Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-33/2020 09.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh Muhma oğlunun iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-cu il tаrixli, 2(033)-917/2018 saylı qətnaməsindən Cavabdeh Muhma oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətlərində olan torpaq sahələrində paylarının naturada ayrılması və onlara məxsus torpaq sahələrindən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlara əsasən, paylı mülkiyyətlərində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.2010 torpaq sahəsinin onların mülkiyyətlərində olan 3/4 hissəsinin cavabdehə məxsus 1/4 hissəsindən naturada ayrılması və onlara məxsus torpaq sahələrindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-cu il tаrixli, 2(033)-917/2018 saylı qətnaməsi ilə (hakim A.İsmayılov) iddiа qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən xx.xx.2018-ci il tarixdə İddiaçı2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********50 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyəti sayılan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,4119 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (çoxillik əkmələr) iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 3/4 hissə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsinin xx.xx.2018-ci il tarixli 8M- 064 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş 1 və 2 saylı ölçü planı sxemlərinə əsaslanmaqla yerdə (naturada) ölçüləri və koordinatları göstərilməklə, naturada ayrılıb onların faktiki sahibliyinə və istifadəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən xx.xx.2018-ci il tarixdə İddiaçı2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********49 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyəti sayılan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,2010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (çoxillik əkmələr) iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 3/4 hissə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsinin xx.xx.2018-ci il tarixli 8M-064 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş 5 və 6 saylı ölçü planı sxemlərinə əsaslanmaqla yerdə (naturada) ölçüləri və koordinatları göstərilməklə, naturada ayrılıb onların faktiki sahibliyinə və istifadəsinə verilməsi, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı2 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməsi və ekspertiza xərci olan 60 (altmış) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bank hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh Muhma oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi həmin qətnaməni çıxararkən işin hallarını obyektiv olaraq hərtərəfli araşdırmamış və iş üzrə keçən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam olaraq baxmamış, nəticədə həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmiş və sonda əsassız, ədalətsiz və qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi 4 nəfər ailə üzvünə verilən kolxozun aqrar islahat proqramına uyğun sahələrin dəqiqləşdirilməsini təmin etməmiş, 0,920 ha torpaq paylarının olmasını nəzərə almamış, 0,7080 ha ümumi torpaqlarının olmasını göstərmişdir. Onun adına sənədlər olmasına, 0,920 ha çöl əkin sahənin yararlı hala salmasına, oraya fındıq bağ əkin qulluq edilməsində iddiaçıların heç bir iştirakı olmamasına qiymət verməmiş, onun 12 ildən çox çəkdiyi xərci və zəhmətinin əvəzinin qanunun tələbinə uyğun müəyyənləşdirib verilməsinə dair qətnamə çıxarılmamışdır. Məhkəmə adam-başına çöl əkin sahədən düşən pay torpaq yerlərini ölçüb dəqiqləşdirməmişdir. Həmin torpaq sahələrində əkilib yerləşdirilən bağların kimin zəhməti və vəsaiti hesabına yaradılmasına qiymət verməmiş, qeyri obyektiv qətnamə çıxarılmışdır. Bu sahələrə onun zəhmət haqqı xərcləri müəyyənləşdirilməmişdir. İddiaçıların bu sahələrə çəkdikləri xərclər və gördüyü işlər qətnamədə əksini tapmamışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Muhma oğlu apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər şəxslər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-cu il tаrixli, 2(033)-917/2018 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini təmin etməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı2 ilə Cavabdeh Muhma oğlu keçmiş ər-arvad olmuşlar və onların birgə nikahından iki uşaq iddiaçılar İddiaçı1 ilə İddiaçı3 doğulmuşdur. İddiaçı2 ilə Cavabdeh Muhma oğlu arasında olan nikah pozulmuşdur. İddiaçı2 ilə Cavabdeh Muhma oğlunun birgə nikahları dövründə Zaqatala rayonunda həyata keçirilmiş aqrar islahatı zamanı ailə üzvlərinə əmlak payı olaraq, Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,4119ha, 0,2010havə 0,0879 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri hər birinin payı 1/4 hissə olmaqla onların paylı mülkiyyətinə verilmişdir. Bu barədə onların adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən xx.xx.2018-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq olaraq RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilirki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəlləsinin 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdirki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgənin kiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə)157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 215.3-cü maddəsinə əsasən, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq paylı mülkiyyətin mülkiyyətçiləri ümumı əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019cu il tarixli ekspert rəyindən görünür ki, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlı torpaq sahələrinin ¼ hissə paylarının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Bundan əlavə iddia ərizəsi 0,0879 ha ölçüdə kənd təsərrüfatı təyinatlıtorpaqsahəsinə gediş-gəliş yolu olmadığı üçün həmin torpaq sahəsində iddiaçıların paylarının naturada ayrılması hissəsində də əsaslı olmamışdır. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-cu il tаrixli, 2(033)-917/2018 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş yuxarıda şərh edilən hallarından və qanunvericiliyin sadalanan normalarından göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını səhv tətbiq etməklə qətnamə çıxarmışdır. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apelyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan apelyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-cu il tаrixli, 2(033)-917/2018 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Muhma oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-cu il tаrixli, 2(033)- 917/2018 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. İddiaçı2 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onunözünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pulun iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-33/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-33/2020
09.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver