Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-308/2024 24.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh X6 qarşı (açar sözlər: payların müəyyən edilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X10 və X7 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh - X4 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh X6 qarşı “birgə mülkiyyətdə olan 0.07 ha həyətyanı və 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə payların müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2(019)-966/2023 saylı qətnaməsindən cavabdeh X4 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən Balakən rayon vəkil bürosuna ünvanlanmış 28 avqust 2023-cü il tarixli, 3-21-3-47/23069/2023 nömrəli məktubda göstərilmişdir ki, “sorğunuzun icrası olaraq məlumat veririk ki, ləğv edilmiş DTXK-nın Balakən rayon şöbəsi tərəfindən idarəmizə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında X4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 adlarına ünvan 2i ərazisində yerləşən JN-0089 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı sənədində qeyd olunan 0.58 ha (0,5014 ha+0.0815 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Sözügedən torpaq sahəsininin 0,5014 ha hissəsi Balakən regional “ASAN xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-431 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmiş və sonuncunun mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Qeyd olunan 0,58 ha torpaq sahəsininin 0,0815 ha hissəsi X4 və ailə üzvlərinin mülkiyyətindədir. X4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 adlarına tərtib olunmuş 0,07 ha yaşayış məntiəqəsinin torpaqları kateqoriyalı torpaq sahəsinə dair JN-150F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinə əsasən həmin torpaq sahəsi üzərində inşa olunan ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2008-ci il tarixində ********* qeydiyyat nömrəsi ilə X4 adına tam mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır”.
2. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 5ində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 112,3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrindən 2 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. İş materiallarında olan Balakən regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 30 aprel 2022-ci il tarixdə verilmiş 05/Q-59/69 nömrəli arayışdan görünür ki, X9 ilə X2 nikahı haqqında 21 yanvar 1993-cü il tarixdə 09 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlanandan sonra arvada Bəhrəmova soyadı verilmişdir.
4. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 14 avqust 2012-ci il tarixli, 2(019)-271/2012 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı2 ilə X9 arasında Balakən rayonunun Qeydiyyat Şöbəsində bağlanmış 21 yanvar 1993-cu il tarixli nikah qeydinin pozulması qət edilmişdir.
5. İş materiallarında olan JN-150FA KOD 40107018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə ünvan 5i ərazisindən X4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir.
6. İş materiallarında olan JN-0089 KOD 40107018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə ünvan 5i ərazisindən X4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətinə 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir.
7. İş materiallarında olan Balakən regional “ASAN xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-431 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X9 , İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətlərində olan 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 0,5014 ha hissəsini X1.
8. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki,ünvan 5ində mülkiyyətində olan 0.4702 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə X5 adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh X6 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ünvan 5ində yerləşən JN-150F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.07 ha həyətyanı və JN-0089 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¾ hissəsinə iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 paylarının müəyyən edilməsi, iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçılardan İddiaçı2 cavabdehin keçmiş həyat yoldaşı, digər iddiaçılar isə onun uşaqlarıdır. 2012-ci il tarixdən İddiaçı2 ilə cavabdeh arasında bağlanmş nikah pozulmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 150 F nömrəli şəhadətnaməyə əsasən, 0.07 ha həyətyanı, torpağa mülkiyyət hüququna dair JN seriyalı 0089 nömrəli dövlət aktına əsasən 0.0815 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələri iddiaçılar və cavabdehin ümumi birgə mülkiyyətindədir. Hər iki torpaq sahəsi eyni ərazidə yerləşməklə bir-birilərinə bitişikdir. Həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2008-ci il tarixdə tam mülkiyyət hüququ əsasında cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. İddiaçılar cavabdehlə bir yerdə yaşamağın mümkün olmaması səbəbindən paylarının naturada müəyyən edilməsi və bölünməsi üçün cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etmiş, evin və torpaq sahəsinin yalnız özünə məxsus olmasını iddia etmişdir. Bundan sonra cavabdeh Şəki İnzibati Məhkəməsində iddia qaldıraraq həmin ünvandan İddiaçı2 qeydiyyatdan çıxarılması vəzifəsinin Balakən RPŞ-nin üzərinə qoyulmasını xahiş etmiş, iddia mümkün sayılmamışdır. Tərəflər payın bərabər bölünməsində razılıq əldə edə bilmədiyindən, onlar arasında yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmadığından iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X4 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi olduğu X6 qarşı iddia ilə məhkəməyə müraciət edərək, Balakən rayon Qullar kəndində yerləşən JN-150F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.07 ha həyətyanı və JN-0089 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¾ hissəsinə iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 paylarının müəyyən edilməsi, iddianın irəli sürüməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.İddiaçılar iddialarını əsaslandırmamış və tamamilə əsassız tələblər irəli sürmüşlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X6 qarşı payın müəyyən olunması tələbinə dair iddiaları tamamilə əsassız olduğundan rədd edilməlidir. Belə ki,iddiaçılar qeyd olunan torpaq sahələrinin iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətində olduğunu qeyd etsələr də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər.İddiaçıların özlərinin məhkəməyə təqdim etdikləri Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışdan da göründüyü kimi ünvan 5indəki 0,07 ha torpaq sahəsi, eləcə də həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 112,3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi cavabdeh X4 mülkiyyətindədir. Bundan başqa qeyd etmək istəyir ki, V. Bəhrəmov həmin torpaq sahəsini nikaha girməzdən əvvəl əldə etdiyini bildirir. Həmçinin qeyd etdiyi kimi 0.0815 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətində olmasına dair iddiaçılar tərəfindən hər hansı bir sübut (mülkiyyət hüququnu təsdiq edən sənəd) məhkəməyə təqdim edilməmişdir. Hesab edir ki, iddia tələbi əsassız olmaqla yanaşı, həm də iddiaçılar tərəfindən irəli sürdükləri tələblər üzrə qanunda nəzərdə tutulmuş iddia müddəti də buraxılmışdır. Belə ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.Lakin qeyd etdiyi kimi iddiaçılar iddialarının əsaslı olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, iddialarını əsaslandırmamışlar. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X6 qarşı payın müəyyən olunması tələbinə dair iddialarının təmamilə əsassız olması səbəbindən, eləcə də iddia müddətinin keçməsi əsası ilə bütünlüklə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 20 noyabr 2023-cü il tarixli, e-2(019)-966/2023 saylı qətnaməsi ilə iddiа tələbi təmin edilərək iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 və cavabdeh X4 ümumi birgə mülkiyyətində olan, ünvan 5i ünvanında yerləşən 0.07 ha həyətyanı və 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən İddiaçı2 ¼ hissə, İddiaçı3 ¼ hissə və İddiaçı1 ¼ hissə olmaqla, ümumilikdə ¾ hissə paylarının müəyyən edilməsi, 100 manat dövlət rusumu xərci cavabdeh X3 alınıb İddiaçı2 verilməsi qət edilmişdir.
14. Məhkəmə işin faktiki hallarını, mülki qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edib ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 və cavabdeh X4 ümumi birgə mülkiyyətində olan, ünvan 5i ünvanında yerləşən 0.07 ha həyətyanı və 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçıların payları müəyyən edilməlidir.
15. Məhkəmə qeyd edib ki, işdə olan JN-150FA KOD 40107018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, mübahisəli 0,07 ha həyətyanı torpaq sahəsi Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Cavabdeh tərəf iddiaçıların sözügedən torpaq sahəsindəki paylarını cavabdehin mülkiyyətinə vermələrinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişlər.
16. Məhkəmə hesab edib ki, iddiaçılar İddiaçı2 , İddiaçı3 və İddiaçı1 və cavabdeh X4 ümumi birgə mülkiyyətində olan, ünvan 5i ünvanında yerləşən 0.07 ha həyətyanı və 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən İddiaçı21/4 hissə, İddiaçı3 1/4 hissə və İddiaçı1 1/4 hissə olmaqla, ümumilikdə ¾ hissə payları müəyyən edilməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ, 29-cu maddəsinin İ, İİ və İV hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 238.1, 213.1-213.2 və 213.5, 214.1-ci, Azərbaycan Respublikası MPM-nin 77.1, 81 və 119.1-ci maddələri ilə əsaslandırmışdır.
18. Qətnamədən narazı qalan cavabdeh X4 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, iş materiallarında olan hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışdan da görünüdüyü kimi ünvan 5indəki 0,07 ha torpaq sahəsi, eləcə də həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 112,3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq ünvan 5i ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə İddiaçı2 ¼ hissə, İddiaçı3 ¼ hissə və İddiaçı1 ¼ hissə olmaqla, ümumilikdə ¾ hissə paylarını müəyyən etmişdir. Məhkəmənin istinad etdiyi işdə olan JN-150FA KOD 40107018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə əlaqədar isə qeyd etmək istəyir ki, iddia ərizəsinə verdiyikləri yazılı etirazda da qeyd etdikləri kimi Cavabdeh həmin torpaq sahəsini nikaha girməzdən əvvəl əldə etdiyini bildirmişdir. Belə olan halda həmin torpaq sahəsinin Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verildiyi şübhə doğurur. Şübhəli məqam həm də ondan ibarətdir ki, iddiaçıların mübahisələndirdikləri digər torpaq sahəsinin də Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilməsinə baxmayaraq, həmin torpaq sahəsinə dair JN-0089 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 27 noyabr 1998-ci il tarixdə verildiyi və Dövlət aktının əlifbası ilə yazıldığı müəyyən edilir. Mübahisəli 0,07 ha həyətyanı torpaq sahəsinə dair JN-150FA KOD 40107018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin isə 2004-cü il tarixdə verildiyi və latın əlifbası ilə yazıldığı müəyyən edilir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd etdikləri kimi işin halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamış, irəli sürdükləri dəlillər işdəki ziddiyyətli məqamlara düzgün hüquqi qiymət verilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2(019)-966/2023 saylı qətnaməsinin qisməniddia tələblərinin “ünvan 5i ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə” dair təmin edildiyi hissədə ləğv edilməsinə, iddia tələblərinin “ünvan 5i ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə” aid hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
21. Məhkəmə kollegiyasının iclasında cavabdeh X4 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2(019)-966/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçıların və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
27. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. (...). 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. (...).
31. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
32. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
33. Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.
34. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
35. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. Maddə 372.6. Maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirib hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e- 2(019)-966/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
49. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
50. Müəyyən edilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə cavabdeh X4 və iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətinə ünvan 5i ərazisindən 0.07 ha həyətyanı və 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahələri verilmişdir. Birgə mülkiyyətçilər 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 0,5014 ha hissəsini Balakən regional “ASAN xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-431 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 və sonuncunun mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Qeyd olunan 0,58 ha torpaq sahəsinin 0,0815 ha hissəsi X4 və ailə üzvlərinin mülkiyyətində qalmışdır. İddiaçılar öz paylarının müəyyən edilməsini istəyirlər, cavabdeh isə torpaq sahələrindən iddiaçıların paylarının müəyyən edilməsinə etiraz edir. Ona görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
51. Hazırkı mübahisənin həlli məqsədilə mülki qanunvericiliyin mülkiyyət hüququ, ümumi mülkiyyət hüququ, ümumi mülkiyyətdə olan əşyanın bölgüsü ilə bağlı müvafiq normaları nəzərdən keçirilməlidir.
52. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə, 152.1-ci maddə). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. (Mülki Məcəllə, 213.1-213.2-ci maddələr).
53. Qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir.
54. Hazırkı mübahisədə iddiaçılar ümumi birgə mülkiyyətdə olan torpaq sahələrinin ideal bölgüsünü, yəni fiziki cəhətdən bölünmədən torpaq sahəsi üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini xahiş edirlər.
55. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq tərəflərin ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnda iddiaçıların hər birinin ¼ hissə olmaqla , ümumilikdə ¾ hissədə paylarını müəyyən etmişdir.
56. Cavabdeh 0,07 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçıların paylarının müəyyən edilməsi ilə razılaşmayaraq vermiş olduğu apellyasiya şikayətində qətnamənin həmin hissədə ləğv olunaraq iddianın rədd edilməsini xahiş edir.
57. Mübahisəli 0.07 ha həyətyanı torpaq sahəsinin cavabdeh X4 mülkiyyətində olması, iddiaçıların bu torpaq sahəsinin onların ümumi birgə mülkiyyətlərində olmasına dair sübut təqdim etməmələri, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfin etirazları ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan JN-150FA KOD 40107018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, mübahisəli 0,07 ha həyətyanı torpaq sahəsi Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Cavabdeh tərəf iddiaçıların sözügedən torpaq sahəsindəki paylarını cavabdehin mülkiyyətinə vermələrinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişlər.
58. Bundan başqa əvvəlki apellyasiya məhkəməsinin iclasında cavabdeh X4 nümayəndəsi və vəkili Nümayəndə2 17 aprel 2024-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinə ərizə göndərərək, Şəki İnzibati Məhkəməsinin icraatında işə baxılıb qurtarılanadək bu iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
59. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2(107)-308/2024 saylı qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh X6 qarşı birgə mülkiyyətdə olan 0.07 ha həyətyanı və 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə payların müəyyən edilməsi tələbinə dair işin icraatı, X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “DT və XK-nin Balakən rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli, 2004-cü il tarixli şəhadətnamənin ləğv edilməsi tələbi”nə dair Şəki İnzibati Məhkəməsinin icraatında olan e-2-1(116)-2054/2024 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilib və qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır.
60. Şəki İnzibati Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-1(116)-2054/2024 saylı qərardadı ilə X4 “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli, 2004-cü il tarixli şəhadətnamənin ləğv edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2-1(107)-420/2024 saylı qərardadı ilə verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərardaddan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 Oktay oğlu tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2-1(102)-3123/2024 saylı qərardadı ilə kassasiya mümkün sayılmayaraq kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Sözügedən inzibati işə baxılaraq yekun məhkəmə qərardadı qəbul edilmiş və həmin qərardad qanuni qüvvəsini almışdır.
61. Göründüyü kimi, hazırkı iş üzrə tərəflərin ümumi birgə mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli, 2004-cü il tarixli şəhadətnamə qüvvədədir.
62. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, ölkədə keçirilən torpaq islahatı nəticəsində mübahisə predmeti olan torpaq sahəsi tərəflərin qanuni istifadəsində olduğu üçün onların mülkiyyətinə verilmişdir.
63. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublİkasının Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
64. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
65. Məhz qanunun qeyd olunan müddəlarına görə həyətyanı torpaq sahəsi Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə tərəflərin ümumi birgə mülkiyyətlərinə verilmişdir. Cavabdeh tərəf iddiaçıların sözügedən torpaq sahəsindəki paylarını cavabdehin mülkiyyətinə vermələrinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişlər.
66. Apellyasiya məhkəməsinin dəlillərindən biri də birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədardır.
67. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işə tərəflərin iştirakı ilə baxaraq yekun məhkəmə aktını qəbul etmişdir.
68. Kollegiya qeyd edir ki, prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in MPM-in 372.6-cı maddəsində Konstitusiya Məhkəməsinin Plenumunun qərarında həmçinin qeyd edilmişdir ki, MPM-in həmin maddəsində nəzərdə tutulmuş prosessual pozuntuları iki qrupa bölmək olar. Birinci qrupa birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir halda ləğv olunmasına əsas olmuş prosessual pozuntular aiddir. Belə pozuntular kobud pozuntular adlandırılır. Həmin pozuntular MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmişdir və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə şərtsiz əsasdır. İkinci qrupa elə prosessual pozuntuları aid etmək olar ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmaya da bilər. Belə pozuntuları şərtli pozuntular da adlandırmaq olar. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apelyasiya instansiya məhkəməsi həll edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə onlar qətnamənin ləğvi üçün əsas deyildir.
70. Konstitusiya Məhkəməsinin sərgilədiyi həmin mövqeyə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə birinci instansiya məhkəməsinin yol verdiyi prosessual pozuntular düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmamışdır.
71. Eyni zamanda birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM, maddə 385.2).
72. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddiaçıların tələblərinin əsası kimi təqdim etdikləri sübutlar iddia tələbinin təmini üçün yetərlidir, cavabdeh isə iddianın təmin olunmasına qarşı əsaslı şübhə yaradan hər hansı bir sübut təqdim etməmişdir.
73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
74. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
75. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
76. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
77. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
78. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
79. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2(019)-966/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh X4 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2(019)-966/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov