Məhkəmə qərarları › İş №2(107)-315/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-315/2024

08.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-315/2024 08.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisi və qeyrilərinə qarşı 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi, vicdanlı alıcı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçılar İddiaçı4 və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisi və qeyrilərinə qarşı 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli 2(019)-398/2023 saylı qətnaməsindən İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz sənədlər əsasında bağlanmış 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan Çıxarışın ləğv ediməsi, habelə iddiaçılar tərəfindən ödənilmiş 100 manat rüsumun cavabdeh olan fiziki şəxslərdən tutulub iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Balakən rayon AİK-nın qərarı ilə JN-645 saylı Dövlət Aktı ilə kəndin ərazisindən 1.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Azyaşlı olduqları üçün həmin torpaq sahəsini qonşuları X5 icarəyə vermişlər. 2014-cü ildə X8, bundan iki il sonra isə anaları X13 vəfat etmişdir. Qeyd edilən JN -645 saylı Dövlət Aktında analarına məxsus olan 0.22 ha torpaq onlara miras qalmışdır. Balayeva Firuzə vəfat etdikdən sonra 1.0057 ha torpaqdan onun oğlu Cavabdeh3 istifadə etmişdir. Ona torpaqdan özlərinin istifadə edəcəklərini desələr də, torpaqdan əl çəkməyərək, oranı özbaşına zəbt etməyə başlamışdır. 2016-cı ildən etibarən yol boyu 100 metr məsafədə uzanan torpağın bir hissəsini mişar daşı ilə, bir hissəsini isə dəmir şiferlə hasara alaraq zəbt etmişdir. 2017-ci ilin əvvəllərindən etibarən qardaşı Mahmud ilə birləşərək mişar daşı ilə hasara alınan hissədə yaşayış evi tikmişlər. Aralarında mübahisə böyümüş, torpaqla bağlı məhkəmə işləri başlamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığı halda Cavabdeh3 guya ailə başçıları ilə onun anası F.Balayeva arasında alqı-satqı müqaviləsi bağlamışdır. Qanuna zidd sənədlə iş üzrə məhkəmə yekunlaşmadığı halda 18 saylı Zaqatala Ərazi İdarəsinin vəzifəli şəxslərinin şəxsi maraqlarını təmin edərək işlə bağlı məhkəmə iclasları davam etdiyi vaxt anasının adına ******* saylı çıxarış əldə etmişdir. Bu Çıxarış 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən mövcud olmayan “alqı-satqı müqaviləsi” bağlanmışdır adı ilə verilən heç bir hüquqi əsasa malik olmayan qanuna zidd əhəmiyyətsiz bir sənəd olmuşdur. 18 saylı Zaqatala Ərazi İdarəsi F.Balayevanın adına 23 oktyabr 2018-ci ildə Çıxarış verərkən Cavabdeh3 tərəfindən “alqı-satqı müqaviləsinin bağlanması” tələbi ilə bağlı işin icraatı Şəki Apelyasiya Məhkəməsində davam edirdi. Bu işlə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının 2019-cu il 01 mart tarixində çıxardığı yekun qərarla “alqı-satqı müqaviləsinin bağlanması” haqda iddia rədd edilmişdir. Deməli 18 saylı Zaqatala Ərazi İdarəsi alqı-satqı müqaviləsi olmadığı halda cinayət tərkibli əməl törədib F.Balayevanın adına qanuna zidd çıxarış vermişdir. Ali Məhkəmənin qərarını əldə etdikdən sonra vəfat etmiş analarının miras əmlakına eyni zamanda JN- 645 nömrəli Dövlət Aktında olan miras əmlaka vərəsəlik açdırmaq üçün Balakən rayon notariat ofisinə etdikləri müraciət əsasında xx.xx.2016-cı ildə ölmüş X10 adına vərəsəlik işi açılmış və notarius 13.03. 2019-cu il tarixli 272 nömrəli məktubu ilə DƏDRX 18 saylı Zaqatala ərazi idarəsinə göndərərək lazım olan sənədləri tələb etmişdir. İddiaçılar eyni zamanda JN-645 saylı Dövlət Aktında göstərilən torpağa Çıxarış almaq üçün Ali Məhkəmənin qərarı ilə birlikdə digər sənədləri ərizə ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə təqdim etmişlər. Demək olar ki, 45 gündən sonra idarə tərəfindən təqdim edilən məktubda qeyd edilmişdir ki, JN -645 n-li Dövlət Aktı ilə 1.0057 ha torpaqla bağlı ölmüş X2 adına ******* saylı Çıxarış verilmişdir. Həmin çıxarışın ləğv edilməsi ilə bağlı DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi və Cavabdeh3 cavabdeh olaraq Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə ******* saylı Çıxarış ləğv edilmişdir. Həmin qətnamədən Cavabdeh3 tərəfindən verilən apelyasiya şikayətinə baxan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası çıxardığı 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə şikayəti təmin etməmiş, Balakən Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilən kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası 27 fevral 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətini təmin etməmişdir. Amma iş üzrə hər iki cavabdeh birgə hərəkət edərək 1.0057 ha torpaqla bağlı məhkəmə işinin davam etməsinə baxmayaraq, 18 saylı ərazi idarəsi qanuna zidd olaraq F. Balayevanın adına verdiyi ******* nömrəli Çıxarış əsasında F.Balayevanın adına vərəsəlik işinin açılmasında vərəsələrə yaxından köməklik göstərmiş, 1.0057 ha torpaqla bağlı davam edən məhkəmə mübahisəsi haqda notariusa məlumat verməmiş, bu halı gizlətmiş, notarius tərəfindən cavabdeh vərəsələrə 24 aprel 2019-cu il tarixli qanuna zidd vərəsəlik şəhadətnaməsinin açılmasında yardımçı olmuşdur. Qənaətlərinə görə vərəsə olan cavabdehlər, o cümlədən 18 saylı ərazi idarəsi vicdansız şəxslərdir. İş üzrə cavabdehlər olan Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və X9 24 aprel 2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi açan notarius Cavabdeh6 bu vərəsəlik şəhadətnaməsini açarkən Mülki Məcəllənin 1151.1-ci, 1246-cı və 1248.1-ci maddələrin tələblərini pozmuş və qanuna zidd vərəsəlik şəhadətnaməsi açmışdır. Belə ki, vərəsəlik açdığı 1.0057 ha miras əmlakın X3 öldüyü 2014-cü il tarixə onunmu və ya başqa şəxslərinmi əmlakı olduğunu araşdırmamış, 2014-cü ildə ölmüş X6 5 il sonra vərəsəlik işi açmışdır. Xüsusən notarius Mülki Məcəllənin 1248.1-ci maddəsinin tələblərini pozaraq məhkəmənin səlahiyyətinə aid işi mənimsəməklə vəzifə səlahiyyətlərini aşmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmin qanuna zidd olaraq notarius tərəfindən açılmış 24 aprel 2019-cu il tarixli 2V207 saylı vərəsəlik şəhadətnaməsi ilə DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi baş verən bütün hadisələri bildiyi halda həmin vərəsəlik şəhadətnaməsi ilə 1.0057 ha torpağa Cavabdeh1, Cavabdeh3, X7 və Cavabdeh4 adına daşınmaz əmlakın reyestr nömrəsi **********24 və ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarış tərtib etmişdir. Bir gün belə keçmədən vərəsə olan cavabdehlər həmin Çıxarış ilə 01 may 2019-cu il tarixdə AN-İ N:0754388 saylı alqı-satqı müqaviləsi ilə 1.0057 ha torpağı qonşuları Cavabdeh5 satmışlar. Bir gündən sonra 03 may 2019-cu il tarixdə DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi 1.0057 ha torpaqla bağlı reyestr nömrəsi **********24 və qeydiyyat nömrəsi ********** olan Çıxarış tərtib etmişdir. Anlamırlar ki, o zamankı 18 saylı ərazi idarəsinin rəhbərliyi Cavabdeh3 nə qədər miqdarda rüşvət alıb ki, qüvvəyə minməyən məhkəmə qərarı ilə F.Balayevanın adına Çıxarış tərtib edərək 3 gün müddətində 2 çıxarış tərtib edib, məhkəmə mübahisəsi olduğu halda altı ay ərzində bir torpaq sahəsi ilə bağlı 6 sayda müxtəlif əməliyyat aparmışdır. Balakən rayon notariusu Cavabdeh6 yuxarıda qeyd edilən qanunların tələblərinə əməl edib 5 ildən sonra cavabdeh vərəsələrə vərəsəlik açmadan, məhkəmənin səlahiyyətini mənimsəmədən onları mirasın qəbulu ilə bağlı Balakən Rayon Məhkəməsinə göndərsə idi, bu hadisələr baş verməzdi. Ona görə ki, həmin vaxt F.Balayevanın ******* saylı Çıxarışın ləğv edilməsi məsələsi ilə bağlı işin icraatı Balakən Rayon Məhkəməsində davam edirdi. Qeyd edilənlərdən aydın olur ki, alqı-satqı müqaviləsi olmadan F.Balayevanın adına Çıxarış verilmiş, həmin çıxarış əsasında vərəsələrə vərəsəlik şəhadətnaməsi verilmiş, vərəsəlik şəhadətnaməsi əsasında vərəsələrə əlavə çıxarış verilmişdir. Amma bu sənədlər tam qanuna zidd sənədlər olduğu üçün Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə F.Balayevanın adına tərtib edilmiş ******* saylı Çıxarış, bu çıxarış əsasında vərəsələrə açılmış 24 aprel 2019-cu il tarixli 2V207 saylı vərəsəlik şəhadətnaməsi Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilib, vərəsəlik şəhadətnaməsi əsasında vərəsələrə verilmiş 30 aprel 2019-cu il tarixli **********24 nömrəli X17 Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-82/ 2022-009 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Çıxarışa dair **********24 qeyd ləğv edilmişdir. Belə olduğu halda satıcı vərəsələrlə, alıcı Cavabdeh5 arasında bağlanmış müqaviləyə əsas olmuş **********24 saylı çıxarış ləğv edildiyi üçün onun əsasında bağlanmış 01 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi mövcud qanunvericiliyə görə etibarsız hesab edilməlidir. Bu qanuna zidd sənədlər əsasında vərəsələrlə Cavabdeh5 arasında bağlanmış 01 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi də qanunvericiliyin tələblərinə uyğun ola bilməz. Bu baxımdan cavabdeh vərəsələrlə Cavabdeh5 arasında bağlanmış 01 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış yalan əqd olmaqla həm də əhəmiyyətsiz əqddir. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən 01 may 2019cu il tarixli AN-İ N:0754388 saylı alqı satqı müqaviləsində Tərəflər arasında hesablaşma qaydası nəzərdə tutulmuşdur: Həmin bəndlərə görə, satıcılar alıcıya 3-cü şəxslərin hüquqlarından azad məhkəmə mübahisəsi olmayan əmlak verilməsini öhdələrinə götürsələr də, bu mümkün olmamışdır, hələ bu günədək alıcıya həmin əmlak akt tərtib edilərək verilməmişdir. Bu mümkün deyil. Torpaqla bağlı mübahisə olduğunu alıcı olan satıcıların qonşusu Cavabdeh5 də bilirdi, bilməmiş olması mümkün deyildi. Həm satıcılar, həm də alıcı vicdansız şəxslər olmuşdur. Notarius Cavabdeh6 bu müqaviləni bağlayarkən 1.0057 ha torpaq sahəsində iddiaçılara məxsus 2016-cı ildə ölmüş analarından qalmış miras əmlakın da alqı-satqısını həyata keçirmişdir. Bağlanmış bu müqavilə qanunların tələbləri pozularaq bağlanmaqla, tərəflər arasında iradə vahidliyini əks etdirməyən görüntü yaradan əhəmiyyətsiz yalan bir əqddir. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 340.2-ci maddəsinin şərhi ilə bağlı çıxardığı 18 mart 2022-ci il tarixli Qərarının 1-ci hissəsində qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və.s şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Mülki Məcəllənin 339.6-cı maddəsində qeyd olunur: Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı: 7-ci bənd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdırlar. Qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Müqavilə bağlanan zaman 1.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak (yeni tikilmiş dəyəri 100000 manata olan yaşayış evi və digər tikillər) qeyd edilməmiş, (eyni zamanda 18 saylı ərazi idarəsi tərəfindən vərəsələrə verilən Çıxarışda da yaşayış evi qeyd edilməmiş, qəsdən bilərəkdən bu hərəkət edilmişdir) müqavilənin qiyməti torpaq və onun üzərində olan yaşayış evinin dəyərindən 30-40 dəfə aşağı 3000 manat göstərilmişdir, qiymət və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq etdikləri imzaları yoxdur, 01 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinin (yuxarıda da qeyd edildiyi kimi) 7, 8, 9, 11, 12-ci bəndlərində göstərilən öhdəliklər yerinə yetirilməmiş, satıcılar satdıqları torpaq sahəsini və onun üzərində yerləşdiyi yaşayış evini və sənədləri də alıcıya verməmişlər (Mülki Məcəllə 567 və 568-ci maddənin tələbləri). Göstərilən bu şərtlərin satıcılar tərəfindən və alıcı Cavabdeh5 tərəfindən yerinə yetirilməsi qeyri-mümkündür. Bu ağlabatan hal deyil. Heç bir şəxs bir hektardan çox torpaq sahəsini üzərində 100 min manatdan çox dəyəri olan tikililəri 3 min manata heç kimə satmaz. Bu şərtləri yerinə yetirmək mümkün deyil. Ona görə ki, bağlanmış bu müqavilə görünüş üçün bağlanan müqavilə olduğu üçün yalan əqd olmaqla, əhəmiyyətsizdir (satıcılara ödənilən pulun bank qəbzi belə yoxdur). Yuxarıda qeyd edildiyi kimi, alqı-satqı müqaviləsi bağlanmış 1.0057 ha torpaq sahəsində ölmüş analarının miras əmlakı vardır. Bu miras əmlak onun vərəsələrinə- iddiaçılara qalmış miras əmlakı idi. Onu da bildirməyi vacib bilirlər ki, 01 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə satıcılar və alıcı məhkəmə iclaslarında iştirak etmirlər, onların nümayəndələri isə məhkəmələrdə həqiqəti əks etdirməyən sənədlərə əsaslanırlar. Həmin şəxslərin mübahisə ilə bağlı müstəqil fikirlərini, zəbt etdikləri torpaqda tikdikləri yaşayış evi və s. haqda gizli olan məqsədlərini aşkar etmək üçün prokurorluq orqanına müraciət etmişlər. Balakən Rayon Polis Şöbəsinin tədqiqatçısı tərəfindən satıcıların nümayəndəsi Cavabdeh3 və alıcı Cavabdeh5 alınan izahatlardan aydın olur: Cavabdeh3 izahatında 1.0057 ha torpaq sahəsini məhkəmənin qərarına əsasən əldə etdiyini göstərir. Torpağı isə Ç.Şahverdiveyə mübahisəli torpaq olduğu üçün 3000 manata satdığını, həmin torpaq sahəsində heç bir ev və ya hasar tikmədiyini, qardaşı Cavabdeh4 məxsus olan yaşayış evi və hasarının Kamilin qeyd etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşdiyini, Çingizə satdığı torpaq sahəsində hazırda heç bir tikilinin olmadığını bildirmişdir. Alıcı Cavabdeh5 izahatında 2019-cu il may ayının 3-də Cavabdeh3 ona və ailəsinə məxsus olan Qazma kəndində yerləşən 1.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3000 manata aldığını və notariusda alqı-satqı müqaviləsi bağladığını, həmin torpaq sahəsinin istifadəsində olduğunu göstərmiş və həmin torpaq sahəsi ilə bağlı İddiaçı1 ilə Cavabdeh3 arasında mübahisə olduğunu bilmişdir. Cavabdeh3 aldığı torpaq sahəsində hər hansı bir ev, hasar, yaxud tikilinin olmadığını və özünün də orda tikili tikmədiyini bildirmişdir. İddiaçılar JN-645 saylı Dövlət Aktında olan 1.0057 ha torpaq sahəsinə Çıxarış almaq üçün 18 saylı ərazi idarəsinə müraciət etdikdə orada bildirilmişdir ki, torpaq yüklüdür, həmin torpağa X2 adına Çıxarış verilib. Cavabdeh3 və Cavabdeh5 tərəfindən polis şöbəsinə verdikləri izahatlardan məlum olur ki, alıcı Cavabdeh5 torpaqla bağlı mübahisə olduğunu bilib, qonşusu Əfqanın mənafeyini qorumaq üçün (Əfqan tərəfindən zəbt edilmiş və orada qanunsuz yaşayış evinin tikilməsini pərdələyib yayındırmaq üçün) onunla mövcud qanunvericiliyin tələblərinə zidd yalan əqd olan müqavilə bağlamışdır. Cavabdeh5 izahatından aydın olur ki, o, torpağı təhvil almayıb, torpağın heç bir sənədi ona verilməyib, o, aldığı torpağına belə daxil ola bilmir, onlar bu müqavilə ilə öz aralarında belə razılığa gəliblər ki, öz qanunazidd çirkin əməllərini bu bağladıqları yalan əqdlə ört-basdır etsinlər. Torpağın yaşayış evinin tikilisindən kənarda qalan 0.50 ha hissəsi (Cavabdeh5 satılan hissə) Cavabdeh3 tərəfindən kənd sakini Tağıyev Nizaminin istifadəsinə verilmişdir. 01 may 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 4 nəfər vərəsə olan satıcılar və alıcı vicdansız şəxslərdir, ona görə də müqavilənin tələbləri yerinə yetirilməmişdir və bu qeyri-mümkündür. Mübahisə edilən torpaqla bağlı F.Balayevanın adına tərtib edilmiş ******* N-li Çıxarışın, vərəsələrin adına açılmış 2V-207 nömrəli vərəsəlik şəhadətnaməsi və onların adına tərtib edilmiş **********24 saylı Çıxarışın qeydiyyatları məhkəmə qərarları ilə ləğv edidiyi üçün, qeydiyyatları əsassız olduğu üçün müvafiq orqanlar tərəfindən reyestrləri ləğv edilmişdir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli 2(019)-398/2023 qətnaməsi ilə (hakim Z.Tahirov) iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi, 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızına aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçılara Balakən Rayon Aqrar İslahat Komissiyasının 06 nömrəli qərarı ilə 1,08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh3 anası mərhum X8 ilə hazırkı iş üzrə iddiaçılar arasında onların mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş 10057,49 kv.m. torpaq sahəsinin alğı-satqısı bağlanmış hesab edilmişdir. Balakən Rayon Məhkəməsi 09 avqust 2018-ci il tarixdə həmin qətnamə üzrə icra vərəqəsi vermiş və icra vərəqəsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsi X2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 23 oktyabr 2018-ci il tarixdə qeydə alınaraq RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış tərtib edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmış, iddia təmin edilməmiş, həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli qərarına əsasən). Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş olmasına baxmayaraq ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilmədiyindən hazırkı iş üzrə iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu ıl tarixli qətnaməsi ilə (iş № 2(019)- 607/2019) həmin iddia təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli 2(107)-2671/2019 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1272/2020 saylı 27 fevral 2020-ci il tarixli qərarına əsasən). Bununla belə iş materiallarından o da aydın olur ki, X1 adına RX seriyalı ******* nömrəli Çıxarış üzrə qeydə alınmış Balakən rayonu Qazma kəndində yerləşən mübahisəli 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 aprel 2019-cu ıl tarixli, 2v-207 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 adlarına hər birinin payı 1/4 olmaqla 30 aprel 2019-cu il tarixli **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş, bundan sonra həmin torpaq sahəsi qeyd olunan şəxslər tərəfindən notarial qaydada təsdiq edilmiş 01 may 2019-cu il tarixli 4Ə-252 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 satılmış və Cavabdeh5 mübahisəli torpaq sahəsi üzərindəki hüquqları 03 may 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona **********24 reyestr nömrəli çıxarış verilmişdir. Daha sonra müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsinə, habelə Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızına və Cavabdeh5 qarşı “ləğv edilmiş ******* nömrəli çıxarış əsasında hazırlanmış 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın və bu çıxarış ilə 01 may 2019-cu il tarixdə bağlanmış 4Ə-252 saylı alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında Cavabdeh5 hazırlanmış 1,0057 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində hüquqlara dair 03 may 2019cu il tarixli **********24 nömrəli çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsinə Balakən Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin 2(019)-440/2020 saylı, 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən iddiaçıların verdikləri apellyasiya şikayətinə əsasən işə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılmış və qəbul edilmiş 2(107)- 82/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin iddia tələbinin “ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın” ləğv edilməsinin təmin edilməməsi hissəsində qismən ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın və ona dair reyestr qeydiyyatının ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(019)- 440/2020 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı qanunsuz sənədlər əsasında bağlanmış 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan Çıxarışın ləğv ediməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızına aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsi, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 339, 341, 340.1, 340.2, 354.2, 347.1, 139.1, 139.2, 139.3, 146.1, 146.2, 152.1, 140-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 119.1, 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, onlar dövlət orqanlarının qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilələrin, çıxarışların və vərəsəlik şəhadətnaməsinin ləğvi üzrə 2018-ci ildən hal-hazıradək bir gün belə ötürmədən qanuni müddətlərə əməl edərək məhkəmələrə müraciət etmişdirlər. O, işə cəlb edilməyən şəxs olaraq şikayətində qanuna zidd sənədlər əsasında bağlanmış yalan və əhəmiyyətsiz müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür və bu halı mübahisələndirmişdir. Balakən Rayon Məhkəməsi ümumiyyətlə bu hala heç toxunmayıb. O və iddiaçılar açıq şəkildə bildirmişdirlər ki, cavabdeh satıcılar ilə, cavabdeh alıcı arasında 01 may 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi Mülki Məcəllənin 340cı maddəsinin tələbləri baxımından hər hansı bir nəticələr yaratmaq niyyəti olmayan yalnış görünüş üçün və başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış müqavilədir. Baglanmış bu müqavilə səlahiyyətli dövlət qurumlarının iştirakı ilə bilərəkdən və ya bilməyərəkdən tərtib etdikləri qanuna zidd sənədlər əsasında bağlanmış müqavilədir. Bu müqavilə tərəflər arasında iradə vahidliyini əks etdirməyən, görüntü yaratmaq, pərdələmək və 3-cü şəxslərdə yalnış təsəvvür yaratmaq niyyəti ilə bağlanmış müqavilədir. 01 may 2019-cu il tarixli müqavilədə 8,9,11,12-ci bəndlərində göstərilən öhdəlikləri diqqətlə izlədikdə həmin bəndlərin məzmunundan belə bəlli olur ki, bağlanmış müqavilə yalan əqddir.Tərəflər bir çox halları gizlədirlər. Belə ki, 8-ci bəndə görə satıcılar alıcıya 3-cü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, 9-cu bəndə görə satıcılar həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişlər. Bu halda həm satıcılar, həm də alıcı Cavabdeh5 satıcı Cavabdeh3 tərəfindən torpaqlarını mişar daşı ilə hasara alıb zəbt edərkən, həmin torpağın zəbt edilməsində, mişar daşının elə zəbt edilən torpaqda yonub, tikiliyə imkan yaradan şəxsdir. O vaxtdan Cavabdeh5 torpaqla bağlı o və iddiaçılarla cavabdeh fiziki şəxslər arasında mübahisə olduğunu bilirdi, bilməməsi də mümkün deyildi. 2018-ci il tarixdən etibarən bir gün belə ara vermədən Mülki Məcəllənin torpaqla bağlı məhkəmə mübahisəsinin davam etdiyini alqı-satqı müqaviləsi bağlanan vaxt bilirdi və X2 adına verilmiş ******* saylı Çıxarış ləğv edildikdən 2019-cu ildən davam etdirilən məhkəmə işlərində cavabdeh olaraq məhkəməyə cəlb edilib. Müqavilənin 11-ci bəndinə əsasən satıcılar daşınmaz əmlakı alıcının bəyənib, qiyməti ilə razılaşdığı halda və vəziyyətdə alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürürlər. İş materiallarında qiymətlə bağlı tərəflərin razılığını və həqiqiliyini təsdiq edən ərizələri yoxdur. “Torpaq sahəsinə dair əqdlərin rəsmiləşdirilməsi qaydası” haqda Torpaq Məcəlləsinin 93-cü maddəsinin 3-cü hissəsinin sonuncu abzasında qeyd olunur ki, əqdin qiyməti və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq edilmiş ərizələri olmalıdır. Müqavilənin 9-cu bəndində qeyd edilən hal, Daşınmaz əmlakın alıcıya təhvil verilməsinin akt tərtib etməklə rəsmiləşdirilməsinin mümkünlüyü tərəflərə izah edilib. Amma tərəflər torpağın verilməsi ilə bağlı akt tərtib etməmişlər. Bu qeyd edilən hallar özü təsdiq edir ki, bu müqaviləni bağlayan tərəflər arasında iradə vahidliyi olmamış və bu səbəb üzündən də notariusa satılan əmlak üzərində məhkəmə mübahisəsinin olmadığını, 3-ci şəxslərin mənafelərini pozmadığı haqda notariusu inandırmaqla yalan müqavilənin bağlanmasını həyata keçirmişlər. Balakən Rayon Məhkəməsi bu halı ümumiyyətlə mübahisələndirməmişdir. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı verilən torpaqlarda fərdi yaşayış evlərinin tikilməsi və s. qadağan olunmaqla cinayət tərkibli əməldir. Alqı-satqı obyekti olmuş 1.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq üzərində 100 min manat dəyərində ev 2017-ci ildə cavabdehlər tərəfindən zəbt edimiş torpaqda inşa edilmişdir. Alıcı Cavabdeh5 vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə Etirazda qeyd edərək göstərmişdir ki, Torpaq sahəsi üzərində fərdi yaşayış evinin inşa edilməsinə münasibətdə qeyd olunmalıdır ki, bu hissə də onun fərziyələrindən ibarətdir. Belə ki, dövlət reyestrindən çıxarışa və plan ölçü sənədinə əsasən torpaq sahəsinin ölçüsü 1.0057 ha, məqsədli təyinatı isə kənd təsərrüfatı təyinatlı olaraq göstərilmişdir. Hazırda Cavabdeh5 mülkiyyətində olan torpaq sahəsi də çıxarışa əsasən həmin ölçüdədir və onun üzərində hər hansı yaşayış evi inşa edilməmişdir. Satıcı cavabdeh olan Cavabdeh3 da sözügedən torpaq sahəsində ev inşa edilmədiyini, amma həmin torpaq sahəsinin qonşuluğunda evin inşa edildiyini və o evin digər şəxsin adına olduğunu göstərmişdir. Həmin evin Rusiya vətəndaşı olan qardaşı Mahmuda aid olmadığını qeyd edərək məhkəməyə bildirmiş və demişdir ki, qardaşına məxsus evin sənədlərini çıxarışını və torpaq sahəsinin plan və ölçü sənədini məhkəməyə təqdim edəcəyinə söz vermişdir, məhkəmə də həmin evin sənədlərinin məhkəməyə təqdim edilməsini Ə. Balayevdən tələb etmişdir. Amma Cavabdeh3 növbəti məhkəmə iclasına gəlmədi və sənədlər də məhkəməyə təqdim edilmədi. Həm Cavabdeh3, həm də Cavabdeh5 polisə verdikləri izahatda eyni məzmunda izahat vermiş, Cavabdeh3 torpağın mübahisəli torpaq olduğu üçün satdığını Ç,Şahverdiyev isə guya torpağı aldıqdan sonra məhkəmə mübahisəsinin olduğunu bildiyini qeyd etmişdir. Vəkil etirazda göstərmişdir ki, aydın məsələdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi qanunla qadağandır. Əgər tikilsə belə həmin evə dair çıxarışın verilməsi qeyri-mümkündür. Belə olduğu halda məhkəmədən cavabdeh alıcının izahat verməsi və soruşulacaq sorğuların olduğu üçün məhkəmə iclasına gəlməsinin təmin edilməsini xahiş etmişlər. Amma bu xahişi də məhkəmə yerinə yetirmədi. Halbuki, iş üzrə icraatı yekunlaşdırmaq üçün bir aydan çox vaxt var idi. Hakim məzuniyyətə gedəcəyini bəhanə etmişdir. Beləki, tərəflər bağladıqları 01 may 2019-cu il tarixli alqı-satqı müqaviləsini nəzərdə tutduqları görünən əqdə uyğun bağlamışlar. İşin hallarında qeyd etdiyi kimi, əgər məhkəmə həmin müqavilənin 8,9,11,12ci bəndlərində nəzərdə tutulmuş öhdəlikləri qanunun tələbləri baxımından araşdırsa idi orda göstərilən şərtlərin notariusdan gizlətdiklərini, nəticədə tərəflərin həmin müqavilənin bağlanmasında onların həqiqi iradə ifadələrinin və hüquqi niyyətlərinin olmadığını müəyyən edə bilərdi. Qiymətlə bağlı isə məhkəmə mübahisəli əmlaka yerində baxış keçirsəydi mübahisəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 100 min manat dəyərində evin də olduğunu müəyyən etmiş olardı. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən Qazma bələdiyəsinin Cavabdeh5 tərəfindən torpaqla bağlı vergilərin ödənilməsinə dair arayışa istinad etməsi də doğru olmamışdır. Ona görə ki, arayışa vergilərin Ç.Şaverdiyev tərfindən ödənilməsini təsdiq edən poçt və ya bank qəbzi əlavə edilməmişdir. Cavabdehlərin bu hərəkətindən tam məlum olur ki, xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə yalan müqavilə olmaqla görünüş üçün bağlanaraq onları aldatmaq üçün bağlanılıb. Qeyd olunanlara əsasən, Balakən Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 saylı qətnaməsini ləğv edib, işə yenidən baxıb iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul etməyi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və Şütüyev X12 Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 saylı qətnaməsini ləğv edib, işə yenidən baxıb iddianın təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı, cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızı, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdırlar. Mülki Məcəllənin 340.2-ci maddəsində qeyd olunur ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yəni tərəflər həmin əqdi bağlayarkən əslində aralarında bağladıqları başqa əqdi pərdələmək niyyəti güdürlər. Mülki Məcəllənin 646.1-cı maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 saylı qətnaməsini ləğv edib, işə yenidən baxıb iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul etməyi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə apellyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli e- 2(019)-398/2023 saylı qətnaməsi İddiaçı4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçılara Balakən Rayon Aqrar İslahat Komissiyasının 06 nömrəli qərarı ilə 1,08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh3 anası mərhum X8 ilə hazırkı iş üzrə iddiaçılar arasında onların mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş 10057,49 kv.m. torpaq sahəsinin alğı-satqısı bağlanmış hesab edilmişdir. Balakən Rayon Məhkəməsi 09 avqust 2018-ci il tarixdə həmin qətnamə üzrə icra vərəqəsi vermiş və icra vərəqəsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsi X2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 23 oktyabr 2018-ci il tarixdə qeydə alınaraq RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış tərtib edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmış, iddia təmin edilməmiş, həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli qərarına əsasən). Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş olmasına baxmayaraq ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilmədiyindən hazırkı iş üzrə iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu ıl tarixli qətnaməsi ilə (iş № 2(019)-607/2019) həmin iddia təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli 2(107)-2671/2019 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1272/2020 saylı 27 fevral 2020-ci il tarixli qərarına əsasən). X1 adına RX seriyalı ******* nömrəli Çıxarış üzrə qeydə alınmış Balakən rayonu Qazma kəndində yerləşən mübahisəli 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 aprel 2019-cu il tarixli, 2v-207 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 adlarına hər birinin payı 1/4 olmaqla 30 aprel 2019-cu il tarixli **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş, bundan sonra həmin torpaq sahəsi qeyd olunan şəxslər tərəfindən notarial qaydada təsdiq edilmiş 01 may 2019-cu il tarixli 4Ə-252 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 satılmış və Cavabdeh5 mübahisəli torpaq sahəsi üzərindəki hüquqları 03 may 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona **********24 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsinə, habelə Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızına və Cavabdeh5 qarşı “ləğv edilmiş ******* nömrəli çıxarış əsasında hazırlanmış 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın və bu çıxarış ilə 01 may 2019-cu il tarixdə bağlanmış 4Ə-252 saylı alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında Cavabdeh5 hazırlanmış 1,0057 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində hüquqlara dair 03 may 2019-cu il tarixli **********24 nömrəli çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsinə Balakən Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin 2(019)-440/2020 saylı, 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən iddiaçıların verdikləri apellyasiya şikayətinə əsasən işə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılmış və qəbul edilmiş 2(107)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin iddia tələbinin “ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın” ləğv edilməsinin təmin edilməməsi hissəsində qismən ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, 30 aprel 2019cu il tarixli, **********24 nömrəli çıxarışın və ona dair reyestr qeydiyyatının ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Şikayətin ilk dəlili ondan ibarətdir ki, cavabdeh satıcılar ilə, cavabdeh alıcı arasında 01 may 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi Mülki Məcəllənin 340-cı maddəsinin tələbləri baxımından hər hansı bir nəticələr yaratmaq niyyəti olmayan yalnış görünüş üçün və başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış müqavilədir. Baglanmış bu müqavilə səlahiyyətli dövlət qurumlarının iştirakı ilə bilərəkdən və ya bilməyərəkdən tərtib etdikləri qanuna zidd sənədlər əsasında bağlanmış müqavilədir. Bu müqavilə tərəflər arasında iradə vahidliyini əks etdirməyən, görüntü yaratmaq, pərdələmək və 3-cü şəxslərdə yalnış təsəvvür yaratmaq niyyəti ilə bağlanmış müqavilədir. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsində qeyd olunur ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yəni tərəflər həmin əqdi bağlayarkən əslində aralarında bağladıqları başqa əqdi pərdələmək niyyəti güdürlər. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş 01 may 2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaş əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Balayev X14 rayonu Qazma kəndində yerləşən 1.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3000 manata Cavabdeh5 satmış və torpaq sahəsini alıcıya təhvil vermişlər. Göründüyü kimi Cavabdeh5 mübahisəli torpaq sahəsi üçün 3000 manat pul ödəyərək onu almışdır. İş materiallarından həmin müqavilənin uydurma və ya yalan əqd olması müəyyən edilmir. Digər tərəfdən apelyator cavabdehlər tərəfindən həmin yuxarıda qeyd edilən alqı-satqı müqaviləsini hansı əqdi pərdələmək məqsədi ilə bağladıqlarını əsaslandırmamışlar. İş materiallarında isə mübahisəli həmin torpaq sahəsi ilə bağlı hər hansı bir başqa müqavilə olmamışdır. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə əsassızdır. Yəni Cavabdeh5 mübahisəli torpaq sahəsini alarkən vicdanlı alıcı olmuşdur. Kollegiya hesab edir ki, başdan ümumi şəkildə qeyd etmək lazımdır ki, mülki hüquqda şəxslərin vicdanlı olduğu ehtimal olunur. Yəni mülki hüquqda ümumi yanaşma budur ki, şəxslər mülki münasibətlərlə bağlı hüquqi hərəkətləri vicdanla edirlər. Həqiqi vəziyyətin bu ehtimaldan fərqli olduğunu iddia edən bu iddiasını sübut etməlidir. Bu xüsus (vicdanlı hesab olunma) cinayət hüququnda məşhur olan və konstitusiyamızda da öz əksini tapan “təqsirsizlik ehtimalı (prezumpsiyası)" prinsipinin mülki hüquqdakı təzahürüdür. Mülki hüquqda subyektlərin vicdanhlığının qorunmasının özünəxas səbəbləri vardır. Bunlardan biri, vicdanlılığın qorunmasının ən önəmli səbəbi kimi mülki dövriyyədə güvən və etimad edilən bir şəraiti əmələ gətirməklə sabitliyi və lazımi sürəti təmin etmək məqsədidir. Həmçinin, rəsmi dövlət qeydiyyatı ilə təsdiq olunmuş haqlar baxımından vicdanlılıq qorunmadığı təqdirdə rəsmi sənədə olan etimad sarsılar və bu birbaşa hüquqi asayiş və etimadla bağlı ümumi ictimai mənafeni zərbə altına qoyar. Vicdanlılıq əsasən sərəncamverici əqdlərdə sərəncam səlahiyyətinin olmaması ilə bağlı hallar baxımından haqqın əldə edilməsinə olan maneənin (yəni sərəncam verənin əslində belə bir səlahiyyətinin olmaması ilə bağlı hüquqi problemin, əldən edən baxımından) aradan qalxmasına səbəb olur. Sərəncam səlahiyyətinin olmaması halları xaricindəki digər hüquqa zidd hallar baxımından isə vicdanlılıq həmin hüquqa zidd halla bağlı maneəni aradan qaldırmır. Haqların əldə edilməsi baxımından vicdanlılığın rolundan və qorunmasından bəhs oluna bilinməsi üçün mütləq hüquqa zidd bir halın olması lazımdır. Belə ki, vicdanlılığın predmeti (aid olduğu məsələ) məhz elə bu hüquqa zidd halın mövcudluğudur. Haqların əldə edilməsi baxımından tələb olunan vicdanlılıq haqqın əldə olunmasına maneə təşkil edən mövcud hüquqa ziddiyyətlilik halının əldə edən baxımından bilinməməsi və bir çox hallarda hətta bilinməsinin lazım gəlməməsini ifadə edir. Buna görə də, haqların əldə edilməsi baxımından hüquqa ziddiyyətlilik halının olmadığı durumlarda ümumiyyətlə bir hüquqi anlayış (termin) olaraq vicdanlılıq anlayışından söhbət belə gedə bilməz. Qeyd edilməlidir ki, həm Azərbaycan qanunvericiliyində, həm də beynəlxalq təcrübədə rəsmi dövlət qeydiyyatına etimad edənin mənafeyi əsas götürülür. Məsələnin bu şəkildə həlli başa düşüləndir. Belə ki, istər mülki qanunvericiliyin əsas məqsədi olan mülki dövriyyənin sabitliyinin qorunması və inkişafına nail olmaq qayəsi ilə qəbul edilən mülki dövriyyə azadlığının təmin edilməsi məqsədi, istərsə də mövcud ümumi qanunvericilik sistemindən irəli gələn hüquqi məntiq belə bir nəticənin qəbul edilməsini labüd edir. Məhz bütün bunlara görə də MM-in 140-cı maddəsində daşınmaz əşyalara dair rəsmi dövlət qeydiyyatının tam və düzgün olduğuna etimad etməkdə hamının haqlı olduğu və MM-in 148.2 və 149.2-ci maddələrində isə, sözügedən qeydiyyat düzgün olmasa belə, onun düzgünlüyünə etimad edən şəxslərin bu inamının qorunduğu bildirilmişdir. Yəni, daşınmaz əşya üzərindəki əşya haqlarına dair qeydiyyat rəsmi dövlət reyestrində düzgün olmadığı hallarda da bunun düzgünlüyünə etimad edən baxımından həmin qeydiyyat düzgün hesab olunur. Vicdanlılıq halının qorunması isə, aydın məsələdir ki, birbaşa hüququn ən ali məqsədi olan ədalətliliyi təmin etmək məqsədinə xidmət edir. Bu baxımdan da şəraitdən aşkar şəkildə əldə edənin hüquqazidd halı bilməməsinin ağlabatan olmadığı hallarda əldə edənin vicdanlı olduğunu ehtimal etmək, vicdanlılıq anlayışının mahiyyətinə ziddir. Buna görə də, işin hallarından əldə edənin bilməmə ehtimalının bilmə ehtimalından son dərəcə az olduğu hallarda əldə edənin vicdanlı olduğuna ehtimal vermək məntiqli və reallığa uyğun olmaz. Belə bir yanaşma birbaşa hüququn ən ali məqsədi olan ədalətliliyi təmin etmək məqsədinə xidmət edən vicdanlılıq prinsipinin mahiyyət və roluna zidd olar. Cavabdeh5 vicdanlı alıcı statusunu daşıyır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki: “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyridəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi, mübahisəli əmlakları əldə edən şəxs, yəni iş üzrə cavabdehdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlaklarla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahələrini əldə edən şəxs (cavabdeh) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Kollegiya hesab edir ki, Cavabdeh5 əmlakı əvəzli əldə etdiyindən, o, vicdanlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayətinin dəlili ilə bağlı mötəbər sübut təqdim edilməmiş və formal mülahizələrdən ibarət olmuşdur. Şikayətin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən Qazma bələdiyəsinin Cavabdeh5 tərəfindən torpaqla bağlı vergilərin ödənilməsinə dair arayışa istinad etməsi də doğru olmamışdır. Ona görə ki, arayışa vergilərin Ç.Şaverdiyev tərfindən ödənilməsini təsdiq edən poçt və ya bank qəbzi əlavə edilməmişdir. Cavabdehlərin bu hərəkətindən tam məlum olur ki, xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə yalan müqavilə olmaqla görünüş üçün bağlanaraq bizləri aldatmaq üçün bağlanılıb. Kollegiya hesab edir ki, şikayət bu hissədə əsassızdır. Belə ki, Cavabdeh5 tərəfindən torpaqla bağlı vergilərin ödənilib-ödənilməməsi Cavabdeh5 vicdanlı alıcı statusundan məhrum etmir. Şikayətin digər dəlili ondan ibarətdir ki, cavbdeh polisdə verdiyi izahatında torpağın mübahisəli torpaq olduğunu bilmişdir. Kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin qərarın aid olduğu işin araşdırılması zamanı Cavabdeh5 izahatında torpaq sahəsinin mübahisəli olduğunu alqı-satqı müqaviləsi bağlanarkən deyil, sonradan bildiyini (öyrəndiyini) bildirmişdir. Bu isə, onun (Cavabdeh5) mübahisəli torpaq sahəsini vicdanla əldə etmədiyi qənaətinə gəlməyə əsas vermir. Nəzərə alınmalıdır ki, əldə edənin vicdanlı sayılması onun əqdin bağlanması anında ona mane olan halların mövcudluğundan xəbərsiz (məlumatsız) olması ilə şərtlənir. Həmin halların əldə edənə sonradan məlum olması vicdanlılıq halına təsir etməməlidir. Şikayətin digər dəlili ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Üzərində 100 min manatlıq ev var və həmin ev kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikildiyindən Dövlət qeydiyyatına alına bilməz. Kollegiya hesab edir ki, şikayətin bu hissəsi əsassız olmaqla qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla iş materiallarında 100 min manatlıq evin mövcud olması, həmin ev mövcud olmuş olsa belə məhz mübahisəli torpaq sahəsində olması barədə hər hansı bir sübut növü yoxdur. Digər tərəfdən kollegiya qeyd edir ki, həmin fərdi yaşayış evi, onun qeydiyyata alına bilməməsi məsələləri hazırkı məhkəmə araşdırmasının predmeti deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli 2(019)-398/2023 saylı qətnaməsi İddiaçı4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli 2(019)-398/2023 saylı qətnaməsi İddiaçı4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar