Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-311/2023 21.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı (açar sözlər: maddi zərər) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh - Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “3 baş inəyin və ya dəyərinin qaytarılması tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(033)-794/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “3 baş inəyin və ya dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ona məxsus 3 baş inəyin və ya 3 baş inəyin dəyəri olan 3600 manat pul, 56 manat dövlət rüsumu və vəkilə ödənilmiş 100 manat xidmət haqqı olmaqla, cəmi 3756 (üç min yeddi yüz əlli altı) manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ona məxsus 3 baş inəyi oğurlayaraq satmışlar. Cavabdehlərin bu hərəkətləri barədə o, Zaqatala rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin Zaqatala RPŞ İB-nin müstəntiqi, polis mayoru X2 cavabdehlərin əməlində cinayət tərkibinin olmadığını və işin mülki xarakterli olduğunu hesab edərək cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərardan və cavabdehlərin Polis Şöbəsində verdikləri iltizamlardan da görünür ki, cavabdehlər həmin malları satdıqlarını etiraf etmişlər və 26 mart 2022-ci il tarixədək həmin malları sahibinə, yəni ona qaytaracaqlarına dair öhdəlik götürmüşlər. Dəfələrlə cavabdehlərə xəbərdarlıq etsə də, indiyə kimi cavabdehlər nə malları, nə də pulunu qaytarmışlar. 3 baş inəyin dəyəri 3600 manat təşkil edir. Bu barədə mal bazarının müdiri tərəfindən verilmiş arayışı ərizəyə əlavə edir. Zaqatala rayonu Çobankol kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 642 saylı arayışı ilə təsdiq olunur ki, ona məxsus 4 baş iri buynuzlu mal-qara qeydə alınmışdır. Ona görə də, 3 baş inəyin və ya dəyərinin cavabdehlərdən alınıb ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə heyvan makleri Kamal adlı şəxs ona zəng edərək Zaqatala rayonu Uzunqazmalar kəndində iri buynuzlu heyvan satılması barədə məlumat vermişdir. O, tanışı Kamandarla birlikdə Zaqatala rayonu Uzunqazamalar kəndinə getmiş, orada Zöhrab adlı şəxslə tanış olmuş, Zöhrab onlara 3 baş maldan ikisini satdığını, digər birini isə damazlıq saxlayacağını bildirmişdir. Onlar 2 baş malı alaraq Zöhraba 1150 manat pul vermiş və həmin malları Qazel markalı yük maşını ilə Zaqatala rayonu Faldarlı kəndində yerləşən öz həyətyanı sahələrinə aparmış, 30 yanvar 2022-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən heyvan bazarında satmışlar. xx.xx.2022-ci il tarixdə Zöhrab Kamandara zəng edərək pula ehtiyac olduğuna görə digər 1 baş malıda satmaq istədiyini bildirmişdir. Növbəti gün o, Kamandarla birlikdə yenidən Zaqatala rayonu Uzunqazmalar kəndinə getmiş və Zöhraba 1 baş malı almaq üçün 570 manat vermişlər. Daha sonra onlar yük maşını təmin etmək məqsədilə Faldarlı kəndinə qayıtmış və Qazel markalı yük maşını ilə yenidən Zaqatala rayonu Uzunqazmalar kəndinə getmişlər. Onlar həmin 1 baş malı da yük maşınına mindirərkən, Bahadur adlı şəxs oraya gələrək həmin malların Zöhraba aid olmadığını, başqa şəxsə məxsus olduğunu bildirmişdir. O, Zöhraba zəng edərək malların kimə məxsus olduğunu soruşmuş, Zöhrab isə həmin malları 4-5 ay əvvəl tapdığını və mallara baxdığını demişdir. Bundan sonra o, satdığı digər 2 baş malı da satdığı şəxslərdən alaraq geri qaytarmış, lakin Zöhraba verdiyi pulu geri ala bilməmişdir. O, bu səbəbdən də, Zaqatala rayon polis şöbəsinə müraciət etmişdir. Zaqatala rayon polis şöbəsində Cavabdeh3 İddiaçı məxsus 3 baş iri buynuzlu heyvanı Cavabdeh1 2140 manat pula satdığını etiraf etmiş və 26 mart 2022-ci iİ tarixdə Cavabdeh1 aldığı 2140 manat pulu geri qaytarmağı üzərinə götürməsi barədə iltizam imzalamışdır. Onun pulu qaytarılmadığı üçün o, heyvanları təkrar bazara çıxardaraq tanımadığı şəxsə satmışdır.
5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, Cavabdeh2 göstərdiklərinə uyğun izahat vermişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayının sonlarına qədər olan müddət ərzində Şahid ferması ilə qonşuluqda yerləşən fermada çoban olaraq işləmişdir. O, 04 noyabr 2021-ci il tarixdə örüş sahəsini yadlardan qorumaq məqsədilə gəzərkən 3 baş sahibsiz iribuynuzlu heyvanın örüş sahəsində otladığını görmüş, həmin heyvanları sahədən fermaya gətirmiş, digər heyvanlarla birlikdə 4 gün saxlamış və ot vermişdir. O, 4 gündən sonra həmin malları da örüşə buraxmış, həmin ərəfədə Şəki polis şöbəsinə, Samux rayon polis şöbəsinə, bundan başqa Muxax bələdiyyəsinə, Çardaxlar kənd icra nümayəndəsinə məlumat vermiş və həmin heyvanların sahibinin tapılması üçün xahiş etmişdir. Bundan başqa o, Şahid da bu barədə məlumat vermiş, heyvanların sahibi çıxmayacağı təqdirdə satacagını bildirmişdir. O, həmin heyvanları 24 yanvar 2022-ci il tarixədək fermada saxlamış, qeyd olunan tarixdə həmin 3 baş iribuynuzlu heyvanı Qazel markalı maşın vasitəsılə Zaqatala rayonu Uzunqazmalar kəndində yaşayan əmisi Ələkbər Əlicanovun həyətinə göndərmişdir. 28 yanvar 2022-ci il tarixdə o, özü də Samux rayonundan Zaqatala rayonuna qayıtmış, 30 yanvar 2022-ci il tarixdə Zaqatala rayonu Uzunqazmalar kəndinə gedərək orada Kamal adlı maklerə malları satmaq istədiyini bildirmiş, Kamal isə Zaqatala rayonu Faldarlı kənd sakinləri Kamandar və Röyal adlı şəxsləri onunla əlaqələndirmişdir. O, əvvəlcə 1150 manata 2 baş heyvanı Röyal və Kamandara satmış, bir neçə gün sonra isə digər 1 baş iri buynuzlu heyvanı satmaq üçün Kamandarla telefon vasitəsilə əlaqə saxlamışdır. Kamandar və Röyal yenidən Zaqatala rayonu Uzunqazmalar kəndinə gedərək ona 570 manat pul vermiş, daha sonra Kamandar və Röyal yük maşını sifariş etmək üçün Danaçı kəndinə gedərkən, o da sonuncularla birlikdə Danaçı kəndinə, oradan da yaşadığı evə getmişdir. Kamandar və Röyal isə yük maşını ilə birlikdə gedib 3-cü malı götürən zaman Bahadur kəndə gəlmiş və Kamandarla Royalın malı apardığını görmüş, onlara malın Zöhraba məxsus olmadığını deyərək onların üçüncü malı aparmalarına icazə verməmiş, Kamandar və Röyal isə digər malları da geri qaytararaq ona verdikləri pulları tələb etməyə başlamışlar. Zaqatala rayon polis şöbəsində o, İddiaçı məxsus 3 baş iri buynuzlu heyvanı Cavabdeh1 2140 manat pula satdığını etiraf etmiş və 26 mart 2022-ci İİ tarixdə Cavabdeh1 aldığı 2140 manat pulu geri qaytarmağı üzərinə götürməsi barədə iltizam imzalamışdır.
7. Birinci instansiya məhkəməsinin iclasında Şahid ifadə verərək göstərmişdir ki, Samux rayonu Kür çayının kənarında icarə əsasında ferma işlədir və Cavabdeh3 qonşu fermada işləyən çoban kimi tanıyır. Təxminən 2 ay öncə qonşu fermanın çobanı onların mallarının arasına 3 baş yad malın qarışdığını bildirərək həmin malların ona məxsus olubolmadığını soruşmuş, o isə həmin malların ona məxsus olmadığını deyərək Cavabdeh3 həmin yad mallara nəzarət etməsini tapşırmışdır. Daha sonra o, 10 gün müddətində Bakı şəhərində olmuş və fermaya geri qayıtdıqda həmin yad malların orada olmadığını görmüşdür. O, Cavabdeh3 həmin malların harada olduğunu soruşmuş, Cavabdeh3 isə malların başqa istiqamətdə çıxıb getdiklərini bildirmişdir. Bundan sonra o, bu hadisədən şübhələndiyi üçün araşdırma aparmış və həmin 3 baş malın Cavabdeh3 tərəfindən Zaqatala rayonu Uzunqazmalar kəndinə göndərdiyini öyrənmişdir. O, Zaqatala rayonu Uzunqazmalar kəndinə gəlmiş, Cavabdeh3 əmisinin yaşadığı həyətdə Qazel markalı yük maşınını görmüş, sonradan adının Röyal olduğu ona məlum olan şəxsin həmin malları apardığını görmüşdür. O, Röyala həmin malların Cavabdeh3 məxsus olmadığını deyərək geri qaytarmasını tələb etmişdir. Röval və sonradan adının Kamandar olduğu ona məlum olan şəxs digər iki malı da geri qaytararaq aldıqları malları tövləsinə geri qaytarmışlar. Mallar Zöhrab tərəfindən onun fermasından aparıldığı üçün o, özünü sığortalamaq üşün Zaqatala RPŞ-yə ərizə ilə bu barədə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, heyvanlar X6 adlı şəxsə məxsus olmuşdur.
8. Birinci instansiya məhkəməsinin iclasında şahid X3 ifadə verərək göstərmişdir ki, o, 29 noyabr 2021-ci il tarixdə İddiaçı məxsus 3 baş inəyi özünə məxsus “Qazel” markalı yük maşını ilə Samux rayonunda yerləşən Muxax kənd sakini Ramazanıın fermasına aparmış və bunun müqabilidə İddiaçı ona 100 manat zəhmət haqqı vermişdir.
9. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 03 noyabr 2022-ci il tarixli, 2(033)-794/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 3300 (üç min üç yüz) manat pul vəsaiti alınaraq İddiaçı verilməsi, ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumu və 100 (bir yüz) manat vəkilə ödənilmiş xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Cavabdeh Saatlı X10 Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(033)- 794/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qətnaməsindən və iş materiallarında olan Zaqatala rayon polis şöbəsində aparılmış araşdırma materiallarından müəyyən olunur ki Cavabdeh3 malları satarkən özünə məxsus olduğunu bildirmişdir. İddiaçı məhkəmədə 3 baş inəyin və ya dəyərinin qaytarılmasına dair iddia qaldırsa da mübahisə predmeti olan 3 baş inəyin məhz ona məxsus inəklər olmasını əsaslandıra bilməmişdir. Belə ki mülki iş materiallarına əlavə olunmuş Zaqatala rayon Polis şöbəsində aparılan araşdırmaya dair materiallardakı sənədlərdən məlum olur ki, İddiaçı 3 baş inəyinin oğurlanmasını iddia etdiyi tarixdən keçən aylar ərzində Zaqatala rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nin Çobankol kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı təsərrüfatında dörd baş iri buynuzlu mal-qara qeydə alınmışdır. Lakin həmin malların yaşı, cinsi, rəngi, boğaz və yaxud qısır olmasına dair arayışda heç bir məlumat mövcud olmamışdır. Göstərilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(033)-794/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddianın ona aid olan hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil, eyni zamanda digər Cavabdeh1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməsini və Zaqatala Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(033)-794/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdilər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(033)-794/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. İş üzrə Cavabdeh2 apellyasiya məhkəməsinin qətnaməsini qismən, yəni özünə aid hissədə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(033)-794/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
22. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. İş materiallarına əlavə edilmiş 11 fevral 2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh3 Cavabdeh2 aldığı 1720 manat pulu 15 fevral 2022-ci il tarixdə qaytaracağına söz vermişdir.
24. İş materiallarına əlavə edilmiş 11 fevral 2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh3 həyətində saxladığı sahibi məlum olmayan üç baş iri buynuzlu heyvanı Zaqatala rayon Pİ-də aparılan material üzrə qərar qəbul edilənədək saxlamağa söz vermişdir.
25. İş materiallarına əlavə edilmiş 16 mart 2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh3 İddiaçı məxsus 3 baş iri buynuzlu heyvanı Cavabdeh1 2140 manat pul qarşılığında satmışdır. O, 26 mart 2022-ci iİ tarixdə Cavabdeh1 aldığı 2140 manat pulu geri qaytarmağı öhdəsinə götürmüşdür.
26. İş materiallarına əlavə edilmiş 16 mart 2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 Cavabdeh3 aldığı İddiaçı məxsus 3 baş iri buynuzlu heyvanı öz həyətində saxlayır və 26 mart 2022-ci İİ tarixdə həmin malları sahibi İddiaçı qaytarması barədə öhdəlik götürmüşdür. 3 baş iri buynuzlu heyvanı geri qaytarmadığı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti daşımağa hazırdır.
27. İş materiallarına əlavə edilmiş fiziki şəxs X9 tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbə həftəlik mal bazarında halhazırda 6 yaşlı 1 baş boğaz inəyin qiyməti 1300-1400 manat, 1 baş ana-balanın qiyməti 1200-1300 manat, 1 baş qısır düyənin qiyməti isə 800-900 manat arasında dəyişir.
28. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nin Çobankol kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı təsərrüfatında dörd baş iri buynuzlu mal-qara qeydə alınmışdır.
29. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Polis Şöbəsinin mayoru X1 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 mart 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 Cavabdeh3 qarşı “pul” tələbi mülki xarakterli olduğuna görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
30. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Polis Şöbəsinin mayoru X5 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 09 iyun 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 Cavabdeh3 qarşı “pul” tələbi mülki xarakterli olduğuna görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
31. Müəyyən olunmuşdur ki, İddiaçı məxsus 3 baş iribuynuzlu heyvanı Cavabdeh3 tərəfindən özününkü kimi təqdim edilərək digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 satılmışdır. Daha sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin malların oğurluq mal olduğunu bildikdən sonra onları Cavabdeh3 qaytarmaq istəsələr də Cavabdeh3 həmin malların pulunu digər cavabdehlər Röyal və Kamandara qaytarmadığı üçün sonuncular 3 baş iri buynuzlu heyvanı qaytarmaqdan vaz keçərərk özlərində saxlamışlar. Cavabdeh2 bununla bağlı Zaqatala rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və orada Cavabdeh3 izahat verərək həqiqətən İddiaçı məxsus 3 baş inəyi digər cavabdehlərə satdığını etiraf etmişdir. Bundan başqa Cavabdeh3 Cavabdeh2 aldığı 1720 manat pulu 15 fevral 2022-ci il tarixdə qaytaracağına öhdəlik götürərək bu barədə iltizam imzalamışdır. İşin bu faktiki halı iş materiallarına əlavə edilmiş sənədlərlə də təsdiq olunur. Məhkəmə prosesində aparılmış araşdırma və video diskə baxış nəticəsində müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Royal Saatlı 3 baş iribuynuzlu malların Cavabdeh3 məxsus olmadığını və həmin 3 baş iribuynuzlu malın X4 məxsus olduğunu bildiyi halda təkrar tanımadıqları başqa şəxslərə sataraq 3 baş iribuynuzlu malın onların sahibinə qaytarılmamasına şərait yaradaraq həmin heyvanların dəyərini özününküləşdirmişlər.
32. Buna görə də birinci instansiya məhkəməsi iddia predmeti olan 3 baş iribuynuzlu malların bazar qiymətlərinin müəyyən edilməsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, yuxarıda göstərilən arayışda adı çəkilən, hər həftə ənənəvi keçirilən mal bazarında mövcud olan minimal qiymətlər əsas götürülməli və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 3 baş iribuynuzlu malın əvəzinə 3.300 manat pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı verilməlidir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, həmin dəlillər əsassızdır. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflərin vermiş olduqları izahatlardan bir daha aydın olur ki, cavabdehlər Cavabdeh1 və Royal Saatlı 3 baş iribuynuzlu malın Cavabdeh3 məxsus olmadığını və həmin 3 baş iribuynuzlu malın X4 məxsus olduğunu bildikləri və həmin malların polis tərəfindən saxlanca verildiyi halda təkrar tanımadıqları başqa şəxslərə sataraq pulunu özününküləşdirmişlər.
34. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 malların özü tərəfindən satıldığını və pulunu Cavabdeh1la özününküləşdirdiklərini etiraf edərək bunun səbəbi kimi digər cavabdeh Zöhrab Əlicənovun mallara görə onlardan aldığı pulu geri qaytarmamasını göstərmişdir.
35. Cavabdeh2 malların X4 məxsus olduğunu bildiyi halda təkrar tanımadıqları başqa şəxslərə satmasının ağlabatan izahını verə bilməmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən malların real bazar dəyərinin düzgün müəyyənləşdirməməsi barədə dəlilini də əsassız sayaraq qeyd edir ki, işə baxan məhkəmə hər həftə ənənəvi keçirilən mal bazarında mövcud olan minimal qiymətləri əsas götürmüşdür.
37. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Cavabdeh3 mübahisə predmeti olan mallar özünə məxsus olmadığına görə onları real bazar qiymətindən daha aşağı qiymətə satmışdır.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
39. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
40. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
42. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
43. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(033)-794/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(033)-794/2022 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov