Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-331/2025 05.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliyi, vərəsənin vəzifəsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, e-2(037)-714/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8000 manat borc və 100 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X9 arasında 05 yanvar 2022-ci ildə kredit müqaviləsi bağlabaraq sonuncuya 8000 manat borc pul vermişdir. Həmin pulu Roman Bağırov 05 may 2022-ci ildə qaytarmalı idi. X14 22 aprel 2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 mərhumun arvadı, Cavabdeh2 isə valideynidir. Mərhum vəfat etsə də onun vərəsələri sağdırlar. Cavabdehlər Roman Bağırovun birinci növbə vərəsələridir. Həmçinin həmin vəsait ailə büdcəsinə daxil olduğundan Cavabdeh1 cavab verməli olan şəxsdir. Cavabdehlərdən müştərək qaydada 8000 manat borc və 100 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı və vəkili/nümayəndəsi Nümayəndə1 məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili/nümayəndəsi Nümayəndə1 ərizə göndərərək işə iştirakları olmadan baxılaraq iddianın təmin ediilməsini xahiş etmişdir. Məhkəmə işə İddiaçı və vəkili/nümayəndəsi Nümayəndə1 iştirakı olmadan baxılmasını qərara almışdır.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, Cavabdeh2 ötən məhkəmə iclasında ərizə təqdim edərək işə iştirakı olmadan baxılaraq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır.
5. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, X9 onun oğludur. İddiaçı onun oğlunu işə qoymaq üçün 05 yanvar 2022-ci il tarixdə müqavilə bağlayaraq pul vermişdir. Oğlu 22 aprel 2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı onun oğluna hədə-qorxu gəlmişdir. Oğlu ürək qopmasından vəfat etmişdir. Buna baxmayaraq o, bir ana kimi ürəyinə daş bağlayaraq susmuşdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir.
6. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 04 noyabr 2024-cü il tarixli, e- 2(037)-714/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8000 manat borc və 100 manat ödənilmiş dövlət rüsumu – cəmi 8100 (səkkiz min bir yüz) manatın alınaraq İddiaçı qaytarılması qət edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qərara gəlir ki, cavabdehlər mərhum X4 vərəsələri olduğundan iddiaçının iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8000 manat borc alınaraq İddiaçı qaytarılmalıdır.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərdən müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1, 739.1, 739.2, 740.1, 740.2, 1306.1, 1309-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.
11. Qəbul olunmuş həmin qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, İddiaçı X5 işə qoymaq üçün 05 yanvar 2022-ci il tarixdə müqavilə bağlayaraq oğluna pul vermişdir. İddiaçı onun oğluna hədə-qorxu gəlmiş və ürək qopmasından oğlu 22 aprel 2022-ci il tarixdə vəfat etmişdir. Mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılması tələb olunur.
12. Notariat kontoru miras əmlakın tərkibini müəyyən etməmişdir. Maddi hüquq normalarının tələblərinə əsasən mərhum X4 vərəsələri müəyyən edilmədən məhkəmə iddiaçının iddia tələbi təmin edilmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8000 manat borc alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, mərhum Roman Bağırovun qanun üzrə vərəsələri müəyyən edilmədən qətnamə qəbul olunmuş həmin qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaçının cavabdehlərə (ona) aid hissəsinə düzgün hüquqi qiymət verilməmişdir.
13. Ona görə də birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnamə qəbul edilərkən həmin hissə üzrə işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı birinci instansiya məhkəməsində heç bir sübuta söykənməyən formal mülahizələrə istisnad etməklə əsaslandırmağa çalışmışdır ki, bu da tamamilə əsassızdır.
14. Hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, ona görə də apellyasiya şikayəti təmin olunaraq iddiaçının iddiası rədd olunmalıdır.
15. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-714/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbi rədd edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, e-2(037)- 714/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, e-2(037)-714/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar
23. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(037)-714/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin iş materiallarından müəyyən edildiyi kimi mübahisənin predmeti bölünməzdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib, apellyasiya şikayəti ilə qismən razılaşaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən cavabdehlərin öhdəliklərinin qəbul etdikləri miras kütləsi həcmində olmasını diqqətə almamaqla səhvə yol vermişdir ki, bu hal da birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Kollegiyanın iclasında müəyyən edildi ki, İddiaçı ilə mərhum X9 arasında 05 yanvar 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən borcverən İddiaçı tərəfindən borcalan Roman Bağırova 05 may 2022-ci il tarixinədək qaytarılması şərti ilə 8000 manat borc verilmişdir. X2 22 aprel 2022-ci il tarixdə vəfat etmiş, onun İddiaçı olan borcu isə ödənilməmiş qalmışdır. Bu səbəbdən də İddiaçı mərhum X6 verdiyi borcu onun vərəsələrindən, yəni mərhumun arvadı Cavabdeh1 və mərhumun anası Cavabdeh2 tələb etmişdir. Cavabdehlərdən Cavabdeh2 iddia tələbini qəbul etməmiş, digər Cavabdeh1 iddia tələbinə münasibət bildirməmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün deyil, qətnamənin dəyişdirilməsi üçün əsas təşkil edirlər.
33. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, hazırki iş üzrə iddiaçı bu tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Onun tələbinin haqlı olmasının qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı mаddəsi təşkil edir. Öhdəlik cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X3 vərəsəlik qaydasında keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı mаddəsinin tələbinə əsasən cavabdehlər hazırki borc üzrə vərəsəlik qaydasında əldə etdikləri əmlak payına mütənasib surətdə öhdəlik daşıyırlar.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin notariat kontorunun miras əmlakın tərkibini müəyyən etməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.
35. Bu baxımdan notariat kontorunun miras əmlakın tərkibini müəyyən etməməsi, yəni mirasa dair şəhadətnamə verməməsi hazırki iş üzrə iddia tələbinin cavabdehlərin mirası qəbul etməməsi əsası ilə rədd edilməsi üçün əsas ola bilməz.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mərhum X4 vərəsələri müəyyən edilmədən qətnamə qəbul olunmasına dair dəlilinə münasibətdə qeyd edir ki, işdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 26 iyul 2024-cü il tarixli məktubundan görünür ki, X9 25 noyabr 2021-ci ildə Cavabdeh1 ilə nikaha daxil olmuşdur.
37. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 01 aprel 2025-ci il tarixli məktubu ilə məhkəmə kollegiyasına göndərilmiş X4 doğumuna dair akt qeydindən görünür ki, 08 oktyabr 1979-cu il təvəllüdlü X4 anası Cavabdeh2dır.
38. İşdə olan Siyəzən rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 avqust 2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 22 aprel 2022-ci il tarixdə ölmüşdür.
39. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar
40. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməməsinə dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsində cavabdehlərdən tutulmalı olan məbləğin qəbul etdikləri miras kütləsi həcmində təşkil etməli olduğunu göstərməməkdə səhvə yol vermişdir.
41. Kollegiya hesab edir ki, qeyd edilən hal qətnamənin ləğvi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.
42. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən vərəsələrin qəbul etdikləri miras kütləsi həcmində öhdəlik daşımalarını nəzərə almadığından və qətnаmə həmin nöqteyi-nəzərdən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsаslаr olduğundаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, e-2(037)-714/2024 nömrəli qətnaməsi qətnamənin nəticə hissəsinin 2-ci abzasında “müştərək qaydada” sözlərindən sonra “hər birinin miras payına mütənasib surətdə” sözləri əlavə edilməklə dəyişdirilməli, İsmayıllı Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(037)-714/2024 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(037)-714/2024 nömrəli qətnaməsi qətnamənin nəticə hissəsinin 2-ci abzasında “müştərək qaydada” sözlərindən sonra “hər birinin miras payına mütənasib surətdə” sözləri əlavə edilməklə dəyişdirilsin. İsmayıllı Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(037)-714/2024 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.