Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-32/2022 31.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 himayəçisi X4 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın naturada bölünməsi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı X1 himayəçisi İddiaçı, Cavabdeh iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tаrixli, 2(025)-225/2020 saylı qətnaməsindən iddiaçı X1 himayəçisi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X1 himayəçisi X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 28.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla iddiaçı X1 və Cavabdeh paylı mülkiyyətinə verilmiş 0,5 ha torpaq sahəsindən payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 onun bacısıdır, Qəbələ Rayon Məhkəməsinin 02 sentyabr 2010-cu il tarixli, 2(025)-188/2010 saylı qətnaməsi ilə o, fəaliyyət qabiliyyətsiz hesab edilmiş və məhkəmə qərarına uyğun olaraq Qəbələ rayon İcra Hakimiyyəti Başçısının 19 dekabr 2011-ci il tarixli, 114 saylı Sərəncamı ilə onun himayəsinə verilmişdir (Sərəncamın surəti iddia ərizəsinə əlavə edirlir). Qəbələ Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(025)-1056/2019 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 02 07.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Yaqubov X6 X1 ümumi birgə mülkiyyətinə verilmiş 0,5 ha torpaq sahəsindən iddiaçı X1 və Yaqubov X6 hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir (məhkəmə qətnaməsinin surəti iddia ərizəsinə əlavə edilir). Məhkəmə qətnaməsi icraya yönəldilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən X3 28.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışla bir daha müəyyən olunur ki, iddiaçı və cavabdehin əmlaka dair hüquqları, hər birinə 1/2 hissədə (bərabər) müəyyən edilmişdir. Hazırda paylı mülkiyyətdə olan torpaq sahəsinin üzərində iddiaçının yaşadığı yeganə yaşayış sahəsi mövcuddur. Cavabdehə bu vaxta qədər təklif olunmuşdur ki, Gülbari Şalbuz qızına tikili olan hissədən torpaq payı ayrılsın. Lakin Cavabdeh paylı mükiyyətdə olan torpaq sahəsinin paylara uyğun ayrılmasına dair təklifi qəbul etməmişdir. Mübahisəli torpaq sahəsinə dair 2011-ci ildən hal-hazıradək davam edən məhkəmə çəkişmələrindən də məlum olur ki, cavabdeh bütün əmlaka sahib olmaq niyətindədir. Cavabdehin isə konkret olaraq həmin torpaq sahəsinin harada yerləşməsindən demək olar ki, xəbəri yoxdur. Çünki, onun yaşayış yeri, əvvəllər Rusiya Federasiyası, sonradan isə hazırda yaşadığı Bakı şəhəri olmuşdur. Yalnız rəsmi sənədlər üzərində o, bu hüququnu qeydiyyata aldırmışdır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 2(025)-225/2020 saylı, 26 noyabr 2020-ci il tаrixli qətnaməsi ilə (hakim E.İsayev) iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın iddiaçının himayəçisi İddiaçı tutularaq "xxxx" MMC tərəfindən təqdim edilmiş hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hüquqların Dövlət qediyyatı haqqında Dövlət reyestrindən çıxarışa əsasən X1 və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş 0,50 ha ha torpaq sahəsindən onların hər birinin payı 1/2 hissədə müəyyən edilmişdir. Paylı mülkiyyətçilər torpaq sahələrindən paylarına düşən hissələrə dair mülkiyyət sənədi almışlar. Həmin torpaq sahələrinin naturada bölünməsi ilə bağlı tərəflər razılağa gələ bilməmişdirlər. Hal-hazırda iddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,50 ha torpaq sahəsinin naturada bölünməsini tələb edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddiaçı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsinin naturada bölünməsinin təmin edilməsində zəruri olan torpaq sahələrinin kəmiyyət, keyfiyyət və koordinatları qeyd edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də qeyd olunan torpaq sahəsinin planı, ölçüsü və koordinatları əsasında müəyyən əməliyyatlar aparmaq mümkün olmadığından, iddiaçı X1 himayəçisi X4 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci, 213.2-ci, 213.3-cü, 220.1-ci, 220.2-ci, 220.3-cü, 221.1-ci, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı, «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Avropa Məhkəməsinin Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-225/2020 saylı 26 noyabr 2020-ci il tarixli qətnaməsi iddia predmeti üzrə düzgün nəticəyə gəlinmədiyindən, sübutlara və verdiyi vəsatətlərə istinad edilmədiyindən, iddia tələbini yalnız ekspert və (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin məhkəmə qətnaməsində verdiyi təklif qeyd olunmadığı halda) mütəxəsis rəyinə istinad etməsi səbəbindən ləğv edilməli, məhkəmə kollegiyası tərəfindən tam hüquqlu məhkəmə kimi, işdə olan sənəd və sübutlar əsasında, yeni sübutlar təqdim edilməklə və araşdırmalar aparılmaqla iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. X5 onun bacısıdır və Qəbələ Rayon Məhkəməsinin 02 sentyabr 2010-cu il tarixli, 2(025)-188/2010 saylı qətnaməsi ilə o, fəaliyyət qabiliyyətsiz hesab edilmiş və məhkəmə qərarına uyğun olaraq Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının 19 dekabr 2011-ci il tarixli, 114 saylı Sərəncamı ilə onun himayəsinə verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(025)-1056/2019 saylı qətnaməsi ilə tərəfindən 02.07.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh X1 ümumi birgə mülkiyyətinə verilmiş 0,5 ha torpaq sahəsindən iddiaçı X1 və Cavabdeh hər birinin 14 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən X3 28.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışla bir daha müəyyən olunur ki, iddiaçı və cavabdehin əmlaka dair hüquqları, hər birinə 14 hissədə (bərabər) müəyyən edilmişdir. Hazırda paylı mülkiyyətdə olan torpaq sahəsinin üzərində iddiaçının yaşadığı yeganə yaşayış sahəsi mövcuddur. Cavabdehə bu vaxta qədər təklif olunmuşdur ki, Gülbari Şalbuz qızına tikili olan hissədən torpaq payı ayrılsın. Lakin Cavabdeh paylı mükiyyətdə olan torpaq sahəsinin paylara uyğun ayrılmasına dair təklifi qəbul etməmişdir. Mübahisəli torpaq sahəsinə dair 2011-ci ildən hal-hazıradək davam edən məhkəmə çəkişmələrindən də məlum olur ki, cavabdeh bütün əmlaka sahib olmaq niyyətindədir. Cavabdehin isə konkret olaraq həmin torpaq sahəsinin harada yerləşməsindən demək olar ki, xəbəri yoxdur. Çünki, onun yaşayış yeri, əvvəllər Rusiya Federasiyası, sonradan isə, hazırda yaşadığı Bakı şəhəri olmuşdur. Yalnız rəsmi sənədlər üzərində o, bu hüququnu qeydiyyata aldırmışdır. Payın naturada bölünməsi və ayrılması mümkün olsa da, cavabdeh mübahisə törətməkdə davam edir. Cavabdeh məhkəmədən kənar şəkildə heç bir razılaşmaya getmədiyindən, məcbur olub mübahisənin məhkəmə müstəvisində həll edilməsi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə şikayət etdiyi qətnaməni qəbul etmişdir. Məhkəmə, guya ki, işin ədalətli həlli naminə, həmçinin xüsusi bilik tələb olunan sahə kimi 19.08.2020-ci il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin etmiş və ekspertin qarşısına belə bir sual qoymuşdur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,50 ha torpaq sahəsindən X1 və Cavabdeh hər birinin ½ hissədə paylarının naturada ayrılması mümkündürsə, hansı qaydada ayrıla bilər? "xxxx" MMC-nin 01.10.20209-ci il tarixli 354 nöm rəli ekspert rəyindən məlum olur ki, mübahisəli torpaq sahəsinin “torpaq sahəsinin planı və ölçüsü” sənədi iş materiallarında olmadığından, torpaq sahəsinin paylara uyğun naturada bölünməsi mümkün olmamışdır. Məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin edərkən, mülki iş materiallarına “torpaq sahəsinin planı və ölçüsü” sənədinin olub-olmamasına diqqət etmədiyindən, yaxud da ki, süründürməçilik baxımından işi ekspertizaya göndərmişdir. Məhkəmə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə öz daxili inamına əsaslanmamış, tərəflərin çəkişmə prinsipini təmin etməmiş və nəticədə dolayısı yollarla irəli sürdüyü iddianı rədd etmişdir. Hesab edir ki, tərəflərə torpaq sahəsinə dair müvafiq çıxarış verilmişdirsə və bu paylar bərabər sayılmışsa, deməli torpaq sahəsinin naturada bölgüsü mümkündür və bunun üçün məhkəmə tərəfindən də mütəxəsisin iştirakı ilə payların naturada ayrılması nəticəsinə gəlmək olar. Məhkəmənin gəldiyi nəticə: işin faktiki hallarından təsdiq olundu ki, hüquqların Dövlət qeydiyyatı haqqqında dövlət reyestrindən çıxarışa əsasən X1 Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş 0,50 ha torpaq sahəsindən onların hər birinin payı 1/2 hissədə müəyyən edilmişdir. Paylı mülkiyyətçilər torpaq sahəsindən paylarına düşən hissələrə dair mülkiyyət sənədi almışlar. Həmin torpaq sahələrinin naturada bölünməsi ilə bağlı tərəflər razılığa gələ bilməmişlər. Hal-hazırda iddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,50 ha torpaq sahəsinin naturada bölünməsini tələb edir. Məhkəmə iddiaçının himayəçisinin izahatına, təqdim etdiyi sübutlara, mütəxəsisin rəyinə, eləcə də ekspertin rəyinə məcmu halda qiymət verərək hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X1 və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş 0,50 ha torpaq sahəsindən payların naturada bölünməsi mümkün olmadığından iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada bölünməsi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsinin naturada bölünməsinin təmin edilməsində zəruri olan torpaq sahələrinin kəmiyyət, keyfiyyət və koordinatları qeyd edilən “torpaq sahəsinin plan və ölçüsü” sənədini məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də qeyd olunan torpaq planı, ölçüsü və koordinatları əsasında müəyyən əməliyyatlar aparmaq mümkün olmamışdır. Məhkəmə tərəfindən gəlinmiş nəticə isə həqiqəti əks etdirmir və nəzərdə tutulmuş əsaslarla iddia tələbi rədd edilə bilməz. İddia tələbi üzrə maddi və prosessual hüquq normalarının tətbiq edilməsinə baxmayaraq, məhkəmə sonda düzgün nəticəyə gəlməmiş, iddia tələbinin təmin edilməsi üçün təqdim etdiyi kifayət qədər sübutları nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti əsaslıdır, qeyd etdiyi xüsusatlara əsasən qətnamə ləğv edilməli, mülki işdə olan və əlavə təqdim olunacaq sübutlar əsasında yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. O, məhkəmə kollegiyasından Qəbələ Rayon Məhkəməsinin 2(025)-225/2020 saylı 26 noyabr 2020-ci il tarixli qətnaməsini ləğv edib, iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 himayəçisi X7 məhkəmə kollegiyasına ərizə təqdim edərək, mülki iş üzrə aparılmış mütəxəssis rəyinin verilməsi və ekspertiza ilə əlaqədar olan rüsumları maddi imkanı olmadığından ödəyə bilmədiyini bildirmiş, həmçinin apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tаrixli, 2(025)-225/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh məhkəmə kollegiyasına ərizə təqdim edərək, mülki iş üzrə aparılmış mütəxəssis rəyinin verilməsi və ekspertiza ilə əlaqədar olan rüsumları maddi imkanı olmadığından ödəyə bilmədiyini bildirmiş apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 225/2020 saylı, 26 noyabr 2020-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Mülki Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Torpaq Məcəlləsi: Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 3cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı: «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin 2(025)- 225/2020 saylı, 26 noyabr 2020-ci il tаrixli qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-225/2020 saylı, 26 noyabr 2020-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, X1 və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş 0,50 ha torpaq sahəsindən onların hər birinin payı 1/2 hissədə müəyyən edilmişdir. Paylı mülkiyyətçilər torpaq sahələrindən paylarına düşən hissələrə dair mülkiyyət sənədi almışlar. Həmin torpaq sahələrinin naturada bölünməsi ilə bağlı tərəflər razılağa gələ bilməmişdirlər. Hal-hazırda iddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,50 ha torpaq sahəsinin naturada bölünməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, məhkəmə öz daxili inamına əsaslanmamış, tərəflərin çəkişmə prinsipini təmin etməmiş, yalnız ekspert rəyinə əsaslanaraq və nəticədə dolayısı yollarla irəli sürdüyü iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator tərəfindən apellyasiya şikayətinin dəlilləri əsaslandırılmamış, formal mülahizələrə əsaslanmışdır. Ona görə də iddiaçının apellyasiya şikayəti qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və rəyin verilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 01.10.2020ci il tarixli 354 nömrəli rəydən görünür ki, hüquqmüəyyənedici sənədlərə əsasən kameral şəraitdə aparılan tədqiqat işləri zamanı müəyyənləşdirilmişdir ki, Əmlak Məsələləri Dövlət komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi - **********82; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - 28.12.2019) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.50 ha torpaq sahəsindən X2 və Cavabdeh hər birinin 1/2 hissədə paylarının naturada ayrılması üçün əsas hesab olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən torpaq sahəsinin paylara uyğun bölünməsi mümkün olmamışdır. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müəyyən torpaq sahələrinə verilən çıxarışlarda reyestr nömrəsi ilə göstərilən torpaq sahələrinin kəmiyyət, keyfiyyət və koordinatları qeyd edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilməlidir ki, qeyd olunan torpaq sahəsinin planı, ölçüsü və koordinatları əsasında müəyyən əməliyyatlar aparmaq mümkün olsun. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Lakin iddiaçı və cavabdeh ekspertiza keçirilməsi ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş məbləğ ödəmədiklərindən ekspert rəy verilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçı və cavabdeh məhkəmə kollegiyasına ərizə də təqdim edərək ekspertiza xərcini ödəməkdən imtina etmişlər. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı məhkəmə kollegiyasına iddia tələbini sübut edəcək heç bir sənəd təqdim edə bilməmiş, həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsindən imtina etmişdir. Mülki prosessual qanunvericiliyə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə bir sübut olmadığına görə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də iddiaçı X1 himayəçisi İddiaçı apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-225/2020 saylı, 26 noyabr 2020-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı X1 himayəçisi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-225/2020 saylı, 26 noyabr 2020-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.