Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-326/2020 16.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı1, iddiaçılar İddiaçı5, İddiaçı7 və vəkilləri X1, İddiaçılar İddiaçı5 və İddiaçı7, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı7, İddiaçı6 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı «torpaq sahəsindən çıxarma, maneələrin aradan qaldırılması, maddi və mənəvi zərər» tələbinə dair iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-678/2019 saylı qətnaməsindən X4 və digər iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-678/2019 saylı qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı7, İddiaçı6 və İddiaçı5 mülkiyyət hüququ üzrə onlara məxsus olan, Şəki rayonu Baş Göynük kəndində yerləşən 0.4841 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 çıxarılması, torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi, cavabdehlər tərəfindən torpaq sahəsinə olan müdaxilələrə son qoyulması, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tərəfindən vurulmuş 1125 manat məbləğində maddi, 5000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsi tələbinə dair iddia ərizələri təmin edilməmiş; 50 (əlli) manat ekspertiza xərcinin İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı7, İddiaçı6 və İddiaçı5 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı7, İddiaçı6 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə onlara məxsus olub Şəki rayonu Baş Göynük kəndində yerləşən 0.4841 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 çıxarılması, torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tərəfindən torpaq sahəsinə olan müdaxilələrə son qoyulması, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tərəfindən vurulmuş 1125 manat məbləğində maddi, 5000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar tələbini belə əsaslandırmışdır ki, onlar Şəki rayonunun Baş Göynük kəndində yaşayırlar. Şəki rayon X3 xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə onlara Şəki rayonu Baş Göynük kəndi ərazisində 4841.11 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpağa dair A seriyalı, 054999 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində onların həmin torpaq sahəsinə dair hüquqları qeydiyyata alınaraq onlara RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” və A seriyalı, 323390 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Lakin təxmini 5 ildir ki, Cavabdeh1 və onun ailə üzvləri mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməyə imkan vermir, onlara hücum edirlər. Əkin sahəsini şumlamaq istəyəndə Cavabdeh2 traktorun qabağına keçib şumlamağa imkan verməmiş, traktorçu Qalib Babayev məcbur qalıb şumu dayandıraraq getmişdir. Hazırda da onların mülkiyyətlərində olan torpaq sahəsini Cavabdeh1 və onun ailə üzvləri əkmişlər. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində onlar torpaq sahələrini əkə bilməmiş və beləliklə, onlara maddi və mənəvi ziyan dəymişdir. Cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsində onlar yonca əkmiş, lakin sonuncular torpaq sahəsini zəbt etdiklərinə görə onlar əkdikləri yoncaları yığa bilməmişlər. Cavabdehlər tərəfindən zəbt edilən torpaq sahəsindən il ərzində 50 bağlama yonca yığılır. Hazırda bir bağlama yoncanın bazar qiyməti 4.5 manatdır ki, bu da 225 manat edir. Beləliklə cavabdehlər tərəfindən bu 5 il ərzində onlara 1125 manat maddi ziyan dəymişdir. Hesab edirlər ki, cavabdehlər onlara məxsus torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsinə tərəflərindən edilən müdaxilələrə son qoyulmalıdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X7 tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0.3316 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə onun və ailə üzvləri Mustafayeva Şöhlə Mirzə qızı, Abdurahmanova (Mustafayeva) Şəlalə Əzim qızı və Mustafayeva (Şirinova) Səadət Qüdrət qızının adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onların torpaq sahəsi iddiaçıların torpaq sahəsi ilə qonşuluqdadır. Mübahisəli ərazi 20 ildən çoxdur ki, onların istifadəsində olmuşdur. Belə ki, həmin ərazi əvvəllər atası tərəfindən əkilibbecərilmiş, daha sonra o və ailə üzvləri istifadə etmişlər. Onlar iddiaçılara məxsus olan heç bir torpaq sahəsini zəbt etməmişlər. Ona görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş edir İş üzrə yuxarıda qeyd edilən qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəilləri: İddiaçılar apelyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv tələblərinin təmin edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. O əlavə olaraq bildirdmişdir ki, 2019-cu ilin 17 yanvar tarixində mülkiyyətlərində olan torpaq sahəsini dövlət qeydiyyatına aldıraraq Çıxarış almışlar, hazırkı iş Şəki rayon məhkəməsinin icraatında olduğu vaxt qeyd edilən mülkiyyətlərində olan torpaq sahəsi ona tanıdılaraq mərz nişanları qoyulmuş, həmin torpaq sahəsi hazırda bütövlükdə onların istifadələrindədir. Lakin cavabdeh onların mülkiyyəti olmasını tanımaq istəmir. mülkiyyətlərində olan torpaq sahəsini hazırda onlar istifadə edirlər, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri İdarəsinin Şəki LTİ-nin əməkdaşları tərəfindən, hazırkı iş üzrə tərəflərin iştirakı ilə xx.xx.2019-cu il tarixdə onların mülkiyyətlərində olan torpaq sahəsinin mərz nişanları qoyulmaqla yerində ona tanıdıldığını bildirmişlər. Bu barədə qeyd edilən İdarənin əmkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə akt tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ona görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili X2 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh özü etirafına əsasən iddiaçıya məxsus torpaq sahəsində tütün bitkisi əkməsi təsdiq edilir. Hazırda cavabdehin həmin torpaq sahəsinə iddiası vardır. Ona görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər iddiaçılar İddiaçı5 və İddiaçı7 İddiaçı1 dediklərini təsdiq etdilər və şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, xx.xx.2018-ci il tarixdə mülkiyyətində olan torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmiş, ailəsinin birgə mülkiyyətlərində olan 0,3316 hektar torpaq sahəsini istifadə etmişdir. İddiaçıya məxsus torpaq sahəsinin onun torpaq sahəsi ilə qonşu olduğunu, lakin özünə məxsus sənəd üzrə öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etdiyi, həmçinin texniki sənədlərdə onunla iddiaçıya məxsus torpaq sahəsinin ortasında yerləşən boş torpaq sahəsini əkmişdir. Şəki rayon Məhkəməsində icraat zamanı qeyd edilən boş torpaq sahəsinə dair iddiaçıların adına mülkiyyət sənədinin verildiyi məlum olmuşdur. Onun sənədində isə qeyd ediən torpaq sahəsi iddiaçının torpaq sahəsi kimi göstərilmədiyindən həmin torpaq sahəsini əkmişdir. İddiaçılar xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dpövlət reyestrindən qeydiyyatla bağlı mülkiyyət sənədi almışlar. Cavabdeh apelyasiya şikayəti ilə razı olmadığını bildirdi. Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər mübahisə predmeti barədə digər iddiaçılar və cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri: MPM-in 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X7 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la Şəki rayonu Baş Göynük kəndində yerləşən 0.4841 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı7, İddiaçı6 və İddiaçı5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eyni zamanda, xx xxxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0.3316 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Mustafayeva Şöhlə Mirzə qızı, Abdurahmanova (Mustafayeva) Şəlalə Əzim qızı, Cavabdeh1 və Mustafayeva (Şirinova) Səadət Qüdrət qızının adlarına daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********45 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçılara məxsus RX seriyalı, ******* nömrəli çıxarışda göstərilən 0.4841 ha torpaq sahəsi cavabdehlərə məxsus RX seriyalı, ******* saylı çıxarışda göstərilən 0.3316 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçıya məxsus torpaq sahəsinin zəbt olunubolunmamasını araşdırmaq mütəxəssisin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 24674 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi İlkin Salamovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçılara məxsus RX seriyalı, ******* nömrəli çıxarışda göstərilən 0.4841 ha torpaq sahəsi cavabdehlərə məxsus RX seriyalı, ******* saylı çıxarışda göstərilən 0.3316 ha torpaq sahəsi ilə üstüstə düşmür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən ikinci sual üzrə tədqiqat aparılmadı. Məhkəmə kollegiyası mübahisə predmeti ilə əlaqədar birinci instansiya məhkəməsinin iş üzrə ekspertiza təyin edərək işin hallarının araşdırmış, tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsinin hansı mülkiyyətçi tərəfindən zəbt edilməsi ilə bağlı məhkəmə iclasında araşdırma aparılmış, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən əsaslandırılmışdır ki, iddiaçılara məxsus RX seriyalı, ******* nömrəli çıxarışda göstərilən 0.4841 ha torpaq sahəsi cavabdehlərə məxsus RX seriyalı, ******* saylı çıxarışda göstərilən 0.3316 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edildiyindən, iddiaçılara məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi ilə bağlı tədqiqat aparılmadığından, torpaq sahəsinin iddiaçıların mülkiyyətində olmaqla cavabdehlərin istifadəsinə iddiaçı və ya onun ailə üzvləri tərəfindən verilmədiyindən, hazırda da faktiki olaraq iddiaçılar tərəfindən istifadə edildiyindən iddia tələbinin torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi, cavabdehlər tərəfindən torpaq sahəsinə olan müdaxilələrə son qoyulması hissəsində əsaslı deyildir. Məhkəmə kollegiyasının iclasında da iddiaçılar etiraf etmişlər ki, mülkiyyətlərində olan torpaq sahəsini hazırda onlar istifadə edirlər, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri İdarəsinin Şəki LTİ-nin əməkdaşları tərəfindən, hazırkı iş üzrə tərəflərin iştirakı ilə xx.xx.2019-cu il tarixdə onların mülkiyyətlərində olan torpaq sahəsinin mərz nişanları qoyulmaqla yerində ona tanıdıldığını bildirmişlər. Bu barədə qeyd edilən İdarənin əmkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə akt tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilən hallarla birinci instansiya məhkəməsinin qənaətinin əsaslı olması təsdiq edilir. Belə ki, iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsi hazırda onların tam olaraq sahibliyindədir. İddia tələbinin maddi və mənəvi ziyan tələbi ilə bağlı hissəsi ilə bağlı qeyd edilməlidir ki, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını sübut etmək isə cavabdeh tərəfin üzərinə düşdüyündən, iddiaçı ona maddi ziyanın vurulduğunu sübut etməlidir. İddiaçı ona maddi ziyan vurulmasını təsdiq edən sənədlər məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçı, etirazın əsaslarını sübut etmək isə cavabdeh tərəfin üzərinə düşür. İddiaçılar onlara 1125 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərər vurulduğunu sübut etməlidir. İddiaçılar tərəfindən isə onlara 1125 manat maddi və 5000 manat mənəvi ziyan vurulmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia maddi və mənəvi ziyanın ödənilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı hissəsi ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatı torpaq sahəsinə dair mülkiyyət sənədini xx.xx.2019-cu il tarixdə əldə etmiş, iş üzrə cavabdeh isə xx.xx.2018-ci il tarixdə əldə etmişlər. Aqrar islahat zamanı mülkiyyətçilərə verilən pay torpaq sahələrinin sənədlərində olan qeyri dəqiqliklər tərəflər arasında mübahisənin yaranmasına səbəb olmuşdur. Belə ki, cavabdehlə iddiaçının mülkiyyətlərində olan torpaq sahəsinin vizual görnüşündə əvvəlki ilə hazırkı sənədləri arasında qismən fərqliliklər aydın görünür. Hazırkı vəziyyətdə isə qeyd edilən sənədlər elektron ölçü cihazlarının köməyi ilə daha dəqiq qeyd edilməklə verildiyindən əvvəlki ölçülərlə hazırkı ölçülər arasında fərq yaranır. Belə ki, cavabdehə məxsus torpaq sahəsinin plan və ölçüsü sənədinddə iddiaçının torpaq sahəsi ilə birbaşa qonşu olması görünmür, belə ki, həmin torpaqlar arasında boş torpaq sahəsi qeyd edilir, iddiaçının xx.xx.2019-cu il tarixli sənədin plan və ölçü hissəsində qeyd edilən boş torpaq sahəsinin iddiaçının mülkiyyəti olaraq qeyd edilmişdir. Göründüyü kimi hazırkı sənədlərdə bu ölçülərdə yol verilmiş nöqsanlar aradan qaldırılır. Bu sənədlərin verilməsi aidiyyəti qurumlar tərəfindən aparıldığından nəticədə biri digərinin torpaq sahəsinin istifadə etməsi mümkündür. Burada isə vurulmuş ziyanın ödənilməsi ilə bağlı cavabdehin təqsirinin mövcudluğu itisna edilməlidir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-678/2019saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-678/2019 saylı qətnаməsi dəyişdirilmədən qüvvədə saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-326/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-326/2020
16.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver