Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-302/2020 29.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Şəki rayonu 1 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X11 və Cavabdeh3 ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rаyоn Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.V.Hacıyev) iddia təmin edilərək, İddiaçı1ilə Cavabdeh3 ASC arasında xx xxxx 2010-cu il tarixdə bağlanılmış və Cavabdeh1 tərəfindən təsdiq edilmiş 22 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2010-cu il tarixli 22 saylı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, bu müqavilələrin ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinin qalxması ilə əlaqədar əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və həmin müqavilələr üzrə pul öhdəliyinin müqavilələr bağlananda ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə əvəz edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bundan sonra, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh3 ASC ilə İddiaçı1 arasında bağlanmış xx xxxx 2010-cu il tarixli, 22 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsinin ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinin qalxması ilə əlaqədar əhəmiyyətli dərəcədə dəyişmiş hazırkı şəraitə uyğunlaşdırılması, bu müqavilə üzrə borc ödənişinin öhdəliyin əmələ gəldiyi vaxt ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə əvəz edilməsi, ipoteka ilə yüklü edilmiş Şəki şəhəri Ə.Cəfərov küçəsi, 13/1 ünvanlı, İddiaçı1 mülkiyyətində olmaqla 0.0146 ha torpaq sahəsində yerləşən 46.0 kv.m yaşayış, 172.1 kv.m köməkçi sahədən ibarət ikimərtəbəli, iki otaqlı yaşayış evinə dair Cavabdeh4 MMC tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli "Hərrac təşkilatının hərracın yekunları barədə protokol № 38/2» və «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə"nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, Şəki Rayon Məhkəməsinin (hakim K.Ş.Süleymanov) xx xxxxxx 2017ci il tarixli 2(075)-5802/2017 saylı qərardadı ilə hazırkı iddia ərizəsi üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Odur ki, təkrarən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Onlar bir ailə olaraq ünvan 2 ünvanlı fərdi yaşayış evində yaşayırlar. Onlardan İddiaçı1 ilə İddiaçı4 ər-arvad, İddiaçı2 ailənin övladı, İddiaçı3 isə gəlinidir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(075)-11190/2016 saylı qətnaməsindən (hakim C.F.İmanov) göründüyü kimi, iddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 qarşı «tutmanın girov predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə iddianın qismən təmin edilməsi, tutmanın Şəki şəhəri Ə.Cəfərov küçəsi, 13/1 ünvanlı İddiaçı1 mülkiyyətindəki 0.0146 ha torpaq sahəsində yerləşən 46.0 kv.m yaşayış, 172.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli, 2 otaqlı, 1 nömrəli yaşayış evinə yönəldilərək, bu əmlakın ilkin satış qiyməti 63000 manatla hərraca çıxarılaraq hərracda satılması, həmin fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsaitin Cavabdeh3 ASC-nin hesabına ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, İddiaçı1 məxsus olan Şəki şəhəri Ə.Cəfərov küçəsi, 13/1 ünvanında yerləşən 46.0 kv.m yaşayış, 172.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli, 2 otaqlı, 1 nömrəli yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 sözügedən evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 həmin evdən çıxarılmaları qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(075)-11190/2016 nömrəli qətnaməsindən cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxx 2017-ci il tarixdə baxaraq, apelyasiya şikayətinin təmin edilməməsi və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)- 11190/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarmışdır. Qeyd edilmiş qətnamələrdən göründüyü kimi, məhkəmələr qəbul etdikləri qərarın borcun girov predmetinə yönəldilməsi hissəsində iş üzrə iddiaçı Cavabdeh3 ASC ilə cavabdeh İddiaçı1 arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 22 saylı ipoteka müqaviləsini əsas götürmüşlər. Həqiqətdə isə İddiaçı1 ilə Cavabdeh3 ASC arasında bağlanmamış ipoteka müqaviləsi etibarsız əqddir. Bu müqavilə ilə sözügedən evin ipoteka ilə yüklü edilməsi qanunvericiliyin tələblərinə ziddir. Başqa sözlə, İddiaçı1 mülkiyyətində olan Şəki şəhəri Ə.Cəfərov küçəsi, 13/1 ünvanlı, 0.0146 ha torpaq sahəsində yerləşən, 46.0 kv.m yaşayış və 172.1 kv.m köməkçi sahədən ibarət, 2 mərtəbəli, 2 otaqlı, 1 nömrəli fərdi yaşayış evinin ipoteka predmeti olması qanunsuzdur. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar və iddianın təmin olunmasını xahiş edirlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh LPO Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh3 ASC İddiaçı1, X2, X3, İddiaçı3, İddiaçı4 və İddiaçı2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Şəki Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən 2(075)-16/2016 saylı mülki iş üzrə xx xxxxxx 2016-ci il tarixli qətnamə qəbul edilmişdir. Müvafiq qətnamədən narazı qalan cavabdehlər tərəfindən apelyasiya şikayəti verilmişdir. Bununla da müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin mövcud olmasından məlumatları olmuş, lakin mübahisə predmeti olan müqavilələrin etibarsızlığı ilə bağlı tələblə xx xxxxxx 2018-ci il tarixdə məhkəməyə müraciət etmişlər. Bununla da müəyyən olunur ki, tərəflər məhkəməyə iddia verilməsi üçün tətbiq edilən iddia müddətini ötürmüşlər. İddiaçılar iddia ərizəsində bildirmişlər ki, eyni tələblə bağlı bir dəfə məhkəməyə müraciət edilmiş, lakin Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(075)-5802/2017 saylı qərardadı ilə müvafiq mülki iş baxılmamış saxlanılmışdır. Odur ki, iddianın iddia müddətini tətbiq etməklə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi – Əmanətləri Sığortalanması Fondu tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyаsiyа şikаyətində Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-40/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, İddiaçı4 Nasif qızı ilə İddiaçı1 arasında nikah xx xxxx 1981-ci il tarixdə bağlanmışdır. Birgə nikah dövründə Şəki şəhəri Əli Cəfərov küçəsi, dalan 13-də 0.0146 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 46.0 kv.m yaşayış, 172.1 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi alınmış və daşınmaz əmlak İddiaçı1 adına rəsmiləşdirilməklə AR ƏMDK yanında DƏDRX-nin 12 saylı X11 tərəfindən xx xxxxx 2008-ci ildə dövlət reyesterindən çıxarış verilmişdir. Beləliklə də sözügedən daşınmaz əmlak ümumi birgə mülkiyyət hesab olunduğundan onun üzərində ər və arvadın bərabər şəkildə sahiblik, istifadə və sərəncam hüquqları yaranmışdır. Sözügedən daşınmaz əmlak 20000 ABŞ Dolları kreditin verilməsini nəzərdə tutan, Cavabdeh3 ASC ilə İddiaçı1 arasında bağlanılmış əsas kredit müqaviləsinin təminatı olmuş, xx xxxx 2010-cu il tarixli 22 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuşdur. İddiaçı4 isə yaşayış sahəsinin Cavabdeh3 qarşısında ipoteka qoyulmasına razılığın verilməsinə dair birgə mülkiyyətçi kimi ərizəsi alınmamışdır. Eyni zamanda, cavabdeh LPO Cavabdeh3 ASC-nin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, AR Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Göründüyü kimi, iddiaçıların mülkiyyət əmlakı üzərində hüquq onların xəbərləri olmadan, iradələrindən asılı olmayan səbəbdən məhdudlaşdırılmışdır. Hazırkı hal Mülki Məcəllənin 384.0.4-cü maddəsinin təsiri altına düşdüyündən iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsini məhkəmə məqsədəmüvafiq hesab etmir... Məhkəmənin nəzərinə çatdırılır ki, Cavabdeh3 ASC İddiaçı1, İddiaçı4 Nəsib qızına, İddiaçı2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Şəki Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən 2(075)-16/2016 saylı mülki iş üzrə xx xxxxxx 2016ci il tarixli qətnamə qəbul edilmişdir. Müvafiq qətnamədən narazı qalan cavabdehlər tərəfindən apelyasiya şikayəti verilmişdir. Bununla da müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı1, İddiaçı4 Nəsib qızı, İddiaçı2 və İddiaçı3 Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin mövcud olmasından məlumatları olmuş, lakin mübahisə predmeti olan müqavilənin etibarsızlığı ilə bağlı tələblə xx.xx.2018ci il tarixdə məkəməyə müraciət etmişlər. Bununla da müəyyən olunur ki, tərəflər məhkəməyə iddia verilməsi üçün tətbiq edilən iddia müddətini ötürmüşlər. Bankın nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmiş, lakin hakim mövcud halın Mülki Məcəllənin 384.0.4-cü maddəsinin təsiri altına düşdüyünü əsas gətirərək ərizəni təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində etibarsız əqdlərin növləri olan əhəmiyyətsiz və mübahisə edilən əqdlər barədə iddianın irəli sürülməsi müddətləri müəyyən edilmişdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əhəmiyyətsiz əqd tərəflər üçün hüquq və vəzifələr yaratmadığına görə Mülki Məcəllənin 354.1-ci maddəsi məntiqi olaraq yalnız onun nəticələrinin tətbiqi barədə tələblər üçün müddət müəyyən etmişdir. Əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi barədə iddia həmin əqdin icrası nəticəsində tərəflərin əldə etdiklərini bir-birinə qaytarması ilə əlaqədar tələbləri nəzərdə tutur. Qanun əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi haqqında iddialar üçün bir il müddət müəyyən etmişdir. Bu müddətin axımı əqdin icrasına başlanıldığı vaxtdan hesablanır. Bu zaman əqd üzrə icranın əqdin hansı iştirakçısı tərəfindən başlanılmasının əhəmiyyəti yoxdur... Ona görə də hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qanunsuz və əsassızdır, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin nümayəndəsi X1 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, həmçinin cavabdehlər LPO Cavabdeh3 ASC və ya onun ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun, Şəki rayonu 1 saylı Dövlət Notariat Kontorunun və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X8 nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclası ərəfəsində İddiaçı1 teleqramla müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, lakin hazırkı məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, iddiaçının və cavabdehlərin iştirakları olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddia tələbi rədd edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 3M-1-68 saylı notariat işinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X8 verdiyi xx xxxxx 2008-ci il tarixli, MH seriyalı ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Şəki şəhəri Əli Cəfərov küçəsi, dalan 13-də 0.0146 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 46.0 kv.m yaşayış, 172.1 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. Həmin notariat işində olan Şəki şəhəri “Pirimlər” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2010-cu il tarixli 246 nömrəli arayışa əsasən, İddiaçı1 ailə üzvləri aşağıdakılardır: arvadı – İddiaçı4, oğlu – İddiaçı2, gəlini – İddiaçı3dır. Həmin notariat işində olan Şəki şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş “Nikahın bağlanması haqqında şəhadətnamə”yə əsasən İddiaçı1 ilə X6 arasında xx xxxx 1981-ci il tarixdə bağlanmış nikah 142 nömrə ilə qeydiyyata alınmışdır. Ərə İbrahimxəlilov, arvada İbrahimxəlilova soyadı verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh3 ASC ilə İddiaçı1 arasında xx xxxx 2010-cu il tarixli, 22 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, borc verən borc alana 20000 ABŞ dolları məbləğində 18 ay müddətinə illik 28% olmaqla kredit verir. İş materiallarından görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 ASC ilə İddiaçı1 arasında xx xxxx 2010-cu il tarixli, 22 saylı ipoteka müqaviləsi bağlanılmış və Şəki rayonu DNK tərəfindən 3M-1/68 saylı notariat işi ilə təsdiq edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X11 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan Şəki şəhəri Əli Cəfərov küçəsi, dalan 13-də 0.0146 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 46.0 kv.m yaşayış, 172.1 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 3M-1-68 saylı notariat işinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2010-cu il tarixdə İddiaçı4, İddiaçı2 və İddiaçı3 tərəfindən əmlakın ipoteka qoyulmasına razılıq verilməsi haqqında ərizələrə əsasən onlar İddiaçı1 mülkiyyətində olan Şəki şəhəri Əli Cəfərov küçəsi, dalan 13-də 0.0146 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 46.0 kv.m yaşayış, 172.1 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 ASC-nin xeyrinə ipoteka qoyulmasına razılıq vermişlər. İş materiallarında olan Azərbаycаn Respublikаsı Ədiyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 11750 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 3M-1-68 saylı notariat işinin 6-cı vərəqəsində İddiaçı2 adından olan xx xxx 2010-cu il tarixli razılıq ərizəsinin sonunda “İmza:” qrafasındakı imza – İddiaçı2 tərəfindən icra olunmuşdur; - həmin notariat işinin 7-ci vərəqəsində İddiaçı4 adından olan xx xxx 2010-cu il tarixli razılıq ərizəsinin sonunda “İmza:” qrafasındakı imza – İddiaçı4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; - həmin notariat işinin 8-ci vərəqəsində İddiaçı3 adından olan xx xxx 2010-cu il tarixli razılıq ərizəsinin sonunda “İmza:” qrafasındakı imza – İddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; - həmin notariat işinin 6-cı vərəqəsində İddiaçı2 adından olan xx xxx 2010-cu il tarixli razılıq ərizəsinin sonunda “İmza:” qrafasındakı imzada; notariat işinin 7-ci vərəqəsində İddiaçı4 adından olan xx xxx 2010-cu il tarixli razılıq ərizəsinin sonunda “İmza:” qrafasındakı imzada; notariat işinin 8-ci vərəqəsində İddiaçı3 adından olan xx xxx 2010-cu il tarixli razılıq ərizəsinin sonunda “İmza:” qrafasındakı imzada – imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından, tədqiq edilən iş materiallarından müəyyən olunur ki, İddiaçı4 ilə İddiaçı1 arasında nikah xx xxxx 1981-ci il tarixdə bağlanılmışdır. Onların birgə nikahı dövründə Şəki şəhəri Əli Cəfərov küçəsi, dalan 13-də 0.0146 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 46.0 kv.m yaşayış, 172.1 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi alınmış və daşınmaz əmlak İddiaçı1 adına rəsmiləşdirilməklə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X11 tərəfindən xx xxxxx 2008-ci ildə dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə də sözügedən daşınmaz əmlak ümumi birgə mülkiyyət hesab olunduğundan onun üzərində ər və arvadın bərabər şəkildə sahiblik, istifadə və sərəncam hüquqları yaranmışdır. Sözügedən daşınmaz əmlak 20000 ABŞ dolları kreditin verilməsini nəzərdə tutan Cavabdeh3 ASC ilə İddiaçı1 arasında bağlanılmış əsas kredit müqaviləsinin təminatı olmuş, xx xxxx 2010-cu il tarixli 22 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuşdur. Lakin bu zaman İddiaçı4 yaşayış sahəsinin Cavabdeh3 ASC qarşısında ipoteka qoyulmasına razılıq verməsinə dair birgə mülkiyyətçi kimi ərizəsi alınmamışdır. Beləliklə, işin yuxarıda müəyyən olunan hallarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslıdır. Ona görə də, iddia təmin edilərək Cavabdeh3 ASC ilə İddiaçı1 arasında xx xxxx 2010-cu ildə bağlanılmış və Cavabdeh1 tərəfindən təsdiq edilmiş 22 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, bu nəticə işin faktiki hallarına və həmin hallara hüquqi qiymət verilməsi zamanı tətbiq edilməli olan maddi hüquq normalarına uyğun deyildir. Belə ki, işin mübahisəsiz hallarına əsasən, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(075)-11190/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 qarşı «tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair» iddiası qismən təmin edilmiş, kredit borcu üzrə tutmanın Şəki şəhəri Ə.Cəfərov küçəsi, 13/1 ünvanlı, cavabdeh İddiaçı1 mülkiyyətində olmaqla 0.0146 ha torpaq sahəsində yerləşən 46.0 kv.m yaşayış, 172.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli, 2 otaqlı, 1 nömrəli yaşayış evinə yönəldilməsi, bu əmlakın 63000 manat dəyərində ilkin satış qiyməti ilə hərraca çıxarılaraq açıq hərracdan satılması, həmin evin satışından əldə olunan vəsaitin Cavabdeh3 ASC-nin hesabına ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 sözügedən evə istifadə hüquqları itirilmiş hesab edilməklə onların həmin evdən çıxarılmaları qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(075)-11190/2016 nömrəli qətnaməsindən cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli 2(107)- 484/2017 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(075)- 11190/2016 nömrəli qətnaməsindən cavabdehlər, o cümlədən İddiaçı4 2017-ci ilin əvvəlindən məlumatlı olmuş, lakin sonuncu nə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016cı il tarixli 2(075)-11190/2016 nömrəli qətnaməsini, nə də əri İddiaçı1 ilə Cavabdeh3 ASC arasında Şəki şəhəri Ə.Cəfərov küçəsi, 13/1 ünvanında yerləşən yaşadıqları fərdi yaşayış evinə dair bağlanmış ipoteka müqaviləsinin etibarsızlığını mübahisələndirməmişdir. Bundan 2 ilə yaxın müddət keçəndən sonra iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2010-cu il tarixli 22 saylı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, bu müqavilələrin ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinin qalxması ilə əlaqədar əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və həmin müqavilələr üzrə pul öhdəliyinin müqavilələr bağlananda ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə əvəz edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bu iddia ərizəsində də İddiaçı4, eləcə də digər iddiaçılar İddiaçı2 və İddiaçı3 ipoteka müqaviləsinin bağlanmasına razılıq ərizələrinin onlar tərəfindən imzalanmadığını bildirməmiş və ipoteka müqaviləsinin etibarsızlığını bu əsasla (yəni razılıq ərizələrindəki imzaların saxta olması əsası ilə) mübahisələndirməmişlər. Həmin iddia tələbi üzrə işə baxılan zaman yalnız məhkəmənin xx xxxxx 2018-ci il tarixli iclasında iddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı3 ipoteka müqaviləsinin bağlanmasına razılıq vermədiklərini və razılıq ərizələrinin onlar tərəfindən imzalanmadığını bildirmişlər. Ona görə də məhkəmə tərəfindən xx xxxxx 2018-ci il tarixli qərardadla iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. xx xxxx 2019-cu il tarixli 11750 nömrəli ekspert rəyinə əsasən, müvafiq notariat işində olan, İddiaçı4 və İddiaçı3 adından tərtib olunmuş xx xxx 2010-cu il tarixli razılıq ərizələrinin sonunda edilən imzalar onlar tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin rəyə əsaslanan məhkəmə sözügedən ipoteka müqaviləsini etibarsız hesab etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, ipoteka müqaviləsinin etibarsızlığı barədə tələbə baxılarkən Mülki Məcəllənin 354.2-ci maddəsində təsbit edilmiş kəsici müddətlərlə bağlı imperativ göstəriş nəzərə alınmalıdır. Həmin maddəyə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, sözügedən müqavilənin etibarsız olması ehtimalında, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi iddiaçının həmin əqdin etibarsız hesab edilməsi barədə tələbinin təmin olunmasını istisna edir. Digər tərəfdən, iddia müddətindən fərqli olaraq, Mülki Məcəllənin 354.2-ci maddəsindəki 1 illik müddət kəsici xarakter daşıdığından mübahisə tərəfinin onun tətbiqi barədə ərizə verməsinə ehtiyac yoxdur, başqa sözlə, məhkəmə öz təşəbbüsü ilə həmin müddəti tətbiq etməlidir. Qeyd edildiyi kimi, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(075)- 11190/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 qarşı «tutmanın girov (ipoteka) predmetinə yönəldilməsi tələbinə dair» iddiası qismən təmin edilərək, kredit borcu üzrə tutmanın Şəki şəhəri Ə.Cəfərov küçəsi, 13/1 ünvanlı, cavabdeh İddiaçı1 mülkiyyətində olmaqla 0.0146 ha torpaq sahəsində yerləşən 46.0 kv.m yaşayış, 172.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli, 2 otaqlı, 1 nömrəli yaşayış evinə yönəldilməsi, bu əmlakın 63000 manat dəyərində ilkin satış qiyməti ilə hərraca çıxarılaraq açıq hərracdan satılması, ... ipoteka predmeti olan yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 sözügedən evə istifadə hüquqları itirilmiş hesab edilməklə onların həmin evdən çıxarılmaları qət edilmişdir. Qətnamədən apelyasiya şikayətinin verilməsi onu təsdiqləyir ki, apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş 1 ay müddətində cavabdehlər, o cümlədən ər-arvadın birgə mülkiyyəti sayılan daşınmaz əmlak barəsində ipoteka müqaviləsinin bağlanması zamanı razılığının alınmaması (razılıq ərizəsini özünün deyil, onun əvəzindən başqasının imzalaması) ilə mülkiyyət hüququnun pozulması ehtimal olunan İddiaçı4 həmin qətnamənin surətini almış və (və ya) belə bir qətnamənin mövcudluğundan məlumatlı olmuşlar. Bundan 2 (iki) ilə yaxın müddət keçəndən sonra onlar, o cümlədən İddiaçı4 ipoteka müqaviləsinin etibarsızlığını mübahisələndirməyə başlamışlar. Halbuki, İddiaçı4 onun da mülkiyyət payı olan daşınmaz əmlak (fərdi yaşayış evi) barəsində bağlanmış ipoteka müqaviləsi ilə razılaşmadığı və həmin müqavilənin bağlanmasına razılıq verməməsini, müqavilənin etibarsızlığını mübahisələndirmək istədiyi təqdirdə, bunu bəhs edilən ipoteka müqaviləsindən xəbərdar olduğu, yəni həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində etməli idi. Lakin İddiaçı4 həmin müddəti əhəmiyyətli dərəcədə ötürəndən sonra ipoteka müqaviləsinin etibarsızlığına dair tələblə məhkəməyə müraciət etmişdir. Artıq qeyd edildiyi kimi, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi İddiaçı4 tərəfindən onun mülkiyyət payı olan əmlak barəsində bağlanmış əqdin etibarsızlığının mübahisələndirilməsini və bununla bağlı irəli sürdüyü tələb əsaslı olsa belə, həmin tələbin təmin olunmasını istisna edir. Qanunda nəzərdə tutulmuş kəsici müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Həmçinin nəzərə almaq lazım gəlir ki, Mülki Məcəllənin 9.3-cü maddəsinə görə, qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. İddiaçılar hazırkı iddia ərizəsində göstərmişlər ki, əvvəllər eyni tələblə bağlı bir dəfə məhkəməyə müraciət edilmiş, lakin Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(075)-5802/2017 saylı qərardadı ilə həmin iddia baxılmamış saxlanılmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddianın baxılmamış saxlanması nə iddia müddətinin, nə də eyni mahiyyətli olan kəsici müddətin axımını dayandırmır və iddia irəli sürülənədək başlanmış müddət axımı ümumi qaydada davam edir (Mülki Məcəllənin 381.1-ci maddəsi). Avropа İnsаn Hüquqları Məhkəməsi “Miraqаll Eskolаno və digərləri İspаniyаyа qаrşı” iş üzrə 25 yаnvаr 2000-ci il tаrixli Qərаrındа qeyd etmişdir ki, аtılmаlı olаn formаl аddımlаrı və şikаyətlərin verilməsi üçün riаyət edilməli olаn müddət məhdudiyyətlərini tənzimləyən qаydаlаr ədаlət mühаkiməsinin lаzımi qаydаdа həyаtа keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini dаşıyır. Məhkəmə mübаhisəsi üzrə tərəflər bu qаydаlаrın tətbiqinin məcburiliyini nəzərə аlmаlıdırlаr. Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» iş üzrə xx xxxx 2003-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, hüquqi müəyyənlik «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz... Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş müddət məhdudiyyətləri hüquqi müəyyənlik prinsipinin təmin olunmasına xidmət edir, ona görə də həmin məhdudiyyətlərin tətbiqinə məhkəmələr tərəfindən əməl olunması məcburidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı işə birinci instansiya məhkəməsində baxılan zaman Cavabdeh3 ASC-nin nümayəndəsi hakimin diqqətini “müddətin keçməsi” məsələsinə yönəltmiş olsa da, lakin məhkəmə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddəti deyil, həmin Məcəllənin 373 və 384-cü maddələrinin müddəaları kontekstində iddia müddətini müzakirə etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddia tələbini əsaslı sayaraq təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan cаvаbdeh LPO Cavabdeh3 ASC-nin ləğvedicisi – Əmanətləri Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri əsaslıdır. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-40/2019 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-386, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-40/2019 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Şəki rayonu 1 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X10 və Cavabdeh3 ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Hazırkı qətnamədən tələbləri təmin olunmamış işdə iştirak edən şəxslər qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə ondan kassasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-302/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-302/2020
29.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver