Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-323/2020 11.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qətnaməsindən İddiaçı2, onun vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hаkim Pərviz Hacıyev) xx xxxxxx 2019-cu il tаrixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “xx xxxx 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-237, kod 40402048 saylı dövlət aktı ilə ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 18.14 ha torpaq sahəsində Cavabdeh birgə mülkiyyət hüququna xitam verilməsi və xx xxxx 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-381, kod 40402048 saylı dövlət aktının Cavabdeh aid hissədə etibarsız hesab edilməsi” tələbinə dair iddialarının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-237, kod 40402048 saylı dövlət aktı ilə ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 18.14 ha torpaq sahəsində Cavabdeh birgə mülkiyyət hüququna xitam verilməsi və xx xxxx 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-381, kod 40402048 saylı dövlət aktının Cavabdeh aid hissədə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, ailələrinin ümumi birgə mülkiyyətinə Şəki rayonu X3 xx xxxxxx 1997-ci tarixli, 41 nömrəli qərarı ilə verilmiş 18.14 ha torpaq sahəsinə Şəki rayon torpaq şöbəsi tərəfindən xx xxxx 1998-ci il tarixli, kod 40402048, JN237 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Ümumi birgə mülkiyyətçilərdən X2 xx xxxx 1999-cu il, X7 xx xxx 2001-ci il və X4 xx xxxxx 2014-cü il tarixlərdə vəfat etmişlər. Ümumi birgə mülkiyyətçi, hazırkı iş üzrə Cavabdeh Şəki rayonu X3 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən verilmiş 18.14 ha torpaq sahəsinin özünə düşən 2 hektar 27 sotdan ibarət hissəsini 450 (dörd yüz əlli) manata Əliyev Qorxmaz Qaragöz oğluna satmışdır. Bu müqavilədən sonra ümumi birgə mülkiyyətdə olan 18.14 ha torpaq sahəsindən satılmış hissə çıxılaraq 15.87 ha torpaq sahəsinə dair JN-381 nömrəli (kod 40402048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Lakin torpaq aktında adı yenidən göstərilmişdir. Hazırda həmin torpaq sahəsi ilə bağlı çıxarış almaq istəsələr də, dövlət aktında Cavabdeh ümumi birgə mülkiyyətçi kimi göstərilməsi buna maneələr yaradır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı3 etibarnamə üzrə nümayəndələri İddiaçı2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X11 nümayəndəsi iştirak etməmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Аpellyаsiyа şikаyətinin dəlilləri : İddiaçı2 və onun vəkili X6 аpelyаsiyа şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv оlunmаsını və iddianın təmin edilməsini xаhiş etmişdir. О, аpellyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, birinci instаnsiyа məhkəməsi tərəfindən mаddi və prоsessuаl hüquq nоrmаlаrı pоzulmuşdur. Birinci instansiya məhkəməsi birgə mülkiyyətçi olan Cavabdeh tərəfindən özünə məxsus torpaq sahəsini satmasını və mülkiyyətdə olan payına xitam verilməsinə diqqət yetirməmiş və digər mülkiyyətçilərin hüquqlarının pozulmasına şərait yaratmışdır. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə digər tərəflərə təkrar məlumat verilsə də, tərəflər, üçüncü şəxsin nümayəndəsi, həmçinin iddiaçıların nümayəndə və vəkili məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası işin baxılmasının təkrarən təxirə salınmasını məqsədəuyğun hesab etmir və tərəflərin, həmçinin üçüncü şəxsin nümayəndə və vəkilinin iştirakı olmadan hazırkı işə baxılmsını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun hesab edir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Mülki işdə olan JN-237 nömrəli (kod 40402048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şəki rayonu X3 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Qayabaşı kənd sakinləri X7, X4, Cavabdeh, X2, İddiaçı2, İddiaçı1 Tanrıverdi qızı, İddiaçı3 Tanrıverdi qızı və İddiaçı4 Tanrıverdi qızına kənd təsərrüfatı məhsullarının istehsalı üçün 18.14 hektar torpaq sahəsi verilmişdir. Mülki işdə olan xx xxxxxx 2001-ci il, xx xxx 2014-cü il və xx xxxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamələrin və arayışın təsdiq edilmiş surətlərindən görünür ki, X2 xx xxxx 1999cu il, X7 xx xxx 2001- ci il və X4 xx xxxxx 2014-cü il tarixlərdə vəfat etmişlər. Mülki işdə olan xx xxxxxx 2006-cı il tarixli, 4Ə-İ/31 reyestr nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Şəki rayonu X3 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən verilmiş 18.14 ha torpaq sahəsinin 2 hektar 27 sotdan ibarət hissəsini 450 (dörd yüz əlli) manata Əliyev Qorxmaz Qaragöz oğluna satmışdır. Mülki işdə olan JN-381 nömrəli (kod 40402048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu 2 nömrəli DNK-nun xx xxxxxx 2006-cı il tarixli, 4Ə-İ/31 nömrəli alqı-satqı müqaviləsi ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Şəki rayonu Qayabaşı kənd sakinləri X7, X4, Cavabdeh, X2, İddiaçı2, İddiaçı1 Tanrıverdi qızı, İddiaçı3 Tanrıverdi qızı və İddiaçı4 Tanrıverdi qızına kənd təsərrüfatı məhsullarının istehsalı üçün 15.87 hektar torpaq sahəsi verilmişdir. Mülki işdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı X13 tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, **********30 nömrəli məktubdan görünür ki, İddiaçı2 Şəki rayonu Qayabaşı kəndində yerləşən 15.87 ha torpaq sahəsinə dair çıxarış verilməsi ilə bağlı müraciətinə baxılmış, həmin torpaqdan Cavabdeh payı tam satılmasına baxmayaraq JN-381 nömrəli (kod 40402048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında adı mülkiyyətçilər arasında göstərilmişdir. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə kollegiyası verilmiş sorğular nəticəsində əldə edilmiş məlumatlardan müəyyən etmişdir ki, həqiqətən də xx xxxxxx 2006-cı il tarixli, 4Ə-İ/31 reyestr nömrəli Şəki rayon dövlət notariusu tərəfindən təsdiq edilmiş müqavilə ilə Cavabdeh Şəki rayonu X3 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən verilmiş 18.14 ha torpaq sahəsinin 2 hektar 27 sotdan ibarət hissəsini 450 (dörd yüz əlli) manata Əliyev Qorxmaz Qaragöz oğluna satmışdır. Eyni zamanda, DƏDRX-nin 12 saylı X11 xx.xx.2020-ci il tarixli **********45 nömrəli məktubu ilə təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən X7, X4, Cavabdeh, X2, İddiaçı2, İddiaçı1 Tanrıverdi qızı, İddiaçı3 Tanrıverdi qızı və İddiaçı4 Tanrıverdi qızına JN-237 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədi verilmiş, həmin torpaq sahəsinin 2.27 hektarı Əliyev Qorxmaz Qaragöz oğluna satılmış, lakin həmin alqı-satqı müqaviləsi ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən onlara təqdim edilməmişdir. Sözügüdən torpaq sahəsi hazırda “xxxx” MMC-nin adına qeydiyyata alınmışdır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni qismən düzgün həll etməmişdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarxli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyekiv hüquqa malik olubolmamasını araşdırmaldır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası iş materiallarında olan sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, Şəki rayonu X3 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Qayabaşı kənd sakinləri X7, X4, Cavabdeh, X2, İddiaçı2, İddiaçı1 Tanrıverdi qızı, İddiaçı3 Tanrıverdi qızı və İddiaçı4 Tanrıverdi qızına kənd təsərrüfatı məhsullarının istehsalı üçün 18.14 hektar torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair JN-237 nömrəli (kod 40402048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Ümumi birgə mülkiyyətçilərdən Cavabdeh Şəki rayonu X3 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən verilmiş 18.14 ha torpaq sahəsinin 2 hektar 27 sotdan ibarət hissəsini xx xxxxxx 2006-cı il tarixdə 450 (dörd yüz əlli) manata Əliyev Qorxmaz Qaragöz oğluna satmışdır. Bundan sonra xx xxxx 2006-cı il tarixdə həmin alqı-satqı müqaviləsi nəzərə alınmaqla qalan 15.87 ha torpaq sahəsinə dair JN-381 nömrəli (kod 40402048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Cavabdeh özünə düşən torpaq sahəsini tam satmasına baxmayaraq yeni torpaq aktında adı qeyd olunmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Cavabdeh «mülkiyyət hüququna xitam verilməsi və aktın etibarsızlığı» tələbi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 xx xxxx 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-237, kod 40402048 saylı dövlət aktı ilə ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 18.14 ha torpaq sahəsində Cavabdeh birgə mülkiyyət hüququna xitam verilməsini xahiş etsələr də, cavabdehin həmin hüququna xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə xitam verilmişdir. Odur ki, artıq xitam verilmiş hüquqa yenidən xitam verilməsi mümkün deyildir. Eyni zamanda, xx xxxx 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-381, kod 40402048 saylı dövlət aktı tərtib olunarkən Şəki rayonu 2 nömrəli DNK-nun xx xxxxxx 2006-cı il tarixli, 4Ə-İ/31 nömrəli alqı-satqı müqaviləsi rəhbər tutulmuş, həmin dövlət aktında qalan torpaq sahəsi 15.87 ha kimi göstərilmişdir. İddiaçıların Cavabdeh ilə Əliyev Qorxmaz Qaragöz oğlu arasında xx xxxxxx 2006-cı il tarixdə alqı-satqı müqaviləsi ilə bağlanarkən Cavabdeh torpağa sərəncam vermək üçün lazımi səlahiyyətlərinin olmadığını bildiyi sübut olunmur. Odur ki, iddia tələbi xx xxxx 2006- cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-381, kod 40402048 saylı dövlət aktının Cavabdeh aid hissədə etibarsız hesab edilməsi hissəsində də əsaslı deyildir. Odur ki, iddiaçılara xx xxxx 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN381, kod 40402048 saylı dövlət aktının Cavabdeh aid hissədə etibarsız hesab edilməsi tələbi ilə deyil, həmin aktın ləğv olunması, düzəliş edilməsi və ya dəyişdirilməsi tələbi ilə inzibati-iqtisadi məhkəmələrə müraciət etmələri tövsiyə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh birgə mülkiyyət hüququna xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə xitam verilməsi fikri ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx xxxx 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN381, kod 40402048 saylı dövlət aktının Cavabdeh aid hissədə etibarsız hesab edilməsi tələbi ilə deyil, həmin aktın ləğv edilməsi, akta düzəliş edilməsi və ya aktın dəyişdirilməsi tələbi ilə aidiyyəti üzrə inzibati-iqtisadi məhkəməyə müraciət edilməli olması mövqeyi ilə aşağıdakı əsaslara görə razılaşmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2014-cü il tarixli Qərarında qeyd edilir ki, daşınmaz əmlakın dövlət reyestri xidmətləri inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. MM-in 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Yekunda qeyd edilən Qərarda hüquqi mövqe ondan ibarət olmuşdur ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı tələbdə iddia tələbi xx.xx.2006-cı il tarixdə Şəki Rayon 2 saylı Dövlət Notariat Kontorunda daşınmaz əmlakın alqı-satqısı ilə bağlı müqavilə bağlandıqdan sonra verilmiş xx xxxx 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN381, kod 40402048 saylı dövlət aktının Cavabdeh aid hissədə etibarsız hesab edilməsi ilə bağlı olmuşdur. Ona görə də qeyd edilən tələbə ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birgə mülkiyyətçi olaraq Cavabdeh tərəfindən adambaşına düşən torpaq payı normasına uyğun olaraq özünə məxsus torpaq payının satması və hazırda həmin torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olması o deməkdir ki, artıq birgə mülkiyyətçi öz payını naturada ayırmış və buna digər mülkiyyətçilərin heç bir etirazı olmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-cü maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Məhkəmə kollegiyası qeyd edilən hüquq normaları hazırkı işin faktiki hallarına tətbiq edərək hesab edir ki, hazırkı iddianın digər birgə mülkiyyətçilər tərəfindən qaldırılması onu etiva edir ki, digər birgə mülkiyyətçilərin Cavabdeh tərəfindən birgə mülkiyyətdə olan payının özgəninkiləşdirilməsinə razılıqları olmuş və buna etiraz etməmişlər. Belə ki, birgə mülkiyyətdə olan 18.14 hektar torpaq sahəsi 8 nəfər arasında bölünərsə adambaşına 2,2675 hektar torpaq sahəsi düşər, iddiaçı isə qeyd edilən paydan bir az artıq olan yəni, 2,27 hektar torpaq payını özgəninkiləşdirilmişdir. Birgə mülkiyyətçilərin adına qeyd edilən müqavilədən sonra verilmiş xx xxxx 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN381, kod 40402048 saylı dövlət aktında isə torpaq sahəsinin ölçüsü 15.87 hektar olmaqla torpaq payını özgəninkiləşdirən Cavabdeh adı da təkrarlanmışdır. Halbu ki, qeyd edilən dövlət aktı Cavabdeh münasibətdə etibarsız hesab edilməlidir. Çünki Cavabdeh birgə mülkiyyət hüququ ilə ona mənsub torpaq sahəsini özgəninkiləşdirilməsi yolu ilə özünün birgə mülkiyyətinə xitam vermişdir. Bundan əlavə Cavabdeh öz payını ayırsa da qeyd edilən dövlət aktında adının yenidən qalması digər mülkiyyətçilərin hüquqlarını pozmaqla birbaşa onların adambaşına düşən torpaq normasının azalmasına şərait yaratmış olur. Ona görə də xx xxxx 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN381, kod 40402048 saylı dövlət aktında Cavabdeh adının təkrar birgə mülkiyyətçi olaraq qeyd edilməsinin hüquqi əsası mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə əsasən “etibarsızlıq” termini əsasən müqavilələrə aid edilsə də, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun “xx xxx 2014-cü il tarixli Qərarında qeyd edilən hüquqi mövqe baxımından əqdin bağlanması nəticəsində əmlaka dair daşınamaz əmlakın dövlət reyestrində qeydiyyata münasibətdə də aktın etibarsız hesab edilməsinə münasibətdə “etibarsızlıq” terminin istifadə edilməsi qanunauyğun hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respubliakası Mülki Məcəlləsinin 354.2-ci maddəsində qeyd edilən halalar iddia tələbinin predmetinə münasibətdə tətbiq edilmədiyindən hazırkı tələb üzrə müəyyən edilən müddət ötürülməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. MM-in 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, məhkəmə kоllegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instаnsiyа məhkəməsinin qətnаməsinin qismən ləğv edilməsi üçün əsаs hesab edərək bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən, iddiaçı tərəfin apelyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək xx xxxx 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-381, kod 40402048 saylı Dövlət Aktı Cavabdeh aid hissədə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı2 və onun vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilsin. xx xxxx 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-381, kod 40402048 saylı Dövlət Aktı Cavabdeh aid hissədə etibarsız hesab edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-323/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-323/2020
11.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver