Məhkəmə qərarları › İş №2(107)-321/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-321/2025

06.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-321/2025 06.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən payın naturada ayrılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X25 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(019)-20/2024 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmiş, Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsindən İddiaçı3 29/192, İddiaçı2 29/192 və İddiaçı1 29/192 hissədə torpaq sahəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər.

2. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə1 işin məhkəmədə baxılmağa hazırlanması zamanı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmiş Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsindən iddiaçılar İddiaçı3 29/192, İddiaçı2 29/192 və İddiaçı1 29/192 hissədə torpaq sahəsindən paylarının birlikdə naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.

3. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsinə dair hüquqları xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Torpaq sahəsində mülkiyyətçilərdən X10 21/192, X11 12/192, X3 24/192, Cavabdeh2 24/192, X4 24/192, İddiaçı3 29/192, İddiaçı1 29/192 və İddiaçı2 29/192 hissədə payları vardır. Torpaq mülkiyyətçilərindən X17, X18 vəfat etmiş, Cavabdeh2 isə Şəki Penitensiar cəzaçəkmə müəssisəsində cəza çəkir.X1 şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olsa da Rusiya Federasiyasındadır, X13 isə Balakən rayonu, Hənifə kəndində qeydiyyatdadır. Mülki iş üzrə cavabdehlər torpaq sahəsindən İddiaçı3 29/192 hissə,İddiaçı2 29/192 hissə və İddiaçı1 29/192 hissə paylarının naturada ayırmalarına razı olmadıqları üçün torpaq sahəsindən istifadə edə bilmirlər. Cavabdehlərin qeyd olunan hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulur.Cavabdehlərə torpaq sahəsinin paylarına uyğun olaraq naturada ayrılmasına dair müraciət etmələrinə baxmayaraq, nəticə vermədiyi və mübahisə olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

Birinci instansiya məhkəməsində icraat

4. Balakən Rayon Məhkəməsinin (hakim: H.Səlimov) 11 dekabr 2024-cü il tarixli, 2(019)-20/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********8 olan X14 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı3, X10,X11,İddiaçı2,İddiaçı1,X3,Cavabdeh2,Cavabdeh1 ümumi paylı mülkiyyətlərində olan, Balakən şəhəri Babək küçəsində yerləşən,0.0813 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı3 29/192 hissə,İddiaçı2 29/192 hissə və İddiaçı1 29/192 hissə olmaqla birlikdə-87/192 hissə (368 kv/m) paylarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli 3-16-16/2-10/3428 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq naturada ayrılması, ödənilmiş 100 manat dövlət rüsumu xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 verilməsi, 200 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X8, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 135638 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2020-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 135636 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2021-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********8 olan X14 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən şəhəri Babək küçəsində yerləşən 0.0813 ha yaşayış məntəqələrinin torpaqları 21/192 hissəsi X10, 12/192 hissəsi X11, 29/192 hissəsi İddiaçı2, 29/192 hissəsi İddiaçı1, 24/192 hissəsi X3, 24/192 hissəsi Cavabdeh2, 24/192 hissəsi Cavabdeh1 və 29/192 hissəsi İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, 726408 qeydiyyat nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki,Balakən şəhəri Babək küçəsində yerləşən 0.0813 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli 05/Q-95/69 saylı arayışdan görünür ki, X9 və İddiaçı1 nikahı haqqında 22 sentyabr 2016-cı il tarixdə 5061 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Balagözova soyadı verilmişdir. Qeyd: Nikah Balakən Rayon Məhkəmsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2020-ci ildə 90 №-li akt qeydi ilə Balakən rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli 10/4408 nömrəli ekspert rəyində göstərilmişdir ki, Balakən rayonu Babək küçəsində yerləşən,mübahisə predmeti olan 0.0813 ha həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Mübahisə predmeti olan torpaq sahəsinin peyk görüntüləri rəyə əlavə edilmişdir.Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 16 oktyabr 2023-cü il tarixli 3-21-3-47/2-3798/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsindən iddiaçılar X7,İddiaçı1 və İddiaçı2 paylarının tərəflər arasında bölgüsü təcrid sahələr şəklində ayrıayrılıqda olmaqla naturada paylarının birgə ayrılması mümkündür və mübahisəli torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evi və köməkçi tikili nəzərə alınmadan iddiaçıların torpaq sahəsində paylarının naturada ayrılması mümkündür və həmin torpaq sahəsinin paylarının naturada mümkün olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 12 fevral 2024-cü il tarixdə verilmiş 3- 16-16/2-10/7417 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şəki Ərazi idarəsinin yerquruluşu təşkili şöbəsinin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın bininci sualı üzrə: Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsindən iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 torpaq sahəsində paylarının tərəflər arasında ölçüsü təcrid sahələr şəklində ayrı-ayrılıqda olmaqla naturada paylarının birgə ayrılması mümkündür və mübahisəli torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə : Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evi və köməkçi tikili nəzərə alınmadan iddaçıların torpaq sahəsində paylarının naturada ayrılması mümkündür və həmin torpaq sahəsinin paylarının naturada olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manatdır . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 15 iyul 2024- cü il tarixli 3-21-3-47/2-2853/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin üç tərəfi qonşu mülkiyyətçilərlə və bir tərəfi isə Balakən bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarına aid ərazi ilə əhatə olunmuşdur. Mübahisə predmeti olan 0.0813 ha həyətyanı torpaq sahəsinin birbaşa yol ilə sərhədi mövcud deyildir və həmin torpaq sahəsinə giriş yolu ancaq Balakən bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarının hüdudları daxilindən keçməklə mümkündür. 0.0813 ha həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının birgə naturada ayrlmasının mümkün olan variantı tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 31 iyul 2024-cü il tarixdə verilmiş 3-16-16/2-10/3428 nömrəli ekspert rəyindən görünür ki, Balakən rayonu ərazisində yerləşən, sahəsi 0.0813 ha torpaq sahəsinin faktiki vəziyyətini,planlı yerləşməsini,əlavə qapıların açılmasının mümkün olduğunu nəzərə alaraq,tədqiq olunan torpaq sahəsindən iddiaçıların birgə formada paylarının ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Təklif olunan bölgü variantı rəyə əlavə edilmişdir.Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:

6. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********8 olan X14 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən şəhəri Babək küçəsində yerləşən 0.0813 ha yaşayış məntəqələrinin torpaqlarının 21/192 hissəsi X10, 12/192 hissəsi X11, 29/192 hissəsi İddiaçı2, 29/192 hissəsi İddiaçı1, 24/192 hissəsi X3, 24/192 hissəsi Cavabdeh2, 24/192 hissəsi Cavabdeh1 və 29/192 hissəsi İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 hazırda öz paylarının naturada ayrılmasını istəyirlər. Cavabdehlər iddiaçıların öz paylarını ayırmalarına razı olmadıqlarından iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Ekspert rəyinə əsasən tərəflərin ümumi paylı mülkiyyətində olan, Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, əlavə qapıların açılmasının mümkün olduğu nəzərə alınaraq,tədqiq olunan torpaq sahəsindən iddiaçıların birgə formada paylarının ayrılması texniki cəhətdən mümkündür.

7. Beləliklə, birinci instansiya məhkəməsi işdə olan və tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlmişdir ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilməlidir.

8. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 213.1, 220.1-220.3, 238.1, 238.3, 239.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

10. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Z aqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********8olan X14 haqqında Daşınmaz Əmlakın Dövlət ReyestrindənÇıxarışa əsasən Balakən şəhəri Babək küçəsində yerləşən 0.0813 ha yaşayış məntəqələrinin torpaqlarının 21/192 hissəsi X10, 12/192 hissəsi X11, 29/192 hissəsi İddiaçı2, 29/192 hissəsi İddiaçı1İlyas qızının, 24/192 hissəsi X3, 24/192 hissəsi Cavabdeh2, 24/192 hissəsi Cavabdeh1 və 29/192 hissəsi İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mübahisələndirilən torpaq sahəsinə keçid X4 yaşadığı bir mərtəbəli fərdi yaşayış evinin qarşısından keçməklə getmək mümkündür. Mübahisələndirilən torpaq sahəsində fərdi yaşayış evi yerləşir. F ərdi yaşayış evi ilə bağlı hüquqların qeydiyyatı məsələsi və fərdi yaşayış evinin bölgüsü aparılmadan orada yerləşən torpaq sahəsinin bölünməsi texniki və hüquqi cəhətdən mümkün deyildir. B elə ki, iddiaçılar əvvəlcə boş torpaq sahəsindən paylarının ayrılmasını tələb edirlər, sonra isə fərdi yaşayış evini qeydiyyata aldırmaqla fərdi yaşayış evindən paylarının ayrılmasını tələb etmək imkanları yaranacaqdır. Onda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçiləri kimlər olacaq. B elə olan halda isə ekspert qarşısında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin cavabdehlərin mülkiyyətində saxlanılmaqla torpaq sahəsinin tikililər nəzərə alınmadan bölünməsinin mümkünlüyü barədə sual qoyulmaqla mübahisəyə baxıb qanuni həll etmək mümkün olardı. İşin halları ilə bağlı əlavə olaraq bildirir ki, Balakən Rayon Məhkəməsinin 14 iyun 2022- ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspert qarşısında suallar qoyulmuşdur ki, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, RX seriyalı reyestrnömrəsi **********8 olan X14 haqqında DaşınmazƏmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən şəhəri Babək küçəsində yerləşən X10, X11, X20, İddiaçı1, X3, Cavabdeh2, X5 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmiş 0.0813 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, X20, İddiaçı3 29/192 hissə payının naturada ayrılması mümkündürmü, ayrıla bilərsə, hansı qaydada ayrıla bilər (məlumatların cizgidə təsvir edilməsi xahiş olunur)? Məhkəmə mühəndisi-texniki ekspertizasının 06 oktyabr 2022-ci il tarixli, 10/4408 saylı rəyində göstərilmişdir ki, Balakən rayonu, Babək küçəsində yerləşən, mübahisə predmeti olan 0.0813 ha həyətyanı topraq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Mübahisə predmeti olan torpaq sahəsinin peyk görüntüləri rəyə əlavə edilmişdir. İddiaçıların nümayəndəsi və vəkili ekspert rəyi ilə razılaşmayaraq məhkəməyə əlavə məhkəmə mühəndis ekspertizasının keçirilməsi barədə vəsatət vermiş, Balakən Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli e-2(019)-482/2022 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin başqa ekspertinə həvalə edilmişdir. Məhkəmə qərardadında qeyd etmişdir ki, ekspertiza rəyində gəlinən nəticə ekspert tərəfindən əsaslandırılmamışdır. Məhkəmə mühəndisi-texniki ekspertizasının 12 fevral 2024-cü il tarixli, 3-16-16/2- 10/7417 saylı rəyində göstərilmişdir ki, iş üzrə mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Balakən şəhəri Babək küçəsində yerləşən, mübahisə predmeti olan 0.0813 ha həyətyanı topraq sahəsindən iddiaçıların paylarının tərəflər arasında bölgüsü təcrid sahələr şəklində ayrı-ayrılıqda olmaqla naturada paylarının birgə ayrılması mümkündür və mübahisəli torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Eyni zamanda Balakən şəhəri Babək küçəsində yerləşən 0.0813 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evi və köməkçi tikililər nəzərə alınmadan iddiaçıların torpaq sahəsində paylarının naturada ayrılması mümkündür və həmin torpaq sahəsinin paylarının naturada olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Göründüyü kimi bir iş üzrə iki ayrı ekspert tərəfindən verilmiş ekspert rəyləri arasında kifayət qədər ziddiyyətlər vardır. Belə ki, Məhkəmə mühəndisi-texniki ekspertizasının 06 oktyabr 2022-ci il tarixli, 10/4408 saylı rəyində X31 tərəfindən tədqiqat obyektinə baxış keçirilməklə ekspertiza tədqiqatı aparılmışdır. X31 ekspert rəyini onunla əsaslandırmışdır ki, tədqiq olunan ünvana baxış keçirilən zaman mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin 3 hissədən qonşu sahələr, 1 hissədən isə yol ilə əhatə olunduğu, həmçinin torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evinin mövcud olduğu müşahidə olunmuşdur. Məhkəmə tikinti texniki ekspertizasının həlli metodlarında göstərilənlərə görə mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı ayrılıqda giriş-çıxış yolu olmalıdır. Ona görə də mübahisə predmeti olan torpaq sahəsinin bir hissədə yol (dalan) ilə əhatə olunduğu, həmin torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evinin mövcud olduğunu nəzərə alaraq qeyd olunan torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin məhkəmə mühəndisi-texniki ekspertizasının (ekspert Teymur Məmmədov)12 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/7417 saylı rəyində göstərilmişdir ki, iş üzrə mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Balakən şəhəri Babək küçəsində yerləşən, mübahisə predmeti olan 0.0813 ha həyətyanı topraq sahəsindən iddiaçıların paylarının tərəflər arasında bölgüsü təcrid sahələr şəklində ayrı-ayrılıqda olmaqla naturada paylarının birgə ayrılması mümkündür və mübahisəli torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Eyni zamanda Balakən şəhəri Babək küçəsində yerləşən 0.0813 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evi və köməkçi tikililər nəzərə alınmadan iddiaçıların torpaq sahəsində paylarının naturada ayrılması mümkündür və həmin torpaq sahəsinin paylarının naturada olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Göründüyü kimi ikinci ekspert rəyində ekspertiza tədqiqatı aparılmamış, hər hansı tədqiqat metodlarına və Məhkəmə tikinti texniki ekspertizasının həlli metodlarına istinad etmədən mütəxəssis rəyində yazılanları köçürməklə ekspert rəy hazırlamışdır. Bildiyiniz kimi Məhkəmə tikinti texniki ekspertizasının həllimetodlarında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı ayrılıqda giriş-çıxış yolu olmalıdır. Bu göstəricilərə cavab verməyən hər hansı mübahisə predmeti olan torpaq sahəsinin ayrılması texniki cəhətdən mümkün deyildir. Lakin ekspert Teymur Məmmədov qanunvericiliyin tələblərini kobud surətdə pozaraq 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/7417 saylı rəyi tərtib edərkən Məhkəmə tikinti texniki ekspertizasının həlli metodlarına istinad etməmiş, tədqiqat obyektinə baxış keçirilməklə ekspertiza tədqiqatı aparmamış, iş üzrə əvvəlki ekspert rəyində göstərilən dəlilləri təkzib edən hər hansı əsaslandırma aparmamış, bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı ayrılıqda giriş-çıxış yolu olmadığı halda mütəxəssis rəyinə istinad edərək işin həqiqi hallarına uyğun olmayan, işin obyektiv və tam və hərtərəfli araşdırılmasına maneə törədəcək şəkildə yanlış, əvvəlki rəydə göstərilənləri şübhə altına alan qeyri-peşəkar rəy tərtib etmişdir. Əlavə olaraq iş materiallarına əlavə edilən mütəxəssis rəyindən də görünür ki, mübahisələndirilən torpaq sahəsinin bütün tərəfləri qonşu mülkiyyətçilərin torpaq sahələri ilə əhatə olunmuşdur. Həmin torpaq sahəsinə digər şəxsin həyətindən keçməklə istifadə olunur. Yəni mübahisələndirilən torpaq sahəsinin birbaşa yola çıxışı yoxdur. Məhkəmətikinti texniki ekspertizasının həlli metodlarında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı ayrılıqda giriş-çıxış yolu olmalıdır. Belə olan halda isə qeyd olunan torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün deyildir. Hazırki iş üzrə iki ekspert rəyi vardır və ekspert rəyləri bir-birini təkzib edir. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-20/2024 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur. Mübahisələndirilən torpaq sahəsinin bütün tərəflərinin qonşu mülkiyyətçilərin torpaq sahələri ilə əhatə olunub-olunmaması, mübahisə predmeti olan 0.0813 ha həyətyanı topraq sahəsinin birbaşa yol ilə sərhədinin olub-olmaması, belə olan vəziyyətdə mübahisə predmeti olan 0.0813 ha həyətyanı topraq sahəsindən iddiaçıların paylarının birgə naturada ayrılmasının məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında göstərilənlərə uyğun olaraq texniki cəhətdən mümkün olub-olmaması müəyyənləşdirilsin (məlumatların cizgidə təsvir edilməsi xahiş olunur)? Lakin məhkəmə mühəndisi-texniki ekspertizasının (ekspert Amid Əliyev) 31 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/3428 saylı rəyində göstərilmişdir ki, mübahisə predmeti olan 0.0813 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, əlavə qapıların açılmasının mümkün olduğunu nəzərə alaraq 12.3m uzunluğunda, 3.5 m enində yol saxlanılmaqla tədqiq olunan torpaq sahəsindən iddiaçıların birgə formada paylarının ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Lakin məhkəmə mühəndisi-texniki ekspertizasının (ekspert Amid Əliyev) 31 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/3428 saylı rəyində tədqiq olunan torpaq sahəsindən 12.3m uzunluğunda, 3.5 m enində yol saxlanılmaqla bölgünün aparılmasının mümkünlüyü qeyd edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.813 kvm torpaq sahəsi və 8 mülkiyyətçi vardır. İddiaçıların torpaq sahəsində pay nisbəti hər biri 122.8 kvm olmaqla ümumilikdə 368.4 kvm-dən ibarətdir. Cavabdehlərin torpaq sahəsinə pay nisbəti 101.6 kvm olmaqla 304.8 kvm-dən ibarətdir. Digər mülkiyyətçi olan X10 88.9 kvm, digər mülkiyyətçi olan X11 isə 50.8 kvm-dən ibarət mülkiyyət payı vardır. 813 kvm torpaq sahəsindən iddiaçılar üçün 12.3m uzunluğunda, 3.5 m enində cəmi 43 kvm-dən ibarət yol açıldığı halda digər mülkiyyətçilərin torpaq payları azalmasına səbəb olacaqdır və belə olan halda digər mülkiyyətçilər özlərinə məxsus 43 kvm torpaq paylarından məhrum olacaqlar. Məhkəmə bu istiqamətdə araşdırma aparmaqla ekspert qarşısında suallar qoymaqla bu ziddiyyətləri aradan qaldırmalı, eyni zamanda mübahisə predmeti olan 0.0813 ha həyətyanı torpaq sahəsindən iddiaçılara 27.2 m uzunluğunda, 12.3 m enində cəmi 0.0368 kvm-dən ibarət sahəyə 12.3m uzunluğunda, 3.5 m enində cəmi 43 kvm-dən ibarət yol açıldığı halda, digər mülkiyyətçilər X10 21/192hissə, X11 12/192 hissə, X6 24/192 hissə, Cavabdeh2 24/192 hissə, X4 24/192 hissə paylarının azalmasına səbəb olacaqmı, səbəb olduğu halda, başqa qaydada bölgü variantı mümkün olub-olmaması belə olan vəziyyətdə mübahisə predmeti olan 0.0813 ha həyətyanı topraq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının Məhkəmə tikinti texniki ekspertizasının həlli metodlarında göstərilənlərə uyğun olaraq texniki cəhətdən mümkün olub-olmaması müəyyən edilməlidir. Məhkəmə iclasında məhkəməyə vəsatət göndərərək mülki iş üzrə əlavə məhkəmə tikinti- texniki ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin işə baxan hakim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin tələblərini pozaraq vəsatəti rədd etməklə yanaşı onu əsaslandırmamışdır. Balakən Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Eyni zamanda B alakən rayon məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə işin həlli ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin etsə də, cavabdeh tərəfindən təqdim edilmiş sübutları araşdırmamış, ekspertin rəyinin məhkəmə üçün məcburi olmadığı halda, ekspert rəyini MPM-in 88-ci maddəsində müəyyənedilmiş qaydalar üzrə digər sübutlarla yanaşı qiymətləndirməmişdir. Belə ki, hazırki mübahisə torpaq sahəsinin ayrılması ilə bağlıdır. İddiaçılar torpaq sahələrinin naturada ayrılmasını tələb edir, cavabdeh torpaq sahələrinin naturada ayrılmasının mümkünsüzlüyünü bildirir. Sonuncu ekspert rəyində tədqiq olunan torpaq sahəsindən 12.3m uzunluğunda, 3.5 m enində yol saxlanılmaqla bölgünün aparılmasının mümkünlüyü qeyd edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.813 kvm torpaq sahəsi və 8 mülkiyyətçi vardır. İddiaçıların torpaq sahəsində pay nisbəti hər biri 122.8 kvm olmaqla ümumilikdə 368.4 kvm-dən ibarətdir. Cavabdehlərin torpaq sahəsinə pay nisbəti 101.6 kvm olmaqla 304.8 kvm-dən ibarətdir. Digər mülkiyyətçi olan HüseynovaAyşə Müslüm qızının 88.9 kvm, digər mülkiyyətçi olan X15 isə 50.8 kvm-dən ibarət mülkiyyət payı vardır. 813 kvm torpaq sahəsindən iddiaçılar üçün 12.3m uzunluğunda, 3.5 m enində cəmi 43 kvm-dən ibarət yol açıldığı halda digər mülkiyyətçilərin torpaq payları azalmasına səbəb olacaqdır və belə olan halda digər mülkiyyətçilər özlərinə məxsus 43 kvm torpaq paylarından məhrum olacaqlar. Məhkəmə bu istiqamətdə araşdırma aparmaqla ekspert qarşısında suallar qoymaqla bu ziddiyyətləri aradan qaldırmamış, eyni zamanda mübahisə predmeti olan 0.0813 ha həyətyanı torpaq sahəsindən iddiaçılara 27.2 m uzunluğunda, 12.3 m enində cəmi 0.0368 kvm-dən ibarət sahəyə 12.3m uzunluğunda, 3.5 m enində cəmi 43 kvm-dən ibarət yol açıldığı halda, digər mülkiyyətçilər X10 21/192 hissə, X11 12/192 hissə, X3 24/192 hissə, Cavabdeh2 24/192 hissə, X4 24/192 hissə paylarının azalmasına səbəb olacaqmı, səbəb olduğu halda, başqa qaydada bölgü variantı mümkün olub-olmaması, belə olan vəziyyətdə mübahisə predmeti olan 0.0813 ha həyətyanı topraq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının M əhkəmə tikinti texniki ekspertizasının həlli metodlarında göstərilənlərə uyğun olaraq texniki cəhətdən mümkün olub-olmamasını müəyyən edilməmiş, bu barədə ekspertiza keçirməmiş, cavabdehin bu haqda olan vəsatətlərini də əsassız olaraq rədd etmişdir. Beləliklə işin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Balakən Rayon Məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Bu səbəbdən hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 101.7, 103.1, 218.1-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Buna görə də Balakən Rayon Məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddiaçı tərəfin təqdim etdiyi sübutlara müfəssəl hüquqi qiymət verməmişdir. B u səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, e-2(019)-20/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı İddiaçı1 tərəfindən etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 11 dekabr 2024cü il tarixli, e-2(019)-20/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyası:

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(019)-20/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

20. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(019)-20/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(019)-20/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

23. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmiş, Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsindən İddiaçı3 29/192, İddiaçı2 29/192 və İddiaçı1 29/192 hissədə torpaq sahəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə1 işin məhkəmədə baxılmağa hazırlanması zamanı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmiş Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsindən iddiaçılar İddiaçı3 29/192, İddiaçı2 29/192 və İddiaçı1 29/192 hissədə torpaq sahəsindən paylarının birlikdə naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir

24. Şikayətin dəlili ondan ibarətdir ki, iş üzrə mövcud ekspert rəyləri arasında ziddiyətlər vardır.

25. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır, belə ki, birinci instansiya məhkəməsi ekspert rəyləri arasında olan ziddiyətlərin aradan qaldırılması üçün kifayət qədər araşdırma aparmışdır.

26. Belə ki, iş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(019)-482/2022 nömrəli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.

27. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli 10/4408 nömrəli ekspert rəyində göstərilmişdir ki, Balakən rayonu Babək küçəsində yerləşən,mübahisə predmeti olan 0.0813 ha həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Mübahisə predmeti olan torpaq sahəsinin peyk görüntüləri rəyə əlavə edilmişdir.

28. Bundan sonra iddiaçıar İddiaçı2, İddiaçı1 və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə1 vəsatəti təmin edilərək Balakən Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(019)-482/2022 nömrəli qərardadı ilə təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.

29. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 12 fevral 2024-cü il tarixdə verilmiş 3- 16-16/2-10/7417 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şəki Ərazi idarəsinin yerquruluşu təşkili şöbəsinin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın bininci sualı üzrə: Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsindən iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 torpaq sahəsində paylarının tərəflər arasında ölçüsü təcrid sahələr şəklində ayrı-ayrılıqda olmaqla naturada paylarının birgə ayrılması mümkündür və mübahisəli torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evi və köməkçi tikili nəzərə alınmadan iddaçıların torpaq sahəsində paylarının naturada ayrılması mümkündür və həmin torpaq sahəsinin paylarının naturada olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

30. Bundan sonra Balakən Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(019)- 20/2024 nömrəli qərardadı ilə təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.

31. Birinci isntansiya məhkəməsi həmin qərardadında göstərmişdir ki, iş üzrə iki birbiri ilə ziddiyyət təşkil edən ekspertiza rəyləri vardır. Belə ki, məhkəmə mühəndis-texniki ekspertizasının 06 oktyabr 2022-ci il tarixli, 10/4408 saylı rəyində göstərilmişdir ki, Balakən rayonu, Babək küçəsində yerləşən, mübahisə predmeti olan 0.0813 ha həyətyanı topraq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Mübahisə predmeti olan torpaq sahəsinin peyk görüntüləri rəyə əlavə edilmişdir. İddiaçıların nümayəndəsi və vəkili ekspert rəyi ilə razılaşmayaraq məhkəməyə əlavə məhkəmə mühəndis ekspertizasının keçirilməsi barədə vəsatət vermiş, Balakən Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli e-2(019)-482/2022 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin başqa ekspertinə həvalə edilmişdir. Məhkəmə qərardadında qeyd etmişdir ki, ekspertiza rəyində gəlinən nəticə ekspert tərəfindən əsaslandırılmamışdır. İş üzrə məhkəmə mühəndisi-texniki ekspertizasının 12 fevral 2024- cü il tarixli, 3-16- 16/2-10/7417 saylı rəyində isə göstərilmişdir ki, iş üzrə mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Balakən şəhəri Babək küçəsində yerləşən, mübahisə predmeti olan 0.0813 ha həyətyanı topraq sahəsindən iddiaçıların paylarının tərəflər arasında bölgüsü təcrid sahələr şəklində ayrı-ayrılıqda olmaqla naturada paylarının birgə ayrılması mümkündür və mübahisəli torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Eyni zamanda Balakən şəhəri Babək küçəsində yerləşən 0.0813 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evi və köməkçi tikililər nəzərə alınmadan iddiaçıların torpaq sahəsində paylarının naturada ayrılması mümkündür və həmin torpaq sahəsinin paylarının naturada olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Göründüyü kimi bir iş üzrə iki ayrı ekspert tərəfindən verilmiş ekspertiza rəyləri arasında kifayət qədər ziddiyyətlər vardır. Belə ki, məhkəmə mühəndisi-texniki ekspertizasının 06 oktyabr 2022-ci il tarixli, 10/4408 sayh rəyində X31 tərəfindən tədqiqat obyektinə baxış keçirilməklə ekspertiza tədqiqatı aparılmışdır. X31 ekspert rəyini onunla əsaslandırmışdır ki, tədqiq olunan ünvana baxış keçirilən zaman mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin 3 hissədən qonşu sahələr, 1 hissədən isə yol ilə əhatə olunduğu, həmçinin torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evinin mövcud olduğu müşahidə olunmuşdur. Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında göstərilənlərə görə mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Ona görə də mübahisə predmeti olan torpaq sahəsinin bir hissədə yol (dalan) ilə əhatə olunduğu, həmin torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evinin mövcud olduğunu nəzərə alaraq qeyd olunan torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin məhkəmə mühəndisi-texniki ekspertizasının (ekspert Teymur Məmmədov) 12 fevral 2024- cü il tarixli, 3-16-16/2-10/7417 saylı rəyində göstərilmişdir ki, iş üzrə mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Balakən şəhəri Babək küçəsində yerləşən, mübahisə predmeti olan 0.0813 ha həyətyanı topraq sahəsindən iddiaçıların paylarının tərəflər arasında bölgüsü təcrid sahələr şəklində ayrıayrılıqda olmaqla naturada paylarının birgə ayrılması mümkündür və mübahisəli torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Eyni zamanda Balakən şəhəri Babək küçəsində yerləşən 0.0813 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evi və köməkçi tikililər nəzərə alınmadan iddiaçıların torpaq sahəsində paylarının naturada ayrılması mümkündür və həmin torpaq sahəsinin paylarının naturada olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Göründüyü kimi, ikinci ekspertiza rəyində ekspertiza tədqiqatı aparılmamış, hər hansı tədqiqat metodlarına və məhkəmə tikinti texniki ekspertizasının həlli metodlarına istinad etmədən yalnız mütəxəssis rəyində yazılanlara istinad edilməklə ekspert rəyi hazırlanmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Bu göstəricilərə cavab verməyən hər hansı mübahisə predmeti olan torpaq sahəsinin ayrılması texniki cəhətdən mümkün deyildir. Lakin ekspert Teymur Məmmədov qanunvericiliyin tələblərinə uyğun olmayaraq 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/7417 saylı rəyi tərtib edərkən məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarına istinad etməmiş, tədqiqat obyektinə baxış keçirilməklə ekspertiza tədqiqatı aparmamış, iş üzrə əvvəlki ekspert rəyində göstərilən dəlilləri təkzib edən hər hansı əsaslandırma aparmamış, bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmadığı halda mütəxəssis rəyinə istinad edərək işin həqiqi hallarına uyğun olmayan, işin obyektiv və tam və hərtərəfli araşdırılmasına maneə törədəcək şəkildə yanlış, əvvəlki rəydə göstərilənləri şübhə altına alan rəy tərtib etmişdir. Əlavə olaraq iş materiallarına əlavə edilən mütəxəssis rəyindən də görünür ki, mübahisələndirilən torpaq sahəsinin bütün tərəfləri qonşu mülkiyyətçilərin torpaq sahələri ilə əhatə olunmuşdur. Həmin torpaq sahəsinə digər şəxsin həyətindən keçməklə istifadə olunur. Yəni mübahisələndirilən torpaq sahəsinin birbaşa yola çıxışı yoxdur. Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Belə olan halda isə qeyd olunan torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Hazırki iş üzrə iki ekspertiza rəyi vardır ki. Həmin ekspertiza rəyləri də açıq-aşkar ziddiyyət təşkil edir. Bu da qanunvericilyin tələbinə əsasən təkrar ekspertizanın keçirilməsi üçün əsasdır.

32. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 15 iyul 2024- cü il tarixli 3-21-3-47/2-2853/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin üç tərəfi qonşu mülkiyyətçilərlə və bir tərəfi isə Balakən bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarına aid ərazi ilə əhatə olunmuşdur. Mübahisə predmeti olan 0.0813 ha həyətyanı torpaq sahəsinin birbaşa yol ilə sərhədi mövcud deyildir və həmin torpaq sahəsinə giriş yolu ancaq Balakən bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarının hüdudları daxilindən keçməklə mümkündür. 0.0813 ha həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının birgə naturada ayrlmasının mümkün olan variantı tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır.

33. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 31 iyul 2024-cü il tarixdə verilmiş 3-16-16/2- 10/3428 nömrəli ekspert rəyindən görünür ki, Balakən rayonu ərazisində yerləşən, sahəsi 0.0813 ha torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini,əlavə qapıların açılmasının mümkün olduğunu nəzərə alaraq, tədqiq olunan torpaq sahəsindən iddiaçıların birgə formada paylarının ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Təklif olunan bölgü variantı rəyə əlavə edilmişdir.

34. Göründüyü kimi, iş üzrə müxtəlif mütəxəssis və ekspert rəyləri alınmış, nəticə etibarı ilə rəylərdə olan ziddiyətlər aradan qalxmış, sonda isə düzgün olaraq mübahisəli torpağın ayrılması mümkün olması müəyyən edilmişdir. Bir sözlə şikayətin dəlilləri əsassızıdır. Ona görə də kollegiya hesab edir ki, şikayət təmin edilə bilməz.

35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

36. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(019)-20/2024 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(019)-20/2024 saylı qətnaməsi Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar