Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-327/2022 31.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Maraqlı şəxs1 qarşı “torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(033)-706/2018 nömrəli qərardadından iş üzrə İddiaçı qəyyumu Qanuni nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı qəyyumu Qanuni nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən Maraqlı şəxs1 adına 3395 kv.m. torpaq payı üçün hazırlanmış və A 521425 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 06 iyun 2018-ci il tarixli, 2(033)-706/2018 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək Maraqlı şəxs1 3395 kv.m. torpaq sahəsinin verilməsi ilə bağlı işlənilmiş A 521425 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs X2 hüquqi varisi Nümayəndə tərəfindən 24 noyabr 2021-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Zaqatala Rayon Məhkəməsinin (Hakim T.Həsənov) 06 dekabr 2021-ci il tarixli, 2(033)-706/2018 nömrəli qərardadı ilə İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Maraqlı şəxs1 qarşı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(033)-706/2018 nömrəli qətnaməsi maraqlı şəxs X2 hüquqi varisi Nümayəndə hüquq və vəzifələrinə toxunduğundan onun tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı qəyyumu Qanuni nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(033)-706/2018 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardaddan narazıdır. Belə ki, həmin mülki iş üzrə qəbul olunmuş qətnamə X2 hüquq və vəzifələrinə toxunmur. Məhkəmə öz qərardadında qeyd etmişdir ki, mübahisəli torpaq sahələrinin bir ərazidə və yaxud da ayrı ərazilərdə yerləşib-yerləşməməsi müəyyən edilməlidir. X2 mülkiyyətinə verilmiş 3300 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək üçün Zaqatala Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verilməli deyildir. X2 mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etmək üçün onun hüquqi varisi Nümayəndə DƏDRX-nə müraciət etməli və mülkiyyət sənədini almalıdır. Əgər onun mülkiyyətində olan torpaq sahəsi ilə digər şəxsin torpaq sahəsi üst-üstə düşərsə o halda məhkəmədə qarşı tərəfə qarşı iddia qaldıra bilər. Zaqatala Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(033)-706/2018 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə X1 mülkiyyətinə Zaqatala rayonunun Qımır kəndində 3395 kv.m. torpaq sahəsi verilmişdir. İddiaçı qəyyumu Qanuni nümayəndə isə iddia etmişdir ki, həmin torpaq sahəsi ilə bağlı sənədlər işlənərkən torpaq sahəsi səhvən X1 adına işlənmişdir. Məhkəmənin qətnaməsi ilə Maraqlı şəxs1 3395 kv.m. torpaq sahəsinin verilməsi ilə bağlı işlənilmiş A 521425 saylı torpaq sahəsinin planı və ölçüsü ləğv edilmişdir. Cavabdeh isə apelyasiya şikayəti verərək onun atasına məxsus torpaq sahəsinin səhvən X1 adına işlənməsini qeyd edir. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə 3300 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də X2 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin bir ərazidə və ya ayrı ərazilərdə yerləşib-yerləşməməsi müəyyən edilməlidir. Bundan başqa, işdə olan sənədlərdən müəyyən edilir ki, mübahisələndirilən torpaq sahəsindən 2007-2008-ci illərdən maraqlı şəxs istifadə edir. Lakin işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən 27 iyul 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Qımır kəndində yerləşən 0,3395 hektar kənd təsərrüfatı təyinatlı torpaq (əkin) sahəsi İddiaçı olmaqla tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin çıxarışın verilməsinə isə əsas Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(033)-706/2018 nömrəli qətnaməsi olmuşdur. Həmin qətnamə qəbul edilərkən maraqlı şəxs işə cəlb edilməmiş, onun həmin qətnamədən xəbəri olmamışdır. Əvvəlki məhkəmə araşdırmaları zamanı Nümayəndə məlumatı olmuşdur ki, iddiaçının onu torpaq sahəsindən çıxarmasına əsas mülkiyyət hüquqlarını təsdiq edən çıxarış olmuşdur ki, o, da nəticə olaraq hazırki mübahisələndirilən qətnamə əsasında əldə edilmişdir. Maraqlı şəxsin müraciəti əsasında qeyd olunan qətnamə ona rəsmi qaydada 03 noyabr 2021-ci il tarixdə verilmişdir. Apelyasiya şikayəti verilmə müddəti buraxılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən bir ay müddətində verilə bilər. 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 135.1-ci maddəsinə görə, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(033)-706/2018 nömrəli qətnaməsi maraqlı şəxs X2 hüquqi varisi Nümayəndə hüquq və vəzifələrinə toxunduğundan onun hazırki qətnamədən apellyasiya şikayəti vermək hüququ yaranmışdır. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(033)-706/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, maraqlı şəxs X2 hüquqi varisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməli və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qəyyumu Qanuni nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(033)-706/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Maraqlı şəxs X2 hüquqi varisi Nümayəndə Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(033)-706/2018 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti üzrə mülki iş qeydə alınaraq icraata verilməsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-327/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-327/2022
31.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver