşkil edir. İşdə olan "xxxx" MMC-nin 06 may 2021-ci il tarixli 13 nömrəli texniki araşdırma və qiymətləndirmə rəylərindən görünür ki, İsmayıllı rayonu Şəbiyan kəndində yerləşən Cavabdeh və ailə üzvlərinə birgə mülkiyyət hüququ əsasında məxsus olan ümumilikdə 5,96 hektar torpaq sahəsinin 1 hektar ölçüsünün hazırda mövcud bazar qiyməti 3750 manat təşkil edir. Qeyd olunan torpaq sahələrinin 1 hektarı 3750 manat həddində olmaqla, həmin torpaq sahələrinin hazırda ərazi üzrə mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri 22350 manat müəyyən edilmişdir. İşdə olan 08 fevral 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 2013cü ildə cavabdeh JN 0019 KOD 40713038 və JN 0020 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktları əsasında özünün, ailə üzvlərinin və valideynlərinin ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Şəbiyan kəndində yerləşən ayrıayrılıqda 4,72 hektar və 1,24 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahələrini satdığını iddiaçıya bildirmişdir. İddiaçı cavabdehlə razılaşmış və torpaq sahələrinin aralarında razılaşdırılmış dəyəri olan 12000 manat pulu cavabdehə tam şəkildə ödəməklə həmin torpaq sahəsini satın almışdır. Ötən müddət ərzində iddiaçı torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. 2020-ci ildə iddiaçıya məlum olmuşdur ki, cavabdeh torpaq sahəsini satmaqdan imtina edir. Mübahisə predmetinə aid olan torpaq sahələrinin ümumi hazırkı dəyəri mütəxəssis rəyinə əsasən 22350 manat həddində müəyyən edilmişdir. Məhkəmə cavabdehin izahatına münasibətdə qeyd etmişdir ki, cavabdeh əvvəlki məhkəmə iclasında iddiaçıya torpaq sahəsini satdığı, sonuncu məhkəmə iclasında isə həmin torpaq sahəsini iddiaçıya icarəyə verdiyi barədə bir-birini təkzib edən ziddiyyətli ifadələr vermişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərin hamısı ifadələrində cavabdehin mübahisəli torpaq sahəsini iddiaçıya satdığı barədə məlumatlı olduqlarını bildirmişlər. Göstərilən xüsusatlar təsdiq edir ki, cavabdeh mübahisəli torpaq sahəsini satmaq niyyəti ilə iddiaçıdan 12000 manat pul almışdır. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan torpaq sahələrinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş pulu aldığı halda həmin torpaq sahələrini iddiaçıya satmaqdan imtina etməklə iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahələrinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbi qismən təmin olunaraq ümumi 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətinə uyğun olaraq 22350 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Habelə məhkəmə iddiaçının torpağın tam yararlı hala gətirilməsi üçün çəkilən xərcləri 2000 manat məbləğində müəyyən edilməsini də qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlmişdir ki, cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmuş 2000 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin 06 may 2021-ci il tarixli 13 nömrəli texniki araşdırma və qiymətləndirmə rəylərinə istinad etməklə ümumi 5,96 hektar torpaq sahələrinin qiymətini 22350 manat müəyyən etməklə iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə torpağın tam yararlı hala gətirilməsi üçün çəkilmiş xərclər olaraq 2000 manat məbləğində pulun cavabdehdən tutulmasını qət etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyasının qənaətincə, torpaq sahələrinin dəyərinin 12000 manatdan hazırki 22350 manata qədər qalxması yalnız bazar qiymətlərinin dəyişməsi ilə deyil, həm də torpağa yaxşılaşdırmalar olaraq çəkilmiş xərclər ilə əlaqədardır. Yəni, torpağın qiyməti 22350 manat müəyyən edilməklə torpağa çəkilmiş xərclər bu məbləğə daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayəti üzrə dəyərləndirmə apararaq qeyd edir ki, o, apellyasiya şikayətində cavabdehdən cəmi 24380 (iyirmi dörd min üç yüz səksən) manat məbləğinin alınaraq ona verilməsi qət edilmiş olsa da, həmin pul ona cavabdeh tərəfindən tam məbləğdə qaytarıldıqdan sonra torpaq sahəsinin və eyni zamanda cavabdehin ona təqdim etdiyi JN 0019 KOD 40713038 nömrəli və JN 0020 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktlarının cavabdehə qaytarmalı olması barədə göstərdiklərinə rəğmən, o, torpaq sahəsini cavabdehə qaytardığından hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Torpaq sahəsi onun istifadəsində olduğu müddət ərzində o cavabdehdən heç bir əvəz tələb etmək hüququna malik olmamışdır. Ona görə də, iddiaçının apellyasiya şikayətində göstərdiyi, qətnamənin ləğv olunması tələbi istisna olmaqla, digər dəlillərlə yanaşı yuxarıda qeyd olunan dəlili də əsaslı deyildir və təmin edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclənilmiş iddianın təmin olunmuş 2000 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 nömrəli qətnaməsi torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclənilmiş iddianın təmin olunmuş 2000 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 34030 manat pulun alınaraq ona verilməsi barədə tələbi həmin – torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manatın təmin edilmiş 2000 manata aid hissəsində də təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 nömrəli qətnaməsi torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclənilmiş 10000 manat tələbinin təmin olunmuş 2000 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 34030 manat pulun alınaraq ona verilməsi barədə tələbi həmin – torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manatın təmin edilmiş 2000 manata aid hissəsində də təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar