Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-308/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu, Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, İddiaçı1 və onun vəkili X15 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X23 və üçüncü şəxslər X10 və Mustafayev Sabir Ömər oğluna qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmləşdirilməsinə dair çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-575/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X23 tərəfindən Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx xxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın və xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi (sayılması) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-575/2020 nömrəli (hаkim T.Həsənov) qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X23 və üçüncü şəxslər X6 və Mustafayev Sabir Ömər oğluna qarşı iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X23 tərəfindən Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx xxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın və xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi (sayılması) tələbinə dair iddiasının rədd edilməsi, 10 manat dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum ailə üzvü Mustafayev Ömər Abdulqədir oğlundan miras qalmış Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçılar və iş üzrə üçüncü şəxs Sabir Mustafayevin hüquqları vərəsəlik şəhadətnamələrinə əsasən xx xxxxxx 2016-cı il tairxdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"larla rəsmiləşdirilmişdir. İş üzrə üçüncü şəxs X2 onlara qarşı qaldırmış olduğu iddiasından sonra məlum olmuşdur ki, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X23 ümumi birgə mülkiyyətlərində olan fərdi yaşayış evinin müəyyən hissəsini onların razılığı, o cümlədən heç bir qanuni əsas olmadan və RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" qüvvədə ola-ola xx xxxxx 2018-ci il tarixdə iş üzrə üçüncü şəxs Sabir Mustafayevin adına qeydiyyata alaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirmişdir. Bundan sonra iş üzrə üçüncü şəxs Sabir Mustafayev torpaq sahəsindəki payını, iş üzrə üçüncü şəxs X6 bağışlamışdır. X2 həmin əmlak üzərində hüquqları xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"larla rəsmiləşdirilmiş, həmçinin texniki pasport tərtib etmişdir. İş materiallarından da göründüyü kimi, hüquqarın dövlət qeydiyyatı üçün əsas olan sənədlərin içərisində Zaqatala Rayon İcra Hakimiyyətinin qeydiyyatı və nömrəsi olmayan bir məktubu, o cümlədən, yenə də qeydiyyatı olmayan bir layihəsi var. Həmin sənədlərdə mərhum ailə üzvlərindən miras qalmış həmin əmlak iş üzrə üçüncü şəxs Sabir Mustafayev tərəfindən inşa edilmiş ev kimi qeyd olunmuşdur ki, bunun da heç bir hüquqi qüvvəsi yoxdur. İş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 18 saylı X17 hərəkətləri qanunsuz olmuşdur ki, bu səbəbdən də qeyd olunan qanunsuz hərəkətlər nəticəsində verilmiş sənədlər də etibarsız hesab edilməlidir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, Zaqatala Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin əməkdaşının qanunsuz yolla və vəzifə səlahiyyətindən sui-istifadə edilərək tərtib edilmiş arayış və sxemdə qeyd olunur ki, güyaki fərdi yaşayış evi bütövlükdə iş üzrə üçüncü şəxs Mustafayev Sabir Ömər oğlunundur və onun həmin evə etdiyi tikililər tikinti norma və qaydalarına uyğundur. Birincisi, qeyd olunan fərdi yaşayış evi heç vaxt bütövlükdə Mustafayev Sabir Ömər oğlunun mülkiyyətində olmamışdır. Həmin evə sonuncunun mülkiyyət hüququ 2013-cü ildə yaranmışdır. İşin bu halı iş materiallarmda olan RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla sübut olunur. İkincisi isə, qanunvericiliyin tələblərinə əsasən, yerli icra hakimiyyəti orqanlarının daşınmaz əmlakm dövlət reyestrində özbaşına tikili üzərində hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına arayış və yaxud sxem vermək kimi bir səlahiyyəti yoxdur. Ancaq qeydiyyatı və tarixi olamayan həmin arayışdan da göründüyü kimi, arayış bir başa iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X23nə ünvanlanmışdır. Hansı ki, qeydiyyat orqanı sonuncuya bu barədə sorğu verməmişdir. İş materiallarmda olan, JN-112A seriyalı, kodu 40201004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” dən görünür ki, Zaqatala Rayon Aqrar islahat Komissiyasının xx xxxxxxx 2005-ci il tarixli 117 nömərli qərarı ilə fərdi yaşayış evinin yerləşdiyi 0,03 ha torpaq sahəsi Mustafayev Ömər Abdulqədir oğlu, X11, İddiaçı3, İddiaçı1, Mustafayev Nazim Ömər oğlunun ümumi birgə mülkiyyətinə verilmişdir. Yəni, iş üzrə üçüncü şəxs X3 əlavə tikintinin aparıldığını iddia etdiyi 1996-cı ildə, əri - iş üzrə üçüncü şəxs Mustafayev Sabir Ömər oğlu heç həmin torpaq sahəsinin mülkiyyətçisi belə olmamışdır ki, həmin torpaq sahəsində də tikinti apara bilsin. Odur ki, göstərdiklərini nəzərə alaraq Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-575/2020 nömrəli qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, sonda təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X22 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi sözügedən qətnaməni qəbul edərkən ətraflı araşdırma aparmamış, tərəflər arasındakı qarşılıqlı münasibətə düzgün qiymət verməməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, mübahisələndirilən çıxarış DƏDRX tərəfindən düzgün olmayan sənədlər əsasında verilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx xxxxx 1972-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi Mustafayevlərin müraciəti əsasında bölünmüşdür. Ev iki mərtəbəli, yaşayış sahəsi 96 kv.m olan 4 yaşayış otağından, açıq veranda (alaçatı, eyvan), mətbəxdən ibarətdir. Torpaq sahəsinin ümumi sahəsi 627,7 kv.m-dir. yaşayış sahəsi 96 kv.m Nəcməddin Mustafayeva hər iki mərtəbədə bir yaşayış otağı, mətbəx və eyvanın yarısı, eyni zamanda torpaq sahəsinin 313,8 kv m hissəsi verilmişdir. Ömər Mustafayevə hər iki mərtəbədə bir yaşayış otağı, mətbəx və eyvanın yarısı, eyni zamanda torpaq sahəsinin 313,8 kv m hissəsi verilmişdir. Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi X5 Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən ev X1 və Mustafayev Ömər Abdulqədir oğlunun mülkiyyətindədir. Şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün 83 nömrəli torpaq qeydindən görünür ki, Rayon Sovetinin 1972-ci il 11 may tarixli qərarına əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 313,8 kv m torpaq sahəsindən, şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olacaq fərdi yaşayış evinin tikintisi üçün, Mustafayev Ömər Abdulqədir oğluna müddətsiz istifadə hüququ verilmişdir. Şəxsi mülkiyyət hüququ əsasında 60 kv.m yaşayış sahəsindən artıq olmayan fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin müddətsiz istifadəyə verilməsi haqqında xx xxx 1972-ci il tarixli müqavilənin surətindən görünür ki, Zaqatala rayon X13 icraiyyə komitəsinin Komunal təsərrüfat Şöbəsi tərəfindən Mustafayev Ömər Abdulqədir oğluna Qaqarin küçəsi dalan 3, ev 3 a ünvanında fərdi yaşayış evinin tikintisi üçün ümumi sahəsi 313,8 kv metr olan torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən verilmiş JN-112A seriyalı, kodu 40201004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Zaqatala Rayon Aqrar islahat Komissiyasının xx xxxxxxx 2005-ci il tarixli 117 nömərli qərarı ilə Mustafayev Ömər Abdulqədir oğlu, X11, İddiaçı3, İddiaçı1, Mustafayev Nazim Ömər oğluna fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün 0,03 ha torpaq sahəsi onların ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A470832 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Mustafayev Sabir Ömər oğluna Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2 inz(84)-635/2012 saylı qətnaməsinə əsasən həyətyanı məqsədi ilə Zaqatala şəhərində 313,8 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Dövlət Torpaq kadastr kitabında 458 nömrə ilə uçota alınmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(033)649/2013 nömrəli qətnaməsindən görünür ki, mərhum Mustafayev Ömər Abdulqədir oğluna məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və bu evin yerləşdiyi 313,8 kv.m torpaq sahəsindən ibarət miras mülkdən hər birinə 1/8 hissə olmaqla iddiaçılar Mustafayeva (Babayeva) Gülbəniz Ömər qızının və Mustafayeva (Rüstəmova) Gülüzar Ömər qızının miras payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X23 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 döngə 3 ünvanında 0.0313 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 46.30 kv.m., ümumi sahəsi 102.55 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixdə Mustafayev Ömər Abdulqədir oğlunun adına payı 4/8 hissə, Mustafayev Cəmaləddin Ömər oğlunun adına payı 1/8 hissə, Babayeva Gülbəniz Ömər qızının adına payı 1/8 hissə, Rüstəmova Gülüzar Ömər qızının adına payı 1/8 hissə və iddiaçı Mustafayev Sabir Ömər oğlunun adına payı 1/8 hissə olmaqla qeydiyyata alınmışdır. xx xxxx 2014-cü il tarixli ev bəxşişi müqaviləsindən görünür ki, ƏMDK-nın yanında DƏDRX 18 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli seriya RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********98-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa və Zaqatala rayon 1 saylı DNK tərəfindən çap edilmiş xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa əsasən Zaqatala şəh., A.Həmidov küç 3A döngə 3 ünvanında 0.0313 ha torpaq sahəsində yerləşən 2 (iki) mərtəbəli, 2 (iki) otaqlı, yaşayış sahəsi 46.3 kv.m, yardımçı sahəsi 56.25 kv.m, ümumi sahəsi 102.55 kv.m olan fərdi yaşayış evinin Mustafayev Cəmaləddin Ömər oğluna məxsus 1/8 hissəsini, Babayeva Gülbəniz Ömər qızına məxsus 1/8 hissəsini və Rüstəmova Gülüzar Ömər qızına məxsus 1/8 hissəsini və 0.0313 ha torpaq sahəsindən Mustafayev Cəmaləddin Ömər oğluna, Babayeva Gülbəniz Ömər qızına və Rüstəmova Gülüzar Ömər qızına düşən hissəsini qardaşları Mustafayev Sabir Ömər oğluna bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X23 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********98-10301 olan ünvan 5 döngə 3 ünvanında 0.0313 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 46.30 kv.m., ümumi sahəsi 102.55 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Mustafayev Ömər Abdulqədir oğlunun adına payı 4/8 hissə və Mustafayev Sabir Ömər oğlunun adına payı 4/8 hissə olmaqla, qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X23 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********98-10301 reyestr nömrəli ünvan 5 döngə 3 ünvanında 0.0313 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 46.3 kv.m., ümumi sahəsi 102.55 kv.m. olan 2 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə Mustafayev Ömər Abdulqədir oğlunun adına payı 4/8 hissə və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-ci il tarixdə Mustafayev Sabir Ömər oğlunun adına payı 4/8 hissə olmaqla, qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X23 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********98-10301 reyestr nömrəli ünvan 5 döngə 3 ünvanında 0.0313 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 89.50 kv.m., ümumi sahəsi 187.60 kv.m. olan 4 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə Mustafayev Ömər Abdulqədir oğlunun adına payı 4/8 hissə və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə Mustafayev Sabir Ömər oğlunun adına payı 4/8 hissə olmaqla, qeydiyyata alınmışdır. xx xxxxxx 2015-ci il tarixli reyestrdə V-574 nömrəsi ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamədən görünür ki, xx.xx.2004-cü il tarixdə ölmüş Mustafayev Ömər Abdulqədir oğlunun mülkiyyətində olmuş ünvan 7 a döngə 3 ünvanında yerləşən ümumi sahəsi 102,55 kv.m olan fərdi yaşayış evinin və 0,0313 ha torpaq sahəsinin 4/8 hissəsindən vərəsələri İddiaçı2, İddiaçı1 və İddiaçı3 1/3 pay almalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X23 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 döngə 3 ünvanında 0.0313 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 187.60 kv.m. olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə iddiaçı Mustafayev Sabir Ömər oğlunun adına payı 6/12 hissə, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə İddiaçı2 qzının adına payı 2/12 hissə, İddiaçı1 adına payı 2/12 hissə, İddiaçı3 adına payı 2/12 hissə olmaqla, qeydiyyata alınmışdır. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Mustafayev Sabir Ömər oğlunun ünvan 8 ünvanında inşa edilmiş fərdi yaşayış evi və sonradan ona əlavə aparılmış artırmalar inşaat norma və qaydalarına uyğundur. Zaqatala Rayon İcra Hakimiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli 9/1300 nömrəli məktubunda göstərilmişdir ki, Zaqatala şəhər sakini Mustafayev Sabir Ömər oğlu 2014-cü ildə şəhərin A.Həmidov küçəsi döngə 3, 3a saylı ünvanda inşa edilmiş fərdi yaşayışevinin DƏDRX 18 saylı X23ndə qeydiyyatı aparılarkən həmin evə sonradan əlavə artırılmış sahələrin inşaat norma və qaydalarına uyğun olmasına dair arayış verilməsi ilə əlaqədar Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə şifahi müraciət etmişdir. S.Mustafayevin şifahi müraciətinə əsasən RİHBA-nın Memarlıq və tikinti şöbəsi tərəfindən qeyd olunan fərdi yaşayış evinə sonradan artırılmış əlavə sahələrin inşaat norma və qaydalarına uyğun olması barədə arayış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 Ərazi İdarəsi tərəfindən xx xxx 2017-ci il il tarixli **********57 nömrəli məktubundan görünür ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər iki tərəfə verilmiş daşınmaz-əmlakın dövlət reyestrindən çıxarışda yaşayış evin ümumi sahəsi eyni ölçülərdə, yəni 187.60 kv.m qeyd edilmişdir. Lakin, İddiaçı2 və digərlərinin umumibirgə mülkiyyətində olan fərdi yaşayış evinin digər hissəsinə xx xxxxxx 2016-cı il tarixdə tərtib edilmiş texniki pasportda texniki səhv olaraq yaşayış evində ümumilikdə “106.25 kv.m icazəsiz artırılan sahələr” olması qeyd edilmişdir. Qeyd olunan texniki səhvin düzəldilməsi icazəsiz artırılan sahələr” olması qeyd edilmişdir. Qeyd olunan texniki səhvin düzəldilməsi məqsədilə İddiaçı2 2016-cı il tarixdə tərtib edilmiş texniki pasportun ərazi idarəsinə təqdim edilməsi barədə bildiriş ünvanlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X23 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********98-10301 olan ünvan 5 döngə 3 ünvanında 0.0313 ha torpaq sahəsi və fərdi yaşayış evinin 102,55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21, 20 kv.m) ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018ci il tarixdə Mustafayev Sabir Ömər oğlunun, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə aparılmış qeydiyyata əsasən 0.0313 ha torpaq sahəsi və fərdi yaşayış evinin 102,55 kv.m-nin 2/12 hissəsi İddiaçı2, İddiaçı1 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx xxxxxxx 2019-cu il tarixli reyestrdə 4Ə-1716 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanılması müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X23 tərəfindən xx.xx.2018-ci il tarixdə Mustafayev Sabir Ömər oğluna verilmiş **********98- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Mustafayev Sabir Ömər oğluna məxsus ünvan 11 döngə 3a ünvanında yerləşən 0,0313 ha torpaq sahəsinin 6/12 hissəsi X7 bağışlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X23 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********98-10301 olan ünvan 5 döngə 3 ünvanında 0.0313 ha torpaq sahəsinin 6/12 hissəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə X12, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə aparılmış qeydiyyata əsasən 0.0313 ha torpaq sahəsi və fərdi yaşayış evinin 102,55 kv.m nin 2/12 hissəsi İddiaçı2, İddiaçı1, İddiaçı3 və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kv.m nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21, 20 kv.m) Mustafayev Sabir Ömər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası iddia ərizəsində qeyd olunan mübahisəli əmlakın araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, xx xxxxx 1972-ci il tarixli aktla ünvan 12 ünvanında yerləşən yaşayış sahəsi 96 kv.m olan və həmin fərdi yaşayış evinin yerləşdiyi 627,7 kv.m torpaq sahəsi Nəcməddin Mustafayev və Ömər Mustafayev arasında bərabər şəkildə bölünmüşdür. Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi X5 Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportuna əsasən ünvan 13 ünvanında yerləşən ev X1 və Mustafayev Ömər Abdulqədir oğlunun mülkiyyəti kimi qeydiyyata alınmışdır. Rayon Sovetinin 1972-ci il 11 may tarixli qərarına əsasən Mustafayev Ömər Abdulqədir oğluna ünvan 13 ünvanında ümumi sahəsi 313,8 kv m olan torpaq sahəsindən, müddətsiz istifadə hüququ verilmişdir. Zaqatala Rayon Aqrar islahat Komissiyasının xx xxxxxxx 2005-ci il tarixli 117 nömərli qərarı ilə 0.03 ha (313,8 kv m) torpaq sahəsi Mustafayev Ömər Abdulqədir oğlu, X11, İddiaçı3, İddiaçı1, Mustafayev Nazim Ömər oğlunun mülkiyyətinə verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2 inz(84)-635/2012 saylı qətnaməsinə əsasən həyətyanı məqsədi ilə Zaqatala şəhərində 313,8 kv.m torpaq sahəsi Mustafayev Sabir Ömər oğluna verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2013cü il tarixli 2(033)-649/2013 nömrəli qətnaməsinə əsasən, Mustafayev Ömər Abdulqədir oğluna məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və bu evin yerləşdiyi 313,8 kv.m torpaq sahəsindən ibarət miras mülkdən hər birinə 1/8 hissə olmaqla Mustafayeva (Babayeva) Gülbəniz Ömər qızının və Mustafayeva (Rüstəmova) Gülüzar Ömər qızının miras payları müəyyən edilmişdir. ünvan 5 döngə 3 ünvanında 0.0313 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 46.30 kv.m., ümumi sahəsi 102.55 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında Mustafayev Ömər Abdulqədir oğlunun adına payı 4/8 hissə, Mustafayev Cəmaləddin Ömər oğlunun adına payı 1/8 hissə, Babayeva Gülbəniz Ömər qızının adına payı 1/8 hissə, Rüstəmova Gülüzar Ömər qızının adına payı 1/8 hissə və iddiaçı Mustafayev Sabir Ömər oğlunun adına payı 1/8 hissə olmaqla qeydiyyata alınmışdır. xx xxxx 2014-cü il tarixli ev bəxşişi müqaviləsinə əsasən Zaqatala şəh., A.Həmidov küç 3A döngə 3 ünvanında 0.0313 ha torpaq sahəsində yerləşən 2 (iki) mərtəbəli, 2 (iki) otaqlı, yaşayış sahəsi 46.3 kv.m, yardımçı sahəsi 56.25 kv.m, ümumi sahəsi 102.55 kv.m olan fərdi yaşayış evinin Mustafayev Cəmaləddin Ömər oğlu ona məxsus 1/8 hissəsini, Babayeva Gülbəniz Ömər qızına məxsus 1/8 hissəsini və Rüstəmova Gülüzar Ömər qızına məxsus 1/8 hissəsini və 0.0313 ha torpaq sahəsindən Mustafayev Cəmaləddin Ömər oğluna, Babayeva Gülbəniz Ömər qızına və Rüstəmova Gülüzar Ömər qızına düşən hissəsini qardaşları Mustafayev Sabir Ömər oğluna bağışlamışdır. ünvan 5 döngə 3 ünvanında 0.0313 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 46.30 kv.m., ümumi sahəsi 102.55 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Mustafayev Ömər Abdulqədir oğlunun adına payı 4/8 hissə və Mustafayev Sabir Ömər oğlunun adına payı 4/8 hissə olmaqla qeydiyyata alınmışdır. Eyni zamanda ünvan 5 döngə 3 ünvanında 0.0313 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 89.50 kv.m., ümumi sahəsi 187.60 kv.m. olan 4 otaqlı fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında Mustafayev Ömər Abdulqədir oğlunun adına payı 4/8 hissə və Mustafayev Sabir Ömər oğlunun adına payı 4/8 hissə olmaqla, qeydiyyata alınmışdır. xx.xx.2004-cü il tarixdə ölmüş Mustafayev Ömər Abdulqədir oğlunun mülkiyyətində olmuş ünvan 7 a döngə 3 ünvanında yerləşən ümumi sahəsi 102,55 kv.m olan fərdi yaşayış evinin və 0,0313 ha torpaq sahəsinin 4/8 hissəsindən vərəsələri İddiaçı2, İddiaçı1, İddiaçı3 1/3 pay almışdırlar. Bundan sonra ünvan 5 döngə 3 ünvanında 0.0313 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 187.60 kv.m. olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında iddiaçı Mustafayev Sabir Ömər oğlunun adına payı 6/12 hissə, İddiaçı2 qzının adına payı 2/12 hissə, İddiaçı1 adına payı 2/12 hissə, İddiaçı3 adına payı 2/12 hissə olmaqla, qeydiyyata alınmışdır. Eyni zamanda, xx xxxxx 2018-ci il tarixdə Mustafayev Sabir Ömər oğlunun adına tərtib edilmiş texniki pasportuna əsasən ünvan 14 a ünvanında sənəd üzrə 0,03138 ha, faktiki 0,031525 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2 mərtəbədən, 4 yaşayış otağından ibarət olduğu müəyyən edilmiş və eyni zamanda 106,25 kv.m olan iki yaşayış otağı 43.20 kv.m, qaraj 25.40 kv.m, mətbəx 16.45 kv.m və açıq eyvan 21.20 kv.m sonradn inşa edilən sahələr Mustafayev Sabir Ömər oğlu tərəfindən artırıldığı qeyd edilmişdir. Fərdi yaşayış evi və sonradan ona əlavə aparılmış artırmaların inşaat norma və qaydalarına uyğun olmasına dair rəy Zaqatala Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən verilmişdir. DƏDRX-in X23 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 döngə 3 ünvanında 0.0313 ha torpaq sahəsi və fərdi yaşayış evinin 102,55 kv.m nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21, 20 kv.m) ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə Mustafayev Sabir Ömər oğlu, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə aparılmış qeydiyyata əsasən torpaq sahəsi və fərdi yaşayış evinin 102,55 kv.m nin 2/12 hissəsi İddiaçı2, İddiaçı1, İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. ünvan 11 döngə 3a ünvanında yerləşən 0,0313 ha torpaq sahəsinin Mustafayev Sabir Ömər oğluna məxsus 6/12 hissəsi X7 xx xxxxxxx 2019-cu il tarixli reyestrdə 4Ə-1716 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən bağışlanmışdır. DƏDRX-in X23 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 döngə 3 ünvanında 0.0313 ha torpaq sahəsinin 6/12 hissəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə X12, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə aparılmış qeydiyyata əsasən torpaq sahəsi və fərdi yaşayış evinin 102,55 kv.m nin 2/12 hissəsi İddiaçı2, İddiaçı1, İddiaçı3 və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kv.m nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21, 20 kv.m) Mustafayev Sabir Ömər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Üçüncü şəxs Mustafayev Sabir Ömər oğluna paylı mülkiyyət hüququ əsasında məxsus ünvan 15 döngə 3 ünvanında yerləşən 0,313 ha torpaq sahəsi 6/12 hissəsi onun tərəfindən X7 bağışlanmışdır. ünvan 15 döngə 3 ünvanında yerləşən 0,313 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X4, İddiaçı1, X9, İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq, əlavə olaraq iddiaçı tərəfin mübahisələndirdiyi çıxarışların əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmun əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi mübahisəli əmlakları əldə edən şəxs, yəni iş üzrə cavabdehdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlaklarla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahələrini əldə edən şəxs (cavabdeh) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquq müəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-575/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-308/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-308/2021
23.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver